.:: Azerislam.com Forum ::. "Xatırla ki, (insanın sağında və solunda onun bütün əməllərini) yazan iki mələk oturmuşdur! Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!" (Qaf, 17-18)
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 577
Göndərilib: C. Dek. 24, 2004 4:56 pm İsmarış mətni:
-b-
YALAN
Müsəlman yalnız 3 halda yalan danışa bilər.
1. Müharibə zamanı düşmənə;
2. Həyat yoldaşına alınan hədiyyənin qiymətini olduğundan çox deyərək, könlünü almaq;
3. İki müsəlmanın arasını düzəltmək məqsədilə.
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 577
Göndərilib: Ş. Dek. 25, 2004 10:29 pm İsmarış mətni:
-b-
Musiqi
- Musiqi alətlərinin iştirakı ilə olan bütün mahnılar, hətta məzmunu xeyirli belə olsa dinlemek qadağandır :!:
- Musiqi alətlərinin iştirakı olmasa da, naməhrəm qadın tərəfindən oxunan mahnıları dinləmək qadağandır :!:
- Sözləri olmayan bütün musiqiləri dinlemek qadağandır :!:
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 577
Göndərilib: B. Dek. 26, 2004 11:15 pm İsmarış mətni:
-b-
Hicab.
Əsl hicab yalnız aşağıdakı 8 qaydaya uyğun olarsa, hicabdır :!:
1. Hicab bütün bədəni (əl və üz istisna olmaqla) örtməlidir.
2. Bəzəkli (daş-qaşlı, zər-zibalı, parıltılı və s.) olmamalıdır
3. Qalın parçadan olmalıdır, bədən üzvlərini göstərməməlidir.
4.Dar olub, bədən xətlərini bildirməməlidir.
5.Siqaret və ətir iyi gəlməməlidir.
6.Kişi geyiminə oxşamamalıdır.
7. Xristiyanların, yəhudilərin, müşriklərin paltarlarına oxşamamalıdır.
8. Ekstravaqant olub(müxtəlif formalı) olub başqalarının diqqətini cəlb etməməlidir.
Talaq kişinin əlindədir, qadın yalnız talaq tələb edə bilər. Talaq kişi tərəfindən narazı qaldığı zövcəsinə qarşı yalnız aşağıdakı mərhələlər kömək olmaqdıqda, ən son anda tətbiq oluna bilər.
1. Nəsihət eləmək,
2. Yataqdan ayırmaq (ayrı yataqlardada yatmaq yox, əlaqədə olmamaq nəzərdə tutulur),
3. Yüngülvari fiziki qüvvə tətbiq etmək- Bu artıq elə bir son həddir ki, qadın hadisələri buna gətirməməlidir.
4. Hər 2 tərəfdən yaxın kişi qohumları(ağsaqqalları) nəsihət üçün dəvət etmək. Kişi qohum yoxdursa, onda qadınlar da olar.
5. Əgər yuxarıda sadalanan mərhələlər nigahın bərpasına kömək etmirsə, boşanmaq.
1. İnanmamaq(şirk).Kafirlik-Allaha və Onun elçisinə düşmənçilik və Allaha şərik qoşmaq. Şeytanın bəndədən istədiyi ən birinci kafirlikdir və buna nail olmayana qədər insanı rahat buraxmır. Əgər buna nail ola bilməsə, ikinci (2) dərəcədə ondan əl çəkmir.
:arrow:
2. Yenilik(bidət).Bidət şeytana günahlarından və şərəfsizliklərindən əzizdir, çünki onun zərəri dinə toxunur. Bidət bütpərəstliyə və kafirliyə açılan qapıdır. Şeytan buna da nail ola bilmədikdə üçüncü(3) dərəcəyə aşağı salmaq istəyir.
:arrow:
3. Böyük günahlar.Allahın qəzəbi, Peyğəmbərin həmin əmələ lə`nəti varsa, bu, böyük günah hesab olunur. Şeytan insanı bununla da yoldan çıxara bilmirsə, onda dördüncü(4) dərəcəyə keçir.
:arrow:
4. Kiçk günahlar. Bunlar çoxlu miqdarda yığıldıqda onu törədəni məhv edə bilər. Əgər şeytan buna da nail ola bilmirsə, növbəti dərəcədə (3) insandan əl çəkmir.
:arrow:
5. İcazə verilmiş işlər. Şeytan insanı icazə verilmiş işlərlə məşğul olmağa, davamlı yatmağa, bol yeməyə, içməyə, həmçinin geyinməyə və bunlarda israf və xeyirsiz vaxt sürməyə vadar etməyə çalışır. Əgər insanı bu dərcəyə də sala bilmirsə, onda şeytan onu növbəti dərəcəyə (2) ötürür.
:arrow:
6. İkinci dərəcəli işlər. Şeytan bəndəni əsas İslam əməllərindən yayındırmağa cəhd göstərərək, xeyirli ikinci dərəcəli işlərlə məşğul olmasına səy göstərir. Bunu çox az insan başa düşür. Kimsə bir yaxşı iş görməyə cəhd göstərəndə ağlına belə gəlmir ki, bu şeytandan ola bilər və o özü ozünə bunun Allahdan olduğunu deyir. Əgər o bilmirsə ki, şeytan bəndənin qarşısında 70 xeyir qapısı açır və yaxud onu 70 xeyir qapısını aşan xeyirdən uzaqlaşdırmaq istəyir.
- Elmdən məhrum olmaq;
- Qəlbdə tənhalıq və narahatlıq hissi keçirmək;
- Zəiflik;
- İşlərin düyünə düşməsi;
- Xeyir-bərəkəin götürülməsi;
- Uğursuzluq;
- Təngnəfəs omaq;
- Pisliklərin meydana gəlməsi;
- Digər günah işlərə də qurşanmaq;
- Günahı Allah və insanlar üçün əhəmiyyətsiz sanmaq;
- Heyvanların lənəti;
- Murdar paltar geymək;
- Qəlbən günaha meyl eib lənətlənməyə layiq olmaq;
- Duanın qəbul edilməsinə mane olmaq;
- Quruda və dənizdə fitnə-fəsad törədi qeyrəti, həyanı itirmək;
- Nemətlərdən məhrumiyyət;
- Asi qəlbin qorxu hissi keçirməsi;
- Şeytanın əsirinə çevrilmək;
- Pis sonluq;
- Axirət əzabı.
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 577
Göndərilib: Ş. Yan. 29, 2005 9:39 pm İsmarış mətni:
-b-
Bir günahdan əl çəkib yeni birinə meyl etməyin səbəbləri:
1. Günahın məsuliyyətinin yüngül olmasının zənn edilməsi;
2. Nəfsin daha çox günaha mail olması, ehtiras və şəhvət hislərinin güclənməsi;
3. Günaha yol vermək şəraitinin başqasından, səbəbləri hələ mövcud olmayan və hazırlanmağa möhtac olan günahdan daha əlverişli olması;
4. Yaxınlarının, qohum-əqrəbanın günah işlərlə bağlılığı üzündən insanın özünün də onlardan əl çəkə bilməməsi.
5. Günah işin bir adam üçün şan-şöhrət, dostlar arasında mövqeni itirmək üçün vasitə olması. Bu mövqeni itirmək qorxusu insanı asilikdə israr etməyə məcbur edir.
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 577
Göndərilib: C. Fev. 04, 2005 11:46 am İsmarış mətni:
-b-
Müsəlmana aşağıdakı şəxsləri salam vermək yaraşmaz:
1. Tanış olmayan gənc qızlara, qadınlara;
2. Şahmat, nərd kimi oyunları oynayanlara;
3. Qumar oyunları oynayanlara;
4. Sərxoşlara;
5. Qeybətçilərə;
6. Müğənnilərə;
7. Utanmadan günah işlər görənlərə;
8. Kişilərə, hansı ki, həmin anda naməhrəm qız və qadınlara baxır.
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 577
Göndərilib: B.e. Fev. 21, 2005 4:19 pm İsmarış mətni:
-b-
Insanlarla münasibətdə aşağıdakılara diqqət etmək gərəkdir:
1. Allaha münasibətini qaydaya sal ki, Allah da insanlarla münasibətlərini qaydaya salsın;
2. Səninlə necə davranılmasını istəyirsənsə, insanlarla o cür davran;
3. Ən çətin, sevincli və kədərli anları təbəssümlə qarşılamağa çalış;
4. Hətta səni məqsədyönlü şəkildə əsəbiləşdirməyə çalışsalar da, sakitliyini qoru;
5. Başqalarının istək, hüquq və tələblərini heç vaxt tapdalama;
6. Xüsusən də ilk görüşdə opponentlə ünsiyyətdə lazımi cümlələrin seçilməsinə, gülərüzlü olmağa səy göstər;
7. Pis atmosfer olan mühitdən mümkün qədər tez və etik qaydalara müvafiq şəkildə ayrılmağa çalış.
8. Həmsöhbətini çox yormamaq üçün aradabir əxlaq hüdudları daxilində zarafatlarla, yumorlarla dialoqunuzu bəzə;
9. Kiçik hədiyyələrlə qarşıdakının ürəyinə yol tapmağa çalış.
10. Görüşərkən və sağollaşarkən təbəssümü üzündən, gözəl sözləri dilindən əskik etmə;
11. Verdiyin sözə heç vaxt xilaf çıxma, həmişə sözün düzünü danışmağa səy göstər.
12. Əliaçıq ol, əlindəkini ehtiaycı olanlarla bölüş;
13. Təvazökar ol və bütün işlərini qaydada saxla;
14. Bədən, ağız, geyim, iş və yaşayış yerinin təmizliyinə diqqət elə.
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 577
Göndərilib: Ş. May 14, 2005 7:58 pm İsmarış mətni:
-b-
Hicrət.
Hicrət sözünün lüğəti mənası "tərk etmək"dir. İstilahi mənada isə Allahın qadağan etdiyi şeyləri tək etmək deməkdir.
Hicrət 2 qism olur:
1. Təhlükəli yerdən əmin-amanlıq olan yerə hicrət;
2. Küfr olan yerdən iman olan yerə hicrət.
Allah xatirinə şirk və küfr olan ölkədən İslam ölkəsinə olunan hicrət əfzəl əməllərdəndir.
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 577
Göndərilib: B.e. May 16, 2005 10:01 pm İsmarış mətni:
-b-
Niyyət
"Niyyət" sözünün üğəti mənası "qəsd" deməkdir. İstilahi mənası isə qəlbi hər hansı bir əməli etməyə və ya ondan çəkinməyə yönəltmək deməkdir.
Niyyət ibadətdir. Buna görə də möminin hər ibadəti üçün niyyət etməsi vacibdir. Niyyət əməlin qəbul olunması üçün şərt olub, adət və ibadəti (məslən, qüslü və çimməyi), o cümlədən ayrı-ayrı ibadətləri (məsələn, Sübh namazının fərzini və sünnəsini) bir-birindən fərqləndirmək üçün mühüm əhəmiyyətə malikdir.
Niyyətin yeri qəlbdir. Hər hansı ibadəti etdikdə, niyyəti tələffüz etmək yenilikdir. Yalnız Həcc və Ümrə üçün olunan niyyət müstəsnadır. Bu iki ibadət növündə niyyət tələffüz olunur.
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 577
Göndərilib: C. May 20, 2005 9:34 pm İsmarış mətni:
-b-
Şükr etmək.
Allah Taalann verdiyi nemətlərə həmd etmək təkcə "əlhəmdüilləh" demək deyil. Nemətə şükr etmək həmin nemətdən Allah rizası üçün faydalanmaq, israf etməmək deməkdir. Məsələn, Allahın verdiyi İslami elmi səfehlərlə mübahisədə istifadə etmək üçün yox, əqidəni möhkəmlətmək və imanı artırmaq üçün sərf etmək gərəkdir.
Bu forumda yeni mövzu aça bilməzsiniz. Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz. Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz. Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz. Bu forumdakı sorğularda səs verə bilməzsiniz.