Ey iman edənlər! Sizə ruzi kimi verdiyimiz pak şeylərdən yeyin və əgər Allaha ibadət edirsinizsə, Ona şükür edin!
[Bəqərə, 172]
"Haramdan çəkinmək üçün haramı bilmək lazımdır!..."
[Əhkamu’l-Cənaiz]
İnsanların yedikləri ilə əməlləri arasında qırılmaz bir bağ var.
[Hikmətli sözlər]
Tərəflər arasındakı münasibətləri düzəltmək
عن أبى الدرداء عن النبي صلى الله عليه وسلم قال ألا أنبئكم بدرجة أفضل من الصلاة والصيام والصدقة قالوا بلى قال صلاح ذات البين وفساد ذات البين هى الحالقة
391.Əbu Dərda (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Sizə namazdan, orucdan və sədəqədən daha fəzilətli bir dərəcə barədə xəbər verimmi?” (Səhabələr): “Bəli!”- deyə cavab verdilər. O dedi: “Küsülüləri barışdırmaqdır! Dostların arasını vurmaq isə dəlləklikdir”. (Dəllək ülgüclə saçları qırxdığı kimi bu yaramaz xislət də dinə xələl gətirir.) [ Səhihdir ]
عن بن عباس فاتقوا الله وأصلحوا ذات بينكم قال هذا تحريج من الله على المؤمنين أن يتقوا الله وأن يصلحوا ذات بينهم
392. İbn Abbas (r.a): “Allahdan qorxun və aranızdakı ixtilafları həll edin.” (əl-Ənfal, 1) ayəsini izah edib demişdir: “Bu, Allahın möminlərə göstərdiyi təzyiqdir ki, Allahdan qorxub aralarındakı ixtilaflara son qoysunlar!” [ İsnadı səhihdir ]