Ey iman edənlər! Sizə ruzi kimi verdiyimiz pak şeylərdən yeyin və əgər Allaha ibadət edirsinizsə, Ona şükür edin!
[Bəqərə, 172]
"Haramdan çəkinmək üçün haramı bilmək lazımdır!..."
[Əhkamu’l-Cənaiz]
İnsanların yedikləri ilə əməlləri arasında qırılmaz bir bağ var.
[Hikmətli sözlər]
UŞAĞI QUCAQLAMAQ
[ Hədis elmi / 4807 dəfə baxılıb ]
|
عن يعلى بن مرة أنه قال خرجنا مع النبي صلى الله عليه وسلم ودعينا إلى طعام فإذا حسين يلعب في الطريق فأسرع النبي صلى الله عليه وسلم أمام القوم ثم بسط يديه فجعل يمر مرة ههنا و مرة ههنا يضاحكه حتى أخذه فجعل إحدى يديه في ذقنه والأخرى في رأسه ثم أعتنقه فقبله ثم قال النبي صلى الله عليه وسلم حسين منى وأنا منه أحب الله من أحب الحسن و الحسين سبطان من الأسباط
364. Yə'lə ibn Murra (r.a) deyir ki, biz Peyğəmbərlə (s.a.s) birgə yola çıxdıq və yemək süfrəsinə dəvət olunduq. O zaman Huseyn (r.a) yolda oynayırdı. Peyğəmbər (s.a.s) camaatın önündə yüyürərək əllərini Huseynə (r.a) tərəf açdı. O, gah o yana, gah da bu yana (sağa-sola) keçərək, onu güldürərək qucağına aldı. Peyğəmbər (s.a.s) bir əli ilə onun çənəsinin altından, o biri əli ilə də onun başından tutub onu (yüngülcə) sıxaraq öpdü. Sonra Peyğəmbər (s.a.s) dedi: “”Huseyn məndəndir, mən də ondan! Həsən və Huseyni sevən hər kəsi Allah da sevər. Onlar mənim nəvələrimdəndir. [ Həsəndir ]