ƏSSƏLAMU ALEYKUM. ALLAH QURANİ KƏRIMDƏ ON GÜNƏ AND İÇİR. O ONUNCU GÜN HANSI GÜNDÜR? ALLAH SİZLƏRDƏN RAZI OLSUN.
ƏSSALAMU ALEYKUM VƏ RƏHMATULLAHİ VƏ BƏRAKATUHU.
Aleykumus salam. Uca Allah fəcr surəsində and içdiyi on gün zil hiccə ayının ilk on günüdür. Abdullah ibn Abbas r.a Abdullah ibn əz-Zuber r.a İkrimə və başqaları bu ayədə nəzərdə tutulan on gün zil hicca ayının ilk on günü olmasını izah etmişlər. Həmçinin İbn Kəsir, Suyuti Tabari, Qurtubi və başqa təfsir alimləridə bu cürə təfsir etmişlər. Abdullah ibn Abbas r.a rəvayət edir ki, Peyğəmbər s.a.s dedi: " Elə bir gündə edilən əməl yoxdur ki Allaha bu günlərdə edil əməllərdən daha xeyirli olsun " ( Buxari ) Abdullah ibn Ömər r.a rəvayət edir ki, Peygəmbər s.a.s belə buyurmuşdur.“Bu on gün Allah yanında əzəmətli və sevimli gündür. Bu gündə edilən saleh əməllər Allaha daha xoşdur. Siz də bu vaxtlar çoxlu təhlil (Lə iləhə illəllah), təkbir (Allahu əkbər) və təhmid (Əlhəmdu lilləh) edin” (Hədisi imam Əhməd rəvayət edib və Əhməd Şakir isnadının səhih olduğunu qeyd edib). Mədinə Beynəlxalq İslam Unversitetinin məzunu Ramil Soltanov. Azerislam.com
Ramil
| Bakı
Sualın ID: 342
əs-sələmu əleykum.
Xahiş edirəm mənə maidə 55-in təfsirini yazasiniz
və ruku halinda zəkat verənin kim olduğunu bildirəsiniz
öncədən öz təşəkkurumu bildirirəm
Aleykumus salam. Эцнцмцздя актуал мясялялярдян бири дя тяфсир вя шярщлярдя бязи хяталарын олмасыдыр. Бу хяталардан бири дя «ял-Маидя» сцрясинин 55 айясини бязиляри тяфсир едяндя ортайа чыхыр. Bəzi qardaşlarımız щесаб едирляр ки, бу айя Яли ибн Абу Талиба r.a эюря назил олуб. Яли ибн Абу Талиб р.а. мясъиддя намаз гыларкян, мясъидя бир йохсулун гириб кюмяк истядийини ешидир, сонра ися намаз гылдыьы йердя рцку щалында олараг, юз ялини узадыр вя бармаьындакы цзцйц зякат кими о йохсула верир. Онлар бундан бязи нятиъяляр дя чыхардырлар ки, эуйа бу айя онун имамятиня дя ишаря едир. Əhli sünnənin əqidəsinə görə Ялийя р.а. гаршы щеч бир шей йохдур, чцнки о ямяли-салещ мюмин, мцсялманларын dördüncü рашиди-хялифяси вя мюминлярин ямиридир. Апардыьымыз арашдырманын мягсяди ися щягигяти юйрянмяктир, щягигятян бу айя Ялийя р.а. эюря назил олуб йохса йох. Вя нятиъяйя эялдик ки, бахмайараг Ялийя (р.а. эюря башга айяляр назил олуб, бу айянин она эюря енмясини демяк хятадыр, ашаьыдакы амилляря эюря:
Бу айянин Ялийя р.a эюря назил олмасы щеч бир щядис топлусунда гейд олунмайыб, фягят Тябяри бу айянин шярщиндя мцхтялиф рявайятляр эятирир вя Яли r.a щаггында олдуьуна даир 2 рявайят эятирир, лакин Ибн Кясир бу 2 рявайятин зяиф олдуьуну дейир.
Айядя сюзляря фикир версяк индики заманда ишлядилдийини эюрярик. Бу айядя кечмиш щадисядян бящс едилмир, яксиня, давамлы ямялдян сющбят эедир. Йяни мюминляря хас олан будур ки, онларын намазы, зякаты бу щалда олсун (йяни Аллащдан горхараг, ихласла, рийасыз). Бу давамлы бир ямялдир вя замана эюря мящдудлашмыр.
Бязиляри дейирляр ки, бу ямял Ялi r.a иля гуртармыр, щятта бцтцн имамлар рцкуда зякат верибляр. Беля олса иди, онда нийя бу фязилятли ямяли Пейьямбяр s.a.s етмяйиб???
