Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

(Oruc tutmaq) sayı müəyyən olan (bir ay) günlərdir. (Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində) bir yoxsulu doyduracaq qədər fidyə verməlidirlər. Hər kəs könüllü xeyir iş görərsə (həm oruc tutub, həm də fidyə verərsə), bu onun üçün daha yaxşı olar. Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir!

[Əl-Bəqərə, 184]


Rəsulullah(s.a.s): "Kim Allahu Təala yolunda bir gün oruc tutsa, Allah onunla od arasını, genişliyi səma ilə ərş arasını tutan bir xəndək edər".

(Tirmizi)


Ramazan həmişə yaxşı gələr, amma bəzən bizi yaxşı bəzən də pis tapar.
 
Abunə olmaq
İmtina etmək
Ad, Soyad:
E-mail:
Mövzu:
Məktub:
 

NƏ QƏDƏR QAZANMAQ OLAR?

[ Ticarət / 1212 dəfə baxılıb ]   
|
 
Bu mövzu nə qiymətləndirmədən, nə də qiymətlərin bahalığındandır. Mövzu əsasən, normal şəraitdə, adi bazar rəqabəti zəmnində, aldatmadan və dolandırmadan işləyən tacirlərin gəlirləri barəsindədir. Bazar iqtisadiyyatını, qiymətləndirmə və sairə prosesləri qoruyan, nəzarətdə və müəyyən çərçivədə saxlayan qanunlar və şərtlər mövcuddur. Vicdan, insaf, insanlıq və həssasiyyət də bir başqa mövzudur. Şəriətin qoyduğu müəyyən qadağalar və çərçivələr vardır ki, onların əksəriyyəti bizə məlumdur. Faiz və sələm alıb-vermək, çəkidə, ölçüdə aldatmaq, yalan danışaraq satmaq, cəmiyyətə zərərli olan və Rəbbimizin haram buyurduğu şeylərin ticarəti, qumar və sairə bunun kimi qazancların hamısı haram qazanclara daxildir. Bütün bunlardan əlavə bir də tacirlərin qazanclarının və yaxud gəlirlərinin həddi, maya dəyərinə əlavə etdikləri nisbətin limiti mövzusudur.

Mal-dövləti, pulu mühafizə etməyin yollarından biri də, onu xərcləmək, istifadə etmək, qazanc məqsədilə dövriyyəyə buraxmaqdır. Biz buna Peyğəmbərimizdən rəvayət olunan bir hədisdə rast gələ bilərik. Tirmizinin rəvayətlərində qeyd olunur ki, Amru bin Şueyb atasından o da babasından rəvayət edir ki, Rəsulullah belə buyurmuşdur; “Kim yetimi himayəsinə götürərsə, həmin yetimin də malı olarsa, o malı ticarətdə istifadə etsin, qoymasın ki, sədəqələr həmin malı yeyib bitirsin.” (Tirmizi, Zəkat bölməsi, 641-ci hədis). Bu möhtəşəm tövsiyədən görürük ki, kiminsə müəyyən qədər malı-pulu varsa, ona söykənərək, yeyib-içib oturmamalı, əksinə həmin vəsaitdən istifadə edərək, onu işlədib qazanc əldə etməyə can atmalıdır. Eynilə bu mövzuda bir sıra başqa hədislər də rəvayət olunmuşdur ki, mənaları eyni olmaqla mətnləri fərqlidir.

Amma belə bir məsələ var ki, bəzi yerlərdə tacirlərin qazancları maksimum 20%-ə çatırsa, başqa bir yerdə tacirlərin qazancı 100%-ə çatır və hətta o nisbəti keçir. Bizə məlumdur ki, tacirlər müəyyən kapitala və ya maya dəyəri dedikləri məbləğə malı alır, üzərinə müəyyən nisbətdə qiymət artırıb satırlar. Alqı-satqı da iki tərəfin razılığı halında həyata keçir. Çünki əslində razılıq olmazsa ona ticarət adı vermək mümkün deyil. Rəbbimiz Qurani Kərimdə buyurub ki; “Ey iman gətirənlər! Qarşılıqlı razılıqla edilən alış-veriş müstəsna olmaqla, bir-birinizin mallarını haqsız bəhanələrlə (haqsız yerə) yeməyin və bir-birinizi məhv etməyin!” (Nisa, 29).
Ayələri, hədisləri, Peyğəmbərimizin (Ona Allahın salamı olsun) və səhabələrin həyatını araşdırsaq, satılan malların qiymətinə müəyyən nisbətdə bir hədd qoyulması məsələsi açıq-aydın olmamışdır. Yəni malların üzərinə artırılan nisbət (bugünki dövrümüzdə tanıdığımız “marja”) üçdə bir olsunmu, yoxsa 25%-mi olsun, yoxsa 2 qatını keçməsin deyə şərtlər və qaydalar yoxdur. Axı belə qaydalar olsaydı sizcə ticarətə ədalətli yanaşma sayılardımı?! Çünki milyon növ mal, milyon çeşit əşya, ərzaq, xidmət var ki, bütün onlara ümumi bir hədd qoyulsaydı düzgün idarə etmək olmazdı. Məsələn, ərzaq, qida və yeyinti mallarına artırılan nisbət eynilə avtomobil satışlarında tətbiq olunsaydı, onda avtomobil sektoru inkişaf edə bilməzdi. Tez-tez alınan malların üzərinə əlavə olunan nisbət az olmalıdır. Çünki bu cür mallar gündəlik ehtiyac duyulan zərurətlərdir. Həmçinin yerində nəğd satılıb alınan malla, uzun müddətli alqı-satqıda fərq olmalıdır. Asanlıqla əldə olunan malı satmaqla, çətinlik və ağır proseslərdən sonra əldə olunan malı satmaq eyni tutula bilərmi?! Bu cür fərqləri və halları saymaqla bitən deyil. Ona görə də təsəvvür edin ki, Qurani Kərimdə və ya Peyğəmbərimizin sünnətində gəlir və qazanclara müəyyən nisbət və ya limit qoyulsaydı nə baş verərdi?!

