Ey iman edənlər! Sizə ruzi kimi verdiyimiz pak şeylərdən yeyin və əgər Allaha ibadət edirsinizsə, Ona şükür edin!
[Bəqərə, 172]
"Haramdan çəkinmək üçün haramı bilmək lazımdır!..."
[Əhkamu’l-Cənaiz]
İnsanların yedikləri ilə əməlləri arasında qırılmaz bir bağ var.
[Hikmətli sözlər]
(İman gətirmiş) qəlblərin bir-birinə bağlı olması
[ Hədis elmi / 4555 dəfə baxılıb ]
|
عن عبد الله بن عمرو بن العاص عن النبي صلى الله عليه وسلم قال ان روحي المؤمنين ليلتقيان في مسيرة يوم وما رأى أحدهما صاحبه
Abdullah ibn Amr ibn As (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) buyurdu: “İki möminin ruhu gün ərzində qarşı-qarşıya gəlir. Halbuki onlar bir-birini görmürlər”. [ Zəifdir ] عن بن عباس قال النعم تكفر والرحم تقطع ولم نر مثل تقارب القلوب
İbn Abbas (r.a) demişdir: “Nemətlərə nankorluq edilir, qohumluq əlaqələri kəsilir. Biz qəlblərin bir-birinə yaxınlaşmasının bənzərini görməmişik”. [ İsnadı səhihdir ]
عن عمير بن إسحاق قال كنا نتحدث أن أول ما يرفع من الناس الألفة
Umeyr ibn İshaq rəvayət edir ki, biz deyərdik: “Həqiqətən, insanların əlindən alınan ilk şey ülfət (dostluq) olacaq”. [ İsnadı zəifdir ]