Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

"Və inkarda israr edənlərə gəldikdə...
Onların etdikləri səhrada görülən ilğım kimidir: Susuzluqdan yanmış olan onu su sanar, fəqət ona yaxınlaşdıqda orada (sudan) heç bir iz tapa bilməz. Lakin Allahı öz vicdanında tapar və bilər ki, Allah haqq-hesabı layiqincə çəkəndir."

[Nur, 39]


İnsanınn haqsız yerə qan tökməsinə səbəb bir işə nəfsini qarışdırmasıdır.

[Buxari, 4888]


"Allahın hər mükafatı rəhmət, hər cəzası isə ədalətdir."

İbn Teymiyyə

 
Abunə olmaq
İmtina etmək
Ad, Soyad:
E-mail:
Mövzu:
Məktub:
 

QURANI “KƏRİM” GÖZLƏ OXU!

[ Oxu! / 234 dəfə baxılıb ]   
|
 
Anadoluda bir kənd evi və ya məscidindən…
İranda bir qəsəbə məscidinin rəfindən…
Fələstində bir kitab satıcısından…
İndoneziyada bir kitabxanadan…
Tunisdə qonaq qaldığınız bir evin kitablığından...
Bakıda kitab köşklərindən…
Nəhayət dünyanın hər hansı bir yerində, hər hansı bir məsçid, cami, kitab satıcısı, kitabxanadan onu aldığınızda üzərində bu yazını görürsünüz:QURANI-KƏRİM…

Bir kitabın adı onun xülasəsi deyilmi?
Bir kitabın adı onun haqqında bütün mesajı verir, elə deyilmi?
Oxuduğunuz kitabları düşünün hamısı bu cürdür.
Hər hansı bir teatrın, filmin, dərnəyin, partiyanın hətta dövlətin adı da belədir.
Allahın kitabına bu ad niyə verilib, heç maraqlandınızmı?
Qənaətimcə kitabın üz qabığındakı “KƏRİM”, Quranı “kərim” bir gözlə, bu istiqamətdən, bu baxış bucağından oxumaq mənasına gəlir .
O halda nə deməkdir “QURANI-KƏRİM”?
Nəyə deyilir “Kərim”?

Bildiyimiz kimi, ərəb atı çox dözümlü, mükəmməl bir yarış və minik atıdır. Ərəbistana keçən orta Asiya atlarından törəyiblər. İngilis atlarından daha dözümlü olub, 24-28 saat heç su içmədən məsafə qət edə bilirlər. At yarışlarında sahibinə küllü miqdarda pul qazandırır. Həmişə qarşılıqsız verir, verir, verir… Onun üçün adına “soylu, əslzadə” deyirlər.
Buna görə də, bu çox məhsuldar, soylu, əslzadə ata ərəbcə danışan zehin “Cafadu Kərim” deyib. Nəyə "Kərim" deyilib diqqət edin!
Türk Dil Qurumu (TDQ) lüğətində “Kərim” sözünün qarşısında bunlar yazılıb:
1. Soylu, əsilzadə.
2. Comərd.
”Kərəm” sözündə də bunlar yazılıb:
1. Soyluluq, ululuq, böyüklük, əsilzadəlik.
2. Hədiyyə olaraq verilən, comərdlik, yaxşılıq, lütfkarlıq...İkram, İkramiyə, Kəramət, Mükrəmin, Mükərrəm, Əkrəm kəlmələri də bu kökdəndir…
Kərim sözünün ərəbcə kökü KRM-dir və türkcədə iki mənada işlədilir. Quranda da iki mənadadır:
1.Vermək, comərdlik.
2.Şərəf, əsilzadəlik.
Yəni ki, verdiyin üçün şərəfli (kərim) olursan və ya şərəf (kərəm) sahibi olmağın üçün hədiyyə (İkram) etməyin lazımdır. Hər kim çox verirsə, xərcləyirsə (ikram) ən şərəflimiz (əkrəm) odur. Qarşılıqsız vermə (ikramiyə) ona görə də hədiyyədir, bağışlamadır. Fövqaladə hallarda deyil, əlindəkindən verərək, paylaşaraq, bölüşərək təmannasız ödəyici (kəramət) sahibi olursan.
Bunu edən Mukrəmin olur. Bu səbəblə də, comərdliyi ilə məşhur elçiyə Rəsulu-Əkrəm, yaşadığı şəhərə də Məkkəyi-Mükərrəmə deyilir. İçində başdan sona bunu öyrədən kitaba da Qurani-Kərim deyilir.

Quran-Kərim adının birbaşa Allah tərəfindən qoyulduğunu görürük: ”Heç şübhəsiz o bir Qurani-Kərimdir” (Vaqiə 56\77).
Allahın, Hira mağarasında Peyğəmbərimizə ilk səslənişində iki dəfə “Oxu” (çağır, bildir, götür, anlat, yaşa, yaşat) deyə səsləndiyini görürük: Oxu! səni yaradan Rəbbinin adıyla… Oxu! Sənin Rəbbin Əkrəmdir…

Allahın ilk olaraq bu sifətlərlə özünü tanıtması, bizim həyatı bu adlarla “oxumamızı” istədiyi üçündür. Yəni biz “xəlq” edər (istehsal edər, düzəldər, bir şey meydana gətirər) və istehsal etdiklərimizi verir, bölüşər, paylaşırsaq “əkrəm”(şərəfli, hörmətli) olarıq. Allahın “xəlq” və “kərəm” sifətləri insanların dünyasında beləcə təcəlli etmiş olur…
Bu cür oxumağı ilk dəfə həyata keçirənlərin Allahın elçiləri olduğunu görürük. Daha ilk nazil olan surələrdə Hz.Peyğəmbər üçün “O, "kərim" bir elçinin sözüdür” deyilir. (Haqqa 48).
Hz.Musa üçün də eyni şey söylənir: "Biz onlardan əvvəl Fironun cəmiyyətini də sınadıq, onlara “kərim” bir elçi gəlmişdi." (Duhan:17)

