| Əvvəlki mövzu :: Sonrakı mövzu |
| Müəllif |
İsmarış |
Humeyra idarəçi
.jpg)
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1221
|
Göndərilib: C.a. Noy. 22, 2007 4:26 pm İsmarış mətni: Sələfin başçıya münasibəti. |
|
|
Sələfin başçıya münasibəti.
(İmam Əhmədin (Allah ona rəhmət etsin) "Sünnənin əsasları"ndan)
Allah Rəsulu (səllallahu aleyhi və səlləm) buyurmuşdur:
"İsrail xalqına Allah elçiləri başçılıq edərdilər. Hər dəfə onlardan biri dünyasını dəyişdikdə yenisi əvəz edərdi. Məndən sonra isə peyğəmbər olmayacaq, amma çoxlu sayda başçılarınız olacaq". (Səhabələr) soruşdular:"Bizə nə əmr edirsən?" Peyğəmbər (səllallahu aleyhi və səlləm) cavab verdi:"Onlara beyət edin, Allahın onlara verdiyi haqlarla hesablaşın, tabe olun. Onların tabeçiliyində olanlara qarşı haqlarını necə yerinə yetirməyini isə Allah özü hesaba çəkəcəkdir"
Buxari, 3455
İmam əl-Barbaxari (Allah ona rəhmət eləsin) demişdir:"Əgər sən başçısını söyən kəsi görsən, bil ki, o həva əhlidir (mübtadidir, nəfsinə uyandır). Əgər görsən ki, insan (Allahdan) başçı üçün xeyir diləyir, bil ki, o, inşaAllah Sünnə əhlidir"
"Şərh əs-Sünnə", 76
Başçını pisləyərək fitnə fəsad yaymamaq heç də o mənaya gəlmir ki, belə edən müsəlman ona yaltaqlanır, yaxud da onu tərifləyib göylərə qaldırır. Bu eyni şey deyil. İmam əl-Fudeyl ibn İyad (Allah ona rəhmət eləsin): deyir:"Əgər qəbul olunacağıma əmin olduğum bircə duam olduğunu bilsəm, onu başçım üçün edərəm". Ondan soruşdular:"Niya ki, ya Əbu Əli?!" Cavab verdi:"Əgər bu duanı təkcə özüm üçün etsəm, nu kifayət eləməz. əgər başçı üçün etsəm, bunda hamı üçün xeyir olar. Axı başçı saleh olsa, əhali də, şəhərlər də saleh olar"
"Təbaqət əl-hənbili", 2/36
Ənəs (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Rəsulunun (səllallahu aleyhi və səlləm) yaşlı səhabələri müsəlmanların başçılarını söymələrini, onlar haqqında (orda-burda) pis danışmalarını qadağan etmişdir və Ənəs (Allah ondan razı olsun) deyirdi:" Başçılarınızı söyməyin, onları aldatmayın və onlara nifrət etməyin. Allahdan qorxun və səbr edin!"
Beyhəqi "əş-Şuab", 6/96 Şeyx Albani (Allah ona rəhmət eləsin) hədisi həsən adlandırır.
Əbu Umam əl Bahili (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Rəsulu (səllallahu aleyhi və səlləm) buyurmuşdur:
"Çətinlikdə və asanlıqda (başçılarınıza) tabe olun, hətta bu sizin xoşunuza gəlməsə də; hətta sizin haqqınız olan bir şeyi o, başqasına layiq bilsə də. Sizin hökmünüzdə olmayan lakin özünüzü buna daha layiq bildiyiniz şeylərə namizədlik etməyin"
Əl-Əcurri "əş-Şəriət", 72 Hədis səhihdir.
Allah Rəsulu (səllallahu aleyhi və səlləm) demişdir:
"(İmamlar, başçılar) sizinlə namaz qılır. Əgər onlar düzgün edirlərsə, sizə də savab var, onlara da. Əgər səhv edirlərsə, onlara cəza sizə isə (tabeçiliyinizə görə) savab var"Buxari, 694
İmam ibn Abil-İzz əl-Hənəfi (Allah ona rəhmət eləsin) bu hədisin şərhində deyir:"Bu birbaşa dəlildir ki, başçı nəyisə səhv edirsə, bu, onun özünə qarşıdır, ona tabe olanlara qarşı yox"
"Şərh ət-Təhaviyyə", 374 _________________
İnsanları zikr etməkdənsə, Allahı zikr edin. |
|
| Əvvələ qayıt |
|
 |
|
|
Bu forumda yeni mövzu aça bilməzsiniz. Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz. Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz. Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz. Bu forumdakı sorğularda səs verə bilməzsiniz.
|
2001-2007 © Azerislam.com - Müstəqil islam saytı. Bu layihə Gənc Reportyorlar Birliyi tərəfindən həyata keçirilib və 1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir. Dizayn NUR D şirkətinə məxsusdur.
|