"Və inkarda israr edənlərə gəldikdə... Onların etdikləri səhrada görülən ilğım kimidir: Susuzluqdan yanmış olan onu su sanar, fəqət ona yaxınlaşdıqda orada (sudan) heç bir iz tapa bilməz. Lakin Allahı öz vicdanında tapar və bilər ki, Allah haqq-hesabı layiqincə çəkəndir."
[Nur, 39]
İnsanınn haqsız yerə qan tökməsinə səbəb bir işə nəfsini qarışdırmasıdır.
[Buxari, 4888]
"Allahın hər mükafatı rəhmət, hər cəzası isə ədalətdir."
İbn Teymiyyə
AXİRƏTƏ İMAN
[ Oxu! / 206 dəfə baxılıb ]
|
Axirətə iman, Allaha imandan sonra gələn ikinci əsas prinsipdir. Quran bu ikisini birlikdə o qədər çox zikr edir ki, vəhylə inşa olunmuş bir ağıl bu ikisindən biri olmadan digərini təkbaşına düşünə bilməz. Yaxşı, bəs bu niyə belədir? Çünki axirətə iman olmadan Allaha imanın, insanın həyatında konkret və tam qarşılığı yoxdur. Mücərrəd bir Allah inancı, insanın gündəlik həyatında ancaq axirət inancıyla birlikdə bir əxlaqa çevrilə bilər. Allaha qarşı məsuliyyət şüuru mənasına gələn təqvanın təməlində olan səbəb də budur.
İnsan Allaha qarşı məsuldur. İnsanı təmənnalı deyil, təmənnasız əxlaqi davranışa aparan səbəb də bu şüurdur. İnsan, ancaq axirətə inanarsa Allah şüuru onda bir əxlaq şüuru meydana gətirər. Çünki məsuliyyət, şüurlu bir seçimdir və bu seçimin qarşı qütbündə məsuliyyətsizlik durur. Bir insanın seçimini məsuliyyətsiz davranış istiqamətində deyil, məsul davranış istiqamətində istifadə etməsi üçün mütləq əxlaqi qanun vacibdir. Bu əxlaqi qanun, məsuliyyətsiz davranışın cəzalandırılması, məsul davranışın mükafatlandırılmasıdır. Əgər bu qanun yoxdursa, bir insanın özü üçün çətin olan bu məsul davranışı seçməsinin ağlabatan bir səbəbi olmaz.
Bilinən bir həqiqətdir: Suyu gətirənlə su qabını qıran bir tutula bilməz. Bu ikisinin eyni tutulduğu bir dünyada kimsə su gətirməyə cəhd etməz. Əgər bu ikisinin sonu eyni olsa, yaxşı ilə pis arasındakı əsas ayrı-seçkilik itər. Yaxşı ilə pis arasındakı ayrı-seçkiliyin itməsi, əxlaqi davranışın əsaslarının yox olması deməkdir. Belə bir vəziyyətdə yaxşı olmaq üçün lazım olan bədəli ödəmək üçün heç kim səy göstərməz. Bu cür dünya isə yaşanılması mümkün olmayan bir dünyadır. İnsan insanın cənnəti olmaq yerinə insan insanın qurdu halına gəlir.
Axirət, məsul davrananlarla məsuliyyətsiz davrananlar arasındakı qəti və həqiqi ayrı-seçkiliyin ediləcəyi əsl dünyadır. Axirətə iman, insanın ədalət duyğusuyla əlaqəlidir. İnsan içindəki ədalət duyğusunu öldürmədən axirətin varlığını inkar edə bilməz. Axirəti inkar, insanın içindəki ədalət duyğusunun ölməsidir. Fikrimizi bir misalla izah edək: Avropada işləyən Müsəlman bir ailə, bayram zamanı valideyinlərini ziyarət etmək üçün məmləkətlərinə gəlirlər. Gecə vaxtı kimsəsiz yolda qarşılarını naməlum şəxslər kəsir. Ailə üzvlərini qarət etməyə cəhd edirlər. Ata müqavimət göstərdiyi üçün onu öldürürlər. Anaya təcavüz edib onu da vəhşicəsinə öldürür və bilərzik dolu qolunu kəsirlər. Hadısənin şahidi qalmasın deyə uşaqların hər birinə təcavüz edərək onları da öldürür və qeybə çəkilirlər. Hadisənin hal şahidi yoxdur, cinayət yerində heç bir dəlil buraxılmamışdır. Heç bir sübut tapılmamış və cinayət işinin sənədləri açılmamış cinayətlər rəfinə qoyulmuşdur. Sual belədir: İnsanlıqdan kənar olan bu zülmü həyata keçirənlər, qanunlardan qaçaraq xilas olduqları halda etdikləri cinayət cəzasızmı qalacaq? Hüquqi qanunları aldadan günahkarlar, günahsızlarla birmi tutulacaq? Belə bir suala "bəli" cavabı verən birinin məsələsi "iman və ya inkar"dan daha çox "ədalət və vicdan" məsələsidir. Belə birinin başda insan tərifi olmaq üzrə, həyatın mənası, insanın məqsədi, insanla soxulcan arasındakı fərq kimi mövzularda ağlının doğru işləməsi vacibdir. Belə bir nəticəni lap başdan qəbul edib bunda bir problem görməyən birinin, imanını nəzərdən keçirmədən əvvəl, vicdanını və fitrətini, hətta psixologiyasını nəzərdən keçirmək lazımdır.
Bu nəticəni təbii qarşılayan birinin ya ədalət duyğusu korlaşmış, ya ağılı azmış, ya da fitrəti və vicdanı təhrif olunmuş və yaxud da səlim düşünmə [doğru] qabiliyyətini itirmişdir. Axirətə iman, yalnız Allahın müsəlmandan tələbi deyil, eyni zamanda ədalət duyğusunun da isbatıdır. Axirət, ölümdən sonra başlayan və məhşərdəki dirilişdən sonra davam edəcək olan müddətin hamısını ehtiva edən əbədi həyatdır. Bu müddətin içərisinə başdan sona doğru ölüm, bərzah, son saat, qiyamət, məhşər, hesab günü, cənnət, cəhənnəm kimi ünsürlər girir. Vəhyə istinad edən bütün inanc sistemlərində əsas olan axirət həyatıdır. Dünya həyatı keçici və dadımlıq bir həzzdir [meta]. Meta olan sabit, kamil və daimi deyil. Dünya həyatı axirət olmadan ruhsuz bir cəsəd hökmündədir. Hər şeyin bir ruhu vardır. Axirət də dünyanın ruhudur. Quran axirətsiz bir dünyanı tək başına "oyun və əyləncə" olaraq adlandırır. Ancaq axirətlə birlikdə bu dünya həyatı dərin bir məna və məqsəd qazana bilir. Sözün əsl mənasında bir "axirət surəsi" olan Yasin Surəsindən bu canlı axirət mənzərəsini seyr edək: "Üfləndi sura. Və məhz onlar qəbirlərindən qalxıb Rəblərinə doğru qaçırlar. Dedilər: "Vay başımıza gələnə! Bizi kim qaldırdı yatdığımız yerdən? Bax, budur Rəhmanın vəd etdiyi şey. Və demək peyğəmbərlər doğru söyləmişdirlər!" [36:51-52]