Ey iman edənlər! Sizə ruzi kimi verdiyimiz pak şeylərdən yeyin və əgər Allaha ibadət edirsinizsə, Ona şükür edin!
[Bəqərə, 172]
"Haramdan çəkinmək üçün haramı bilmək lazımdır!..."
[Əhkamu’l-Cənaiz]
İnsanların yedikləri ilə əməlləri arasında qırılmaz bir bağ var.
[Hikmətli sözlər]
XƏSTƏ YOLDAŞINA BAŞ ÇƏKMƏK
عن إبراهيم بن أبى عبلة قال مرضت امرأتي فكنت أجىء إلى أم الدرداء فتقول لي كيف أهلك فأقول لها مرضى فتدعو لي بطعام فآكل ثم عدت ففعلت ذلك فجئتها مرة فقالت كيف قلت قد تماثلوا فقالت إنما كنت أدعو لك بطعام إذ كنت تخبرنا عن أهلك أنهم مرضى فأما إن تماثلوا فلا ندعو لك بشيء
513.İbrahim ibn Əbi Uleyyə deyir ki, həyat yoldaşım xəstələnmişdi. Mən Ummu Dərdanın (r.a) yanına gedərdim. O məndən: “Yoldaşının halı necədir?”- deyə soruşar, mən də: “Xəstədir”- deyə cavab verərdim. O mənə yemək gətizdirərdi. Mən yeməyi yedikdən sonra geri qayıdardım. Beləcə, o, mənə yemək verərdi. Bir dəfə yenə onun yanına gəldikdə soruşdu: “(Ailən) necədir?” Dedim: “Artıq yaxşılaşıbdır”. O dedi: “Nə qədər ki, ailənin xəstə olduğunu bizə bildirirdin, sənə yemək gətizdirirdim. Madam ki, onun vəziyyəti düzəlib, artıq sənə yemək gətizdirməyəcəyik”. [ İsnadı səhihdir ]