24 saat namaz təqvimi sizinlə... Azərbaycanın istənilən yerində... Mobil telefonunuz və GPRS xidmətiniz varsa... wap.azerislam.com -a daxil olun...
Sən bağışlama (yolunu) tut, yaxşı iş görməyi əmr et və cahillərdən üz döndər.
Əgər şeytandan sənə bir vəsvəsə gəlsə, Allaha sığın. Şübhəsiz ki, O, Eşidəndir, Biləndir.

[Qur`ani Kərim, əl-Əraf, 199-200]


Peyğəmbərimiz(s.a.s) buyurmuşdur:«Allah Öz kölgəsindən başqa heç bir kölgənin olmayacağı bir gündə yeddi sinif insanı Öz kölgəsi altında kölgələndirəcəkdir:
Ədalətli rəhbər;
Rəbbinə ibadət etməklə böyüyən cavan;
Qəlbi məscidlərə bağlı olan kişi;
Allah xatirinə bir-birini sevən, buna görə birləşən və ayrılan iki insan;
Gözəl və zadəgan qadın tərəfindən (zinaya) cəlb edildikdə, «mən Allahdan qorxuram!» deyən kişi;
Sağ əli ilə verdiyi sədəqəni sol əlindən gizlədən;
Xəlvətdə Allahı yad edib göz yaşı axıdan insan.

[əl-Buxari, səhih]


"Heç bir kəşf otların torpağı yarıb çıxması qədər möcüzəli deyil. Çünki mənə görə otlar Allahın ən böyük möcüzələrindən biridir."

[Edison]

 
Abunə olmaq
İmtina etmək

AĞRI-ACI İLƏ GƏLƏN ÜMÜD

[ Ana səhifə / 2462 dəfə baxılıb ]   
 
Şübhə yoxdur ki, insan rahatlığı, komfortu, dincliyi sevir, heç nədən məhrum olmaq istəmir və həmişə də problemlərdən qaçmağa can atır. Amma buna baxmayaraq, bilməliyik ki, ağrı-acının insana öz xeyri də var. Hadisələrin və bəlaların heç də hamısı şər deyil. “Onun sizin üçün ziyan olduğunu hesab etməyin, əksinə o sizin üçün xeyirlidir...” (ən-Nur, 11).

İnsanın başına bəzən elə ağır bir bəla gəlir ki, hər şeyini həyatda itirmiş sayır və hər şeydən məyus halda üzünü Allaha tutur, qarşısında baş əyib, əllərini açıb ürək ağrısı ilə göz yaşı axıdır. Alnını yerə qoyub uzun müddət ağlayıb yalnız bu səcdə halında rahatlıq tapır. Halbuki, bəlkə də bu səcdədən əvvəl o insan heç başını aşağı da əyməmişdir. Başqa biri elə bir hadisəylə üzləşir ki, əllərini açıb səmimi qəlbdən Allaha elə dua edir ki, məhz o duasıyla problemi həll olunur. Bir başqası da çəkdiyi əzabdan qəlbi yoğrulur və bu acını açıb insanlara danışa bilməsə də, ürəkdən gələn nəsihətini və məsləhətini danışır və ya qələmə alır, bununla da bir çox insanlar xeyir tapır.

Əslində həmişə yaxşılıq edən, alicənab və əliaçıq olan insanlar daha çox ağrı çəkirlər. Peyğəmbərimizin (s.a.s) həyatına nəzərə salsaq, Onun (s.a.s) səhabələri həyatlarını, canlarını və mallarını fəda etmişlər və hər şeylərindən keçmişlər, buna baxmayaraq, kasıblıq, yoxsulluq, aclıq, qovulmaq, sürgün olmaq, evsiz-eşiksiz ailəsiz qalmaq, ölüm və itgi qorxusu kimi bir çox acıları çəkmişlər. Bilirsinizmi ki, bu cür insanlar hamıya kömək etməyə can atırlar deyə və həmişə də başları bəlalıdır deyə, onların sözləri ürəklərindən gəlir və bu sözlər çox təsiredici olur.
Bizim başımıza gələn bəlalar, ətrafımızda olanların ağrısını anlamağa kömək edir.
İnsan nə qədər ağrı acı çəksə də sifətindən təbəssüm əskik olmamalıdır və bir təbəssümü ilə də başqalarını sevindirməyi bacarmalıdır.

Hər bir kəs bütün insanlar tərəfindən sevilmək, hörmət olunmaq istəyir. Amma bu imkansız bir şeydir. İnsanların əksəriyyəti səni sevsə də, bir qismi səni həmişə incitmək həvəsində olacaq. Sən düzgün insansansa, haqq yolunda addımlayır və hamıya yaxşılıq edirsənsə, bunu gözü götürməyənlər, sənin prinsiplərinə həsəd aparanlar əlbəttə sənə tutduğun doğru yoldan çəkindirməyə, səni incətməyə çalışacaqlar. İnsan istər hamıya yaxşılıq etsin, istərsə də Allahın ən seçilmiş yaxşı bəndəsi olsun, heç vaxt hamı tərəfindən sevilə bilməz. Peyğəmbərimizi (s.a.s) də müşriklər daim izləmiş və həmişə Onu (s.a.s) yox etmək istəmişlər. Bil ki, ömrün boyu yaxşılıq etsən də, sənə qarşı nankorluq edənlər, səni incidən, söyən, vuran və sui-qəsd hazırlayanlar mütləq olacaqdır. Əlbəttə, sən o nankorların nə ağzını bağlaya, nə də dillərini susdura bilərsən. Amma öz qulağını və qəlbini bağlayaraq rahatlıq tapa bilərsən. Bütün olanlara görə məyus olmadan, Allah-Təalanın bir ayəsini hər an xatırla;
“De, ölün qəzəbinizlə!(hikkənizlə) ” (əl-İmran 119)

Əziz müsəlmanlar, hamımız çox gözəl bilirik ki, insanlar yalnız meyvə verən, bar verən ağaca daş atar. Daim tənqid olunur, söyülür, pis sözlərlə qarşılaşırsınızsa, əmin olun ki, sizin məqamınız onları daha çox ağrıdır, haqqdan dönməmə sabitliyiniz, əminliyiniz və prinsipiniz onları yerindən oynadır. Buna görə də sizlərə həsəd aparanlar heç bir zaman susmayacaqlar, onlar yalnız, siz öz məharətlərinizdən və yaxşılıqlarınızdan əl çəkəndə susacaqlar. Heç elə bil ki, o insanlar yoxdurlar, həyatda mövcud deyillər, siz yolunuza davam edin! Amma diqqətli olun ki, səhvlər buraxmayasınız. Çünki sizlər ağ paltar kimisiniz, balaca bir ləkə onların gözünü deşəcək və hamıya məlum olan ifadəni bir dillə təkrarlayacaqlar: “Görürük adını müsəlman qoyanlar nə edirlər, namaz qılanlar hansı oyunları çıxardırlar.” Əslində həmin oyunları hamı etsə də siz edərkən daha çox diqqəti cəlb edir. Çünki bəyazın üzərində ləkə deyil, kölgə belə tez gözə çarpır.

Hazırladı: Şahmar Kərimov
    
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]04:54
GÜNƏŞ 06:40
ZÖHR [ 4 rükət ] 13:47
ƏSR [ 4 rükət ] 17:40
MƏĞRİB [ 3 rükət ] 20:53
İŞA [ 4 rükət ] 22:33
GECƏYARI 00:53
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]