Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Ey iman edənlər! Sizə ruzi kimi verdiyimiz pak şeylərdən yeyin və əgər Allaha ibadət edirsinizsə, Ona şükür edin!

[Bəqərə, 172]


"Haramdan çəkinmək üçün haramı bilmək lazımdır!..."

[Əhkamu’l-Cənaiz]


İnsanların yedikləri ilə əməlləri arasında qırılmaz bir bağ var.

[Hikmətli sözlər]

Kişi öz (din) qardaşını sevirsə, bunu ona bildirməlidir

[ Hədis elmi / 5073 dəfə baxılıb ]   
|
 

عن المقدام بن معدى كرب وكان قد أدركه قال قال النبي صلى الله عليه وسلم إذا أحب أحدكم أخاه فليعلمه أنه أحبه


542.Miqdam ibn Mə'di (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Sizdən biriniz qardaşını sevdiyi zaman onu sevdiyini ona bildirsin”.
[ Səhihdir ]

عن مجاهد قال لقيني رجل من أصحاب النبي صلى الله عليه وسلم فأخذ بمنكبى من ورائى قال أما إني أحبك قال أحبك الذي أحببتنى له فقال لولا أن رسول الله صلى الله عليه وسلم قال إذا أحب الرجل الرجل فليخبره أنه أحبه ما أخبرتك قال ثم أخذ يعرض على الخطبة قال أما إن عندنا جارية أما إنها عوراء


543.Mucahid rəvayət edir ki, Peyğəmbərin (s.a.s) səhabələrindən biri ilə rastlaşdım. O, arxadan mənə yetişib çiynimdən tutub dedi: “Mən səni sevirəm!” Mən dedim: “Xatirinə sevdiyin Allah da səni sevsin!” O dedi: “Əgər Peyğəmbər (s.a.s): “Sizdən biriniz qardaşını sevdiyi zaman onu sevdiyini ona bildirsin”- deməsəydi, bunu sənə bildirməzdim”. Sonra mənə anlatmaya başlayıb dedi: “Yanımızda bir qız var, (əxlaqı pisdir, özü də) çəpgözdür.
[ Həsən səhihdir ]

عن أنس قال قال النبي صلى الله عليه وسلم ما تحابا الرجلان إلا كان أفضلهما أشدهما حبا لصاحبه


544.Ənəs (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Bir-birini sevən iki kişinin ən fəzilətlisi, əlbəttə ki, qardaşına sevgisi daha çox olanıdır”.
[ Səhihdir ]

|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:09
GÜNƏŞ06:41
ZÖHR [ 4 rükət ]12:48
ƏSR [ 4 rükət ]16:15
MƏĞRİB [ 3 rükət ]18:55
İŞA [ 4 rükət ]20:21
GECƏYARI00:02
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka