Ey iman edənlər! Sizə ruzi kimi verdiyimiz pak şeylərdən yeyin və əgər Allaha ibadət edirsinizsə, Ona şükür edin!
[Bəqərə, 172]
"Haramdan çəkinmək üçün haramı bilmək lazımdır!..."
[Əhkamu’l-Cənaiz]
İnsanların yedikləri ilə əməlləri arasında qırılmaz bir bağ var.
[Hikmətli sözlər]
SƏRÇƏNİN YUMURTASINI GÖTÜRMƏK
[ Hədis elmi / 4833 dəfə baxılıb ]
|
عن عبد الله أن النبي صلى الله عليه وسلم نزل منزلا فأخذ رجل بيضة حمرة فجاءت ترف على راس رسول الله صلى الله عليه وسلم فقال أيكم فجع هذه ببيضتها فقال رجل يا رسول الله أنا أخذت بيضتها فقال النبي صلى الله عليه وسلم اردد رحمة لها
382. Abdullah (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) bir yerə qonaq gəldi. Bir kişi sərçənin yumurtasını götürdü. Sərçə gəlib Peyğəmbərin (s.a.s) başı üzərində qanad çalıb çırpınmağa başladı. Peyğəmbər (s.a.s) dedi: “Hansınız bu quşun yumurtasını götürməklə ona əziyyət vermişdir?” Kişi dedi: “Ey Allahın elçisi! Onun yumurtasını mən götürmüşəm”. O dedi: “Quşa rəhm etmək üçün (yumurtanı) yerinə qoy!” [ Səhihdir ]