Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Ey iman edənlər! Sizə ruzi kimi verdiyimiz pak şeylərdən yeyin və əgər Allaha ibadət edirsinizsə, Ona şükür edin!

[Bəqərə, 172]


"Haramdan çəkinmək üçün haramı bilmək lazımdır!..."

[Əhkamu’l-Cənaiz]


İnsanların yedikləri ilə əməlləri arasında qırılmaz bir bağ var.

[Hikmətli sözlər]

Hər kəs yemək yeyərkən köləsini də Yaninda oturtmalidirmi?


عن أبى هريرة رضي الله عنه عن النبي صلى الله عليه وسلم قال إذا جاء أحدكم خادمه بطعامه فليجلسه فإن لم يقبل فليناوله منه


Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Sizdən birinizə köləsi yemək gətirdikdə onu da yeməyə dəvət etsin. Dəvəti qəbul etməsə, ona öz əlindən yemək versin”.
[ Səhihdir ]


عن أبو محذورة كنت جالسا عند عمر رضي الله عنه إذ جاء صفوان بن أمية بجفنه يحملها نفر في عباءة فوضعوها بين يدي عمر فدعا عمر ناسا مساكين وأرقاء من أرقاء الناس حوله فأكلوا معه ثم قال عند ذلك فعل الله بقوم أو قال لحا الله قوما يرغبون عن أرقائهم أن يأكلوا معهم فقال صفوان أما والله ما نرغب عنهم ولكنا نستأثر عليهم لا نجد والله من الطعام الطيب ما نأكل ونطعمهم



Əbu Məhzura deyir ki, mən Ömərin (r.a) yanında oturmuşdum. Bu vaxt Səfvan ibn Umeyya (r.a) bir dəstə adamla gəldi. Bu adamlar parçaya bükülmüş bir qab gətirib Ömərin (r.a) qarşısına qoydular. Ömər (r.a) kasıb adamları, ətrafındakı bütün kölələri yeməyə dəvət etdi və onlar da onunla bərabər yemək yedilər. Bu vaxt Ömər (r.a) dedi: “Kölələri ilə birgə süfrə başında oturub yemək yeməyi özlərinə sığışdırmayan adamların Allah üzünü qara eləsin!” Səfvan dedi: “Allaha and olsun ki, biz onlardan üz döndərmirik. Biz sadəcə özümüzü onlardan öndə tuturuq. Və Allaha and olsun ki, yediyimizdən onlara da yedirdəcək yaxşı bir yemək tapa bilmirik”.
[ İsnadı səhihdir ]

 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:09
GÜNƏŞ06:41
ZÖHR [ 4 rükət ]12:48
ƏSR [ 4 rükət ]16:15
MƏĞRİB [ 3 rükət ]18:55
İŞA [ 4 rükət ]20:21
GECƏYARI00:02
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka