surə 1/114

Əl-Fatihə الفاتحة

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ 1

Mərhəmətli, rəhmli Allahın adı ilə!

ٱلْحَمْدُ لِلَّهِ رَبِّ ٱلْعَٰلَمِينَ 2

Həmd (şükür və tə’rif) olsun Allaha (və ya: Həmd məxsusdur Allaha) – aləmlərin Rəbbinə,

ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ 3

(Bu dünyada hamıya) mərhəmətli, (axirətdə isə ancaq mö’minlərə) rəhmli olana,

مَٰلِكِ يَوْمِ ٱلدِّينِ 4

Haqq-Hesab (qiyamət) gününün sahibinə!

إِيَّاكَ نَعْبُدُ وَإِيَّاكَ نَسْتَعِينُ 5

Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!

ٱهْدِنَا ٱلصِّرَٰطَ ٱلْمُسْتَقِيمَ 6

Bizi doğru (düz) yola yönəlt!

صِرَٰطَ ٱلَّذِينَ أَنْعَمْتَ عَلَيْهِمْ غَيْرِ ٱلْمَغْضُوبِ عَلَيْهِمْ وَلَا ٱلضَّآلِّينَ 7

Ne’mət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!

Ərəb mətn: Tanzil Uthmani. Azərbaycan dilinə tərcümə: Vasim Məmmədəliyev və Ziya Bünyadov. Mətnlər Tanzil Layihəsindən götürülüb.

Bu surə ilə bağlı məqalələr

Əqidə

Gözdəymə və ondan qorunma

Rəhimli və mərhəmətli Allahın adı ilə! Həmd olsun Allaha, aləmlərin Rəbbinə. Salam və salavat olsun Peyğəmbəri Məhəmmədə, onun ailəsinə, səhabələrinə…

8 dəq. oxunuş 5 510
Aktual

Allahın nemətınə şükr etmək

Ey Müsəlmanlar! Allah qullarına uca nemətlərindən bolca vermışdir. Allah Təalanın əli boldur, heç bir nəfəqə (sərf etmə) onu azaldmaz. Rizqləri payla…

9 dəq. oxunuş 1 888
Aktual

Namazın müxtəsər təlimi

MÜQƏDDİMƏ Şükr və tərif Allaha məxsusdur, biz Ona şükr edirik, Onu tərif edirik, Onu köməyə çağırırıq, Ondan bağışlanma diləyirik, nəfslərimizin şəri…

19 dəq. oxunuş 9