Ey iman edənlər! Sizə ruzi kimi verdiyimiz pak şeylərdən yeyin və əgər Allaha ibadət edirsinizsə, Ona şükür edin!
[Bəqərə, 172]
"Haramdan çəkinmək üçün haramı bilmək lazımdır!..."
[Əhkamu’l-Cənaiz]
İnsanların yedikləri ilə əməlləri arasında qırılmaz bir bağ var.
[Hikmətli sözlər]
İNSANLARI BARIŞDIRMAQ ÜÇÜN XEYİRLİ SÖZLƏR DANIŞMAQ
عن أم كلثوم ابنة عقبة بن أبى معيط سمعت رسول الله صلى الله عليه وسلم يقول ليس الكذاب الذي يصلح بين الناس فيقول خيرا أو ينمى خيرا قالت ولم اسمعه يرخص في شيء مما يقول الناس من الكذب إلا في ثلاث الإصلاح بين الناس وحديث الرجل امرأته وحديث المرأة زوجها
385. Uqbə ibn Əbu Muitin qızı Ummu Gülsüm (r.a) Peyğəmbərin (s.a.s) belə dediyini eşitdi: “(Yalandan) xeyirli söz söyləyib insanları barışdıran, yaxud xeyirli söz yayan kimsə yalançı deyildir”. Ummu Gülsüm (r.a) deyir ki, mən Peyğəmbərin (s.a.s) üç şeydən başqa insanların danışdıqları yalanlardan heç birinə icazə verdiyini eşitmədim. (Bunlar); İnsanları barışdırmaq (üçün deyilən), kişinin öz zövcəsinə dediyi, habelə qadının da öz ərinə dediyi (yalan) sözdür”. [ Səhihdir ]