MVSMVS   AxtarAxtar   İstifadəçilərin siyahısıİstifadəçilərin siyahısı   İstifadəçi qruplarıİstifadəçi qrupları   Qeydiyyatdan keçinQeydiyyatdan keçin 
 Şəxsi mə`lumatŞəxsi mə`lumat   Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.   GirişGiriş 

Təklif və iradlarınız
Səhifə Əvvəlki  1, 2, 3 ... 12, 13, 14, 15  Sonrakı
 
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> FORUM BU GÜN
Əvvəlki mövzu :: Sonrakı mövzu  
Müəllif İsmarış
ahli-wasat



Daxil ol: Ş. Noy. 26, 2005 01:58
İsmarışlar: 394

İsmarışGöndərilib: Ş. Fev. 04, 2006 2:18 pm    İsmarış mətni: Sitatla cavab ver

Sizden bir xahishim var...
Yazilara munasibetde edaletli olmaghi ve evvelki qaydalara uyghun olaraq mwnasibet gostermeye chaghiriram,...evvelki yazilarimda yazdighim bir melumata delil gostermediyim halda yazilarin deqiqleshdirilmediyi halda 3 gun erzinde silineceyi ile etiraz bildirildi. bu evvelki qayda idi, ve Allahin izni ile yazinizi gorende sizlere hansi kitabdan bu melumati goturduyumu yazdim! ve tebii ki, yazimin delilsiz olmadighini subut etdim!
Sonuncu yazimda ise Engineer qardasha verdiyim sozu tutmagha chalishdighimi izah etmek uchun, sorushacaghim sheyxden meseleni etrafli sorusha bilmediyimi qeyd etdikden sonra yaxinda sorusharaq delilleri yazacaghima soz vermishdim...ve bununla neyise subut etmek yox, sadece olaraq qardasha verdiyim sozun uzerinde chalishdighini gostermek idi, chunki niyyetimde bunu Cumeye qeder arashdirmaq var idi...Ve bu yazimdan achiq, aydin gorunurdu!
Lakin bu yazimin uzerinden hech bir gun kechmediyi halda yazi silinerek, delil gosterilmediyi sebebi ile silindiyi qeyd olundu, ve hele ustelik novbeti bele bir halda xeberdarliq geleceyi ile etiraz olundu! Lakin chox hormetli Humeyra xanim oz yazdiqlarinda bele sheylere diqqet yetirmir! mes: mehz ele hemin movzuda Engineer qardasha "delil gostermeden" bezi alimlerin fetvalarinin oldughu qeyd olunur, ve uzerinden iki gun kechmeyine baxmayaraq, hele ki bir delil gosterilmeyib!
Sitat:
ENGINEER, qardaş, səhv etmirəmsə, Əhli-Sünnə və-l Cəmaa alimlərinin əgər imkan varsa , ilk əvvəl düzgün əqidəli və mərkəzi məscidə getmək haqqında fətvaları var. İnşaAllah tərcümə edib yerləşdirərəm.


-Mövzuya dəxli olmadığından silinmişdir.Ona gore de humeyra xanimdan "imkan oldughu halda ilk evvel duzgun eqideli ve merkezi mescide getmek haqqinda alimlerin fetvalarini ve eger bu hal mumkundurse yaxinliqda yerleshen mescide yox, merkezde olan mescide getmeyin meslehetli oldughunu gosteren fetvalari yazmaghi xahish edirik!

Eger bir xetam varsa Allah gunahimi baghishlasin ve xetami duzeltmeyi sizden xahish edirem!
Allahu Musteen!
_________________
Doğrusunu Allah bilir!
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 1205

İsmarışGöndərilib: Ş. Fev. 04, 2006 10:04 pm    İsmarış mətni: Sitatla cavab ver

Rəhmli, Mərhəmətli Allahın adı ilə!
AsSalamu alaikum.

ahli-wasat, iradınız cavablandırıldı:
https://www.azerislam.com/forum/viewtopic.php?t=316&start=20
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
ahli-wasat



Daxil ol: Ş. Noy. 26, 2005 01:58
İsmarışlar: 394

İsmarışGöndərilib: Ş. Fev. 25, 2006 1:40 am    İsmarış mətni: Sitatla cavab ver

Sitat:
XƏBƏRDARLIQ 2: Hörmətli istifadəçi, bu sizə ünvanlanan ikinci xəbərdarlıqdır. Peyğəmbərimizin (səlləlləhu əleyhi və səlləm) qadının cihadının Həcc olduğunu buyurduğu hədisi bilməmiş olmazsınız. Ən yaxşı halda və əgər zərurət varsa, qadın döyüşdə həkim, yaxud köməkçi kimi (məs. su paylayan) iştirak edə bilər. Bundan əlavəsinin İslamda yeri yoxdur. Quran və Sünnəyə zidd olan materiallar isə azerislam forumunda təbliğ edilmir və edilməyəcək, inşaAllah. Diqqətli olun.


Bu xəbərdarlıq ilə bu gün qarşılaşdım.
Həmd olsun Allaha! Forumda artıq nəzarətçilər fətva verməyə başlayıb. Cihadda qadının əlinə silah alıb vuruşmağın haram olduğunu söyləyirlər. Ya Kərim, bu ya qafillikdir ya da qərəz!
Və bütün bunlar forumda yerləşdirdiyim film səbəbi ilədir. Filmdə isə nə təsvir olunur, silah atmağı öyrənən mücahid bacılarımız. Belə çıxır ki, müsəlman qadınlarımıza silah atmağı öyrənmək haramdır?! Subhənallah, İslam tarixində bunu haram edən əqidəli bir alim tanımıram!

Keçək xəbərdarlıq məsələsinə:
İlk olaraq mənə birinci xəbərdarlıq harda edilib bilmirəm, və belə bir şey xatırlamıram. Qeyd etmək istəyirəm ki, iki birdən sonra gəlir və ikinci xəbərdarlığı almaq üçün gərək hesabımda birinci xəbərdarlıq da olsun!
Lakin bu xəbərdarlığı edən nəzarətçiyə öz sözlərini xatırlatmaq istəyirəm:
Sitat:
- Dəlil göstərilmədiyi üçün silinmişdir. Növbəti bu kimi addım xəbərdarlıqla nəticələnəcəkdir.

Burda xəbərdarlıq deyil, dəlilsiz məlumatlar yazdığım halda ilk xəbərdarlığı alacağımı söyləmisiz. Vurduğum video isə elə dəlilin özüdür, yəni dəlilsiz heç bir şey etməmişəm ki, mənə buna görə ümumiyyətlə xəbərdarlıq verəsiniz! Doğru demirəmsə məni düzəldin!
Qaldı ki, qadınlar üçün cihad məsələsinə:
Zikr etdiyiniz hədis barəsindəki İbn Hacərin şərhini diqqətinizə çatdırmaq istəyirəm:
Muhəmməd ibn Kəsir bizə rəvayət etdi: Sufyan ibn Muaviyyə ibn İshaq -Aişə ibn Talhadan möminlərin anası Aişənin belə dediyini rəvayət etdi: "Mən peyğəmbərdən s.ə.s. cihada getmək üçün izn istədim. O dedi: "sizin cihadınız məqbur həccdir."
Bu hədisin şərhində İbn Battal bunları söylədi:
"Aişənin hədisi cihadın qadınlar üçün vacib olmadığını göstərir. lakin "Sizin cihadınız həccdir" sözləri qadınların könüllü cihadda iştirak etmələrinin qadağan olduğuna dəlil deyildir. Cihadın onlar üçün fərz olmamasının səbəbi örtünmələrindən və ərləri ilə qalmağın vücubətini bildirən əmrlərdən geri qalmaqlarıdır. Buna görə də həccə getmək onlar üçün cihada getməkdən fəzilətlidir.
" (İmam İbn Hacər əl-Əsqalani, Fəthul Bari, 6/93, Dar ul-Hədis, Qahirə, 1419/1998)

‏صَحَابِيَّةٌ اُشتُهِرَت بِالشَّجَاعَةِ، تُعَدُّ مِن أَبطَالِ المَعَارِكِ، شَهِدَت بَيعَةَ العَقَبَةِ وَأُحُدًا وَالحُدَيبِيَةَ وَخَيبَرَ وَحُنَينًا، كَانَت تُقَاتِلُ وَتَسقِي الجَرحَى، وَجُرِحَت يَومَ "أُحُدٍ" اِثنَي عَشَرَ جُرحًا، وَقُطِعَت يَدُهَا يَومَ "اليَمَامَةِ".‏
"Ummu İmarəh (Nəsibə ibn Kəb) öz cəsarəti və cihadı ilə seçilən səhabə qadın. Əl-Əqabə beyətində, Uhud, əl-Hudeybiyyə, Xeybər və Huneyn döyüşlərində iştirak etmişdir. O həm vuruşardı, həm su daşıyardı, həm də tibbi yardım göstərərdi. Uhud döyüşündə 12 yerdən yaralanmış, və əl-Yəməmə döyüşündə qolu kəsilmişdi"
Uhud döyüşündə Rasulullahı s.ə.s. əlində qılınc müşriklərin oxlarına qarşı müdafiə etməsi məşhurdur və Rasulullah s.a.s. onu bu əməlinə görə tərifləmiş və Cənnətlə müjdələmişdir. Əbu Bəkr və Xalid ibn Valid, və sonra Ömər, radiyallahu anhum, ona xüsusi hörmətlə yanaşmışlar. Bu ənsar xanımın əlinə silah alıb müşriklərlə vuruşması haqqında daha çox oxumaq istəyirsizsə baxın: Uhud döyüşü haqqında Sirah əl-İbn Hişamdə mövcud rəvayətlər. (Eləcədə bax: İnsan əl-Uyun, əl-Əsər əl-Muhammədiyyə. İbn Sad, Tabaqat. əl-İsabəh və eləcədə Əsəd əl-Ğabə.)

Əsma bint Yezid ibn əl-Sakan əl-Ənsariyyə, bu səhabə xanım cihadda iştirakı ilə məşhurdur. Eləcə də kişilərlə birlikdə döyüşlərdə iştirak etmişdir. Xəndək döyüşündə iştirak etmiş, əl-Hudeybiyyədə, Ridvan beyətində, və peyğəmbərin s.ə.s. ölümünə qədər onunla olmuş, hicir 13.cü ildə Suriyaya gedərək Yərmuk döyüşündə vuruşmuşdur bəli səhv oxumursunuz vuruşmuşdur. Ümumiyyətlə qadınların kişilərlə birlikdə əllərində silah vuruşmaqları ilə məşhur olan döyüşlərdən biri də Yərmuk döyüşüdür. İbn Kəsir qadınların bu şücaəti haqqında yazır:"Müsəlman qadınlar o gün (Yərmuk döyüşü) düyüşdülər və çox sayda romalı əsgər öldürdülər. Onlar qaçan müsəlmanları vurardılar və onlara deyərdilər: "Hara qaçırsız, bizi bu kafirlərin mərhəmətinə mi buraxırsınız?" Onlar onlara bu sözü dedikdən sonra onların (vuruşdan qaçan müsəlmanların) geri dönüb vuruşmaqdan başqa çarələri qalmazdı." (əl-Bidayə vən-Nihayə, 7/13, ət-Tabari, ət-Tarix, 2/335, Dar əl-Kutub əl-İlmiyyə)

İbn Hicr: "Ummu Sələmə əl-Ənsariyyə, Əsma bint Yezid ibn əs-Sakan, əl-Yərmukda iştirak etdi. Həmin gün o öz çadır dirəyi ilə 9 romalı əsgər öldürdü. O gündən çox keçmədi öldü." (əl-İsabəh, 4/229, əl-Heysəmi, Məcməuz-Zəvaid də Tabaranidən rəvayət edərək ravilərinin siqa olduğunu söylədi. Siyar aləm ən-Nubələ2/297)

peyğəmbərin s.ə.s. doğma xalası Səfiyyə bint Abdulmuttalib Əhzab döyüşündə bir yəhudini öldürmüşdür. Safiyyə yaralı olan Həsən ibn Sabitin yanında olarkən qalanın ətrafında gəzən yəhudini görür və Həsənin yaralı olduğunu gördükdən sonra həmin yəhudinin digər yəhudilərə xəbər verməməsi üçün özü aşağı düşərək əlindəki taxta dirəklə yəhudini öldürdü. Və sonra yuxarı qalxaraq Həsənə söylədi:"Ya Həsən, düş aşağı və onun silah və zirehini əynindən soyundur, vallahi kişi olduğu üçün bunu edə bilmirəm." Həsən isə onun qənimətinə ehtiyac olmadığını söylədi.." (Siyar Aləm ən-Nubələ)

Bütün bunlar qadının könüllü cihadda iştirak etməsinin və lazım olduqda kişilərlə birlikdə düşmənə qarşı vuruşmasının haram olmadığına dəlildir.

Qaldı ki, təqdim etdiyim video filmə orda qadınların silahdan necə istifadə etməyi öyrəndikləri göstərilir. Bu isə nəinki caiz, hətta indiki dövrdə vacib bir ibadətdir. Çeçenistan, Əfqanıstan, İraq kimi yerlərdə kafirlərin müsəlman qadınlarımıza qarşı etdikləri təcavüzlər heç kəsdən gizli deyil, eləcə də bizim bu forumun hörmətli nəzarətçilərindən, belə olduğu halda qadınlarımızın imkanları olduğu halda özlərini müdafiə etməyi öyrənmələri vacibdir, və əgər düşmənə qarşı öz evlərini, uşaqları və yaralı kişi və qocaları qorumaq üçün silahdan istifadə etmək imkanları varsa bunu onlara kim haram edə bilər?????
Bəlkə forumun nəzarətçiləri bu hökmü verərlər, vallahi, bu onsuzda zülm içində yaşayan bacılarımıza qarşı edilən zülm və haqqsızlıqdır.
Bu forumda nəzarətçilər tərəfindən edilən artıq üçüncü xətadır. Birinci dəfə özü də eyni səhvi etdiyi halda başqasında irad tutmasına görə. İkincisi isə əlində dəlili olmadığı halda yenədə boş, əsassız hökmlər verməklə, üçüncüsü isə öz hava və əsassız fətvalarına əsaslanaraq təqdim olunan video linki silməklə...
Məncə buna son qoyulmalıdır, əgər kiminsə forumda yazıları bəyənilmirsə o zaman həmin mövzu bağlanılsın, və hətta izahat verilməsə belə bu vəziyyətdə edilən xətalardan yaxşı olardı.
Birinci xəbərdarlığımı isə harda almışam yadıma gəlmir. axtardım tapa bilmədim, bəlkə nəzarətçilər hafizəmi təzəliyələr???