Щямчинин бу уйдурма рявайятя баханда, эюря билярик ки, еля бир зярурийят йох иди ки рцкуда зякат верилсин. Мяэяр яфзял олмаздымы ки, намаз гыланларын намазы битяндян сонра йохсул зякаты истясин, йа да намаз гыланлар намазы битирдикдян сонра зякаты она версин? Еля бир зярурийят нядя иди?
Билмяк лазымдыр ки, ибрят ляфзин хцсусилийиндя йох, цмумилийиндядир. Яэяр доьурданда бу айя Ялининr.a ямялиня эюря олубса, онда бу тякчя она хас дейил. Йяни ким бу ъцр ется, онлара аид олур.
Ейни заманда ортайа суал чыхыр ки, яэяр рцкуда зякат вермяк яфзял ямялдирся, онда бу ямял нийя щеч бир фигщ китабларында гейдя алынмамышдыр.
Mədinə Beynəlxalq İslam unversitetinin məzunu Ramil Soltanov. Azerislam.com
Xuraman
| Sumqayıt
Sualın ID: 332
Əssalamu aleykum.Mən quranda dəstəmazla bağlı ayənin hansı olduğunu bilmək istəyirəm.
Əvvəlcədən təsəkkür edirəm.sağ olun!
Aleykumus salam. Uca Allah bu barədə buyurur:" Ey iman gətirənlər! Namaza durduğunuz zaman üzünüzü və dirsəklərlə birlikdə (dirsəklərdən və ya dirsəklərə qədər) əllərinizi yuyun. (Yaş əlinizlə) başınızı və hər iki bəndə (oynağa) qədər ayaqlarınızı məsh edin (və ya: başınızı məhs edin, ayaqlarınızı isə hər iki topuğa qədər yuyun). Əgər cünub (murdar) olmusunuzsa, qüsl edin (bədəninizi başdan ayağa qədər yuyub təmizləyin). Xəstələndiyiniz, səfərdə olduğunuz, ayaq yolundan gəldiyiniz və ya qadınlarla yaxınlıq etdiyiniz zaman su tapmasanız, pak torpaqla təyəmmüm edin, ondan üzünüzə və əllərinizə sürtün (paklığı niyyət edib əllərinizi bir dəfə torpağa sürtərək üzünüzü, bir dəfə də torpağa sürtərək əllərinizi məsh edin). Allah sizi çətinliyə salmaq istəməz, lakin O sizi pak, təmiz etmək və sizə olan ne’mətini tamamlamaq (artırmaq) istər ki, bəlkə, şükür edəsiniz!" (əl-Maidə surəsi, ayə 6) Mədinə Beynəlxalq İslam unversitetinin məzunu Ramil Soltanov. Azerislam.com
Seva-azeri
| BAKI
Sualın ID: 269
ES-SELAMUN-ALEYKUM.Oruc tutarken destamaz aliriq destemaz vaxti agizi yaxalamaq orucu pozur?Cavabiniza gore evvelceden tesekkurler.Allah razi olsun.
Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.
Xeyr pozmur. Lakin yaxşı olar ki, agıza və buruna su alarkən ehtiyatlı olasınız ki, bu orucun pozulmasına səbəb olmasın.
Allah daha doğrusunu bilir..
Azerislam.com
Vüqar
| Bakı
Sualın ID: 263
Salam aleykum! Xahiş edirəm əl-İsra surəsinin 64-cü ayəsinin və Loğman surəsinin 6-cı ayəsinin şərhini verərdiniz! Salam aleykum və rahmətullahi və bərakətuhu!
Azerislam.com Və aleykumus-sələm!
Uca Allah əl-İsra surəsinin 64-cü ayəsində şeytana belə deyir: “Onlardan kimi bacarırsansa, səsinlə yerindən oynat...” Loğman surəsinin 6-cı ayəsində isə belə buyurur: “İnsanlar içərisində eləsi də vardır ki, nadanlığı üzündən (xalqı) Allah yolundan döndərmək və bu minvalla onu məsxərəyə qoymaq üçün mənasız sözləri satın alarlar. Məhz belələrini alçaldıcı bir əzab gözləyir.”
Bu ayələrin ən gözəl şərhini Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) səhabəsi olan İbn Məsud (Allah ondan razı olsun) vermişdir. O bu ayələri izah etdikdə Allaha təkidlə and içərək belə demişdir: “Allaha and olsun ki Uca Allah bu ayələrdə (şeytanın səsi və mənasız sözlər dedikdə) musiqini qəsd edir.”
Zəka. Bico
| Ağsu
Sualın ID: 261
Biz hansı dəlillərdən bilirik ki, Quranda işlədilən Ruh (məsələn: əl-Qadr surəsi) Cəbrail mələyi bildirir?