Rəbbimiz isə rəhmli və mərhəmətlidir.

Ona görə də hər bir zamana və məkana uyğun olaraq qiymətləndirmə və əlavə olunan nisbət doğru-dürüst aparılmalıdır. Tacir olan kəs, öz mallarını nə bazar qiymətindən çox aşağı satmamalı nə də çox yuxarı qaldırmamalıdır. Çünki tarazlığı itirərək bazar iqtisadiyyatına zərər vermiş sayılar. Urva adlı səhabədən belə bir hədis rəvayət olunur ki, Peyğəmbər (Ona Allahın salamı olsun) ona bir dinar verib qoyun almağa göndərir, O da qoyun satandan 1 dinara 1 deyil, 2 qoyun alır. İmam Əhməd rəvayət etdiyi hədislərdə bu hadisəni belə rəvayət edir; Urva deyir; “Qoyunun sahibi ilə (qiymət haqqında) danışdım, ondan 2 qoyunu 1 dinara aldım. Onları gətirərkən yolda bir kişi mənə rast gəldi və qoyunları almaq istəyini bildirdi. Danışıqdan sonra ona qoyunun birini 1 dinara satdım. Beləcə bir dinar və bir qoyunla gəldim və Rəsulullaha: Ya Rəsulallah, bu sizin bir dinarınız bu da qoyun. Peyğəmbər dedi; “Necə etdinki?” Ona olan hadisəni danışdım. Rəsulullah da; “Allahım, ona alış-verişində bərəkət ver!” deyə dua etdi. Elə vaxt var idi ki, mən Kufada dayanır evə gedənə qədər 40,000 qazanırdım. (Tirmizi, “Alqı satqı bölməsi” 1258-ci hədis.). İmam Buxarinin eynilə bu hədisi başqa bir mətnlə rəvayətinin sonunda əlavə olunur ki; “Əgər O, (Urva o gün Peyğəmbərin duasından sonra) sadəcə torpaq (ərazi deyil, sadəcə quru torpaq) alsaydı, onunla da qazanc əldə edərdi.” Bu hədis Əbu Davud tərəfindən də başqa mətnlə rəvayət olunub.
Burdakı əsas məqsəd və məna odur ki, o səhabə 100%-lik bir qazanc əldə etmiş və Rəsulullahın bu iş xoşuna da gəlmişdi. Çünki o səhabə heç kimi aldatmamış, yalan danışmamış, gizlətdiyi bir şey olmadan öz bacarıq və məharətilə 100%-lik bir qazanc əldə etmişdi. Rəsulullah bazarda bir qoyunun qiymətinin təxminən 1 dinar civarında olmasını bilərək ona 1 dinar verib yollayır. Həm də yolda həmin səhabəyə rast gələn başqa bir adam ondan bir qoyunu 1 dinara alması da buna dəlalətdir. Sadəcə Urva öz məharətilə 1 dinara 2 qoyun almışdı. Bu da o demək deyil ki, satan şəxs qoyunlarını ziyana satmışdı.

Təbii ki, bütün hallarda insan öz vicdanını, insafını kənara atmamalıdır. Çünki müsəlman şəxsin ticarətdə bilməsi gərəkən məsələ var ki, İslamda iqtisadiyyat və əxlaq bir-birindən ayrı deyillər. İslam kapitalizm deyil. Yalnız işləmək, qazanmaq, yığmaq və artırmaq müsəlmanın hədəfi və qayəsi ola bilməz. Rəbbimiz belə bir işdən bizi çəkindirərək buyurur; “Çoxluğa hərisliyiniz başınızı o qədər qatdı ki,...” (Təkasür, 1).
Sonunda isə hamımıza tövsiyə olaraq Rəbbimizin bir ayəsini xatırladaq; “O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz. Onlar qəlblərin və gözlərin haldan-hala düşəcəyi (dəhşətdən ürəklərin duymaqdan, gözlərin görməkdən qalacağı) bir gündən (qiyamət günündən) qorxarlar." (Nur, 37).


Hazırladı: Şahmar Kərimov / Azerislam.com
Mənbə: Dr. Yusuf əl-Qaradavi
www.onislam.net
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:01
GÜNƏŞ06:45
ZÖHR [ 4 rükət ]13:47
ƏSR [ 4 rükət ]17:38
MƏĞRİB [ 3 rükət ]20:47
İŞA [ 4 rükət ]22:25
GECƏYARI00:54
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka