Ey iman edənlər! Sizə ruzi kimi verdiyimiz pak şeylərdən yeyin və əgər Allaha ibadət edirsinizsə, Ona şükür edin!
[Bəqərə, 172]
"Haramdan çəkinmək üçün haramı bilmək lazımdır!..."
[Əhkamu’l-Cənaiz]
İnsanların yedikləri ilə əməlləri arasında qırılmaz bir bağ var.
[Hikmətli sözlər]
VALIDEYNIN ƏDƏBLI OLMASI VƏ ÖVLADININ QAYĞISINA QALMASI
عن نمير بن أوس يقول ثم كانوا يقولون الصلاح من الله والأدب من الآباء"
92. Numeyr ibn Əvs (r.a) rəvayət edir ki, onlar belə deyərdilər: “Xeyirxahlıq Allahdandır, ədəb isə ata-babalardandır”. [ İsnadı zəifdir ] عن النعمان بن بشير حدثه أن أباه انطلق به إلى رسول الله صلى الله عليه وسلم يحمله فقال يا رسول الله إني أشهدك أنى قد نحلت النعمان كذا وكذا فقال أكل ولدك نحلت قال لا قال فأشهد غيرى ثم قال أليس يسرك أن يكونوا في البر سواء قال بلى قال فلا إذا" قال أبو عبد الله البخاري: ليس الشهادة من النبي صلى الله عليه وسلم رخصة"
93. Nomən ibn Bəşir (r.a) rəvayət edir ki, atası onu Peyğəmbərin (s.a.s) yanına gətirib dedi: “Ey Allahın elçisi! Mən filan və filan şeyi Nomənə pay verdiyimə səni şahid çağırıram”. Peyğəmbər (s.a.s) soruşdu: “Övladlarının hamısına (bu qədər) pay verdinmi?” O: “Xeyr!”- deyə cavab verdi. Peyğəmbər (s.a.s) dedi: “Elə isə başqasını şahid çağır!” Sonra başa saldı ki: “Məgər onların hamısının sənə eynilə qayğı göstərməsi sənin könlünü şad etməzmi?” O: “Əlbəttə (edər)”. Peyğəmbər (s.a.s) dedi: “Elə isə belə etmə!” Əbu Abdullah əl-Buxari deyir ki, Peyğəmbərin (s.a.s) şahidliyi heç də rüsxət demək deyil. [ Səhihdir ]