Ey iman edənlər! Sizə ruzi kimi verdiyimiz pak şeylərdən yeyin və əgər Allaha ibadət edirsinizsə, Ona şükür edin!
[Bəqərə, 172]
"Haramdan çəkinmək üçün haramı bilmək lazımdır!..."
[Əhkamu’l-Cənaiz]
İnsanların yedikləri ilə əməlləri arasında qırılmaz bir bağ var.
[Hikmətli sözlər]
KİŞİNİN ÖZ İŞÇİLƏRİLƏ BİRGƏ ÇALIŞMASI
[ Hədis elmi / 3979 dəfə baxılıb ]
|
عن عبد الله بن عمرو قال لابن أخ له خرج من الوهط أيعمل عمالك قال لا أدرى قال أما لو كنت ثقفيا لعلمت ما يعمل عمالك ثم التفت إلينا فقال ان الرجل إذا عمل مع عماله في داره وقال أبو عاصم مرة في ماله كان عاملا من عمال الله عز وجل
448. Abdullah ibn Amr bostandan çıxan qardaşı oğlundan soruşdu: “İşçilərin işləyirmi?” O: “Bilmirəm!”- deyə cavab verdi. (Abdullah) dedi: “Əgər sən Səqif qəbiləsindən olsaydın işçilərinin nə işlə məşğul olduğunu bilərdin”. Sonra o, bizə tərəf üz tutub dedi: “Əgər kişi işçiləri ilə birgə öz evində işləyərsə, qüdrətli və əzəmətli Allahın işçilərindən hesab olunar”. [ Səhihdir ]