Ey iman edənlər! Sizə ruzi kimi verdiyimiz pak şeylərdən yeyin və əgər Allaha ibadət edirsinizsə, Ona şükür edin!
[Bəqərə, 172]
"Haramdan çəkinmək üçün haramı bilmək lazımdır!..."
[Əhkamu’l-Cənaiz]
İnsanların yedikləri ilə əməlləri arasında qırılmaz bir bağ var.
[Hikmətli sözlər]
ƏMİNLİK İÇİNDƏ SƏHƏRƏ ÇIXAN ADAM
[ Hədis elmi / 4196 dəfə baxılıb ]
|
عن عبيد الله بن محصن الأنصاري عن النبي صلى الله عليه وسلم قال من أصبح آمنا في سربه معافى في جسده عنده طعام يومه فكأنما حيزت له الدنيا
Ubeydullah ibn Mihsan əl-Ənsari (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Kim qəlbi arxayınlıq içində, canı sağlam ikən, yanında da həmin günün yeməyi olduğu halda səhərə çıxmışsa, sanki ona dünya bəxş edilmişdir”. [ Həsəndir ]