Əgər forumdan kimisə xaric etmək fikriniz varsa xəbərdarlıq etməyə əziyyət çəkməyin, artıq sonuncu xəbərdırlıqdan sonra forumdan xaric ediləcəyim məlumdur. Əgər kimisə xaric etmək gərəkdirsə bu əsasız xəbərdarlıqlar nəyə gərəkdir? Və mən qeyd edim ki, bu foruma müsəlmanlardan faydalanmaq və müsəlmanları faydalandırmaq üçün gəlmişəm və yazılarım da göz qabağındadır, bacardığım mənbələrdən tərcümə edərək müsəlmanları elmlənməyə dəvət edirəm, və qısa bir vaxt ərzində geniş məzmunlu mövzular təqdim etmişəm. Forumda göstərdiyim aktivlikdən sonra bu əsassız xəbərdarlıqların mənzili hara?
dəlilsiz dini heç bir hökm verməmişəm, nə də ümməti və ya forum əhlini ləyaqətsiz yazılarımla təhqir etməmişəm.. əcnəbi dildə yazılar da yazmıram...forumun qaydaları ilə də tanışam...sözun doğrusu forumda qanun və qaydalar bəlməsində o qədər də təfsilatlı qaydalar yazılmayıb. Bu qaydaları ayrılıqda yazmağınız gözəl olardı!

Təqdim etdiyim video filmin İslama aid olmadığını söyləyənlər təbii ki, ğafillikdən belə ediblər. Və bu dəlillərlə isbat olundu. Bundan sonra forumda bu halların baş verməməsini xahiş edirəm. Adminlər isə forumda son vaxtlar passivdirlər. demək oar ki, yoxdular ki, öz fikirlərini burda qeyd etsinlər.
_________________
Doğrusunu Allah bilir!
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 1205

İsmarışGöndərilib: Ş. Fev. 25, 2006 6:59 pm    İsmarış mətni: Sitatla cavab ver

Rəhmli, Mərhəmətli Allahın adı ilə!
AsSalamu alaikum.

ahli-wasat:
Sizə olunan xəbərdarlığı mən etmişəm. Nömrə sayında edilən mexaniki, yanlış düyməyə toxunaraq, qərəzsiz edilən səhv düzəldildi.
O ki, qaldı xəbərdarlığın ümumi məğzinə, elə indicə elm tələbələri ilə edilən söhbətdən sonra nəinki sözügedən videofilmi, ümumiyyətlə mövcud mövzunu bağlamağı məsləhət gördülər, "xeyir yoxdur" dedilər.
Sözügedən xəbərdarlığın əleyhinə uzun-uzadı dəlillərə gəldikdə isə, alimlərin fikri yalnız mühasirə halında və başqa imkan yoxdursa, onda əli silah tutan hamının cihada çıxacağı barədədir. İstəyən araşdırsın. Uzunçuluğa ehtiyac görmürəm.
Təkrarən xatırlatmaq istəyirəm ki, azerislam forumunun əsas məqsədi Azərbaycandilli əhalini tövhid, əxlaq və bunun kimi hamı üçün vacib olan əsas İslami ərkanlarla tanış etməkdir, ixtilaflı, polemika yaradacaq məsələlərə dair geniş, hərtərəfli müzakirələr təşkil etmək yox. Bunu könlü istəyən başqa məclislərdə də edə bilər.
O ki, qaldı forumun idarə edilməsinə, idarəçilərdən biri mənəm və hazırda bütün səlahiyyət və qərarları qəbul etmək hüququ məndədir. Bacardığım qədər elm əhlilə məsləhətləşərək bu funksiyanı həyata keçirməyə çalışıram. Şübhəsiz ki, yalnız Uca Allah qüsursuzdur. Əgər bu sizi qane etmirsə, öz işinizdir, başqa virtual müzakirə məkanlara üz tutmaq seçimində azadsınız.

AsSalamu alaikum.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
ahli-wasat



Daxil ol: Ş. Noy. 26, 2005 01:58
İsmarışlar: 394

İsmarışGöndərilib: B. Fev. 26, 2006 12:36 pm    İsmarış mətni: Sitatla cavab ver

- Slinimişdir.
_________________
Doğrusunu Allah bilir!
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Romeo



Daxil ol: C.a. Okt. 06, 2005 06:44
İsmarışlar: 3

İsmarışGöndərilib: B.e. Fev. 27, 2006 8:06 am    İsmarış mətni: Sitatla cavab ver

Salam Hormetli Forum ishtirakcilari.
Forumun bu bolumun gormemishdim.Ele indice kesf etdim :)

Teklifim budurki belke Azerislam adindan bir yardim teskilati ve ya fondu yaradasiniz..Imkansiz muselman qardash ve bacilarimiza,shehid ailelerine,usaqlar evine yardim etmek ucun bir fond.
Inaniram ki hami elinden geldiyi qeder komek edecek..

Diger muselman qardash ve bacilarimiza komek etmek bizim borcumuz deyilmi?Hemise bir olaq .....

Cox sag olun ...Tesekkur edirem....

_________________
Heqiqeten Allaha inanan ve Allahdan qorxan birine inan cunki onun senden gudeceyi bir sey yoxdu
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Hənif
idarəçi


Daxil ol: Ç.a. May 18, 2004 19:27
İsmarışlar: 127
Şəhər/ölkə: Azərbaycan. Bakı

İsmarışGöndərilib: B.e. Fev. 27, 2006 12:39 pm    İsmarış mətni: Sitatla cavab ver

Bismilləhir-Rahmənir-Rahim!
Hörmətli Romeo təklifiniz ümumilikdə təqdirəlayiqdir və bu barədə forumumuzda daha öncə də müzakirələr olmuşdu. Biz də təbii ki, müsəlmanlara yardım etmək və onların vəziyyətini az da olsa yaxşılaşdırmaq üçün bir iş görmək istəyirik. Allahdan da istəyimiz bizi Allahın dininə əməl edənlərə yardım edə bilməyə müvəffəq etməsidir. O da yəqindir ki, hər bir müsəlman bacardığı qədər müsəlman bacı və qardaçlarına yardımlar edir. İnşəAllah əgər nəsib olarsa bis bu yardımları cəm şəklində daha məqsədyönlü etmək üçün bir tədbir görməyi düşünürük. Sadəcə bunların zamana ehtiyacı var. Sizlərə isə müsəlmanların halından narahat olduğunuz və onlara kömək etməyə həris olduğunuz üçün Allah razı olsun deyirəm.
Ola bilsin nə vaxtsa sizin dediyiniz işi həyata keçirə bilmək imkanımız olsun.
Allah bizə və sizə işlərinizdə yardımçı olsun!

_________________
Allaha tərəf çağıran, saleh iş görən və: "Mən müsəlmanlardanam!" - deyən kəsdən daha gözəl danışan kim ola bilər?!
(Fussilət-33)
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Romeo



Daxil ol: C.a. Okt. 06, 2005 06:44
İsmarışlar: 3

İsmarışGöndərilib: B.e. Fev. 27, 2006 12:49 pm    İsmarış mətni: Sitatla cavab ver

Hormetli idareci cox sag olun cavab yazdiginiza gore..
Zehmet olmasa eger bele bir tedbir olarsa hamiya Shexsi mesajlar gonderesiniz...
Boyuk memnuniyyetle bu tedbirde istirak ederik...
Ve bele fond yaradilarsa hamimiz elimizden geldiyi qeder komek ederik ...
Cox sag olun

_________________
Heqiqeten Allaha inanan ve Allahdan qorxan birine inan cunki onun senden gudeceyi bir sey yoxdu
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
ahli-wasat



Daxil ol: Ş. Noy. 26, 2005 01:58
İsmarışlar: 394

İsmarışGöndərilib: B. Mar. 12, 2006 11:38 am    İsmarış mətni: Sitatla cavab ver

Bir təklif ilə müraciət edirəm, forumda Sizin bölmədən başqa bölmələrdə öz yazılarımızı yenidən düzəldə bilmirik, təni əgər hansısa yerdə xəta ediriksə, o zaman gərək kimlərəsə söyləyək ki, bu yazılarımızdakı xətaları düzəltsinlər. Məncə bu bir qədər rahatsızlıqdır, və forumda olduğum müddətdə idarəçi və ya nəzarətçılərin forum üzvlərinin rahatlıöı üçün çalışdıqlarını görmüşəm! bu problemi də həll etsəniz yaxşı olardı!
_________________
Doğrusunu Allah bilir!
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
ahli-wasat



Daxil ol: Ş. Noy. 26, 2005 01:58
İsmarışlar: 394

İsmarışGöndərilib: B. Mar. 12, 2006 11:55 am    İsmarış mətni: Sitatla cavab ver

Yenə bir yazım da dəlilsizlik və polemika iddiası ilə silinmişdir. Maraqlıdır, bu yazımı kim silib və nə üçün bu növ yazılara da dəlil tələb olunur. bir də bu nə üçün polemika sayılır.
Yazılarımı kimin sildiyi mənə maraqlıdır? Çünki yazılarım üçün nə dəlil gərəklidir, nə də ki yazılarım bir ixtilafa, və yaxud söz söhbətə səbəb olurdu, bu səbəblə də yazılarımda polemik heç nə yox idi.
Amma bir izahat gəlsə gözəl olardı!
_________________
Doğrusunu Allah bilir!
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 1205

İsmarışGöndərilib: B.e. Mar. 13, 2006 7:35 pm    İsmarış mətni: Sitatla cavab ver

Rəhmli, Mərhəmətli Allahın adı ilə!
AsSalamu alaikum.

ahli-wasat:
Forumun ilkin fəaliyyətində "redaktə" menyusu istifadəçilər üçün də aktiv idi, səhv etmirəmsə. Lakin bəzi forum iştirakçılarının bu menyudan sui-istifadə etməkləri nəticəsində əmələ gələn fitnədən sonra idarə heyəti tərəfindən qərara alındı ki, sözügedən menyunu birdəfəlik (istifadəçilər üçün) yığışdırlsın.
İnşaAllah, gələcəkdə mümkün olsa, ilk 10 dəq. ərzində düzəlişə icazə verilən format tətbiq olunsa, çox yaxşı olardı
O ki qaldı iradınıza, və izahat tələbinizə, fikrimcə yazının silinmə səbəbində kifayət qədər izahat verilmişdir.
Çox sağ olun.

MaaSalama
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
abumuhammad



Daxil ol: B.e. Fev. 20, 2006 16:39
İsmarışlar: 8

İsmarışGöndərilib: B. Apr. 02, 2006 4:22 pm    İsmarış mətni: Sitatla cavab ver

ne uchun forum zeifleyib?zennimce forumun formati sebeblerden biridir...daha deqiq olsam maraqli movzular teqdim olunmur,olunanda ise forumun formatina "uyqun" olmadigina gore admin terefinden susdurulur...bele bir halda ancag tesuf etmek olar,"nomre bir " adlanan forum oz nomresini dogrultmur...forumu idare edenlere fikirleshmeye deyer.
_________________
Allahu Akbar
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 1205

İsmarışGöndərilib: B. Apr. 02, 2006 7:32 pm    İsmarış mətni: Sitatla cavab ver

Rəhmli, Mərhəmətli Allahın adı ilə!
AsSalamu alaikum.

abumuhammad:
Gəlin, "forum zəifləyib" deyəndə nəyi nəzərdə tutduğunuza baxaq. Əgər müzakirələrin passiv getdiyini nəzərdə tutursunuzsa, razıyam - belədir, lakin bunu dərd ediləsi məsələ hesab etmirəm. İştirakçılardan kiminsə bu barədə konstruktiv təklifləri varsa, burda qeyd edə bilər. Lakin təkcə kəmiyyət göstəricisinə (müzakirələrin çox olmasına) əsaslanıb, keyfiyyət göstəricisini (düzgün, hikmətli, əxlaqlı müzakirələr) arxa plana qoymaq heç də doğru olmazdı. Odur ki, İslam forumunda İslama hörmət qoyulmayan qeyri-səhih bütün yazıların redaktəsi, silinməsi, bunu edən iştirakçılara müvafiq cəzaların tətbiq olunması əvvəlki şəkildə, hətta lazım gəlsə daha şiddətli davam edəcəkdir. Təkcə ona görə yox ki, forumun qaydaları belədir, həm də ona görə ki, münkəri (düz olmayanı) imkan varsa, əllə, dillə düzəltmək müsəlmanın borcudur.
AlhamdAllah, forum, sayt vasitəsilə dəvət gedir. Kimin ki, məqsədi ixlasla elm almaqdır Allah ona bu işdə xeyir bərəkət verir. Kimin ki, məqsədi lazımsız mübahisələrlə özünün digərlərindən elmli olmasını sübut etmklə nəfsini razı salmaqdır, Uca Allah ona da layiq olduğunu vercəkdir, inşaAllah.
O ki, qaldı "bir nömrəli forum" olmağa, bunun iddia olunduğunu hardansa oxumusunuz satımızda? Açığı, mənim gözümə belə bir şey dəyməyib. Öz adımdan deyə bilərəm ki, azerislam.com forumu rəqabət aparmaqla bir nömrəli, ən şan-şöhrətli forum olmağa yox, Azərbaycan dilli oxucu və istifadəçi kütləsinə düzgün İslamı çatdırmağa çalışır, hansısa "zirvələrə" yox, Allah razılığına iddia edir.
Ümid edirəm geniş izahatım qaneedicidir.

MaasSalama
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
abumuhammad



Daxil ol: B.e. Fev. 20, 2006 16:39
İsmarışlar: 8

İsmarışGöndərilib: B.e. Apr. 03, 2006 6:22 pm    İsmarış mətni: Sitatla cavab ver

XƏBƏRDARLIQ 1: İstifadəçi, xatırlatmaq yerinə düşərdi ki, mövcud məkan məhəllə, forum iştirakçıları, həmsöhbətləriniz isə "məhəllə uşaqları" deyil. Odur ki, "qırğın", "otmazka" və i. kimi "söz"lərdən ibarət müsəlman əxlaqına yaraşmaya leksikonunuzu müvafiq məkanlarda və buna sizə icazə verən insanlara qarşı istifadə etməyiniz tövsiyyə olunur(!). O ki, qadlı iradınızı "normal qəbul etməyə", iradınız nəzərdə tutulan istifadəçi ilə eyni İP ünvanından yazmağınıza uyğun olaraq, nə qədər "normal" qarşılamaq mümkündürsə,o qədər də "normal" qarşılanmışdır. Forum sizi qane etmirsə, istənilən anda başqa virtual məkanlara üz tutmaqda azadsınız. Yox, əgər forumda yazmağı planlaşdırırsınızsa, ən azı növəbti xəbərdarlıqları almamaq naminə sui-zənni, iftira və böhtanları, müsəlman əxlaqına yaraşmayan yazıları kənara qoymaqla, bunu etməyiniz tövsiyyə olunur.
_________________
Allahu Akbar
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
abumuhammad



Daxil ol: B.e. Fev. 20, 2006 16:39
İsmarışlar: 8

İsmarışGöndərilib: Ç.a. Apr. 04, 2006 9:14 pm    İsmarış mətni: Sitatla cavab ver

- Silinmişdir.
_________________
Allahu Akbar
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
ENGINEER



Daxil ol: Ş. Sen. 10, 2005 08:42
İsmarışlar: 139
Şəhər/ölkə: Baku, Azerbaijan

İsmarışGöndərilib: C.a. Apr. 06, 2006 7:09 am    İsmarış mətni: TEKLIV ve IRAD Sitatla cavab ver

Assalamu Aleykum ve Rahmatullahi ve Barakatuhu

Eziz Gardash ve Bacilar, Elchin Bextiyaroglunun yazilarina fikir verdikce ushag bele olsa anlayarki bu insan bu sayta faydalanmag ve ya fayda vermek uchun deyil arani garishdirmag, insanlari chashdirmag ve saire beyenilmeyen emmeller uchun daxil olmushdur. Bu insan butu yazilara mubahise tonunda cavab vererek ALLAHIN Resulunu (S.A.S) bele ozune tay tutarag "O da bir insandir" kimi fikirlerle xevariclere guyruglug edir. Bizde bilirik o da insandir. Neceki Hz. Alinin (r.a) xelifeliyi dovrunde Xevaricler "Hokm yalniz ALLAHINDIR deyerek Emir-El-Momine tabe olmagdan boyun gacirdilar. Humeyra Bacinin yazdigi kimi Gurani Kerimde buyrulub ki ALLAHA ve Peygemberlere itaet edin. Amma bu insan deyir ki Gurani-Kerim bes deyil ki Hedislere muraciet edirsiz? Hedisleri soyleyen Peygemberimizdir. (S.A.S) ALLAHIN buyurdugu kimi bizde onun dediklerine itaet etmeliyik ve bununlada ALLAHA itaet etmish olurug. Men Adminden xahish ediremki bu insani fikirleshmeden, gozlemeden, hech bir meslehetleshme aparmadan bu forumdan xaric edin.
_________________
Estegfiru-llahel aziymel-lezi la ilahe illa huvel-heyyul-gayyum ve etubu ileyhi.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 1205

İsmarışGöndərilib: C.a. Apr. 06, 2006 6:44 pm    İsmarış mətni: Sitatla cavab ver

Rəhmli, Mərhəmətli Allahın adı ilə!
AsSalamu alaikum va RahmatuLlahi va Barakatu.

