Ey iman edənlər! Sizə ruzi kimi verdiyimiz pak şeylərdən yeyin və əgər Allaha ibadət edirsinizsə, Ona şükür edin!
[Bəqərə, 172]
"Haramdan çəkinmək üçün haramı bilmək lazımdır!..."
[Əhkamu’l-Cənaiz]
İnsanların yedikləri ilə əməlləri arasında qırılmaz bir bağ var.
[Hikmətli sözlər]
ƏSL-NƏCABƏTƏ TƏNƏ VURMAQ
عن أبى هريرة عن النبي صلى الله عليه وسلم قال شعبتان لا تتركهما أمتى النياحة والطعن في الأنساب
395. Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “İki xislət vardır ki, ümmətim onları heç vaxt tərk etməyəcəkdir; (dəfndə) vay-şivən salmaq və əsl-nəcabətə tənə vurmaq”. [ Səhihdir ]