Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

"...Ona bir yol tapa bilən insanın həcc etməsi Allahın insanlar üzərindəki haqqıdır."

[Ali İmran, 97]


Qiyamət günü Allaha insanlardan ən sevimlisi və məkan olaraq da Allaha ən yaxın olanı ədalətli imamdır.
Qiyamət günü Allaha insanlardan ən mənfuru və Ondan məkan olaraq ən uzaq olanı da zalım sultandır.

[Tirmizi, Əhkam, 4/1329]


Müsəlmanın iki bayramı var:
Biri QURAN,
O biri QURBAN!

[Özlü sözlər]

KOR UŞAĞIN HEKAYƏSİ

[ Azerislam.com / 4075 dəfə baxılıb ]   
|
 
Həyat yoldaşım birinci uşağı dünyaya gətirəndə menim heç otuz yaşım da yox idi. O gecəni heç vaxt unuda bilmirəm. Boş danışıqlarla, qeybətlə və ədəbsizliklə keçmiş yuxusuz bir gecə... Mən, əsasən nağılbaz idim və başqaları barədə danışıb camaatı güldürürdüm. Onlar da uğunub gedirdilər, sanki ocağa neft atırdılar... Mənim qeyri-adi “talantım” var idi – camaatı məsxərəyə qoyub onları ələ salırdım. Hər hansı bir adamı səsindən tutmuş tələffüzünə kimi parodiya edə bilirdim... Hətta yaxın dostlarım da mənim istehzalarımdan yaxa qurtara bilmirdilər. Gülüş obyektinə çevrilməmək üçün bəziləri məndən aralı gəzməyə başlamışdılar.

Elə həmin gecə mən bazarda ələ saldığım kor bir dilənçi barədə danışırdım. Günorta bazarda olarkən, mən ona badalaq vermişdim, o da kontaycasına yıxılmişdı. Ətrafdakılar isə onun yıxılmağına gülməkdən birtəhər olmuşdular, onlara ləzzət etmişdi.

Adətim üzrə evə yenə gec gəlmişdim. Xanımım məni gözləyirdi. O, hamilə idi və azad olmağının vaxtı azalmışdı. Titrək səslə soruşdu:

- Rəşid, harda idin?

Mən də istehza ilə:

- Marsda idim. Özüm ağılda olanlarla bir yerdə.

O, çox zəif görünürdü. Danışanda göz yaşları onu boğurdu:

- Rəşid, bərk xəstələnmişəm. Təsəvvürünə də gətirə bilməzsən necə... Vaxt da çatıb, uşaq hər an dünyaya gələ bilər...

Dodaqlarını sıxdı. Göz yaşları isə məcrasından çıxan çay kimi yanaqlarından axırdı. Başa düşdüm ki, o, dünyaya uşaq gətirməlidir, mən isə daha ciddi olmalıydım, daha çox ona vaxt ayırmalıydım. Axı o, doqquzuncu ayda idi... Tez onu xəstəxanaya çatdırdım.

Həyat yoldaşımı doğum şöbəsinə apardılar. Orada uzun müddət iztirab çəkdi...

Onun azad olmasını səbrlə gözləyirdim. Doğuş ağır olduğundan mən artıq onu gözləyə bilmədim. Yorulub evə getdim. Xəstəxanada telefon nömrəmi qoydum ki, uşaq dünyaya gələn kimi mən zəng edib xəbər versinlər.

Təqribən bir saatdan sonra mənə zəng edib uşağın doğulduğunu xəbər verdilər. O saat xəstəxanaya qaçdım. İlk soruşduğum isə həyat yoldaşımın palatasının nömrəsi oldu.

Lakin mənə məsləhət üçün onun doğuşunu qəbul edən həkimlə görüşməyi tövsiyyə etdilər.

Mən yenə istehza ilə “əşi, nə həkim, mənə ancaq uşağım lazımdı”, - dedim. Cavabımda isə “elədir, lakin hər şeydən əvvəl mütləq həkimlə görüşməlisiniz”, - eşitdim.

Həkim xanımın yanına getdim. O dedi ki, doğuş agır keçib, uşağın gözləri formasını (ölçüsünü) dəyişib. Ona görə də mən övladımın kor qalacağı ilə barışmalıyam.

