Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Ey iman edənlər! Sizə ruzi kimi verdiyimiz pak şeylərdən yeyin və əgər Allaha ibadət edirsinizsə, Ona şükür edin!

[Bəqərə, 172]


"Haramdan çəkinmək üçün haramı bilmək lazımdır!..."

[Əhkamu’l-Cənaiz]


İnsanların yedikləri ilə əməlləri arasında qırılmaz bir bağ var.

[Hikmətli sözlər]

QONŞUDAN BAŞLAMAQ


عن بن عمر قال قال رسول الله صلى الله عليه وسلم ما زال جبريل يوصينى بالجار حتى ظننت أنه سيورثه

104 İbn Ömər (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Cəbrail qonşu haqqında mənə o qədər tövsiyə etdi ki, ona da mirasdan pay düşəcəyini güman etdim”.
[ Səhihdir ]

عن عبد الله بن عمرو أنه ذبحت له شاة فجعل يقول لغلامه أهديت لجارنا اليهودي أهديت لجارنا اليهودي سمعت رسول الله صلى الله عليه وسلم يقول ما زال جبريل يوصينى بالجار حتى ظننت أنه سيورثه

105. Abdullah ibn Amr (r.a) bir qoç kəsdirdi. Sonra xidmətçisindən təkrar-təkrar soruşdu: “(Ətdən) qonşumuz yəhudiyə pay verdinmi? Qonşumuz yəhudiyə pay verdinmi? Mən Peyğəmbərin (s.a.s) belə dediyini eşitdim: “Cəbrail qonşu haqqında mənə o qədər tövsiyə etdi ki, ona da mirasdan pay düşəcəyini güman etdim”.
[ Səhihdir ]

عن عائشة رضي الله عنها تقول سمعت رسول الله صلى الله عليه وسلم يقول ما زال جبريل يوصينى بالجار حتى ظننت أنه ليورثه

106. Aişə (r.a) rəvayət edir ki, mən Peyğəmbərin (s.a.s) belə dediyini eşitdim: “Cəbrail qonşu haqqında mənə nə qədər tövsiyə etdisə, ona da mirasdan pay düşəcəyini güman etdim”.
[ Səhihdir ]

 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:09
GÜNƏŞ06:41
ZÖHR [ 4 rükət ]12:48
ƏSR [ 4 rükət ]16:15
MƏĞRİB [ 3 rükət ]18:55
İŞA [ 4 rükət ]20:21
GECƏYARI00:02
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka