Ey iman edənlər! Sizə ruzi kimi verdiyimiz pak şeylərdən yeyin və əgər Allaha ibadət edirsinizsə, Ona şükür edin!
[Bəqərə, 172]
"Haramdan çəkinmək üçün haramı bilmək lazımdır!..."
[Əhkamu’l-Cənaiz]
İnsanların yedikləri ilə əməlləri arasında qırılmaz bir bağ var.
[Hikmətli sözlər]
QONŞUYA ƏZİYYƏT VERİB (MƏNZİLİNDƏN) ÇIXARDAN KƏS
كان ثوبان يقول ما من رجلين يتصارمان فوق ثلاثة أيام فيهلك أحدهما فماتا وهما على ذلك من المصارمة إلا هلكا جميعا وما من جار يظلم جاره ويقهره حتى يحمله ذلك على أن يخرج من منزله إلا هلك
127. Sovbən (r.a) dedi: “Üç gündən artıq bir-birindən əlaqəni kəsən elə iki kişi yoxdur ki, ikisindən biri həlak olmasın. Və beləcə küsülü halda ölsələr, hər ikisi həlak olar. Qonşusuna əziyyət verən, onu alçaldan, bu səbəbdən də qonşusunu evindən çıxardan elə bir qonşu yoxdur ki, həlak olmasın”. [ İsnadı səhihdir ]