Əllərimi başıma vurub yerə oturdum. Ələ saldığım, badalaq verib yıxdığım, camaatın da buna böyük zövqlə güldüyü həmin kor dilənçi gözlərim önünə gəldi.

Subhan Allah! Bu nədir? Gözə göz?
Dinməzcə oturmuşdum... Sonradan yoldaşım və uşağım yadıma düşdü. Həkimə təşəkkür edib xanımımı ziyarət etməyi xahiş etdim. Yoldaşım ruhdan düşməmişdi, nə də mənim kimi qəm-qüssə içində deyildi. Allahın ona yetirdiyindən razı idi, Ona həmd edirdi. Mənə “bəlkə də bu, sənə başqalarını ələ salmayasan, onları məsxərəyə qoymayasan deyə bir xəbərdarlıqdır”, - dedi.

O, həmişə təkrar edərdi: “Adamları ələ salma”.

Tezliklə onları xəstəxanadan buraxdılar və oğlum Səlim artıq bizimlə idi.

Əslində isə oğlumun yanımda olub-olmamağını hiss etmirdim. Onun ağlamağı dözülməz olanda isə, boyük otağa keçib qapını bərk bağlayırdım ki, rahat yatım. Yoldaşım isə əksinə, özünü tam ona həsr etmişdi, onu çox sevirdi.

Ondan imtina etmirdim, xeyr, sadəcə, özümü onu sevməyə məcbur edə bilmirdim.

Səlim böyüyürdü, iməkləməyə başlamışdı. 1 yaşında isə artıq gəzirdi. Onda biz onun axsadığını gördük. Bu məni daha da kədərləndirdi.

Səlimdən sonra yoldaşım Öməri və Xalidi dünyaya gətirdi. İllər ötürdü. Səlim böyüyürdü. Qardaşları da böyüyürdü.

Evdə oturmağı sevmirdim. Vaxtımın çoxunu dostlarımın əhatəsində keçirirdim. Əslində isə onların əlində bir oyuncağa çevrildiyimdən xəbərim yox idi. Demək olar ki, onları əyləndirən bir təlxək idim.

Həyat yoldaşım isə, hələ mənim düzələcəyimə ümid edirdi. Məni hər zaman haqq yoluna dəvət edirdi. Mənim yüngül hərəkətlərimə qəzəblənmirdi, sadəcə yazığı gəlirdi.

Səlimə qarşı etinasızlığım, o biri oğlanlarıma isə diqqət göstərməyim yoldaşımı çox kədərləndirirdi.

Səlim böyüdü, onunla bir yerdə əziyyətləri də böyüdü...

Yoldaşım onu korlar məktəbinin birinə qoymaq istəyəndə mən etiraz etmədim. İllərin necə ötdüyünü heç hiss etmirdim. Hər gün iş, yatmaq, yemək, məsxərələr...

Cümə günlərinin birində...

Saat 11:00-da yuxudan ayıldım. Mənim üçün o qədər də gec vaxt deyildi. Həmin gün bir toya dəvətli idim. Yerimdən qalxdım, geyinib-kecindim, ətirləndim və evdən çıxmağa hazırlaşırdım ki... Boyük otaqda Səlimin hönkürtü və ağır-ağır ağlamağı diqqətimi cəlb etdi. Bu, mənim ötən 10 ildə ona yetirdiyim birinci fikir, diqqət idi. Adətən onu anası sakitləşdirər, mən isə onun ağlamağını otağımın bağlı qapıları arxasından eşidərdim.

Dayandım. Ona yaxınlaşıb soruşdum:

- Səlim, niyə ağlayirsan?

Səsimi eşidən kimi ağlamağını kəsdi. Hiss etdi ki, haradasa yaxındayam və onu görürəm. Balaca əllərini nəsə axtarırmış kimi hərəkət etdirməyə başladı. Başa düşdüm ki, məndən aralanmaq istəyir... Sanki mən özgəsiyəm... Mənə dedi:

- İndi gözünə sataşıram? Bu 10 ili harada idin?