Kərim elçilər “Ən böyük Kərəm sahibinin Kitabı-Kərimini” gətirirlər və insanlara necə mükərrəm olacaqlarını, nə etsələr kəramət əhlindən sayılacaqlarını öyrədirlər: qarşılıqsız verərək, hədiyyə edərək, bölüşərək, paylaşaraq…
Firon deyirdi ki: “Ey, cəmiyyətim! Misir mülkü və altımdan axıb gedən çaylar və su hövzələri mənim deyilmi?” (Züxruf:51)
Çünkü Firon Misirin yeraltı və yerüstü sərvətlərini mənimsəyərək həddini aşıb, tağutlaşmışdı. Xalqını siniflərə, qatlara ayıraraq, sinfi ayrı-seçkilik edərək parçalamış və kölələşdirmişdi. Yəni özünü Allaha “şərik” qoşmuşdu.
Bunun ifadəsi olaraq da “Mən sizin ən uca Rəbbinizəm”(Naziat:24) deyirdi.
“Rəbbiniz mənəm…” Yəni su kanallarımda, əkin yerlərimdə, bağçalarımda, ərazilərimdə hamısı mənim olan Misir mülkümdən sizə çörək və iş verən mənəm. Mən olmasam ac qalarsız…
“Kərim elçiyə” deyildi ki: ”Firona get! Çünkü, o həddini aşmışdır” (Naziat:17). Ona de ki, ”Təzkiyə (təmizlənmə) olacaqsanmı?”(Naziat:18).
Yəni sahib çıxıb mənimsədiyin Allahın mülkünü xalqa geri qaytaracaqsanmı? Bağları, bağçaları, əraziləri, torpağı “Misirin mülkü mənim" deyib sahib çıxırsan. Bütün bunları əsil sahiblərinə, haqqı tapdalananlara, yoxsullara, bütün xalqa geri verəcəksənmi? Mən bunun üçün göndərilmiş “kərim” bir elçiyəm. Kərim olan Allahın yoluna dön! Müsəlman ol və ver! Üzərindəki artığı verərək təzkiyə ol/təmizlən. Elçilərin vəzifəsi Allahın mülkünü sahiblənənlərə “kəramətin” (vermənin/təzkiyənin/təmizlənməyin) yolunu göstərməktir…
Elçiləri örnək alanların da, onların yolundan getmələri lazım olduğunu görürük:
“Verərək sədaqətini təsdiq edən kişilər (musaddiqun) və verərək sədaqətini təsdiq edən qadınlar (müsaddiqat) və Allaha gözəl bir borc (qardı-həsən) verənlər… Onlara qat-qat artığı və “kərim” bir qarşılıq vardır.”(Hədid:18)
Ayədə qeyd olunan musaddiqun və musaddiqat terminləri “sədəqə verən kişilər və sədəqə verən qadınlar" deyə çevrilməsi qənaətimcə səhvdir. Çünkü, sədəqə anlayışı bu günkü dilimizdə istifadəsi etibarı ilə bəzi terminlər kimi, məhv edilmiş terminlərdəndir. Məsələn, zəkat deyərkən qeyri-ixtiyari olaraq malın qırxda biri ağla gəldiyi kimi, sədəqə deyəndə də “Allah xatirinə” sədəqə yalvarışı və dilənçilərə beş-on qəpik vermək ağla gəlməkdədir.
Amma sədəqə təsdiq etdi/doğruladı deməkdir. Nəyi təsdiq edirsən? İmanı… Necə təsdiq edirsən? Verərək…
İman iddiasında olduğun halda verməsən, paylaşmasan nə olarsan?
İkiüzlü, münafiq…
Allaha gözəl bir borc vermək (qardı-həsən) Quranın Məkkədən etibarən işlətdiyi ən tutarlı terminlərdən biridir. Qard, kredit deməkdir. Allaha qarşılıqsız kredit vermək deməkdir…
Allah xarici aləmimizdə görünən bir şey olmadığına görə bu necə olacaq? Yoxsullara verərək… Çünkü Allah Quranda özünü yoxsulların yerinə qoyaraq danışır. Ona borc vermək və ya qarşılıqsız kredit vermək, yoxsullara vermək deməkdir.
Ayədə iman edən kişilər və qadınlar bu işi edərlərsə paylaşdıqlarının artaraq geri dönəcəyi bildirilir. Burada “bir qoy üç al” məntiqi yoxdur. Allah ilə münasibətini ticarət düşüncəsilə anlayan “tacir imanı” bu cür işləri anlamaz. Burada qat-qat olaraq geri dönən, ayənin sonunda olduğu kimi, “kərəm” dərəcəsinə nail olmaqdır. Deyir ki, əgər siz bu işi etsəniz “kərim” olarsız, yəni şərəf və hörmət sahibi olarsınız. Əks halda şərəfinizi itirər, ”şərəfsiz” olarsınız. Bir insan üçün ən böyük itki bu deyilsə bəs nədir?
Belə bir ifadə var: ”Verməyən şərfsizdir” deyirlər. Bu ifadə həm paylaşmaq, həm də şərəf mənasına gələn “kərəm” termininin içində olub, ondan çıxarılmışdır.