ENGINEER qardaş, fikrimcə sizin Elchin Bextiyaroglu barədə irəli sürdüyünüz iradlar təmamilə haqlı və yerindədir, maşaAllah. O ki, qaldı onun forumdan xaric olunmasına, mənə belə gəlir ki, bu məsələdə bir qədər səbrli olmalıyıq. Ola bilər ki, zəlil fikirlərindəki belə kəskinlik, ona İslamın məhz bu cür tanıtdırılmasından irəli gəlir. Ona görə də çalışmalıyıq ki, ilk növbədə ona düzgün İslamı təqdim edək, irəli sürdüyü iddialara hikmətlə, əxlaqla (əvvəlcə mülayim tərzdə, qəbul etməsə sərt tərzdə) cavab verək. Axı çoxumuz da haqqı bir dəfəyə başa düşməyib, vaxt lazım olub. Digər tərəfdən forumu izləyən, lakin iştirak etməyən eyni fikirli başqa insanlara da haqqı izah etmiş ola bilərik. Lakin bu o demək deyil ki, öz əsassız fikirlərilə İslama və sevimli Peyğəmbərimizə (səlləlləhu və aleyhi səlləm) hörmətsiz tərzdə yanaşacaq, biz də oturub baxacağıq. Xeyr! Belə hal baş versə, kimliyindən asılı olmayaraq, həmin şəxs müvafiq şəkildə cəzalandırılacaq və yerində oturdulacaq, ciddi nəzarət altında saxlanacaqdır. Yox, əgər görsək ki, sözügedən istifadəçi sualları cavablandrıldıqdan sonra "çevir tatı, vur tatı" ilə məşğuldur, yəni niyyəti haqqı axtarmaq yox, mübahisə etməkdir, onda təbii ki, heç bir izahatsız filansız forumdan xaric ediləcəkdir.

AsSalamu alaikum va RahmatuLLah.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Elchin Bextiyaroglu



Daxil ol: B. Apr. 02, 2006 23:49
İsmarışlar: 32
Şəhər/ölkə: Baki

İsmarışGöndərilib: B.e. Apr. 10, 2006 5:10 am    İsmarış mətni: Xaish ! Sitatla cavab ver

Ey Yazilari Silen Shexsler!!! Eger Kimse Qurandan Aye Yazirsa Ne ixtiyrnan Onu Silirsiz? Qnu Oxuyan Oxusun Onsuzda Allah Istese Hemin Adam Ya duz Yada Sehv Yolda Olar Siz Ozunuzu Ne sayirsiz "Allah?" Mence Forumda Azad Soz olmalidir Kim Istese ne yi Istese ( Exlaqa zidd olan Sozderden Bashqa) Izin Verin Hem Yazsin Hem De Oxusun Allah Istediyin Dogru Yola Yonelder Hedislerde Yalniz Qur'anda Oz Eksin Tapmalidir Zennimce ! :!: :!: :!:
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər Yahoo
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 1205

İsmarışGöndərilib: B.e. Apr. 10, 2006 5:18 am    İsmarış mətni: Sitatla cavab ver

Rəhmli, Mərhəmətli Allahın adı ilə!
AsSalamu alaikum.

Elchin Bextiyaroglu:
İngilislər demiş, relax.
Yazılarınızın silinmə səbəbi barədə elə həmin yazıardaca kifayət qədər aydın izahat verilmişdir, əlavə nəsə yazmağa ehtiyac görmürəm.
Əgər bundan sonra da Quranı öz başından təfsirlə, Peyğəmbərimizin Sünnəsinə hörmətsizliklə dolu yazılarınız forumda görünsə, daha da şiddətli cəza tədbirləri tətbiq olunacaq- bu sizin xoşunuza gəlsə də, gəlməsə də. Çünki, mövcud məkan əsl İslamı təbliğ edir, zəlil fikirləri yox.

_________________


Redaktə edən: Humeyra, son redaktə tarixi: Ş. Apr. 22, 2006 6:09 pm, cəmi 1 dəfə
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Elchin Bextiyaroglu



Daxil ol: B. Apr. 02, 2006 23:49
İsmarışlar: 32
Şəhər/ölkə: Baki

İsmarışGöndərilib: Ç.a. Apr. 11, 2006 2:29 am    İsmarış mətni: Cavab ! Sitatla cavab ver

Xoş getdiniz. Buna səbəb təkcə forumun qaydalarını dəfələrlə pozmağınız yox, həmçinin bacıların şəxsi ismarışla onları "evinizə dəvət etmək" təklifinə olan narazılıqlarıdır. Gedin, əxlaqsızlığınızı daha müvafiq yerlərdə göstərin! Bu forumdan isə əbədiyyən xaric olunursunuz.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər Yahoo
İsmarışları göstər:   
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> FORUM BU GÜN Bütün saatlar GMT + 4 Saat
Səhifə Əvvəlki  1, 2, 3 ... 12, 13, 14, 15  Sonrakı
13 səhifə (Cəmi 15 səhifə)

 
Keç:  
Bu forumda yeni mövzu aça bilməzsiniz.
Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz.
Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz.
Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz.
Bu forumdakı sorğularda səs verə bilməzsiniz.


© Azerislam.com - Müstəqil İslam saytı.
Sayt 1422-ci (2001) hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir.