surə 109/114

Əl-Kafirun الكافرون

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

قُلْ يَٰٓأَيُّهَا ٱلْكَٰفِرُونَ 1

(Ya Peyğəmbər! Sənə - bir il bizim bütlərimizə ibadət et, bir il də biz sənin Rəbbinə ibadət edək – deyən müşriklərə) de: “Ey kafirlər!

لَآ أَعْبُدُ مَا تَعْبُدُونَ 2

Mən sizin ibadət etdiklərinizə (bütlərə) ibadət etmərəm!

وَلَآ أَنتُمْ عَٰبِدُونَ مَآ أَعْبُدُ 3

Siz də mənim ibadət etdiyimə (Allaha) ibadət etməzsiniz!

وَلَآ أَنَا۠ عَابِدٌۭ مَّا عَبَدتُّمْ 4

Mən sizin ibadət etdiklərinizə ibadət edən deyiləm!

وَلَآ أَنتُمْ عَٰبِدُونَ مَآ أَعْبُدُ 5

Siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz!

لَكُمْ دِينُكُمْ وَلِىَ دِينِ 6

Sizin öz dininiz var, mənim də öz dinim! (Elə isə sizin dininiz sizə, mənim dinim də mənə)!”

Ərəb mətn: Tanzil Uthmani. Azərbaycan dilinə tərcümə: Vasim Məmmədəliyev və Ziya Bünyadov. Mətnlər Tanzil Layihəsindən götürülüb.

Bu surə ilə bağlı məqalələr

Zikrin fəziləti

Gündəlik dualar

Yuxudan oyanarkən edilən zikrlər: (Əlhəmdulilləhil-ləzi əhyanə bə'də mə əmatənə və ileyhin-nuşur.) «Bizi öldürdükdən sonra dirildən Allaha həmd olsun…

20 dəq. oxunuş 55