MVSMVS   AxtarAxtar   İstifadəçilərin siyahısıİstifadəçilərin siyahısı   İstifadəçi qruplarıİstifadəçi qrupları   Qeydiyyatdan keçinQeydiyyatdan keçin 
 Şəxsi mə`lumatŞəxsi mə`lumat   Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.   GirişGiriş 

Azerbaycan dilinde Namaz Qiliram Buna Munasibetiniz?!

 
Yeni mövzu aç   Bu mövzu bağlıdır, cavab göndərə və ya ismarışları redaktə edə bilməzsiniz.     Forumun ana səhifəsi -> SİZİN MÖVZU
Əvvəlki mövzu :: Sonrakı mövzu  
Müəllif İsmarış
Elchin Bextiyaroglu



Daxil ol: B. Apr. 02, 2006 23:49
İsmarışlar: 32
Şəhər/ölkə: Baki

İsmarışGöndərilib: B.e. Apr. 03, 2006 6:17 pm    İsmarış mətni: Azerbaycan dilinde Namaz Qiliram Buna Munasibetiniz?! Sitatla cavab ver

Rehimli Ve Mehremetli Allahin Adi Ile! Men Alimin Sozderini Silib Atmisham Ve Ereb Dilini Temiz Bilen Bir Insanla Tanish Olmaq Isterdim! Tercumenin Ne Derecede DuzGun Olub Olmamagini Yoxlamaq Ucun !
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər Yahoo
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 1205

İsmarışGöndərilib: Ç.a. Apr. 04, 2006 10:52 pm    İsmarış mətni: Sitatla cavab ver


Rəhmli, Mərhəmətli Allahın adı ilə!
AsSalamu alaikum.

Elchin Bextiyaroglu,
Mövzunun adına əsasən, Azərbaycan (yaxud başqa dildə) dilində namaz qılmağa münasibətimi bildirmək istərdim. Münasibətim əlbəttə ki, birmənalı olaraq mənfidir və "Azərbaycanca namaz qılmaq" kimi gülünc və absurd ideya səhv etmirəmsə Nəriman Qasımoğluna aiddir. Nəyə görə gülünc və absurd? Birincisi: Namaz qılırsınızsa, demək ki, Allaha inanırsınız. Allaha inanırsınızsınızsa, bilirsiniz ki, Hər Şeyə Qadir olan Allahın əlində Quranı Ərəb dilində yox, başqa dildə nazil etmək asandan da asan bir işdir. Lakin, O Quranı fransızca, azərbaycanca, türkcə və s. dillərdə yox, məhz ərəbcə nazil etmişdirsə, deməli bunda bir hikmət var. Qurani Kərimdə Uca Allah belə buyurur (tərcümə):
"Biz onu ərəbcə bir Quran olaraq nazil etdik ki, anlayasınız. "
(Quran, Yusif, 2)
Dilçilər yaxşı bilirlər, hansısa dildən digərinə nəsə tərcümə etdikdə tərcüməçi öz işinə nə qədər mükəmməl yiyələnmiş olsa da, tərcümə heç vaxt əsil mətnlə eyni məna kəsb edə bilməz. Bunun bir çox səbəbi vardır. Məsələn, bu hər dildə olan söz sayının müxtəlif olmasından asılıdır ilk növbədə. Rus dilində, əgər səhv etmirəmsə 3 milyona yaxın söz var, Ərəb dili isə dünyanın ən zəngin söz ehtiyatına malik dillərdinən biri olduğndan ordakı söz ehtiyatı 3 milyondan dəfələrlə daha artıqdır. Afrikanın hansısa kiçik xalqına mənsub dildə isə söz ehtiyatı hardasa təqribən 300-400-dür. İndi özünüz təsəvvür edin, hansısa ərəbcə sözün tam qarşılığını rusca, azərbaycanca tam dəqiqliyi ifadə etmək nə dərəcədə mümkündür? Burda yalnız təxmini mənanı vermək olar, lakin birə-bir sözbəsöz qarşılığını başqa dildə tapmaq qeyri-mümkündür. Digər səbəblərdən biri isə hər bir xalqın dilinin özünəməxsus əsrlər boyu meydana çıxmış xüsusiyyətlərinin, danışıqda ifadə olunan frazaların olmasıdır. Məsəlçün, azərbaycanca "mənim gözüm səndən su içmir" sözünü hərfi tərcümə edin rus dilinə. Gülməli bir tərcümə alınacaq. Bunu aradan qaldırmaq üçün isə təcüməçilər lazımi mənanı verən, başqa sözlərdən, başqa frazalardan istifadə edirlər ki, tərcümə eyni olmasa da, heç olmasa mənanı çatdıra bilsinlər. Həmçinin hər dilin özünün qrammatikası var, bu da səbərlərdən biridir. Deyək ki, bizim dildə qadın oldu kişi oldu, ona "o" deyə müraciət edirlər. Ərəbcə, rusca, ingiliscə və digər dillərdə isə bunlar fərqlənir. Bu sadaladıqlarım səbəblərdən yalnız bəzilərdirir.
Əlbəttə adi mətnlərin tərcüməsində çox vaxt belə detallar o qədər də böyük əhəmiyyət kəsb etməyə də bilər. Lakin Qurani Kərim axi adi mətn deyil, Allahın Kəlamıdır. Deməli burda məsuliyyət olduqca böyükdür. İndi deyirsiniz ki, Kamil olan Allahın Kəlam ilə kamil olmayan insanın tapdığı qarşılıq eyni, ekvivalent ola bilər? Bu müəyyən mənada allahlıq iddiasında olmaq deyil bəyəm? Məgər bu müsəlmana yaraşan əməldir, yoxsa şeytanın dostlarına? Axı Uca Allah Quranda buyurur (təxmini məna verən tərcümə):
"Şübhəsiz ki, bu (Quran) aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir!
Onu Cəbrail (Ruhuləmin) endirdi:
(Günahkarları Allahın əzabı ilə) qorxudan (xəbərdar edən) peyğəmbərlərdən olasan deyə, sənin qəlbinə (nazil etdi);
Özü də açıq-aydın ərəb dilinə. "

(Quran, Şüəra, 192-195)
Odur ki, Ərəb dilində nazil olmuş Quranın Azərbaycan yaxud başqa dilə tərcüməsi heç vaxt Quran adlana bilməz, bu yalnız Quranın tərcüməsidir. Və kimsə ki, Quranın tərcüməsini oxuyub fikirləşir ki, o artıq alimdir, bütün İslami biliklərə yiyələnmişdir, bilsin ki, beləsi zəlalətdədir, əqli problemləri var.
İkincisi: Qurani Kərimdə Allah tərəfindən yalnız "namazı qılın" əmri gəldiyini və namazın necə qılınmasını isə bizə sevimli Peyğəmbərimiz (səlləlləhu aleyhi və səlləm) öyrətdiyi çoxumuza məlumdur. Biz müsəlmanlar onun necə namaz qılmasını səhih hədislərə əsasən bilirik və ondan (bu işdə və bütün başqa işlərdə) nümunə götürürük. Peyğəmbərimiz (səlləhu aleyhi və səlləm) isə namazı bizə ərəbcə qılmağı öyərtmişdir. Kimsə deyə bilər ki, " Məhəmməd (səlləlləhu əleyhi və səlləm) və yanındakılar ərəb idilər, azərbaycanlı (fransız yaxud b.) deyildilər ki". Yox, tarixə nəzər salsaq görərik ki, səhabələr içərisində başqa millətdən olanları da var idi, lakin buna baxmayaraq, onlar da namazı ərəbcə qılırdılar, öz dillərində yox.
Yəqin çoxlarına sual versən ki, "niyə namaz qılırsan?", deyər "Allah rizasnı qazanmaq üçün". Onda Allah rizasını qazanmaq istəyiriksə, bunu Allahın qoymadığı bir yolla etmək nə dərəcədə doğrudur? Nəzərə alsaq ki, namazı hətta ərəbcə qılanda adicə iki hərfin yerini (bilərək) səhv dedikdə, namaz batil olur (yəni namaz hesab edilmir), bəs elə isə tərcümə olunaraq, sözləri əslindən fərqlənən namazı qılmaq boş vaxt sərf etmək deyil məgər? Allah tərəfindən qəbul olunmayacaq əməl axı kimə lazımdır? Bu boşa vaxt itirmək deyisə bəs nədirl?
Allahın yolu- Onun kəlamı olan Quran, və Quranı "xırdalayan" Peyğəmbərin əmrləri, sözləri, davranışlarının toplusu olan Sünnəsidir(yoludur). Əgər özünü müsəlman hesab edən şəxs bu iki məfhumu özünə əsas götürmürsə, onda o İslam dininə yox, hansısa insanların icad etdiyi başqa dinə etiqad edir.
Odur ki, Elchin Bextiyaroglu, mənim məsləhətim, nə qədər gec deyil, tövbə edin və namazı Peyğəmbərimiz (səlləlləu aleyhi və səlləm) necə, hansı dildə qılıbsa, o dildə qılmağa çalışın, əks halda Qiyamət Günü xeyir iş gördüyünü düşünüb, axırda ziyana uğrayanlardan ola bilərsiniz. Əgər namazın (ərəb dilindəki) sözlərini əzbələrmək sizə çətindirsə, hələlik böyük hərflərlə yazıb, namaz qılarkən yanınıza qoyun, ordan oxuyun, ta ki, əzbərləyənədək inşaAllah. Burdan əsil namazı necə qıla biləcəyinizi geniş şəkildə oxuya bilərsiniz:
https://www.azerislam.com/index.php?subaction=showfull&id=1102245623&archive=&ucat=4
Bu ünvanda isə qısa şəkildə namazın ərəbcə sözləri vardır:
https://www.azerislam.com/index.php?subaction=showfull&id=1103489020&archive=&ucat=4

Allah Subhanahu va Taala hamımıza hidayət versin, Doğru Yoldan ayırmasın...Ameen!
MaasSalama
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Elchin Bextiyaroglu



Daxil ol: B. Apr. 02, 2006 23:49
İsmarışlar: 32
Şəhər/ölkə: Baki

İsmarışGöndərilib: Çər. Apr. 05, 2006 5:29 pm    İsmarış mətni: Eziz Qardashim Biz Mominikse Demek Qardashiq !! Sitatla cavab ver

Eziz Qardashim Biz Ereb Deyilik Namaz Qilarken Allaha Teshekkur edirik Eger Ne dediyimizi Bilmirikse Allaha Muraciet Ede Bilmerik Cunku[b] Buyrulur Bilmediyivi Etme Ve bilmediyivi deme !!! Ve Buyrulur Ki allahin Sozderin Alim Yox Alimim Ulu Babasida Gelse Deyishe Bilmez !! Eger Menim Sozderime SHeriksen Se ( Menim yox Allahin Ayelerine!) Onda yazdiqlarin sozderin hec bir esasi yoxdur! Namaz Qilmaq Allaha Ibadet Teshekkur Demekdir ! Ereb dilinde Bir Soz Bir Nece Mena Verir !! Meselen Men Bir nece ele Azerbaycan Dilinde Mesel Cekim ! : Alma !! Ne menadadi Eger Sesimizin Tonun Deyishsek Onda Bilerik ki mena Nededir ! Al'ma yoxsa Alma !! Insanqigi derk et Adam Vurma Bicaqla !! Eger Sesimizin Tunu Olmasa Bilmerik Bu cumlenin Menasin !!! Odur Ki Azerbaycan Dilinde Namaz Qilmaq Mene Daha Rahatdir Ve Men Ne dediklerimi Anliyiram !! Men Ereb Olsaydim Ve Azerbaycan Dilinde Namaz Qilsaydim Onda He sen Deyen Olardi ! Allah Qurani Ereb Dilinde Ereblercun Nazil Etdi ! Demediki Haminiz Donub Ereb Olun ! ?[/b]
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər Yahoo
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 1205

İsmarışGöndərilib: Çər. Apr. 05, 2006 7:49 pm    İsmarış mətni: Sitatla cavab ver

Rəhmli, Mərhəmətli Allahın adı ilə!


Elchin Bextiyaroglu:
Birincisi, görünür ki, yazımı diqqətlə oxumamısınız və tarixdən də əsla xəbəriniz yoxdur. Axı qeyd etdim ki, Peyğəmbərimizin zamanında onun səhabələri arasında təkcə ərəblər yox, başqa millətlərdən olanlar da olmuşdur. Lakin onlarn hamısın namazı necə lazımdırsa, o cür qılmışdır, yəni ərəbcə! Yoxsa, siz Peyğəmbərə itaət etmirsiniz? Axı Allah Quranda buyurur:
"(Ya Rəsulum!) De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın."
(Quran, Ali İmran, 31)
Bu ki, alimin sözü deyiI, Allahın sözləridir? Allaha itaət etdiyinizi demirsiniz məgər?
İkincisi, qəribə məntiqiniz var, məgər ərəb dilində namaz qılmaqla, insan çevrilib ərəb ola bilər? Bu deyəsən genetikadan da baş çıxarmadığınızı göstərən yeni faktdır.
Üçüncüsü, ərəb dili şükrAllaha, ivrit və başqa dillər kimi itirlmiş qədim dil deyil. Əgər bir az zəhmət çəksəniz (Cənnətə zəhmətsiz düşmək olmur) istənilən vaxt ərəb dilini öyrənib, namazda nə dediyinizi başqa düşə bilərsiniz- bu ki, ağıllı insan üçün çətin iş deyil. Ağlı olmayana isə namaz yaxud başqa ibadətlər fərz deyil.
Və nəhayət dördüncüsü, növbəti dəfə Qurandan ayələr gətirdikdə, onu mənbələri ilə (neçənci surə, neçənci ayə) qeyd edin ki, yazılarınız silinməsin.
Çox sağ olun.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
ENGINEER



Daxil ol: Ş. Sen. 10, 2005 08:42
İsmarışlar: 139
Şəhər/ölkə: Baku, Azerbaijan

İsmarışGöndərilib: C.a. Apr. 06, 2006 6:50 am    İsmarış mətni: NAMAZ GILMAG Sitatla cavab ver

Assalamu Aleykum ve Rahmatullahi ve Barakatuhu

Elchin Bextiyaroglu, dunyada nece nov muselmanlar var: Indaneziya, Pakistan, Turkiye, Kazakstan, ve saire neche muselman olke adi yaza bileremki onlarin tamamile bashga dilleri var, yani ereb dili deyil. Bele chixir onlar delidir ereb dilinde gilir bir sen agillisan oz dilinde gilirsan? Ola bilsin bu sayta Namaza yeni bashlayan gardash ve ya bacilar daxil ola biler, bele mentigsiz yazilarinla Sheytanin elchisi olub onlari chashdirma. Hz. Mehemmed (S.A.S) buyurmushdurki, ya xeyir soz danish ya sus. (Buxari) Estegfirulla senin sozlerinden bele chixirki Allah unudub Gurani-Kerimde bele bir aye gondersinki here NAMAZI oz dilinde gilsin. (RABBIGFIRLIY) Islam mentige gore deyil yalniz ve yalniz GURANI-KERIME ve Hz. Mehhemed (S.A.S) Peugemberin sunnesine goredir. Gurani Kerimde bele bir aye varki etdiyiniz emelleri pucha chixartmayin (Humeyra Bacim sure ve aye nomresini unutmusham, xahish edirem siz yazardiz). Islamda yenilik redd olunur. Allah bizlere kifayet edecek derecede ayeler, ALLAHIN Resulu (S.A.S) ise bizlere kifayet edecek derecede Hedisler deyib. Allah sene Hidayet versin. AMIN!
_________________
Estegfiru-llahel aziymel-lezi la ilahe illa huvel-heyyul-gayyum ve etubu ileyhi.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 1205

İsmarışGöndərilib: C.a. Apr. 06, 2006 7:38 pm    İsmarış mətni: Sitatla cavab ver

Rəhmli, Mərhəmətli Allahın adı ilə!
AsSalamu alaikum.
Sitat:
Gurani Kerimde bele bir aye varki etdiyiniz emelleri pucha chixartmayin (Humeyra Bacim sure ve aye nomresini unutmusham, xahish edirem siz yazardiz).

" (Ya Məhəmməd!) De ki:" Sizə əməlləri baxımından (axirətdə) ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi?
O kəslər ki, onların dünyadakı zəhməti boşa getmişdir. Halbuki onlar yaxşı işlər gördüklərini (və bunun müqabilində mükafata nail olacaqlarını) zənn edirlər."

(Quran, Kəhf, 103-104)

MaasSalama
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Elchin Bextiyaroglu



Daxil ol: B. Apr. 02, 2006 23:49
İsmarışlar: 32
Şəhər/ölkə: Baki

İsmarışGöndərilib: C.a. Apr. 06, 2006 10:06 pm    İsmarış mətni: Sitatla cavab ver

Eu insanlar ! Allah Qur'anda Buyururki Dinde ayriliga Dushmeyin Firqelere Bolunmeyin!

Bir baxin,siz siz o keslersiniz ki,bildiyiniz sheyler baresinde Mubahise edirsiniz!!!
Bes Bilmediyiniz sheyler baresinde niye Mubahiseye Girishirsiniz? Elbetde Allah bilir,siz bilmezsiniz!!! ( Ali Imran Suresi 66-ci Aye)


Xaish edirem Birdaha Mehs Qurandan Ayeler getirerek Oz Cavablarinizi yazin! Buxarinin sozun Deyishmek Olar Yiuz Defe !!! Allahin Sozun Hec Kim Deyishe Bilmez!! Inshallah Yeqin Dediylerimi Anladiniz !! Ve Birde Bu menim Sozdrim Deyil Allahin Sozderidi!
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər Yahoo
Elchin Bextiyaroglu



Daxil ol: B. Apr. 02, 2006 23:49
İsmarışlar: 32
Şəhər/ölkə: Baki

İsmarışGöndərilib: C.a. Apr. 06, 2006 10:11 pm    İsmarış mətni: Sitatla cavab ver

Ve sizderden Bir Xaishim var Ayeleri Yazdiqda Moterizeleri Nezere Almayasiz Cunki Onlar Alimin Fikirleridir!! Ve Birde Allah Istediyini Dogru Yola Yonelder Kiminse Bu sozderi Eshidib Uz dondermesi Bosh Sheydi !! Allah Istediyine Istediyi Qeder Verer !!! Yene Bildirirem Shexsen Real Heyatda Sohbet Elemeye Haziram Sizderden Momin Olanlar Qardashlarimsiz Ve Realliqda Sohbet Elemey Hem xeyirlidir Hemde Ucuz !! Allah Buyurur Israf etmeyin Biz se Pullarimizi Internete Verib Otururuq Forumda Bunun kimese Xeyri Var Amma Mene yox ! Allahin Izni Ile sizleri Allahin Evinde Qebul Etmeye Haziram !
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər Yahoo
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 1205

İsmarışGöndərilib: C. Apr. 07, 2006 12:51 am    İsmarış mətni: Sitatla cavab ver

Rəhmli, Mərhəmətli Allahın adı ilə!

Elchin Bextiyaroglu
:

Görünür ki, siz müzakirə yox, yalnızca iddia etməklə məşğulsunuz. Ona görə də, istəyirsiz inciyin, istəyirsiz yox - öz işinizdir, mövzu bağlanır.
Əgər doğrudan da internet sizin üçün vaxt sərfidirsə və həqiqətən haqqı axtarırsınızsa, onda suallarınıza Azərbaycan, Bakı şəhəri Nərimanov rayonunda yerləşən Cümə məscidi ünvanında cavab tapa bilərsiniz. Xüsusən, Cümə günləri günorta vaxtı orda çoxlu müsəlman qardaşlar olur.
Yox, əgər orda da sizə kömək edə bilməsələr, onda Azərbaycan, Bakı şəhəri, Maştağa qəsəbəsi, Axund Şeyx Hüseyn küç. 69 ünvanına müraciət edin.
Ümid edirəm, köməyi olar...
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
İsmarışları göstər:   
Yeni mövzu aç   Bu mövzu bağlıdır, cavab göndərə və ya ismarışları redaktə edə bilməzsiniz.     Forumun ana səhifəsi -> SİZİN MÖVZU Bütün saatlar GMT + 4 Saat
1 səhifə (Cəmi 1 səhifə)

 
Keç:  
Bu forumda yeni mövzu aça bilməzsiniz.
Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz.
Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz.
Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz.
Bu forumdakı sorğularda səs verə bilməzsiniz.


© Azerislam.com - Müstəqil İslam saytı.
Sayt 1422-ci (2001) hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir.