Ey iman edənlər! Sizə ruzi kimi verdiyimiz pak şeylərdən yeyin və əgər Allaha ibadət edirsinizsə, Ona şükür edin!
[Bəqərə, 172]
"Haramdan çəkinmək üçün haramı bilmək lazımdır!..."
[Əhkamu’l-Cənaiz]
İnsanların yedikləri ilə əməlləri arasında qırılmaz bir bağ var.
[Hikmətli sözlər]
Söyüşən iki nəfərin günahı birinci başlayanın üstünə düşər
عن أبى هريرة عن النبي صلى الله عليه وسلم قال المستبان ما قالا فعلى البادىء ما لم يعتد المظلوم
423. Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Söyüşən iki kimsənin günahı, məzlum həddi aşmayınca birinci başlayanın boynuna düşər”. [ Səhihdir ] عن أنس عن النبي صلى الله عليه وسلم قال المستبان ما قالا فعلى البادىء حتى يعتدى المظلوم
424. Ənəs (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Söyüşən iki adamın günahı, məzlum həddi aşmayınca birinci başlayanın üzərinə düşər”. [ Həsən səhihdir ] قال النبي صلى الله عليه وسلم أتدرون ما العضه قالوا الله ورسوله أعلم قال نقل الحديث من بعض الناس إلى بعض ليفسدوا بينهم
425. Peyğəmbər (s.a.s) dedi: “Bilirsiniz adh (böhtan) nədir?” (Səhabələr) dedilər: “Allah və Onun elçisi daha yaxşı bilir”. Peyğəmbər (s.a.s) dedi: “İnsanlar arasında fəsad törətmək məqsədilə insanlardan bir qisminin sözünü digərlərinə çatdırmaqdır”. [ Səhihdir ] قال النبي صلى الله عليه وسلم ان الله عز وجل أوحى إلى أن تواضعوا ولا يبغ بعضكم على بعض
426. Peyğəmbər (s.a.s) dedi: “Allah mənə vəhy etdi ki, bir-birinizə qarşı təvazökar olasınız və bir-birinizə təcavüz etməyəsiniz”. [ Səhihdir ]