O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür (və deyirlər:) “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru!
[Ali İmran, 191]
Səmanı və yeri yaratdığı gündən bəri Allahın infaq etdiklərini düşünün!
[Buxari, Təfsir, 11/2, Tövhid 22]
Düşünmədən öyrənmək vaxt itirməkdir.
[Konfutsi]
TƏQVA ŞÜURU
[ / 116 dəfə baxılıb ]
|
Həmd Allaha aiddir. Yalnız Ona həmd edir, yalnız Ondan kömək diləyirik, nəfslərimizin pisliklərindən və yaxşı olmayan əməllərimizdən Ona sığınırıq. O kimə hidayət versə, onun üçün azğınlıq yoxdur. Kimi də azdırarsa onun üçün də heç bir hidayət edici yoxdur. Allahdan başqa tanrı yoxdur və O ortağı olmayan Təkdir. Biz, Hz. Məhəmmədin Onun qulu və Peyğəmbəri olduğuna şahidlik edirik.
Quran, Müsəlmanlara belə deyir:
"Ey iman edənlər! Allahdan haqqiyla ittiqa edin (təqva sahibi olun) və ancaq Müsəlman olaraq ölün." [1] Haqqıyla ittiqa etmək, ya da lazım olduğu kimi təqvalı ol¬maq...
İnsanın etməkdə çətinlik çəkdiyi, lakin etməli olduğu ən əhəmiyyətli bir vəzifə...
Qüvvətli bir imandan sonra dərin bir idrak, oyanıq bir anlayış və Allaha qarşı ciddi bir məsuliyyət şüuru.
Bəlkə imanın da qüvvətli olmasını təmin edəcək olan bir məsuliyyət... Başqa bir sözlə həyatın hər sahəsində Allahı və Onun Rəbbliyini hesaba qataraq düşünmək, inanmaq və ya¬şamaq anlayışı...
Təqva şüuru...
İnsanın ən böyük məqama qarşı hiss etməsi vacib olan əhatəli bir məsuliyyət duyğusu; insan olmağın gərəyi ola¬raq hesab verəcəyi, ya da yaxşılıq gördüyü məqama qarşı duyduğu məsuliyyət şüuru...
“Təqva şüuru”, Allaha qarşı duyulan sevginin və təzimin zirvəsidir.
Təqva, içində qorxu ünsürü də daşıyan, lakin yalnız qorxu mənasında olmayan bir anlayışdır. Onu tək bir kə¬limə ilə ifadə etmək mümkün deyil. Başqa sözlə onu yenə özü ilə izah etmək lazımdır. Biz əsər boyunca təqvanı bəzən olduğu kimi, bəzən onun hərəkət halı olan “ittiqa” kəlməsi ilə, bəzən “Allahdan qorxub çəkinmək”, bəzən də “Allaha qarşı məsuliyyət şüuru” şəklində ifadə edəcəyik. Bütün bu istifadələrdə, onun “Allaha qarşı qulluq məsuliyyəti daşımaq şüuru” olduğu fikirini daima önə çıxarmağa, təqvanın daşıdığı bu mənaya diqqət çəkməyə çalışacağıq.
Təqvanın nə olduğu ancaq yaşanaraq öyrənilər.
Biz bu əsərimizdə əsasən “Təqva Şüuru”ndan danışacağıq. Təqvanın insan həyatındakı yerini təsbit etməyə, onun məzmunundakı sevgi, məsuliyyət, qorxu və ümid ünsürlərini günümüzə daşımağa səy göstərəcəyik.
Mövzunu altı başlıq halında izah etməyə çalışdıq:
Birinci bölümdə Quranda qorxu duyğusunu anladan kəlmələri və təqvanın mənasını, təqva və fücur əlaqəsini,
İkinci bölümdə, Quran, Sünnət və Sələfin həyatında təqvanın əhəmiyyətini, təqvanın ən xeyirli ruzi və əlbisə olduğunu,
Üçüncü bölümdə, təqvanın müxtəlif ölçülərini, insanı təqvaya çatdıran səbəbləri, təqvanın dərəcələrini, təqva şüuru ilə reallaşan şeyləri,
Dördüncü bölümdə, təqva şüurunun konkret örnəkləri¬ni, təqvanın ehsan, birr, səbir, infaq və digər əxlaqi ünsürlərlə əlaqəsini,
Beşinci bölümdə, müttəqilərin kim olduğunu, Al¬lahın müttəqiləri sevdiyini və onların Qurandakı özəl¬liklərini,
Altıncı bölümdə, təqva şüurunun yaxın və uzaq zamanda, başqa bir sözlə dünyada və axirətdə bizə verəcəyi mənfəətləri anlatmağa çalışdıq.
Təqva şüuru ilə yaşayıb müttəqilərdən ola bilməyi diləyirik. Əzm bizdən, qəbul etmək və müvəffəqiyyət vermək isə Rəbbimizdəndir.