Rəsulallah (s.a.s) rahatlandmaq və dincəlmək istəyərkən müxtəlif cür nəğmələrə və yaxud müğənnilərə deyil, Qurana qulaq asardı. Allahın kəlamını dinləməklə rahatlıq tapa bilməyən və müsiqiylə bunu əvəz edən müsəlman necə buna səbəblər axtara bilər?! “Nə öncə, nə də sonra batil ona yol tapa bilməz (Şeytan onun bir sözünü, bir hərfini belə dəyişə bilməz).” (Fussilət, 42)
Quranı dinləməyimiz, bununla həzz almağımız və rahatlanmağımız imana Muhəmməddə (s.a.s) tabe olmağımıza dəlalətdir.
