"Bəs onlar heç Yer üzündə gəzib dolaşmırlarmı ki, bunun sayəsində düşünəcək bir qəlbə, ya da eşidəcək bir qulağa sahib olalar? Amma bu da var ki, gözlər kor olmaz, fəqət əsl kor olan kökslərdəki qəlblərdir!"
[Həcc, 46]
Abdullah (ibn Məsud) rəvayət edir ki, Peyğəmbər demişdir: "Doğruluq (adamı) yaxşı işlər görməyə yönəldər. Yaxşı işlər isə (adamı) Cənnətə aparar. Həqiqətən adam o qədər doğru danışar ki, nəhayət Allah aynında doğruçu sayılar. Yalan isə günah işlərə yönəldər. Günahlar da adamı cəhənnəmə aparar. Həqiqətən adam o qədər yalan danışar ki, nəhayət Allah yanında yalançı sayılar."
[ əl-Buxari, 6094 ]
Qürbət vətəndən məhrum olmaq deyil, səni anlayan dostlardan məhrum olmaqdır.
QAMƏT SÜLEYMANDAN «PAPA»YA SƏRT MESAJ
[ Aktual / 2421 dəfə baxılıb ]
|
“Öz evi şüşədən olan başqasının evinə daş atmaz...!”
Bu həftə cümə namazında Nərimanov rayonu Cümə məscidinin imamı Qamət Süleyman ənənəvi cümə xütbəsini astanasında olduğumuz Ramazan ayına həsr etdi. Bu ayın böyük bir ibadət ayı olduğunu vurğulayan məscid imamı, həmçinin bu ayın günahlardan çəkinməyimiz və tövbə edərək təmizlənməyimiz üçün böyük bir fürsət ayı olduğunu bildirdi. O cümlədən bu ayda tutulacaq oruc, onun şərtləri və əhkamı haqqında müsəlmanlara məlumat verdi.
Qamət Süleyman artıq bu mübarək ayın sabahdan etibarən girməkdə olduğunu və sabahdan başlayaraq bir ay boyunca İşa namazından dərhal sonra təravih namazlarının qılınacağını elan etdi.
Xütbənin sonunda isə son zamanlar İslam peyğəmbərinə (s.a.v.) dil uzadaraq İslam dünyasını hiddətlədirən Roma Papasının çıxışına toxunaraq bu çıxışların bilərəkdən edildiyini və əssasız olduğunu bildirdi. O, son zamanlar Qərbdən – Xristian dünyasından İslam peyğəmbərinə (s.a.v.) olunan bu hücumların əsas səbəbi Avropada və bütün dünyada sürətlə yayılmaqda olan İslam dini olduğunu xatırlatdı. Habelə, məscid imamı bu çıxışların bəşəriyyətin son peyğəmbəri Muhamməd (s.a.v.) haqqında əsassız iftiralar olduğunu vurğulayaraq böhtan sahiblərinin də Onu (s.a.v.) tənqid etməyə layiq olmadığını dedi. Bu cür insanların İslam dini və onu peyğəmbərini tənqid etmədən əvvəl öz dinlərinə və şəxsiyyətlərinə bir daha nəzər salamalrını tövsiyyə edərək: “Öz evi şüşədən olan başqasının evinə daş atmaz...!” mesajını yolladı.