Hər canlı ölümü dadacaqdır. Sonra bizə qaytarılacaqsınız.
[Ənkəbut, 57]
Sizdən heç kəs özünə ölüm diləməsin. (Əgər o həyatda qalarsa,) əməlisaleh adamdırsa, yaxşı işlər görüb savabını artırar, yox günahkar adamdırsa ola bilər ki, tövbə etsin.
[Əl-Buxari, Arzu kitabı, 7235]
Hər insan öləcək yaşdadır.
[Güneyd Suavi]
ƏXLAQ VƏ QURAN
[ Aktual / 2988 dəfə baxılıb ]
|
Ərəb dilçiləri əxlaq kəlməsinin "hilk" və "hulk" kökündən törədildiyini söyləyirlər. Hilk insanın fitri tərəfini, hulk insanın mənəvi tərəfini, halk insanın maddi və sosial tərəflərini əks etdirir.
Əxlaqın hulk tərəfi hilk və halk tərəflərindən daha güclüdür. Ruh bədənin, axirət dünyanın, qeyb şəhadət aləminin, məna maddənin öznəsi olduğu kimi, mənəvi olan da maddi olanın öznəsidir. Birincilər ikincilərə görə əbədidirlər. Eyni kökdən gələn "xilqət" kəlməsi "yaradılış" deməkdir. Eyni zamanda hulk "huy" yəni "adətləşmiş davranış" deməkdir.
Qərb mədəniyyətində XX əsrin birinci yarısında latın mənşəli "moral" kəlməsindən istifadə edilirdi. Həmin əsrin son dövrlərində Yunan mənşəli "etiket" kəlməsi istifadə edilməyə başlanıldı. Yunanca ethos, dilimizdəki "əxlaq"ın qarşılığıdır. N.Etikin "Nikomakosa Əxlaq" adlı əsəri əxlaqdan bəhs edən əsərdir. Əxlaq Yunan mədəniyyətində dəyərlər sistemini ifadə edir. Bu terminlərin zaman içərisindəki dəyişikliklərini izlədikcə moralın daha çox fərdi əxlaq üçün, etiketin isə sosial əxlaq üçün istifadə edildiyini görürük. Birincisi İslam termilogiyasında ədəbə, ikincisi isə əxlaqa daha yaxındır. Yaxşı-pis əxlaqın mövzusudur. Doğru-yanlış ağlın, gözəl-çirkin estetikliyin, haqq-batil əqidənin, haqlı-haqsız hüququn mövzusudur.
Əxlaq və Quran Əxlaq kəlməsi Quranda mərkəzi bir yer tutmur. Bu kəlmə Quranda bir dəfə Qələm surəsinin 4-cü, bir dəfə də Şuara surəsinin 137 - ci ayəsində keçir. Fəqət insanlığın müştərək ağlının yaxşı dediyi əxlaqi davranışların hamısı təriflənir, pis dedikləri də tənqid olunur. Bu halda aşağıdakı qənaətimiz özünü təsdiqləyir: Əxlaq kəlməsi Quranda mərkəzi yerdə olmasa da, əxlaqi davranışın özü Quranın mərkəzində yer alır. Quranın məqsədi insan davranışını əxlaqlaşdırmaqdır. Quran nədən danışırsa danışsın, son nəticədə əxlaqdan danışır. İlk nazil olan surələrdəki nümunələrə nəzər yetirək:
1. Ələq surəsi: Quranın ilk nazil olan beş ayəsinin mövzusu bilgi əxlaqıdır. İlk əmr sadəcə "Oxu!" əmri deyil, "Yaradan Rəbbinin adı ilə oxu!" əmridir. Yaradan Rəbb adıyla/adına oxumaq bilgi əxlaqının təminatçısıdır. Yenə Ələq surəsində yer alan "İnsan mütləq azar; əgər öz-özünə yetdiyini sanırsa" (6-7) ayələri birbaşa əxlaqla əlaqədardır. Yenə orda "O bilmir ki, Rəbbi onu görür?" (14) ayəsində əxlaqi davranışın üstün qabiliyyətini göstərir. Bu qabiliyyət, görən bir Allah inancıdır. O yoxdursa davranışın əxlaqiliyinə təminat verən də yoxdur.
2. Müzzəmil surəsi:Qiraət əxlaqından söz açır. Surənin ilk on bir ayəsində doqquz əmr cümləsi var. Yəni doqquz fe'l cümləsi ilə doqquz davranış əmr edilir. Onların mərkəzini təşkil edən 4-cü ayədə: "Quranı tərtillə (düşünərək, təfəkkür edərək) oxu!" deyilir. Bütün bu əmrlərin yer aldığı bölümün zirvəsi isə "Rəbbinin adını an və bütün varlığınla Ona adan" (8) ayəsidir.
3. Müddəsir surəsi:Dəvət/Risalət əxlaqından bəhs edir: İlk yeddi ayədə yeddi əmr var. Əsas əmr: "Qalx və xəbərdar et!" (2) əmridir. Bu əmrlər passiv yaxşını, aktiv yaxşıya çağıran əmrlərdir. Bu əmrlər "Yaxşılıq əxlaqına" işarə edir. Yaxşı olmaq kifayət deyil, yaxşılıq əxlaqına da sahib olmaq lazımdır. O da yaxşılığı ayağa qaldırmaq və aktiv hala gətirməklə mümkündür. Elçilik əxlaqı isə ilk əvvəl Rububiyyətin ən böyük təzahürü olan vəhyin sahibini təkbir ilə başlayır: "Və Rəbbini təkbir et!" (3). Dəvətdə israr da dəvət əxlaqına aiddir: "Və Rəbbin üçün səbr et!" (7). Bu, Rəbbinə qarşı əxlaqlı davran!" mənasına gəlir. "Və əlbisəni təmiz tut!" (4) əmri "Topluma qarşı əxlaqlı davran" mənasına gəlir. "bütün pisliklərdən uzaq dur!" (5) əmri, "Həqiqətə qarşı əxlaqlı davran!" mənasına gəlir. "Və yaxşılığı qazanc mənbəyi bilmə!" (6) əmri "Öz şəxsiyyətinə qaşı əxlaqlı davran" mənasına gəlir.
4. Fatihə surəsi:Qulluq əxlaqından söz edir. İlk üç ayəsi qulun yönəldiyi məqamı xatırlatmadır. "Yalnız Sənə qulluq edər və yalnız Səndən yardım diləyərik" (4) ayəsi qulun yönəldiyi məqama qarşı əxlaqi davranışı ifadə edir. Son üç ayə isə qulluq əxlaqının mərkəzi olan duadır.
Namaz əmrindən başqa digər əmrlər nazil olmadığı dövrlərdə belə əxlaqi əmrlər vəhyin ilk illərində nazil olmuşdur: