Mərhəmətli, Rəhimli, Allahın adı ilə
əlavə axtarış
  

XƏBƏRLƏRƏ YAZIL
  

DOST SAYTLAR

 

  03.04.2005 - 05:09

AZERİSLAM İLİN ƏN YAXŞI SAYTI OLDU

daha ətraflı
Allahın salamı ilə sizləri salamlayırıq əziz oxucularımız.
Bir ay bundan əvvəl Azərbaycan internetinin inkişafına həsr olunmuş "Birinci Milli İnternet Mükafat NETTY"yə "Azərbaycan Gənc Reportyorlar Birliyi"nin ilk layihələrindən biri olan Azerislam da qatıldı.
Biz oxucularımıza bu barədə məlumat verdik və yüzlərlə dünyavi internet saytları arasında qaliblərdən olmaq üçün onların səslərinə ehtiyacımızın olduğunu bildirdik.
Dəyərli oxucularımız bizi tək qoymadı, davamlı olaraq Azerislama səs verdilər, "Elm və Təhsil" kateqoriyasında ilk üçlüyə düşdük. Bundan sonra isə NETTY akademiya üzvləri 10 kateqoriya üzrə ilin ən yaxşı internet saytlarını təyin etdilər. Aprelin 2-də keçirilən mükafatlandırma mərasimində "Elm və Təhsil" nominasiyasında Azerislam.com ilin ən yaxşı Elmi resursu elan olundu.

  15.03.2005 - 02:56

CƏMİYYƏTİ UÇURUMA SÜRÜKLƏYƏN BƏLA

daha ətraflı
Əziz oxucular, dində vacib olan bəzi məsələləri sizə xatırlatmaq, özünün də xəbəri olmadan yavaş-yavaş şeytanın dalınca addım-addım gedən soydaşlarımızı gözləyən təhlükələrdən hamınızı xəbərdar etmək məqsədi ilə bu risaləni yazmaq qərarına gəldik. Bu dəfəki mövzumuz indiki dövrümüzdə əvvəlki vaxtlara nisbətən daha da aktuallaşan, tarixdə sayı bizə məlum olmayan qədər cəmiyyətləri daxildən sarsıdıb məhv edən bir məsələ barədə olacaq. Sizə olan bu dəfəki müraciətimizlə millətimiz, dövlətimiz, cəmiyyətimiz ən nəhayət və ən əsası müsəlman ümmətimiz üçün ən dəhşətli silahlardan da qorxulu olan əxlaqsızlıqdan və zinakarlıqdan söhbət açacaq, bu əməlin törədə biləcəyi fəsadları haqqında sizi bir daha məlumatlandıracağıq. Həmişə olduğu kimi bu dəfə də toxunduğumuz problemin meydana gəlmə səbəblərini ortaya qoyacaq və onun aradan qaldırılması yollarını sizlərə çatdıracağıq.

  06.03.2005 - 16:13

MƏSCİD ƏDƏBLƏRİ

daha ətraflı
Başqa ibadətgahlardan fərqli olaraq məscid – qadağan olunmuş yerlər istisna olmaqla – hər yerə şamil edilir. Peyğəmbər (s.ə.s) demişdir: “Mənə beş (xislət) verilmişdir ki, bunlar məndən əvvəlki peyğəmbərlərə verilməmişdir. “..... yer üzü mənim üçün pak və məsciddir. Belə ki, ümmətimdən hər bir kəs istənilən yerdə vaxtı girmiş namazı qılmalıdır.....” (əl-Buxari və Muslim) Doğrudan da məscidlər İslam şüarlarını yaymaq üçün Allahın çox sevdiyi, imanın qorunduğu, tövhidin yayıldığı bir yerdir. Din bütövlükdə məscidlə bğlı olduğuna görə onun özünə məxsus ədəbləri vardır. Bunlardan bəziləri aşağıdakılardır:

  14.02.2005 - 23:51

GÜNDƏLİK DUALAR

daha ətraflı
Allahım! Sənə ümid edərək və qorxaraq canımı Sənə təslim etdim, işimi Sənə həvalə etdim, üzümü Sənə çevirdim, kürəyimi Sənə etibar etdim. Sığınacaq və Səndən (əzabından) xilas olmaq üçün nicat yeri yalnız Sənə yönəlməkdir. Nazil etdiyin Kitaba və göndərdiyin Peyğəmbərə iman gətirdim!

  02.02.2005 - 14:53

MÖMİNİN SİLAHI DUA

daha ətraflı
Sübhəsiz bütün insanlar dua və Allaha sığınmağı xüsusi bir ehtiyac duyur. Sıxıntıların aparılmasında, ehtiyacların aradan götürülməsində, onlara gələn bəla və fitnələrin qarşısının alınmasında dua insan üçün zəruri ehtiyacdır.
Dua, möminin qüvvətli silahı, bəlanı dəf edib qəzanı rədd etdiyi sağlam qalasıdır.
Dua, yolunu itirmişlərin, hüznlü və zülmə düçar olanların sığınağıdır. Onlar bu qalaya sığınıb onda qərar tutarlar.
Dua, ən böyük ibadətlərdən biridir. Sadiqlik ilə dua edən kimsə, Rəbbinə bağlanır və yaradılmışlardan üz çevirir. Qəlbi ilə onlara yönəlmir. Çünki qullar onu üçün nə zərər, nə fayda, nə ölüm, nə həyat, nə də başqa bir şeyə qadir ola bilməzlər

  09.01.2005 - 11:28

XRİSTİAN MISSİONERLƏRİNİN 2005-ci İL PLANLARINDAN..

daha ətraflı
Təkcə 2005-ci ildə xristianlığı vəsf edən 600-dək məqalə çap olunmalıdır. Orta məktəb şagirdlərinin 40 faizi dərslərə cəlb edilməlidir. Şəhər xəstəxanalarında, xüsusilə özəl klinikalarda çalışan tibb işçilərinin təxminən 5 faizi xristianlığı qəbul edib. Yayılan ədəbiyyatlar pulsuz paylanır. Təbliğatda küçə ticarətində çalışanlardan da istifadə olunur. Nazirliklərə dönər daşıyan məntəqələrin əksəriyyətində belə ədəbiyyatlara rast gəlmək mümkündür.

  21.12.2004 - 05:45

MÜSƏLMAN ƏQİDƏSİ

daha ətraflı
Allah bizi nə üçün yaradıb?
Müsəlmanlar nə zaman qələbə çalacaqlar?
Aramızda mübahisə düşsə nə etməliyik?
Hədislərsiz, yalnız Quranla kifayətlənə bilərikmi?
Kafirləri sevmək, onlara kömək etmək olarmı?
İlk yaradılan məxluq kimdir?
Həmayil (göz muncuğu və s.) və tilsimlər asmaq olarmı?
Kahinə və qeybdən xəbər verənə inana bilərikmi?
Allahdan qeyrisi üçün qurban kəsmək olarmı?
Müsəlmanlar arasında şirk mövcuddurmu?
Ən böyük günah nədir?

SON YENİLƏMƏ

BAKI VAXTI

STATİSTİKA

TopLinkz Rating

 
© Azerislam.com - Müstəqil İslam saytı. Sayt 1422-ci (2001) hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir.
Materiallardan istifadə etdikdə istinad vacibdir. E-mail: mail@azerislam.com
ICQ #99931111, MSN: azerislam@hotmail.com - YAHOO: azerislam@yahoo.com