O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür (və deyirlər:) “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru!
[Ali İmran, 191]
Səmanı və yeri yaratdığı gündən bəri Allahın infaq etdiklərini düşünün!
[Buxari, Təfsir, 11/2, Tövhid 22]
Düşünmədən öyrənmək vaxt itirməkdir.
[Konfutsi]
"MƏGƏR SƏN PEYĞƏMBƏRSƏN?"
[ Səhabələr / 6171 dəfə baxılıb ]
|
Bir gün Cənnətlə müjdələnmiş on nəfərdən biri olan, Allah Rəsulunun (s.a.s) səhabəsi Sad bin əbu Vaqqas (r.a) Mədinədə bir kişinin söyüşlərini eşitdi. Bu əxlaqsız adam Allah Rəsulunun (s.a.s) sevimli xanımlarından biri, möminlərin anası Aişəni (r.a) və rəşidi xəlifələrin üçüncüsü, Cənnətlə müjdələnmiş on nəfərdən biri, mələklərin utandığı Osmanı (r.a) söyürdü. Ömrünün ən gözəl günlərini Cənnətlə müjdələnmişlərlə keçirən və artıq qocalığın nuru ilə şərəflənən Sad bu mənzərədən hiddətləndi. Qəzəbi gözlərindən oxunan Sad (r.a) adama yaxınlaşdı və ondan söyüşlərini kəsməsini istədi. Adam Sada (r.a) “Kəsməsəm nə olacaq?” deyə, kinayəli cavab verdi. Sad da (r.a) ona “Kəsməsən, Allaha sənin üçün dua edəcəm!” dedi. Adam yenidən istehza ilə “Məgər sən peyğəmbərsən ki, etdiyin hər dua anındaca qəbul olunsun?” dedi. Beləcə heç nə deməyən Sad (r.a) üz tutdu Allah Rəsulunun (s.a.s) məscidinə. Bu hadisənin şahidi olanlar söyləyirlər ki, Sad bin əbu Vaqqas (r.a) iki rükət namaz qılıb dua etdi. O, hələ məsciddən çıxmamış artıq meydanda insanların qışqırıq səsləri gəlirdi. Görənlər şahidlik ediblər ki, bir qudurmuş dəvə meydana girərək söyüş söyən adamı ayaqları altına salaraq tapdalayırdı. Bəli, bu Allah Rəsulunun (s.a.s) səhabələrinin kəramətlərindən idi. Həmin adam Sada (r.a) “Məgər sən peyğəmbərsən ki, etdiyin hər dua anındaca qəbul olunsun?” deyərkən bir şeyi unutmuşdu ki, Allah elçisi (s.a.s) bir vaxtlar dua edərək “Allahım, Sadın dualarını qəbul et” demişdi. Azerislam.com