Azerislam.com Əs-sələmu aleykum!
Biz bunu Qurani Kərimin ayələrindən bilirik. Hamıya məlumdur ki, Uca Allah Qurani Kərimi Peyğəmbərə (səllallahu aleyhi və səlləm) Cəbrail vasitəsi ilə nazil etmişdir. Amma Uca Allah bəzi ayələrdə Qurani Kərimi “Ruhulquds” (müqəddəs ruh) vasitəsi ilə nazil etdiyini bildirir. Bu da onu göstərir ki, Ruhulquds dedikdə elə Cəbrailin özü nəzərdə tutulur. Çünki Uca Allah Qurani Kərimi yalnız onun vasitəsi ilə nazil etmişdir. Uca Allah buyurur: “(Ya Rəsulum!) De: "Ruhülqüds (Cəbrail) onu (Quranı) sənin Rəbbindən iman gətirənlərə səbat vermək, müsəlmanları isə doğru yola yönəltmək və (onlara Cənnətlə) müjdə vermək üçün haqq olaraq nazil etmişdir" (ən-Nəhl, 102). Başqa bir ayə: “Şübhəsiz ki, bu (Quran) aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir! Onu Ruhuləmin (Cəbrail) endirdi.” (əş-Şuara, 192, 193).
Ceyhun Məmmədov
| Bakı
Sualın ID: 244
Əs-sələmu aleykum! Bağışlayın ki, sizi narahat edirəm. Amma məni maraqlandıran bir neçə sual var. İnşəallah onlara cavab tapmaqda mənə kömək olarsınız. Allah bizi küfrdən saxlasın! Bir şeyi bilmək istərdim. Nə üçün Qurani Kərim Ərəbistanda və niyə ərəb dilində nazil olub? Digər suallarımı da inşəallah bir-bir göndərərəm. Allah sizdən razı olsun!
Azerislam.com Və aleykumus-sələm!
Uca Allah Qurani Kərimi ərəb dilində nazil etməsinin səbəbini belə açıqlayır: “Biz onu ərəbcə bir Quran olaraq nazil etdik ki, (mənasını ) anlayasınız”. (Yusuf surəsi 2). Başqa bir ayədə isə belə deyilir: “Biz onu, anlaya biləsiniz deyə, ərəbcə Quran etdik”. (əz-Zuxruf surəsi 3). Bu ayələr onu göstərir ki, Uca Allahın kəlamı olan Qurani Kərim məhz ərəb dilində daha düzgün başa düşülür.
Zəka Bico
| Ağsu
Sualın ID: 237
Bismilləh, vəl-həmdulilləh, vəs-salətu vəs-sələmu alə rasulilləh! Əs-sələmu aleykum və rahmətullahi və bərakətuhu!
Qurani Kərimdəki 14 səcdə ayəsini Allah rizası üçün sadalamağınızı xahiş edirəm! Bundan başqa Quranda bəzən ayələrin qarşısında səcdə işarəsindən başqa da digər işarələr var. Bunların da nə isə mənaları varmı?
Azerislam.com Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu!
Quran kitabında qoyulan hər bir işarənin öz mənası vardır. Konkret olaraq işarəni qeyd etsəniz onun mənasını sizə açıqlayardıq. Səcdə ayələrində ayənin üzərində olan xətt onu göstərir ki, səcdə edilməsi əmr olunan söz budur. Səcdə ayələrinin sonunda qoyulan ۩ işarə isə onu göstərir ki, səcdə həmin yerə çatdıqdan sonra edilir.
Abdurrahim
| Bakı
Sualın ID: 234
Salam aleykum!
1. Qardaşlar məni bir şey maraqlandırır. Diri üçün Quran oxumaq olarmı? Məsələn quran oxuyub valideynə bağışlamaq.
2. Sübh namazını qılıb yatdım. Sonra zöhr namazının vaxtı çatdı. Mən ayağıma məsh çəkməliyəm yoxsa yumalıyam? Onu da deyim ki, mən yatanda ayağımda corab olmayıb.
3. Salavat deyəndə əlləri üzə çəkmək olarmı? Olmazsa nə üçün? Allah sizdən razı olsun! Salam aleykum!
Azerislam.com Və aleykumus-sələm!
1. Quran oxuyub sonra onun savabını istənilən diri bir şəxsə bağışlamaq düzgün deyildir. Çünki bunu nə Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm), nə onun səhabələri, nə də onların ardınca gedən doğru yolda olan tabiinlər etmişlər. Əgər valideynlər müsəlmandırsa onda övlad Quran oxuduğu zaman onsuz da onun savabından onlara da çatır. Çünki həmin övlad onların sayəsində bu cür böyüyüb. Amma yenə qeyd edirik ki, məqsədli şəkildə Quran oxuyub onun savabını istənilən bir şəxsə bağışlamaq dinimizdə yoxdur.
