Ey iman edənlər! Sizə ruzi kimi verdiyimiz pak şeylərdən yeyin və əgər Allaha ibadət edirsinizsə, Ona şükür edin!
[Bəqərə, 172]
"Haramdan çəkinmək üçün haramı bilmək lazımdır!..."
[Əhkamu’l-Cənaiz]
İnsanların yedikləri ilə əməlləri arasında qırılmaz bir bağ var.
[Hikmətli sözlər]
HÖRMƏTLI OLMAQ
عن أبى هريرة قال سئل رسول الله صلى الله عليه وسلم أي الناس أكرم قال أكرمهم عند الله أتقاهم قالوا ليس عن هذا نسألك قال فأكرم الناس يوسف نبي الله بن نبي الله بن خليل الله قالوا ليس عن هذا نسألك قال فعن معادن العرب تسألونى قالوا نعم قال فخياركم في الجاهلية خياركم في الإسلام إذا فقهوا
129. Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbərdən (s.a.s) soruşdular: “İnsanların ən hörmətlisi kimdir?” O dedi: “Allah yanında on¬ların ən hörmətlisi Allahdan ən çox qorxanıdır”. (Səhabələr) dedi¬lər: “Biz səndən o haqda soruşmuruq”. O dedi: “Ən hörmətli insan, Allahın peyğəmbəri, peyğəmbər oğlu və Allahın sevimli dostunun nəvəsi Yusufdur. Onlar dedilər: “Biz səndən o haqda soruşmuruq”. O dedi: “Olmaya məndən ərəblərin mədənləri (fəxr etdikləri şeylər) barədə soruşursunuz?” Onlar: “Bəli!”- deyə cavab verdilər. O dedi: “Cahiliyyət dövründə xeyirli olanlarınız, – əgər (haqqı) başa düşsələr – İslamda da xeyirli olacaqlar”. [ Səhihdir ]