Ey iman edənlər! Sizə ruzi kimi verdiyimiz pak şeylərdən yeyin və əgər Allaha ibadət edirsinizsə, Ona şükür edin!
[Bəqərə, 172]
"Haramdan çəkinmək üçün haramı bilmək lazımdır!..."
[Əhkamu’l-Cənaiz]
İnsanların yedikləri ilə əməlləri arasında qırılmaz bir bağ var.
[Hikmətli sözlər]
Yönəldikdə tam yönəlmək, üz çevirdikdə tam çevrilmək
[ Hədis elmi / 4175 dəfə baxılıb ]
|
عن أبى هريرة أنه ربما حدث عن النبي صلى الله عليه وسلم فيقول حدثنيه أهدب الشفرين أبيض الكشحين إذا اقبل أقبل جميعا وإذا أدبر أدبر جميعا لم تر عين مثله ولن تراه
Əbu Hureyra (r.a) Peyğəmbərdən (s.a.s) hədis rəvayət edib deyərdi: “Bunu mənə kirpikləri uzun, qabırğalarının altı ağ olan (Peyğəmbər (s.a.s)) danışdı. Yönəldikdə tam yönələr, üz çevirdikdə tam çevrilərdi. Gözlər onun bənzərini görməmiş və görməyəcəkdir. [ Səhihdir ]