Ey iman edənlər! Sizə ruzi kimi verdiyimiz pak şeylərdən yeyin və əgər Allaha ibadət edirsinizsə, Ona şükür edin!
[Bəqərə, 172]
"Haramdan çəkinmək üçün haramı bilmək lazımdır!..."
[Əhkamu’l-Cənaiz]
İnsanların yedikləri ilə əməlləri arasında qırılmaz bir bağ var.
[Hikmətli sözlər]
İSLAMDA ANDLAŞMA YOXDUR
[ Hədis elmi / 5955 dəfə baxılıb ]
|
عن عمرو بن شعيب عن أبيه عن جده قال جلس النبي صلى الله عليه وسلم عام الفتح على درج الكعبة فحمد الله وأثنى عليه ثم قال من كان له حلف في الجاهلية لم يزده الإسلام إلا شدة ولا هجرة بعد الفتح
570.Amr ibn Şueyb atasından, o da babasından rəvayət edir ki, Peyğəmbər (s.a.s) Məkkənin fəthi olan il Kə'bənin pilləkəni üstündə oturdu. Allaha həmd-səna etdikdən sonra dedi: “Kimin cahiliyyət dövründən qalma bir andlaşması varsa, (bilsin ki,) İslam ona ciddilikdən başqa bir şey artırmaz (bu din artıq onu ləğv etmişdir). Habelə Məkkənin fəthindən sonra hicrət yoxdur”. [ Səhihdir ]