Diqqət, diqqət! Kitabxanamız artıq yeni kitablarla zənginləşir. "Dua vƏhkamları", "Alimlərin ixtilafı", "Cümə namazı" və "Ölümə qədər" adlı elmi bilgilərlə imanınızı artırın...
Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin. Allah onların qərar tutduqları yeri də, qorunub saxlanıldıqları yeri də bilir. Bunların hamısı açıq-aydın Yazıdadır (Lövhi-məhfuzdadır).

Hud 11/6


Ənəs (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu: "Bir birinizlə əlaqəni kəsməyin, bir birinizə arxa döndərməyin, bir birinizə kin tutmayın və həsəd etməyin. Ey Allahın qulları, qardaş olun. Bir müsəlmanın, din qardaşını üç gündən çox tərk edib ondan küsülü olması halal deyil"

(Səhih Buxari, Ədəb 57, 58, 62; Muslim, Birr 23, 24, 28, )


Çətinliklər həyatın bülöv daşıdır. Biz onlara sürtünə-sürtünə itilənirik.
 
Abunə olmaq
İmtina etmək
Siz müsəlmanların dini zəmində mübahisə etdyini gördükdə nə edərdiniz?

Düzgün mövqe tutub mubahisəyə qoşularam
Dini bilgilərimin az olduğunu nəzərə alıb mübahisəyə qarışmaram
Müsəlmanların mübahisə etdiyinə dözə bilmədiyim üçün oradan uzaqlaşaram
Onlara sakitləşməyi və məsələni başqa vaxt müzakirə etməyi məsləhət görərəm
Onları Allah xatirinə barşdıraram
Məsələni başqa vaxt müzakirə etməyi məsləhət görərəm və özüm də müzakirəyə sübütlarla hazırlaşaram

Nəticələrə bax

BİZİM QALAKTİKA
[ Elm / 1407 dəfə baxılıb ]   
 
Hələ ən qədim zamanlardan, insanları aydın və Aysız gecə göyündə şimaldan cənuba doğru uzanan işıqlı bir zolağın möcüzəli görünüşü həmişə maraqlandırmışdır. Səmanın başqa hissələrindən fərqlənən və nisbətən möcüzəli görünən bu işıqlı zolağı insanlar öyrənməyə çalışmışlar. Aydın məsələdir ki, adi gözlə bunu öyrənib müəyyən fikir söyləmək o qədər də asan olmamışdır.

Teleskoplar icad olunduqdan sonra şimaldan cənuba doğru yönəlmiş həmin ağ zolağın Qalaktikanın mərkəzi müstəvisində yerləşən ulduzların şüalanmasının yaratdığı fon olduğu məlum oldu. Buna Ağ yol, Süd yolu, müsəlman aləmində isə Məkkə yolu, anadolu türkləri isə Samanyolu adını verdilər. Bu işıqlı zolağa Məkkə yolu adının verilməsinin özünəməxsus tarixi vardır. Hələ kompas kəşf olunmamışdan qabaq, insanlar cəhətləri müəyyən ulduzlara və səma cisimlərinin vəziyyətinə görə təyin edirdilər. Ağ Yol isə dünyanın şimal qütbündən cənub qütbünə doğru yönəldiyindən, insanlar gecə vaxtı yolu azmasınlar deyə həmin istiqaməti tutub müqəddəs həcc ziyarətinə gedərmişlər. Məkkə Yolu ifadəsi bu anlamın nəticəsində yaranmışdır. Bu həmdə Məkkəni göstərən yol anlamına gəlir.

«Suyun və qurunun zülmətində (yolunuzu) düz getmək üçün ulduzları da sizin üçün yaradan Odur. Biz bu ayələri anlayan bir camaat üçün bu cür ətraflı izah etdik» (əl-Ənam, 6:97).

Bizim Qalaktikanı fərqləndirmək üçün onu böyük hərflə yazırlar. İnsanların aləmi uzun müddət, təkcə bizim Qalaktikadan ibarət hesab edilirdi. Məlum oldu ki, bizim Qalaktikanın forması iki ağız-ağıza qoyulmuş uzunsov boşqaba bənzəyir. Onun böyük diametrinin 100000 işıq ili, kiçik diametrinin isə 20000 işıq ili olduğu təyin edildi.

İtalyan alimi Qaliley tərəfindən 1610-cu ildə 10 sm-lik optik teleskop kəşf edildikdən sonra sirli görünən Ağ Yolun mahiyyəti aydın oldu. Qaliley, teleskopda Ağ Yolun çoxlu sayda zəif ulduzların yaratdığı fon olduğunu müəyyənləşdirdi. Astronomiya sahəsində çalışan alimlərin uzun müddətli, səmərəli elmi araşdırmaları nəticəsində, Ağ Yolun 2·1011 sayda ulduzdan ibarət olduğu müəyyən edildi. Bu ulduzlar bizdən həddən artıq uzaq məsafədə yerləşdiyinə görə elə zəif -işıqlı nöqtə kimi görünürlər. Burada belə bir müqayisəni etmək yerinə düşər. Günəş özü də bizə ən yaxın olan bir ulduzdur. Əgər Günəş də həmin məsafədə yerləşsə idi, o da işıqlı nöqtə kimi görünərdi.

Məlum oldu ki, Ağ Yol bizim Qalaktikanın mərkəzi müstəvisidir. Ağ yol Bizim Qalaktikanın mərkəzi müstəvisində yerləşən ulduzların yaratdığı fondur. Belə bir nəhəng ulduz yığını «bizim Qalaktika» adlanır.


Bəs bizim Qalaktikanın quruluşu necədir?

Ağ Yoldakı çoxlu sayda ulduzların bizim Qalaktika adlanan vahid bir ulduz sistemi təşkil etməsi fikri heç də asan əldə olunmamışdır. Səma cisimlərinin əsas səciyyəvi xüsusiyyətlərindən biri də, onların birləşərək sistem əmələ gətirmələridir. Yer və onun təbii peyki olan Ay iki cisimdən ibarət bir sistem təşkil edirlər. Yupiter özünün 63 peyki, Saturn 40–a yaxın peyki ilə nisbətən daha çox cismdən ibarət olan sistem əmələ gətirirlər. Günəş, səkkiz planet, onların peykləri, komet və asteroidlərlə birlikdə Günəş sistemini əmələ gətirirlər.

Bizim Günəş kimi Qalaktikamıza təxminən 150-200 milyarda yaxın ulduz daxildir. Bütün bu sistem vahid bir kütlə mərkəzi ətrafında birləşərək bizim Qalaktikanı əmələ gtirir.



Onda sual doğur, başqa ulduzlar da birləşərək sistem əmələ gətirə bilərlərmi?

Qalaktikanın mərkəzi müstəvisindən uzaqlaşdıqca ulduzların sayı sürətlə azalır. Qalaktikanın mərkəzindən ən uzaq məsafədə 1000 ps3 -də bir ulduz olur. Əgər qalaktikanın sərhəddi kimi ən uzaq hissədə 1000 ps3 -də bir ulduz olduğunu fərz etsək belə, yenə Qalaktikanın təsəvvür olunan forması dəyişməyəcəkdir və daha böyük ölçülərlə ifadə olunacaqdır. Qalaktikanın ölçüləri haqqında təsəvvür yaratmaq üçün aşağıdakı misal kifayətdir. İşıq şüası Qalaktikanın diametri boyunca bir başından o başına 100 000 işıq ilinə gedir. Bir işıq ili isə 300 000 km/san sürətlə hərəkət edən işığın bir ildə qət etdiyi məsafədir. Daha bir müqayisə, İşıq bizə Aydan 1,5 san, Günəşdən 8 dəq 19 san, ən yaxın ulduz olan Sentavranın alfasından 4,3 işıq ilinə, Qütb ulduzundan işıq bizə 45 işıq ilinə, şimal yarımkürəsinə ən yaxın qalaktika olan Andromeda Dumanlığından isə 2,2 milyon işıq ilinə gəlib çatır. Ən uzaq qalaktikadan isə işıq bizə 15 mld. işıq ilinə gəlir. Ayə.

Göründüyü kimi, bizim Qalaktikada küllü miqdarda ulduz var, müxtəlif mülahizələrə əsaslanan hesablamalara görə onların sayı təxminən 150-200 milyard tərtibindədir. Bizim Qalaktikada məskunlaşan ulduzların sayı bizim planetin insanlarının sayından 30 dəfədən də çoxdur.

Kainatda isə belə ulduz sistemlərinin, yəni qalaktikaların sayı təxmini hesablamalara görə 200 milyard tərtibindədir. Bizim Qalaktikanı fərqləndirmək üçün onu böyük hərflə yazırlar. Belə nəhəng sistemləri isə yaratmağa və qüsursuz idarə etməyə ancaq Allahın elmi və qüdrəti çatar. Sonsuz qüdrət və elm sahibi yalnız Allahdır.

Bizim bildiyimiz bu qədər. Ən doğrusunu və yaxşısını Allah bilər.

Nazim Hüseynov Əli oğlu
Fizika – riyaziyyat elmləri namizədi
Şamaxı astrofizika rəsədxanasının böyük elmi işçisi

Loğman Halvaçı
İlahiyyatçı
    
 


  ELMİR QULİYEV: “DİNƏ MÜRACİƏT EDƏRƏK ÖZ ETİRAZINI BİLDİRMƏK DƏB HALINI ALIB”

  ŞABAN – RAMAZANA HAZIRLIQ AYIDIR

  FƏRZ ET Kİ, ÖLDÜN... (yenilənir)

  RƏCƏB AYI VƏ UYDURULMUŞ BİDƏTLƏR

  BORC VERMƏK

 

 ayə(lər)

 nə axtarırsınız?
 
FƏCR [ 2 rükət ]05:29
GÜNƏŞ 07:04
ZÖHR [ 4 rükət ] 13:42
ƏSR [ 4 rükət ] 17:24
MƏĞRİB [ 3 rükət ] 20:19
İŞA [ 4 rükət ] 21:50
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]