Və ayaqları dolaşa-dolaşa otağına getdi. Yerimdə donub qalmışdım. Xəcalət çəkə-çəkə onun ardınca getdim. Əvvəlcə mənimlə danışmaq istəmirdi. Lakin onunla bir az qayğı ilə, diqqətlə söhbət edəndən sonra mənə ağlamağının səbəbini – faciəsini açıqladı. Həmin gün cümə idi. Qardaşı Ömər isə onu məscidə aparmalı idi. Səlim qorxurdu ki, birdən cüməyə gecikər və qabaq səflərdə yer tapa bilməz. O, qardaşını, anasını səsləyib, lakin heç kəs ona cavab verməyib deyə oturub ağlayırmış. Onun kor gözlərindən axan yaş yanaqları ilə süzülürdü. Bilmədim uşağa nə deyəm. Başını sinəmə sıxıb soruşdum:

- Buna görəmi ağlayırsan, Səlim?

- Hə.

Dostlarım və toy həmin an yadımdan çıxdı:

- Kefini pozma, oğlum, heç bilirsən səni bu gün məscidə kim aparacaq?

- Məncə, Ömər, amma o həmişə gecikir.

- Xeyr, bu gün səni məscidə özüm aparacağam.

Səlim təəccübləndi. Uşaq fikirləşdi ki, yəqin onu ələ salıram və yenə yanaqlarından gözünün yaşı töküldü. Onun göz yaşlarını silib balaca əlini yavaşca ovcuma sıxdım.

Onu maşınla aparmaq istəyirdim. Lakin Səlim məscidin uzaqda olmadığını söyləyərək piyada getməmizi istədi. Axırıncı dəfə məscidə getməyim yadıma gəlmirdi. Amma birinci dəfə idi ki, həyəcan içindəydim. Keçirdiyim laqeyd və faydasız həyatım üçün çox pərişan idim.

Məscid ibadət edənlərlə dolu idi. Buna baxmayaraq, Səlim üçün 1-ci səfdə yer tapa bildim. Xütbəyə qulaq asdıq. Sonra o, mənim yanımda namaz qıldı, daha doğrusu, mən onun yanında namaz qıldım. Namazdan sonra Səlim ona Qur`ani-Kərimi verməmi istədi. Heyrətləndim: Kor uşaq Qur`anı necə oxuya bilər? Onun xahişini mənasız hesab etsəm də, sözünü yerə salmaqla onu incitməkdən qorxdum və Qur`anı götürüb ona verdim.

Məndən ər-Kəhf (Mağara) surəsini açmağı xahiş etdi. Qu`anı açdım, xeyli vərəqləyəndən, mündəricata baxandan sonra surəni tapıb ona verdim. Məndən kitabı alib qarşısına qoydu və oxumağa başladı. Soyuq tər məni basdı – gözləri görməyə-görməyə!.. Aman Allah! O, surəni mükəmməl öyrənmişdi!

Bərk utandım və mən də Qur`anı götürüb oxumağa başladım. Hər səhifəni oxuduqca Allahdan bağışlanma diləyirdim və dua edirdim ki, məni haqq yola yönəltsin. Yalvarmağa başım elə qarışmışdı ki, uşaq kimi ağladığımdan xəbərim yox idi. Camaatın bəzisi məsciddə qalıb nafilə namazlarına və digər ibadətlərinə davam edirdilər. Onlardan utanaraq içimdə alovlanan həyəcanı söndürmək istədim. Amma hisslərim mənə üstün gəlirdi və yanaqlarımdakı göz yaşlarımı silən balaca uşaq əlindən başqa heç nə hiss edə bilmirdim... Bu, Səlim idi. Onu bağrıma basıb daha da hönkürdüm. Sonra onun üzünə baxdım:

- Oğlum, sən kor deyilsən. Kor mənəm, mən! Məni cəhənnəmə doğru sürükləyən əxlaqsızlığımı görmürdüm.

Evə qayıdanda yoldaşımın Səlimə görə həyəcan keçirdiyini gördüm. Amma bizi bir yerdə məsciddən döndüyümüzü görəndə onun narahatlıq hissi sevinc hissi ilə əvəzləndi.

O gündən bəri məsciddə bir namaz da olsun buraxmıram.

Bütün aşnalarımla əlaqələri üzdüm. Əvəzində məsciddə yeni dostlar qazandım. Onlardan çox şeyi öyrəndim, imanın tamını hiss etdim. Dünyanın məndən gizlətdiklərini mənə söylədilər. Onlarla birgə vaxt keçirməyə, Qur`an oxumağa, ibadət və Allahı zikr etməyə daha çox çalışırdım. Ayda bir neçə dəfə Qur`anı xətm edirdim. Dilim ən çox Allahı zikr edirdi ki, bəlkə O, etdiyim günahlarımı və səhvlərimi bağışladı... Ailəmi daha çox sevməyə və onlarla daha çox vaxt keçirməyə başladım.

Həyat yoldaşım daha mənim fikrimi çəkmirdi, o, xoşbəxt idi. Oğlum Səlimin üzünü isə təbəssüm tərk etmirdi. Mənə verdiyi nemətlərə görə Allaha həmd edirdim.

Bir dəfə mənim yeni dostlarım ucqar bir kəndə çağırışa gedəsi oldular.

Mən də səfərə hazirlaşdım, Allahdan xeyir dilədim və həyat yoldaşımla məsləhətləşdim. Fikirləşirdim ki, o, buna razı olmayacaq, amma əksinə alındı. Buna çox sevindim, özümü xoşbəxt hiss edirdim. Əvvəllər, əxlaqsız həyat tərzi sürəndə, onunla bir iş barədə heç məsləhətləşmirdim də. Sonra Səlimə tərəf yönəlib ona səfərə çıxdığımı söylədim. O məni bərk-bərk qucaqlayıb sağollaşdı.

Üç ay yarım ailəmdən ayrı düşdüm. Hər dəfə imkan düşəndə evə zəng edir, yoldaşımın və uşaqlarımın səslərini eşidirdim. Onlar üçün darıxırdım. Səlim üçün isə necə darıxırdım? Sözlə deyə bilmirəm. Onu evdə tapa bilmirdim ki, səsini eşidim – gah məktəbdə idi, gah da məsciddə. Həyat yoldaşıma Səlim üçün nə qədər darıxdığımı deyəndə o, gülür və sevinirdi. Lakin axırıncı dəfə onunla danışanda, səsi məni narahat etdi. O, həmişəki kimi şən idi, amma mən onun qəhqəhəli gülüşünü eşitmədim. Səsi dəyişmişdi. Ona dedim: “Səlimə məndən salam çatdır”. O da “inşa Allah”, - deyib susdu.

Sonra mən evə döndüm. Qapını döydüm. Gözləyirdim ki, qapını Səlim açacaq. Lakin qapını təzəcə dörd yaşı tamam olmuş kiçik oğlum Xalid açdı. Onu qucağıma alıb bağrıma basdım. O isə sevinib qışqırırdı: “Ata! Ata!”. Evə daxil olarkən, bilmirəm nədənsə, ürəyim sıxıldı, mən də “Əuzubilləh” kəlməsini işlətdim. Sonra həyat yoldaşıma yaxınlaşdım və gördüm ki, onun sifəti dəyişilib. Sanki üzündən təbəssüm və sevinci siliblər. Soruşdum, “sənə nə olub?”. “Heş nə”, - cavabını verdi. Anidən Səlim yadıma düşdü və dedim: “Səlim hanı?” Xalid sözümü kəsib dedi: “Səlim Allaha qovuşub”.

Yoldaşım elə hönkürdü ki, ayaqları titrədi. Onun qollarından tutub kresloya otuzdurdum.

Sonradan bildim ki, gəlməyimə iki həftə qalmış Səlim bərk xəstələnib. Qızdırması olduğundan həyat yoldaşım onu xəstəxanaya aparıb. Güclü qızdırma və titrəmə ruhu bədənindən ayrılmayanacan ona əziyyət verib.

Əgər dünya sənə dar gəlirsə, yolun daralırsa, ürəyin sıxılırsa və ümidsizlik ümidi üstələyirsə, bircə bu kəlmədən başqa heç nə işlətmək istəmirsən: “Allahım!”

Azerislam.com
www.islamcivil.ru saytından tərcümə olunub
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]04:47
GÜNƏŞ06:34
ZÖHR [ 4 rükət ]13:38
ƏSR [ 4 rükət ]17:30
MƏĞRİB [ 3 rükət ]20:41
İŞA [ 4 rükət ]22:21
GECƏYARI00:44
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka