Bütün dünya ölkələri cəmiyyəti qorumaq üçün və ictimaiyyəti nəzarətdən buraxmamaq üçün qanunlar qoyur. Dövlətin qoyduğu qanun və qaydalar insanları islah etmək, onları cəmiyyətin mənafeyinə yönəltmək və insanların törədə biləcək ziyanları azaltmaq üçündür. Bu məqsədlə elmi axtarışlar, yığıncaqlar, konfranslar və tədqiqatlar aparılır, sonra tətbiq üçün yeni üsüllar və qaydalar qoyulur. Belə tədbirlərdə təyin olunan üsülların rolu, əsasən insan psixologiyasına toxunmaqdır. Yəni insanın
Zəvvarlar həcc ziyarətindən yeni döndülər. İman yanacağından tədarük görərək, əməl səhifələrini təmizləyib yeniləyərək, islamın 5 əsas şərtindən birini həyata keçirərək, sevinc və fərəh dolu ürəklə vətənlərinə qayıtdılar. Bu böyük ibadəti əda edib qayıdan insan, artıq o ağ əməl dəftərlərini günah qələmlərinin mürəkkəbindən uzaq tutmalıdır. Topladığı iman yanacağını yeniləyərək istifadə etməlidir ki, bitməsin. Həccə düzgün niyyətlə gedən hər bir müsəlman həccdən dönəndən sonra həqiqətən də yalnız bunu fikirləşir. Etdiyi əməllərə heyran qalır və düşünür ki, bu böyük ziyarətdən sonra özünü necə qorusun, imanını necə kamil saxlasın, əxlaqını və mədəniyyətini necə islah etsin, həccinə layiq necə hərəkət etsin?! Həcc edən müsəlman bütün bunları düşünərək özünü imtahan edir və yoxlayır. Əsl imtahan isə onda bəlli olur ki, müsəlman nəfsinə və şeytanına qalib gəlmək üçün mübarizə aparır.
Danimarkada dərc olunan qəzetdə Peyğəmbərimizə (s.a.s) istehza olaraq nəşr olunan karikaturalar, islam aləminin qəzəbini oyatdı. Böyük və müqəddəs bir millətin dininə və mənəviyyətinə toxunub, sonra buna söz azadlığı deyən Danimarka höküməti müsəlmanlardan üzr istəmədi. Sentyabr ayından
Həya çirkin əməllərdən çəkindirər və başqalarının haqqına girməkdən qoruyar. Həya iki cür ola bilər. İnsanla Allah arasında və insanla başqaları arasında. İnsan Allahın hər şeyi gördüyünü bilərək Ondan utanar və günah əməllərdən çəkinər. Peyğəmbərimiz (s.a.s) belə buyurmuşdur: “Allahdan haqqıyla həya edin (utanın). Dedilər: Biz utanırıq ya Rəsulallah. Dedi ki; Elə deyil. Kim Allahdan haqqıyla həya edirsə, başını və dərk etdiklərini, qarnını və onun içinə yığılanı (qəbul ediləni) mühafizə etsin. Ölümü və bəlanı xatırlasın.
İman və ya nəyəsə inam haqqında çox eşidirik, çox oxuyuruq və çox yazanlar görürük. İman kəlməsi heç də yeni deyil bizlər üçün. İnsan mütləq nəyəsə inanır. Heç nəyə inanmayan şəxsin isə həyatda heç bir prinsipi və məqsədi yoxdur. İman haqqında söhbət çox qədim və hamımıza tanış bir söhbətdir. Bunun haqqında kifayət qədər söhbətlər də eşitmişik, kitablar da oxumuşuq. Lakin bu dəfə açacağımız söhbət, başqalarının imanı necə görməsidir.
Deyirlər; Niyə ya Rəbbi, axı mən neyləmişəm, mən buna layiq deyildim ay Allah, mən kimə ziyan vermişəm ki, başıma bunları gətirirsən, niyə mənə zülm edirsən ay Allah, axı mənim günahım nə idi? Buna bənzər çox ifadələr eşidirik.
25.12.2005
GƏLƏCƏYİ PLANLAŞDIRMAQ YOXSA QEYBƏ İMAN EDİB ALLAHA TƏVƏKKÜL ETMƏK?
Hazırda gələcəklə bağlı bir çox elmi araşdırmalar və tədqiqatlar gedir. Bütün bunlardan müsəlmanlar geri qalmamalıdırlar. Onlar da elmi formada lazım olan bütün programlardan istifadə etməlidirlər. Xüsusilə də bu cür programlar və elmi tədqiqatlar hər gün inkişaf etməkdədir, İslam ümməti bu elmi inkişafdan necə geri qala bilər?! Bu o demək deyil ki, yeni-yeni elmi kəşflərin vasitəsilə gələcəyin planlarını indidən qurmaq, yalnız Allahu Təalanın
Adətən kişilər susurlar, qadınlara cavab vermək istəmirlər, onlarla danışmaqdan imtina edirlər. Əslində onlar öz eyblərini örtmək üçün belə edirlər. Bundan daha betəri də olur, kişilər özlərini təmizə çıxarmaq üçün qadınlarını ittiham edirlər. Onlar özlərini müdafiə etmək üçün bəzən daha güclü üslübdan istifadə edirlər, qadınlarına özləri birinci söz yağışı ilə hücum edirlər və qadınlarını borclu çıxarırlar ki, qadınları artıq heç nə deyə bilməsin və kişilər bu zaman özlərini müdafiə etmiş olurlar.
Günahlar nə qədər də olsa Allahu Təala bağışlayandır. Buna görə əsl mömin kəs öz əməllərinə güvənmir, əksinə o bütün etdiklərinin qarşısında yenə də Allahın məğfirətinə və mərhəmətinə sığınır. İnsan Allahın geniş məğfirət və mərhəmət sahibi olduğunu dərk edərək və hər nə olursa olsun məyus olmadan Allaha hər zaman üz tutmağın mümkün olduğunu bilərək rahat olur, sağlam ruh və sağlam bədənə malik olur.
Allahdan başqa ilah yoxdur (Lə iləhə illəl-lah) sözü, xalis tövhidin mənasıdır, Allahu Təalanın qullarına əmr etdiyi ən böyük fərzdir və dindəki yeri, başın bədəndəki yeri kimidir. Lə iləhə illəl-lah kəliməsinin fəzilətinə dair gəlmiş hədislərə nəzər yetirək;
Bir çox müsəlmanlar xaricdən gələn ətləri yeməkdən imtina edirlər, bə’ziləri onun halal-haram olduğunu soruşur, bə’ziləri şəriət yolu iləmi kəsildiyini soruşur, bə’zilər necə konservləşdirilməsindən şübhələnir. Bu gözəl təşəbbüsdür, haramdan uzaq olmaq üçün müsəlmana yaraşan bir addımdır. Lakin çoxları unudurlarkı onlar, bə’zən ən çirkin ətləri bilmədən yeyirlər.Allahu Təala Əl-Hucurat surəsinin 12-ci ayəsində buyurmuşdur ki; ((Sizdən biriniz ölmüş qardaşının ətindən yeməyi sevirsinizmi)).