Ey iman edənlər! Sizə ruzi kimi verdiyimiz pak şeylərdən yeyin və əgər Allaha ibadət edirsinizsə, Ona şükür edin!
[Bəqərə, 172]
"Haramdan çəkinmək üçün haramı bilmək lazımdır!..."
[Əhkamu’l-Cənaiz]
İnsanların yedikləri ilə əməlləri arasında qırılmaz bir bağ var.
[Hikmətli sözlər]
XƏSTƏYƏ VƏ ONA BAŞ ÇƏKƏNLƏRƏ HƏDİS DANIŞMAQ
[ Hədis elmi / 4999 dəfə baxılıb ]
|
حدثنا عبد الحميد بن جعفر قال أخبرني أبي أن أبا بكر بن جزء ومحمد بن المنكدر في ناس من أهل المسجد عادوا عمر بن الحكم بن رافع الأنصاري قالوا يا أبا حفص حدثنا قال سمعت جابر بن عبد الله قال سمعت النبي صلى الله عليه وسلم يقول من عاد مريضا خاض في الرحمة حتى إذا قعد استقر فيها
522.Cəfər rəvayət edir ki, Əbu ibn Bəkr ibn Həzm və Muhəm¬məd ibnul-Munkədir məscid əhlindən olan bir dəstə adamla naxoşlamış Ömər ibnul-Həkəm ibn Rafi əl-Ənsariyə baş çəkdilər. Onlar dedilər: “Ey Əbu Həfs! Bizə hədis danış”. O dedi: “Mən Cabir ibn Abdullahın (r.a) belə dediyini eşitdim: “Mən Peyğəmbərin (s.a.s) belə dediyini eşitdim: “Kim bir xəstəni ziyarət etsə, rəhmətə dalmış olar, onun yanına oturduqda isə rəhmətə qovuşar”. [ Səhihdir ]