Ey iman edənlər! Sizə ruzi kimi verdiyimiz pak şeylərdən yeyin və əgər Allaha ibadət edirsinizsə, Ona şükür edin!
[Bəqərə, 172]
"Haramdan çəkinmək üçün haramı bilmək lazımdır!..."
[Əhkamu’l-Cənaiz]
İnsanların yedikləri ilə əməlləri arasında qırılmaz bir bağ var.
[Hikmətli sözlər]
ÖZÜNDƏN GEDƏN ADAMA BAŞ ÇƏKMƏK
عن جابر بن عبد الله يقول مرضت مرضا فأتاني النبي صلى الله عليه وسلم يعودنى وأبو بكر وهما ماشيان فوجداني أغمى علي فتوضأ النبي صلى الله عليه وسلم ثم صب وضوءه على فأفقت فإذا النبي صلى الله عليه وسلم فقلت يا رسول الله كيف أصنع في مالي اقض في مالي فلم يجبنى بشيء حتى نزلت آية الميراث
511.Cabir ibn Abdullah (r.a) deyir ki: “Mən xəstələnmişdim. Peyğəmbər (s.a.s) və Əbu Bəkr (r.a) – piyada olaraq – mənə baş çəkməyə gəldilər. Onlar mənim huşumu itirdiyimi gördülər. Peyğəmbər (s.a.s) dəstəmaz aldı, sonra da dəstəmaz suyunu mənim üzümə səpdi. Mən ayılan kimi Peyğəmbəri (s.a.s) gördüm və: “Ey Allahın elçisi! Malımı necə sərf edim? Malımı necə bölüm?”- dedim. Miras ayəsi nazil olanadək o mənə heç bir cavab vermədi. [ Səhihdir ]