Ey iman edənlər! Sizə ruzi kimi verdiyimiz pak şeylərdən yeyin və əgər Allaha ibadət edirsinizsə, Ona şükür edin!
[Bəqərə, 172]
"Haramdan çəkinmək üçün haramı bilmək lazımdır!..."
[Əhkamu’l-Cənaiz]
İnsanların yedikləri ilə əməlləri arasında qırılmaz bir bağ var.
[Hikmətli sözlər]
YAXŞI İŞ GÖRMƏYƏ YOL GÖSTƏRƏN
[ Hədis elmi / 4367 dəfə baxılıb ]
|
عن أبى مسعود الأنصاري قال جاء رجل إلى النبي صلى الله عليه وسلم فقال إني أبدع بي فاحملنى قال لا أجد ولكن ائت فلانا فلعله أن يحملك فأتاه فحمله فأتى النبي صلى الله عليه وسلم فأخبره فقال من دل على خير فله مثل أجر فاعله
Əbu Məsud əl-Ənsari (r.a) rəvayət edir ki, bir kişi Peyğəmbərin (s.a.s) yanına gəlib dedi: “Mənim mindiyim heyvan yorulub. Mənə bir minik verə bilərsənmi. O dedi: “Sənə verməyə heç nəyim yoxdur, lakin filankəsin yanına get, bəlkə o, sənə bir minik verdi”. Kişi onun dediyi adamın yanına getdi və o da ona minik verdi. Kişi Peyğəmbərin (s.a.s) yanına qayıdıb (istədiyinə nail olduğunu) ona xəbər verdi. Peyğəmbər (s.a.s) dedi: “Kim xeyirxah bir iş görməyə yol göstərərsə, ona həmin əməli edənin savabının misli (qədər savab) yazılar!” [ Səhihdir ]