Ey iman edənlər! Sizə ruzi kimi verdiyimiz pak şeylərdən yeyin və əgər Allaha ibadət edirsinizsə, Ona şükür edin!
[Bəqərə, 172]
"Haramdan çəkinmək üçün haramı bilmək lazımdır!..."
[Əhkamu’l-Cənaiz]
İnsanların yedikləri ilə əməlləri arasında qırılmaz bir bağ var.
[Hikmətli sözlər]
BÖYÜYÜN FƏZİLƏTİ
عن أبى هريرة عن النبي صلى الله عليه وسلم قال من لم يرحم صغيرنا ويعرف حق كبيرنا فليس منا
Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Kiçiyimizə rəhm etməyən, böyüyümüzün haqqını tanımayan bizdən deyildir”. [ Səhihdir ] عن عبد الله بن عمرو بن العاص يبلغ به النبي صلى الله عليه وسلم قال من لم يرحم صغيرنا ويعرف حق كبيرنا فليس منا
Abdullah ibn Amr ibn As (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Kiçiyimizə rəhm etməyən, böyüyümüzün haqqını tanımayan bizdən deyildir”. [ Səhihdir ] عن عبد الله بن عمرو بن العاص يبلغ به النبي صلى الله عليه وسلم مثله
Abdullah ibn Amr ibn As (r.a) buna bənzər hədis də rəvayət etmişdir. عن عمرو بن شعيب عن أبيه عن جده قال قال رسول الله صلى الله عليه وسلم ليس منا من لم يعرف حق كبيرنا ويرحم صغيرنا
Amr ibn Şueyb atasından, o da babasından (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Böyüyümüzün haqqını tanımayan, kiçiyimizə rəhm etməyən bizdən deyildir”. [ Səhihdir ] عن أبى أمامة أن رسول الله صلى الله عليه وسلم قال من لم يرحم صغيرنا ويجل كبيرنا فليس منا
Əbu Umamə (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) buyurdu: “Kiçiyimizə rəhm etməyən, böyüyümüzə hörmət göstərməyən bizdən deyildir”. [ Həsən səhihdir ]