Mərhəmətli, Rəhimli, Allahın adı ilə
 
DİQQƏT!!! Səsli dərslər bölməsinə ..:: GÜNAHLARIN ZƏRƏRLƏRİ və RÜŞVƏT ::.. adlı yeni xütbələr əlavə olundu Qulaq asmaq üçün buradan keçid alın ...

XƏBƏRLƏRƏ YAZIL
 

DOST SAYTLAR

 

  30 avgust 2006

QAMƏT SÜLEYMAN: "MƏN VƏHHABİ DEYİLƏM"

daha ətraflı
-Bəzən namaz qılan şəxs hansısa bir dəstəyə qoşulmaq fikrinə düşür. Bilirsiniz, bu gün dünyada gedən proseslər Azərbaycana da təsir edir. Radikalların ideyaları İnternet vasitəsilə ilə də yayılır. Onlara qoşulan insanlar mütləq bizdən ayrılırlar. Bizim məscid Azərbaycanda radikallığının qarşısının alınmasında böyük rol oynayır. Biz insanların arasında fitnə salmağın əleyhinəyik. Əgər radikallığın qarşısının alınmasında bizim rolumuzun nədən ibarət olduğunu bilsəydilər, bizə təşəkkür edərdilər. Ola bilər ki, bu məsciddə namaz qılan kimsə pis fikirlərə düşsün. Həbs olunan şəxslərin çoxunu tanımıram və onlar özləri bizi kafir adlandırıb. Onları bizimlə bağlamaq böyük xətadır. Bu gün Azərbaycanda “Təkfirçilər”, “İxlanlar”, “Muahidlər”, “Tağufçular” və digər qruplar var. Onlar zəif olsalar da, radikal fikirlərin daşıyıcılarıdır. Bizdən çəkinməyə dəyməz. Bəzən mənim özümə də kafir deyənlər tapılır. Bu gün Azərbaycanda vəziyyət o qədər də yaxşı deyil. Radikallıq təkcə Azərbaycanda deyil, bütün dünyada yayılıb.

  25 avgust 2006

ŞABAN – RAMAZANA HAZIRLIQ AYIDIR

daha ətraflı
Ramazan ayından əvvəl Şaban ayı gəlir və məhz bu ayda Peyğəmbərimiz (s.a.s) Ramazan ayı orucları üçün özünü hazırlayardı. O (s.a.s), Şaban ayında çoxlu oruc tutardı. Məlumdur ki, Ramazan ayında yalnız orucla kifayətlənmirik, bundan əlavə gecə namazlarına qalxırıq, Qurani Kərim oxuyuruq. Məhz o əməllərə də indidən hazırlıqlar görmək lazımdır ki, Ramazan ayı daxil olduqda birdən-birə ağır ibadətlərə başlayıb, bir həftə...

  24 avgust 2006

HİCRƏT VƏ ONUN İSLAM TARİXİNDƏKİ ƏHƏMİYYƏTİ

daha ətraflı
Lüğətdə tərk etmək, ayrılmaq anlamına gələn hecr (hicran) məsdərindən isim olan hicrət insanın hər hansı bir şeydən bədənən, dilnən və ya qəlbən ayrılıb uzaqlaşması deməkdir. Ancaq kəlimə daha çox bir yerin tərk edilərək başqa bir yerə köç edilməsi mənasında istifadə edilir. Termin olaraq isə hicrət daha çox Həzrəti Peyğəmbərin (s.ə.s) Məkkədən Mədinəyə hicrətini ifadə edir.

  22 avgust 2006

RƏCƏB AYI VƏ UYDURULMUŞ BİDƏTLƏR

daha ətraflı
Rəcəb ayı Hicri təqvim aylarının yeddincisidir. “Rəcəb” kəliməsi hər hansı bir şeydən utanmaq, qorxmaq, heybətindən çəkinərək hörmət etmək mənasını ifadə edir. Cahiliyyə dövrü ərəbləri bu ayda öz bütləri üçün qurban kəsərdilər. Ərəb ayları arasında müqəddəs sayılan bu ay “əşhurul-hurm”dan - haram aylardan biri sayılır. Haram aylarlarda müharibə etmək ərəblər arasında qadağan sayılırdı. Bu ənənə Məkkəlilərin bu aylarda məişət ehtiyaclarını və Kəbə zəvvarlərının təhlükəsizliyini təmin etməkdən ötrü idi. Hətta bu ənənə İslamın ilk dövrlərində də tətbiq olunurdu.

  18 avgust 2006

İSLAMDA SÖZ AZADLIĞI - Elmir Quliyev

daha ətraflı
Son onillikdə dünya darısqal olmuşdur ki, bu da yalnız Yer kürəsi əhalisinin sayının altı milyardı ötməsinə görə deyildir. Qloballaşmanın artan gücü çərçivəsində insan qısa müddət ərzində böyük məsafələri aşmağı öyrənmiş və əgər əvvəllər yalnız insan təsəvvürü üçün sərhəd yox idisə, bu gün onlar praktik olaraq məlumat, kapital və müasir cəmiyyətin bir çox tərkib hissələri üçün praktik olaraq yoxdurlar. Insanlar biri-birinə daha yaxın olmuşlar və əhalinin real sıxlığı onun “mənəvi sıxlığı”ndan daha çox olmuşdur. Bu şərtlər altında mədəniyyətlərimizin sabit yanaşı yaşaması və inkişafının təmin olunması məqsədi üçün insan haqları anlayışının yenidən mənalandırılması və ədalətsizliyin və sıxışdırmanın qınanması üçün ümumi yanaşmanın yaradılması ehtiyacı yaranır. Şəxsiyyətə və individuma hörmətli münasəbətin təmin olunması üçün fundamental hüquqlardan biri şəxsi fikrini ifadə etmək hüququdur və bu hüquq olmadan şəxsiyyətə və individuma hörmətli münasibət təmin oluna bilməz.

  7 avgust 2006

NAMAZ BAŞQA BİR HƏYATDIR

daha ətraflı
Namazda qəlbin və ruhun yaşadığı həyat başqa olur. Həmçinin Allahu Təala namaz zamanı bəndənin qəlbinə baxar. Rüku, səcdə və qiyam kimi xarici hərəkətlər isə məhz qəlbin yaşadığı anların zahiri görünüşüdür. Əslində biz həyatımızı ibadətə həsr etsək, bizə verilən bütün nemətləri yalnız Allahın itaətinə sərf etsək, hətta ömrümüz boyu səcdədə də qalsaq, Allahın bizə verdiyi bir nemətin şükrünü layiqincə edə bilmərik.

  4 avgust 2006

SƏBA MƏMLƏKƏTİNİN ŞAHZADƏSİ BİLQEYS (QURANDAN HEKAYƏLƏR)

daha ətraflı
Allahu Təalanın bizə nazil etdiyi bu hekayədə biz bir çox ibrətamiz hikmətlərə rast gəlirik. İki dövlət arasında olan əlaqə və münaqişə, hökmdarların hansı siyasətlə hərəkət etməsi, müharibənin mənfi nəticələrindən uzaq olmaq üçün düzgün addım atılması, ölkədə şura edilməsi və hamının rəyi soruşulması və sairə kimi başqa ibrətlər var bu hekayədə

  31 iyul 2006

MÜSƏLMAN ÜMMƏTİ BU GÜN

daha ətraflı
Zaman keçdikcə, İslami məfhumlar və İslam mədəniyyəti ümmətin daxilində yox olmağa başladı. Həyat dolu və bütün həyata məna verən “Lə iləhə illəl-lah” kəliməsi, sadəcə dillərdə və ağızlarda gəzən söz oldu. İnsanın bütün əməllərini, davranışlarını, fəaliyyətlərini, əxlaqını və sairə əhatə edən ibadət məfhumu, yalnız təkrarlanan kukla hərəkətləri ilə yadda qaldı. Həyata və insanların...

  31 iyul 2006

HANI MÜSƏLMANLARIN İZZƏTİ?

daha ətraflı
İlahi, bizim ümmət bu qədərmi dəyərsiz oldu? İstədiyimiz şəhvətin ardınca dilimiz çöldə qaçmağa başladıq, imtina edə bilmədik. Kor-koranə qərb etdiyini biz də təkrarlamağa başladıq, yalnız dünya həyatında yaşamaq üçün. Harda əyləncə, kef və şənlik məclisləri varsa o qapılardan əl çəkmədik, hamısında iştirak etmək istədik. Fitnə-fəsadı aramıza gətirdilər, boynumuza mindilər...

  27 iyul 2006

NƏ AXTARIRSAN?

daha ətraflı
Yer üzündə ən qiymətli sarayı sənə versələr, onun müqabilində gözlərini verə bilərsənmi? Yaxud səni bir ölkəyə başçı seçsələr, qollarını verə bilərsənmi?Yaxud da sənə ömrünün sonuna qədər kifayət edən mal dövlət versələr, bunun müqabilində ayaqlarını verə bilərsənmi? Sən dünyada olan hər şeyin müqabilində bədəninin

CARİ VAXT

NAMAZ TƏQVİMİ

 FƏCR [ 2 rükət ] 05:31
 GÜNƏŞ 07:06
 ZÖHR [ 4 rükət ] 13:41
 ƏSR [ 4 rükət ] 17:22
 MAĞRİB [ 3 rükət ] 20:15
 İŞA [ 4 rükət ] 21:45
«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir» [ ən-Nisa, 103 ]

SON KİTABLAR

NAİLİYYƏTLƏRİMİZ

STATİSTİKA

 
© Azerislam.com - Müstəqil İslam saytı. Sayt 1422-ci (2001) hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir.
Materiallardan istifadə etdikdə istinad vacibdir.
Bu bir "Gənc Reportyorlar Birliyi" layihəsidir.
Dizayn və host: NUR D şirkəti tərəfindən dəstəklənir.
Reklam materiallarına görə Azerislam məsuliyyət daşımır.