2. Əgər siz yatdıqda corablarınızı çıxartmışdınızsa onda siz dəstəmaz zamanı ayaqlarınızı mütləq yumalısınız.
3. Peyğəmbərə (səllallahu aleyhi və səlləm) salavat deyərkən əllərin üzə sürtülməsi (çəkilməsi) barəsində heç bir səhih hədis varid olmamışdır. Yəni nə Peyğəmbər (səllallahu aleyhi və səlləm), nə onun səhabələri, nə də onlardan sonra gələn doğru yolda olan imamlarımız salavat deyən zaman əllərini üzlərinə çəkməmişlər. Bu da onu göstərir ki, biz də peyğəmbərə (səllallahu aleyhi və səlləm) salavat deyərkən əllərimizi üzümüzə çəkməməliyik. Yəni salavat deyərkən əlləri üzə çəkmək düzgün deyildir. Çünki bu əməli sonradan etməyə başlamışlar. Salavat yalnız sözlə deyilir. Bunun mənası isə Peyğəmbərə (səllallahu aleyhi və səlləm) xeyir-dua etmək deməkdir. Salavat yalnız peyğəmbərin (səllallahu aleyhi və səlləm) adı çəkildikdə edilir. Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Paxıl o şəxsdir ki, adım onun yanında çəkildikdə mənə salavat demir.” (Hədisi Əhməd, Tirmizi və başqaları rəvayət etmişdir). Odur ki, peyğəmbərin (səllallahu aleyhi və səlləm) adı çəkildikdə ona salavat demək vacibdir. Çünki bunu Uca Allah da əmr edir. Uca Allah buyurur: “Həqiqətən, Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər (xeyir-dua verirlər). Ey iman gətirənlər! Siz də ona salavat göndərib (onun üçün salavat deyib) layiqincə salamlayın!” (əl-Əhzab, 56).
Ruslan Mirzəyev
| Bakı
Sualın ID: 230
Əs-sələmu aleykum! Sizdən çox xahiş edirəm mənim sualıma cavab yazın. Atam məni namaz qılmağa qoymur. Bəs mən indi nə edim? Mən atamdan gizli namaz qılmağı öyrənirəm. Bir daha xahiş edirəm mənə məsləhət verəsiniz.
Azerislam.com Və aleykumus-sələm!
Və aleykumus-sələm! Hörmətli Ruslan Mİrzəyev qardaşımız! Əgər siz həddi buluğa çatmışsınızsa onda Allahın əmrini yerinə yetirərək namaz qılmalısınız. Çünki həddi-buluğa çatan hər bir şəxsə namaz qılmaq vacibdir. Ömər ibn əl-Xəttab (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (səllallahu aleyhi və səlləm) dedi: «Üç şəxsin üzərindən qələm qaldırılıb (onlara günah yazılmır): Həddi-buluğa çatmamış uşaq, ruhi xəstə və yuxuda olan şəxs…» (Əbu Davud» 12/50 – 4391-ci hədis; İrvau-l-Ğalil 2/4 – 297-ci hədis. Hədis səhihdir).
Həmçinin Uca Allah buyurur: «…Namaz möminlərə müəyyən vaxtlarda fərz (vacib) edilmişdir.» (ən-Nisa surəsi 103). Başqa ayədə də belə buyurur: “Halbuki onlara əmr edilmişdir ki, Allaha - dini yalnız Ona məxsus edərək, batildən haqqa (islama) dönərək - ibadət etsinlər, namaz qılıb zəkat versinlər. Doğru-düzgün din budur!” (əl-Bəyyinə surəsi 5-ci ayə).
Həmçinin İbn Ömər (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “İslam beş əsas üzərində bina edilmişdir: Allahdan başqa ilahın olmamasına və Muhəmmədin Onun elçisi olmasına şahidlik etmək, namaz qılmaq, zəkat vermək, həcc etmək və Ramazan orucunu tutmaq.” (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir).
