Ey iman edənlər! Sizə ruzi kimi verdiyimiz pak şeylərdən yeyin və əgər Allaha ibadət edirsinizsə, Ona şükür edin!
[Bəqərə, 172]
"Haramdan çəkinmək üçün haramı bilmək lazımdır!..."
[Əhkamu’l-Cənaiz]
İnsanların yedikləri ilə əməlləri arasında qırılmaz bir bağ var.
[Hikmətli sözlər]
İNSANLARIN BİR-BİRİNİ SEVMƏSİ
[ Hədis elmi / 4696 dəfə baxılıb ]
|
عن أبى هريرة عن النبي صلى الله عليه وسلم قال والذي نفسي بيده لا تدخلوا الجنة حتى تسلموا ولا تسلموا حتى تحابوا وأفشوا السلام تحابوا وإياكم والبغضة فإنها هى الحالقة لا أقول لكم تحلق الشعر ولكن تحلق الدين
Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Canım Əlində Olana and olsun ki, müsəlman olmayınca Cənnətə girə bilməzsiniz. Bir-birinizi sevməyincə müsəlman ola bilməzsiniz. Salamı yayın ki, bir-birinizi sevəsiniz. Nifrət etməkdən çəkinin. Çünki o, dəlləkdir. Mən sizə demirəm ki, o, saç qırxır. Lakin o, dini qırxır (onun kökünü kəsir)”. [ Həsən li-ğeyrihi ]
(.....) – Buna bənzər hədisi İbrahim ibn Əbi Useyd də rəvayət etmişdir.