Ey iman edənlər! Sizə ruzi kimi verdiyimiz pak şeylərdən yeyin və əgər Allaha ibadət edirsinizsə, Ona şükür edin!
[Bəqərə, 172]
"Haramdan çəkinmək üçün haramı bilmək lazımdır!..."
[Əhkamu’l-Cənaiz]
İnsanların yedikləri ilə əməlləri arasında qırılmaz bir bağ var.
[Hikmətli sözlər]
(AZAD EDİLMIŞ) KÖLƏ: “MƏN FİLANKƏSLƏRDƏNƏM!”- DEYƏ BİLƏRMİ?
حدثني عبد الرحمن بن حييب قال قال لي عبد الله بن عمر ممن أنت قلت من تيم تميم قال من أنفسهم أو من مواليهم قلت من مواليهم قال فهلا قلت من مواليهم إذا
74. Abdurrəhman ibn Həbib rəvayət edir ki, Abdullah ibn Ömər (r.a) məndən: “Kimlərdənsən?”- deyə soruşdu. Mən: “Təmim camaatındanam”- deyə cavab verdim. O soruşdu: “Özlərindənsən ya (azad edilmiş) kölələrindən?” Mən: “(Azad edilmiş) kölələrindənəm”- deyə cavab verdim. O dedi: “Bəs nə üçün demirsən ki: “(Azad edilmiş) kölələrindənəm”. [ İsnadı zəifdir ]