Bütün bunlar onu göstərir ki, namaz qılmaq həddi buluğa çatan hər bir müsəlmana vacibdir. Odur ki, bu işdə valideynlərə tabe olmaq Allaha asi olmaq deməkdir. Çünki uca Allah sizə namaz qılmağı əmr edir, valideynlər isə bunu qadağan edir. Əgər valideynlərə tabe olsanız onda Allaha asi olursunuz. Valideynlərə yalnız Allaha asi olmayan işlərdə tabe olmaq olar. Uca Allah buyurur: “Biz insana ata-anasına (yaxşılıq etməyi, valideyninə yaxşı baxmağı, onlarla gözəl davranmağı) tövsiyə etdik. Anası onu (bətnində) çox zəif bir halda daşımışdı. (Uşağın süddən) kəsilməsi isə iki il ərzində olur. (Biz insana buyurduq: ) "Mənə və ata-anana şükür et. Axır dönüş Mənədir! Əgər (ata-anan) bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, (bu işdə) onlara itaət etmə. (Qalan) dünya işlərində onlarla gözəl keçin (onlara itaət et). Tövbə edib Mənə tərəf dönənlərin yolunu tut. Sonra (qiyamət günü) Mənim hüzuruma qayıdacaqsınız. Mən də (dünyada) nə etdiklərinizi (bir-bir) sizə xəbər verəcəyəm!” (Loğman surəsi 14, 15-ci ayələr). Allah bütün valideynləri doğru yola yönəltsin. Amin!!!
Elmar Şabanov
| Bakı
Sualın ID: 208
Əs-sələmu aleykum! Niyə ölüm mələyi Əzrail Qurani Kərimdə bəzi yerlərdə tək halda, ayrı yerlərdə isə cəm halda işlənir? Bəlkə bu onu göstərir ki, ölüm mələkləri çoxdur, və çoxluğu bildirmək üçün cəmdə, lakin bəzən insanın yanında tək gəldiyi üçün tək halda işlənib? Allah razı olsun
Azerislam.com Və aleykumus-sələm!
Ölüm mələyi birdir. Qurani Kərimdə onun cəm halda gəlməsini güman etmirəm. Əgər belə bir ayə bilirsinizsə onu bizə yazın və biz də onun təfsirinə baxaq. Ölüm mələyinin adının Əzrail olması barədə isə nə ayə, nə də hədis varid olmuşdur. Lakin onun adının Ölüm mələyi olması həm ayə, həm də hədis vasitəsi ilə varid olmuşdur. Allah sizdən də razı olsun!
Leyla
| Bakı
Sualın ID: 205
Zəhmət olmasa mənə deyə bilərsinizmi, dəstəmaz alarkən corabın üstündən məsh çəkmək olar ya yox? Əvvəlcədən sizə öz minnətdarlığımı bildirirəm! Allah hamınıza kömək olsun!
Azerislam.com Əs-sələmu aleykum!
Bəli, dəstəmaz alarkən corabın üstündən məsh çəkmək olar. Lakin bunun şərtləri aşağıdakılardır: – corab və ona oxşar ayaq geyimlərini (dəstəmaz alarkən) ayaqları yuduqdan sonra geyinmək lazımdır ki, ikinci dəfə dəstəmaz aldıqda onun üzərinə məsh çəkə bilərsiniz; – ayaq geyiminin üzərində nəcis olmamalıdır; – məshdən yalnız dəstəmaz aldıqda istifadə etmək olar (qüsl etdikdə isə ayaqlar yuyulmalıdır); – məshin müddəti dəstəmaz alınıb ilk məsh çəkilən andan başlaya¬raq müsafir üçün üç sutka (72 saat), yerli sakin üçün isə bir sutka (24 saat) davam edir; Qeyd: Məshin müddətinin bitməsi dəstəmazı batil etmir.
Asiman
| Bakı
Sualın ID: 199
Mənə Moskvadan bir bacı sual verdi ki, azerislam.com – dan ayətul-kürsünü necə tapım? Mənə kömək edin, mən də o bacıya kömək edim!
Azerislam.com Əs-sələmu aleykum!
Ayətul-Kürsü əl-Bəqərə surəsinin 255-ci ayəsidir. Bu ayəni “İlk mənbələr” linkinin “Quran” bölümündən də tapa bilərsiniz. Lakin sizə çətin olmasın deyə bu ayəni sizin üçün yazırıq. Uca Allah buyurur:
[Allahu lə iləhə illə huvəl-həyyul-qəyyum. Lə tə'xuzuhu sinətun vələ nəum. Ləhu mə fis-səmavati və mə fil-ard. Mən zəlləzi yəşfə'u indəhu illə bi iznihi, yə'ləmu mə beynə əydihim və mə xalfəhum. Və lə yuhitunə bişeyin min ilmihi illə bimə şəə. Vəsia kursiyyuhus-səmavati vəl-ard. Və lə yəuduhu hifzuhumə, və huvəl-aliyyul-azim.]
Ayənin tərcüməsi: «Allah! Ondan başqa [ibadətə layiq olan] tanrı yoxdur, [əbədi] Yaşayandır, Qəyyumdur [kainatı yaradan və onu idarə edəndir, bəndələrinin işlərini yoluna qoyan və onları qoruyandır]. Onu nə mürgü tutar, nə də yuxu. Göylərdə və yerdə nə varsa, Onundur. Onun izni olmadan Onun yanında kim havadarlıq edər? O, onların [yaranmışların] önlərində və arxalarında olanı [nə olub, nə olur və nə olacağını] bilir. Onlar Onun elmindən Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Böyükdür!»
Zəka Bico
| Agsu
Sualın ID: 186
Bismilləh, vəl-həmdulilləh, vəs-salətu vəs-sələmu alə Rəsulullah! Əs-sələmu aleykum və rahmətullahi və bərakətuhu!
Uca Allah buyurur: “Bəli, günah qazanan və qazandığı günahlarla əhatə olunan şəxslər Cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar”. (əl-Bəqərə, 81).
1. Bilirəm ki, nəyisə düzgün anlamıram, lakin bu ayədən belə çıxır ki, Qiyamət günü Allahın bağışlamayacağı bəndələr Cəhənnəmdə əbədi qalacaqlar. Amma bir çox hədislərdə oxumuşam və iman gətirmişəm ki, Allaha şərik qoşmadan ölən hər kəs (Allah bizi ən azı belələrindən etsin, inşəallah) sonunda Uca Rəbbimizin lütfü ilə Cənnətə daxil olacaq.
Xahiş edirəm, bu ayənin təfsirini yazasınız və qəlbində zərrə qədər imanı olan və Allaha şərik qoşmadan ölən günahkar kəslərin Cəhənnəmdə əbədi qalmayacağı barədə Quran ayəsi varsa, onu da göstərəsiniz.
Azerislam.com Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu!
Sizin qeyd etdiyiniz ayədə söhbət öz dinlərini dəyişdirən, Tövratı təhrif edən, Cənnət və Cəhənnəmə iman gətirməyib bunlara istehza edən yəhudilərdən gedir. Siz 75-ci ayədən başlayaraq həmin ayəyə qədər oxusanız bunu açıq-aydın görərsiniz. Əlbəttə ki, həmin yəhudilər kafirdirlər və onlar əbədi olaraq Cəhənnəmdə qalacaqlar.
Biz Quranın yalnız bir ayəsini götürüb ondan əvvəlki və sonrakı ayələrə nəzər salmasaq həmin ayədən düzgün nəticə çıxara bilmərik. Buna misal çəksək yerinə düşərdi. Uca Allah əl-Məun surəsinin 4-cü ayəsində belə buyurur: “Vay halına o namaz qılanların.”
Əgər biz yalnız bu ayəni götürsək onda deyə bilərik ki, namaz qılmaq günahdır və kim namaz qılsa Allah onu cəzalandıracaq. Lakin biz bu ayəni daha doğru başa düşmək üçün bundan əvvəl və ya sonra gələn ayələrə də nəzər salmalıyıq. Bundan sonra gələn ayədə isə uca Allah belə buyurur: “Onlar öz namazlarından qafildirlər (səhlənkarlıqları üzündən namazlarını vaxtlı-vaxtında qılmazlar); Onlar (namazlarında) riyakarlıq edər.” (əl-Məun surəsi 5-ci və 6-cı ayələr). Göründüyü kimi bu iki ayə öncəki ayəni izah edir.
Sizin qeyd etdiyiniz ayəni də ondan əvvəlki ayələr izah edir. Bəli, qəlbində zərrə qədər imanı olan və Allah şərik qoşmadan ölən şəxs Allahın izni ilə Cəhənnəmdə əbədi qalmayacaqdır. Buna aid bir neçə ayə və çoxlu sayda hədislər vardır. Sizi Quran ayəsi maraqlandırdığı üçün yalnız Quran ayələrini qeyd edirik. Uca Allah buyurur: “Şübhəsiz ki, Allah Ona şərik qoşulmasını bağışlamaz, lakin bundan başqasını (digər günahları) isə istədiyi kəsə bağışlar. Allaha şərik qoşan şəxs isə uzaq bir azğınlığa düşmüşdür.” (ən-Nisa, 116).
Uca Allah buyurur: “O kəslər ki, iman gətirib imanlarına zülm qatmayıblar, onlar əmin-amanlıqdadırlar. Onlar doğru yola yönəlmişlərdir!” (əl-Ənam, 82). Bu ayə nazil olduqda səhabələr çətin vəziyyətə düşdülər. Onlar Peyğəmbərə (səllallahu aleyhi və səlləm) dedilər: “Hansı birimiz öz nəfsinə zülm etmir ki?” [Səhabələr elə başa düşdülər ki, ayədə deyilən zülm nəfsə edilən zülmdür və elə bir şəxs də yoxdur ki, nəfsinə zülm etməsin. Deməli heç kəs Qiyamət günü əmin-amanlıqda olmayacaq və heç kəs doğru yolda deyil. Elə buna görə də həmin ayə onları çətin vəziyyətə saldı.] Lakin Peyğəmbər (səllallahu aleyhi və səlləm) onların sualına belə cavab verdi: “Bu heç də sizin düşündüyünüz kimi deyil, burada (zülm dedikdə) şirk nəzərdə tutulur. Məgər Loğmanın sözünü eşitməmisiniz: “Doğrudan da, şirk böyük zülmdür!” (Loğman surəsi 13) ” (Buxari, 2/484). Bu hədis əl-Ənam surəsinin 82-ci ayəsini açıqlayır. Deməli ayənin mənası belədir: “O kəslər ki, iman gətirib imanlarına zülm (yəni, şirk) qatmayıblar, onlar əmin-amanlıqdadırlar. Onlar doğru yola yönəlmişlərdir!”
Bu ayə də açıq-aydın göstərir ki, imanlarına şirk qatmayan şəxslər nicat tapacaqlar.
Günay
| Bakı
Sualın ID: 158
Əs-sələmu aleykum! Allah sizin işinizdən razı olsun! Sualım belədir: Bütün günahlar Qurani Kərimdə göstərilib və Allahın icazə verdiyinə haram demək olmaz. Mən düzgün başa düşürəm? Qabaqcadan minnətdarlığımı bildirirəm! Allah amanında!
Azerislam.com Və aleykumus-sələm!
Xeyir bütün günahlar Qurani Kərimdə göstərilməyib. Elə günahlar var ki, onlar yalnız Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) hədislərində göstərilmişdir. Məsələn: Peyğəmbər (səllallahu aleyhi və səlləm) qaşlarını qopardan və qopartdıran qadınları lənətləmişdir. Bu da həmin əməli haram (günah) olmasını göstərir. Lakin bu əməlin günah olması barəsində Qurani Kərimdə heç nə deyilməmişdir.
Allahın icazə verdiyi şeylərə gəlincə onu deyə bilərik ki, əgər doğrudan da bilsək ki, Uca Allah həmin əmələ icazə verib onda ona haram demək olmaz.
Qasimova Nərmin
| Bakı
Sualın ID: 155
Salam Azerislam! Mən sizdən öyrənmək istəyirəm ki, əgər mən Qurani Kərimi oxusam mütləq başımı bağlamalıyam? Başqa bir şey də öyrənmək istəyirəm: Qurani Kərimi oxusam başqa nələrdən istifadə etməliyəm ki, günah sayılmasın. Zəhmət olmasa sualımı cavablandırasınız.
Azerislam.com Və aleykumus-sələm!
Quran oxuyan zaman başı bağlamaq vacib deyildir. O ki qaldı Quran oxumaqla yanaşı günah etməməyə, bunun üçün siz Quranda yazılanların heç olmasa bir qisminə əməl etməlisiniz. Bunlardan ən başlıcası isə namaz qılmaqdır. Çünki Uca Allah namaz qılmağı hər bir həddi buluğa çatan müsəlmana vacib buyurmuşdur. Uca Allah buyurur: “Həqiqətən namaz möminlərə bəlli vaxtlarda fərz (vacib) edilmişdir.” (ən-Nisa surəsi 103-cü ayə).
Həqiqətən namaz insanı pis və çirkin əməllərdən çəkindirir. Uca Allah buyurur: “(Ya Rəsulum!) Quranda sənə vəhy olunanı oxu və (vaxtı-vaxtında) namaz qıl. Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər...” (əl-Ənkəbut surəsi 45-ci ayə).
Uca Allah namaz vasitəsi ilə insanın xırda günahlarını bağışlayır. Uca Allah buyurur: “(Ya Rəsulum!) Namazı gündüzün iki başında (günortadan əvvəl və sonra, yəni səhər, günorta və gün batan çağı və ya günün iki başında, yəni səhər-axşam) və gecənin (gündüzə yaxın) bəzi saatlarında (axşam və gecə vaxtı) qıl. Həqiqətən, (beş vaxt namaz kimi) yaxşı əməllər pis işləri (kiçik günahları) yuyub aparar.” (Hud surəsi 114-cü ayə).
Eləcə də insan namaz vasitəsi ilə Allahdan yardım diləyir. Uca Allah buyurur: “(Müsibət vaxtında) səbir etmək və namaz qılmaqla (Allahdan) kömək diləyin! Bu, ağır iş olsa da, (Allaha) itaət edənlər üçün ağır deyildir.” (əl-Bəqərə surəsi 45-ci ayə).
Namaz Allah dərgahında ən əfzəl əməldir. Səhabələr Peyğəmbərdən (səllallahu aleyhi və səlləm) soruşdular: “Hansı əməl daha əfzəldir?” O dedi: “Vaxtında qılınana namaz.” (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir).
Qeyd edək ki, namaz qılmayan şəxs Cəhənnəmə düşə bilər. Uca Allah bu barədə buyurur: “Hər kəs öz əməlinin girovudur! (Hərə öz əməlinin əvəzini alacaqdır!) Sağ tərəf sahibləri (əməl dəftərləri sağ əllərinə verilənlər) istisna olmaqla! Onlar cənnətlərdədirlər; bir-birindən soruşacaqlar; Günahkarlar barəsində (və sonra həmin günahkarlara müraciət edib belə deyəcəklər): "Sizi Səqərə (Cəhənnəmə) salan nədir?" Onlar deyəcəklər: "Biz namaz qılanlardan deyildik;...” (əl-Muddəssir surəsi 38-43).
Bütün bu ayələr və hədislər onu göstərir ki, namaz İslam dininin əsaslarından biridir.
Namaz qılmağı öyrənmək üçün saytımızın Namaz bölümünə baxa bilərsiniz.
Allah sizə namaz qılmaqda kömək olsun! Amin!!!
Nazim
| Bakı
Sualın ID: 152
Əs-sələmu aleykum! Muta duasına Quranda necə baxılır? İcazə verilirmi? Sağ olun!
Azerislam.com Və aleykumus-sələm!
Yəqin ki, “muta” deməklə siğəni qəsd edirsiniz! Əgər belədirsə onda bilməlisiniz ki, siğə etmək haramdır.
İslam dininin əvvəlində müsəlmanlara bəzi şeylər halal idi. Məsələn: Sərxoş edici içki, uzunqulaq əti yemək, siğə və s. Lakin sonradan Uca Allah və Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) bu şeyləri haram etmişdir. O cümlədən siğə də İslam dininin əvvəlində halal olmuşdur. Sonra Peyğəmbər (səllallahu aleyhi və səlləm) onu Xeybər döyüşündə haram etdi. İmam Əli (Allah ondan razı olsun) Peyğəmbərdən (səllallahu aleyhi və səlləm) rəvayət edərək belə demişdir: “Artıq Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) Xeybər günü siğəni və ev eşşəyinin ətini yeməyi haram etdi!” («Səhihul Buxari», 5115; «Səhih Muslim», 3417; Tusinin «əl-İstibsar», 3-cü cild, səh. 142; Amilinin «Vəsailuş-Şiyə», 21-ci cild, səh. 12).
Cəfər əs-Sadiqdən siğə barədə soruşduqda demişdir: (ما تفعله عندنا إلا الفواجر) «Bizim aramızda bunu ancaq günahkarlar edər!» (Məclisinin «Biharul-Ənvar», 100-cü cild, səh. 318)
Bütün bu dəlillər onu göstərir ki, siğə haramdır və onu yalnız günahkarlar edərlər.
Allahdan istəyirik ki, bütün müsəlmanlara doğru yolu tapmaqda kömək olsun! Amin!!!
Əbülfəz Kərimov
| Şamaxı
Sualın ID: 150
Salam hörmətli Azerislam əməkdaşları! Mən öyrənmək istərdim ki, “Ayətul-Kürsü” deyilən ayələr hansı surənin hansı ayələridir? Əvvəlcədən təşəkkür edirəm! Allah amanında!
Əs-sələmu aleykum! Əl-Maidə surəsində bizim dinimizin tamam olması bildirilir. Deməli belə çıxır ki, bu surə axırda nazil olub, yoxsa necə? Surələrin sıra nömrələri onların əvvəl və ya sonra nazil olduğunu bildirir?
Azerislam.com Və aleykumus-sələm!
Surələrin və ayələrin sıra nömrələri onların əvvəl və ya sonra nazil olmasına dəlalət etmir. Elə surələr vardır ki, əvvəlcə onun axır ayələri nazil olub, sonra isə əvvəl ayələri nazil olub. Ayələrin bu cür düzülüşünü isə Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) ayələr nazil olduqca göstərmişdir. Hər dəfə ayə nazil olduqca Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) səhabələrə həmin ayənin hansı surənin neçənci ayəsi olduğunu deyərdi. Səhabələr isə öz növbəsində həmin ayələri lazımı yerinə yazardılar. Əl-Maidə surəsinə gəlincə bu surənin məhz 3-cü ayəsi ən axır nazil olan ayələrdəndir.