Nəhayət Quranda üstünlüyün ölçüsü olaraq da kərəm termininin işlədildiyini görürük: ”Allah qatında ən kərəmliniz (şərəfli/hörmətli/aristokrat/üstün) ən təqvalı olanınızdır”. (Hücurat:13)
“Təqva” çəkinmək deməkdir.”Allahdan çəkinmək” isə Allahı qəzəbləndirməkdən çəkinmək mənasındadır. Allahı ən çox nəyin qəzəbləndirdiyini isə biz cəhənnəm təhlükəsindən anlayırıq.
Aristokratlıq; irqçilik, milliyyət və mülkiyyətdə deyil; kəramətdədir. Yəni kərim olmaqda, kərəm sahibi olmaqdadır. Bunun üçün, ”Sizin ən xeyirliniz, insanlara ən çox faydalı olanınızdır buyurulmuşdur". Bunun tərsi də təqvadır: ”Sizin ən təqvalı olanınız, insanlara zərər verməkdən ən çox çəkinəninizdir…”
Buradakı ”kəramət” termininin təsəvvüfdəki kəramət termini ilə heç bir əlaqəsi yoxdur. Tam əksinə olaraq, kərim olmaqla, kərəm sahibi olmaqla; comərdliklə, bölüşməklə, verməklə, insanlara faydalı olmaqla əlaqədardır. Kim kərəm (bölüşmək) mövzusunda ən təqvalıdırsa, ən üstünümüz də odur. Bu səbəblə bir çox səhabələr Peyğəmbərimizə “Bölüşəcək bir şeyimiz yoxdur, necə təqvalı olacağıq?” deyə soruşduqda: “Təbəssüm sədəqədir” demişdir. Yəni insanlara gülər üzlü münasibət göstər, təbəssümünü bölüş, bu da kəramətdir demək istəmişdir.
Bu halda Quran varlığın səbəbi olaraq təmələ “ədaləti” yerləşdirən “kərim” bir dövlət təklif edir. Ədalət və kərəm bu dövlətin yeganə var olma səbəbidir.
Yəni bütün cəmiyyətə eyni münasibət göstərən, ölkənin xəzinələrini zənginlərin əlində dövr edən bir dövlət olmaqdan qurtaran, heç bir fərq qoymadan bölən, paylayan, geri verən, iqtidar insanını yaşatdıqca, özünün yaşayacağını bilən, zəbt edən, işğal edən, parazit, tiran dövlət deyil, əksinə, comərd, verici, paylayıcı, adil, kərim dövlət…
Haqq tapdayanların mərhəmətsiz dövləti deyil; haqqı tapdalananların, yoxsulların, çarəsizlərin ədalət dövləti…
Zənginlərə işləyən kapitalist dövlət deyil; kimsəsizlərin kimsəsi kərim dövlət…
Qurani Kərim…
Kitaba bu adı Allah özü qoymuşdur.
"Bu Qurani Kərimdir” demişdir"(Vaqiə:77).
Bu ayə kitabın başlığına qoyulmuşdur.
Tam mənası ilə kitabın üstündə bu yazılmaqdadır:
Bu aristokrat, hörmətli bir həyatın yolunun comərdlik/paylaşmaqdan (Kərim) keçdiyini öyrədən və bunun yollarını göstərən ayələrin toplandığı (Quran) dır.
Və bunun necə olacağı comərdliyi və hörməti ilə məşhur bir elçi tərəfindən (Rəsulu-Əkrəm), comərdlik və hörmət şəhərindən (Məkkəyi-Mükərrəmə) başlayaraq bütün dünyaya bildirildi…
23 ilə, hicrətin on birinci ili (632) Rəbiyül-əvvəl ayının on ikinci günü tamamlandı…
Bu Kitabdır hər insana içini çölünü öyrədən
Göydə, yerdə, canda bir Yaradan sezdirən.
Bu Kitabdır hər bir kəsə mənlik verən, yol açan
İnsanlığın sərgisinə hədiyyələr asdıran.
Bu çırağdır: obalara, mənzillərə nur saçan
Bir kəndlinin işlərini tarixlərə yazdıran...
Bu Kitabdır ürəkləri yaxşılıqla bəsləyən
“Yad bağına girmə” deyən, dost yarasın bağladan.
Bu anadır: kimsəsizə “Balam” deyə səslənən
Çox canları qardaş edən, bir-biriçün ağladan.
Bu Kitabdır :Ağıllara hər bir şeyi axtardan
“Düşün, sonra inan” deyən, doğru yollar göstərən.
Bu elmdir: Ucalığın təməllərin atdıran
Çılpaq dağlar yaşılladan, viran kəndlər şənlədən.
Ey insanlar! Bu balaca hədiyyəmi atmayın
Bir qönçədir: Məhəmmədin gül bağından dərildi
Heç vaxt bunu saxta çiçək dəstəsinə qatmayın
Bu şey sizə özünüzü tapmaq üçün verildi...
(M.Əmin Yurdakul; Qurani-Kərim şeiri)

İhsan Əliaçıq
Hazırladı: Habil Yusuf / Azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:30
GÜNƏŞ07:00
ZÖHR [ 4 rükət ]12:51
ƏSR [ 4 rükət ]16:08
MƏĞRİB [ 3 rükət ]18:42
İŞA [ 4 rükət ]20:08
GECƏYARI00:06
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka