MVSMVS   AxtarAxtar   İstifadəçilərin siyahısıİstifadəçilərin siyahısı   İstifadəçi qruplarıİstifadəçi qrupları   Qeydiyyatdan keçinQeydiyyatdan keçin 
 Şəxsi mə`lumatŞəxsi mə`lumat   Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.   GirişGiriş 

CUME NAMAZINI ISH YERINDE GILMAG OLARMI?
Səhifə Əvvəlki  1, 2
 
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> NAMAZ
Əvvəlki mövzu :: Sonrakı mövzu  
Müəllif İsmarış
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 1205

İsmarışGöndərilib: C.a. Fev. 02, 2006 6:53 pm    İsmarış mətni: Sitatla cavab ver

Rəhmli, Mərhəmətli Allahın adı ilə!
AsSalamu alaikum.

ENGINEER, qardaş, səhv etmirəmsə, Əhli-Sünnə və-l Cəmaa alimlərinin əgər imkan varsa , ilk əvvəl düzgün əqidəlimərkəzi məscidə getmək haqqında fətvaları var. İnşaAllah tərcümə edib yerləşdirərəm. Şəhidlər məscidinin rəsmi əqidəsi matrudi-nəqşibandi(sufiliyin bir qolu) olduğundan başqa məscidə getmək imkanı ola-ola ora getmək, xüsusən də Cümə, Bayram namazlarına getmək düzgün deyil. Ləzgi məscidinə gəldikdə isə əqidəsi düzgün olmasına baxmayaraq, olduqca darısqaldır, xüsusən də qadınlar dəstəmaz almaqda, onlara ayrılan bölməyə keçməkdə əziyyət çəkirlər. Bu da məscidin "mərkəzi məscid" kriteriyasında omadığını göstərir. Odur ki, Qamət qardaş da səhv etmirəmsə, inşaAllah həmin alimlərin fətvalarına əsaslanıb cavab verir, bəzilərinin zənn etdikləri kimi öz başından yox. Haqqı çatdırmaqda isə utanmaq yersizdir.
Allah hamımıza faydalı elm nəsib eləsin..Amin!

VasSalamu alaikum.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
ahli-wasat



Daxil ol: Ş. Noy. 26, 2005 01:58
İsmarışlar: 394

İsmarışGöndərilib: C. Fev. 03, 2006 2:46 am    İsmarış mətni: Sitatla cavab ver

Sitat:
Sumqayıtda qardaşlar var ki, Cüməyə getmirlər. çünki oradakı məscidi bağlayıblar. Ceyranbatanda türk məscidi var ora da getmirlər ki, sufidi imam. Cümədə Qalatasarayın qələbəsi üçün dua eyləyir. ümumiyyətlə türklərin məscidlərinə imamları türk dövləti təyin edir. onların arxasında durmaq olar?


Sənin verdiyin bu sualı Şeyx İbn Bazın dövründə rəhbərlik etdiyi əl-Ləcnəyə ünvanlamışdılar. Və cavab bu oldu:

Və komitə həmin şəxsi sufilərin arxasında namaz qılmaqdan çəkindirərək oraya getməməyə çağırdı. Xüsusilə onların bidətlərinə yoluxduğun halda onlardan uzaq olmağı məsləhət gğrdülər.

Fətava əl-Ləcnəh əd-Daa.iməh lil-Buhus əl-'Ilmiyyəh wəl-Iftəə., - Cild 2, Səhifə 301, Fətva No.6250-də 9-cu sual.
_________________
Doğrusunu Allah bilir!
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
ENGINEER



Daxil ol: Ş. Sen. 10, 2005 08:42
İsmarışlar: 139
Şəhər/ölkə: Baku, Azerbaijan

İsmarışGöndərilib: C. Fev. 03, 2006 7:46 am    İsmarış mətni: Cume Namazi Sitatla cavab ver

Euzi Billehi Minesh sheytanir Recim, Bismillahir Rehmanir Rehim.
ALLAHIN SALAMI butun Muselman/Momin Baci-Gardashlarima olsun.

HUMEYRA BACI, ALLAHA AND olsunki eger 5-ci gun yani Cume gunu azad olsaydim, Sumgayitda yashasaydim bele Cume Namazi uchun yalniz ve yalniz Ebubekr Mescidine gederdim. Men 5-ci gun azad olmadigimdan, hech cur imkan olmadigindan amma buna baxmayarag Cume Namazini buraxmag istemediyimden Ish yerinde Cume Namazini 10-larla gilan muselmanlarla birge gilmag hagda arashdirmalar apariram. Yani eger Men Cume gunu azad olsaydim, bu suali vermeye ehtiyac olmazdi, Seve-seve Ebubekre gedib orda gilardim. Chunki MASHALLAH orda o gederchox Gardashlar olurki, bunun savabida choxdur. Orda 3-mertebenin 3-de dolur, heytde bosh yer galmir, herden kuchelere bele chixirlar. Meni bu suali vermeye mecbur eden Cume gunu azad olmamagimdir. Ozude Menim Gamet Gardasha boyuk hormetim var. Evden, gohumlardan butun tezyiglere baxmayarag men o mescide gedirem. Ne ise bu ish chox uzandi. Allah HAMINIZDAN RAZI OLSUN. Imkan varsa daha bu movzuyu Muzakiresi Basha chatmish bolmeye kecirin. Chunki hami ele bildi ki Men Ebubekre getmek istemirem. O mescidde hech bir shubhe olmadigini, ALLAHIN ve Peygemberin (S.A.S) yolunun insanlara duzgun chatdirilmasini gozlerimlere gorub, gulaglarimla eshidirem. Daha Hech kimi incitmek istremirem, baglayin bu movzunu.
_________________
Estegfiru-llahel aziymel-lezi la ilahe illa huvel-heyyul-gayyum ve etubu ileyhi.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
ahli-wasat



Daxil ol: Ş. Noy. 26, 2005 01:58
İsmarışlar: 394

İsmarışGöndərilib: C. Fev. 03, 2006 10:27 pm    İsmarış mətni: Sitatla cavab ver

Əssələmu aleikom və rahmətullah
Hörmətli, mühəndis qardaş! Haqqı axtaranları kənardan gələn sözlər narahat etməməlidir, sənə verilən nəsihətləri qəbul et, sənə aid olmayanları isə tərk et! Allah səni haqqı tapmaqda müvəffəq qılsın!

- Dəlil göstərilmədiyi üçün silinmişdir. Növbəti bu kimi addım xəbərdarlıqla nəticələnəcəkdir.

Lakin sənin sualın ilə əlaqədar müasir sələf alimlərindən bir fətvanı qeyd etmək istəyirəm.
Yəmənin məşhur alimlərindən, muhəddis İmam Muqbil ibn Hadi əl-Vadıdən (Şeyx İbn Baz ona xəbər göndərərək onu mücəddid saydığı bilinməkdədir, Şeyx İbn Bazdan və əl-Albanidən dərs alıb) iş yerində namaz qılmaq barəsində belə bir sual verildi:
SUAL: İşçilər ilə birlikdə iş yerində xütbə verərək cümə namazı qılmaq olarmı?

CAVAB: Əgər onlara məscidə gedib cüməni orda qılmaq ağırdırsa, o zaman (iş yerində) məscid kimi namazları qılmaq üçün müəyyən bir yer ayırsınlar. Və əgər daimi bir məkanda özlərinə namaz qılmaq üçün yer ayırmaq mümkün deyilsə o zaman işlədikləri yerdə namazlarını qılsınlar, bunda heç bir zərər yoxdur, çünki "bunun (Cümə namazının) Camidən və ya məsciddən başqa yerdə qılınmasının düzgün olmadığını göstərən hər hansı müəyyən bir dəlil mövcud deyildir."
Alimin bu sözlərini bu mənbədən tapa bilərlər:
"Ğaratul-Əşritah", cild 2, səh. 188"

Alimin sözləri aydındır...məsciddən başqa yerdə cümənin qılınmasının qadağan olmasını göstərən dəlil yoxdur...Bu fətvanı əksini söyləyənlərə götür, məncə bu onlara kifayətdir...lakin inşaallah bu mövzu bağlanmasa bu barədə inşaallah bir qədər yazmağı düşünürəm!

Allah haqqı tapmaqda bizə kömək olsun!
_________________
Doğrusunu Allah bilir!
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 1205

İsmarışGöndərilib: Ş. Fev. 04, 2006 1:32 am    İsmarış mətni: Sitatla cavab ver

Rəhmli, Mərhəmətli Allahın adı ilə!
AsSalamu alaikum.

ENGINEER, qardaş, bundan əvvəlki ismarışım aşağıdakı sitatınıza cavab idi, aydınlaşdırmaq məqsədi daşıyırdı, haqqınızı halal eləyin.


Sitat:
hetta ustuortulu yalniz ebubekrde gilinmasini iddia edirler. Abu Turab gardash size bele bir sualim var: Lezgi mescidine gilinan Cume Namazi bele chixir duz deyil? Orda gilmag olmaz? Ya Shehidler mescidinde?



MasSalama.


Redaktə edən: Humeyra, son redaktə tarixi: Ş. Fev. 04, 2006 4:54 am, cəmi 2 dəfə
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
ahli-wasat



Daxil ol: Ş. Noy. 26, 2005 01:58
İsmarışlar: 394

İsmarışGöndərilib: Ş. Fev. 04, 2006 3:52 am    İsmarış mətni: Sitatla cavab ver

Sual: "Mənim müdürüm iş yerində bizə bir namaz otağı təqdim edib. Biz təxminən 4 və ya 5 qardaşıq, və müntəzəm Zöhr və Əsri bu otaqda qılırıq. Bu otaqda Cümə namazı qılmaq caizdirmi?....."

Həmd olsun Allaha!
Əgər yaşadığın şəhərdə Cümə qılınan məscid mövcuddursa, o zaman onlarla qılmaq vacibdir və ikinci bir cümə qılmaq caiz deyildir. Əgər heç bir Cümə namazı yoxdursa, o zaman cüməni (özünüz) qılmalısınız və əvəzində Zöhr namazını qılmaq caiz deyildir, çünki müsəlmanlara Cümə günləri öz məntəqələrində Cümə namazlarını qılmaq vacibdir və cümə namazının səhih sayılması üçün camaatın mövcud olması şərtdir. Saylarının nə qədər olması üçün isə müəyyən dəlil yoxdur: namazın səhih olması üçün 3 və ya daha çox adamın iştirakı kafidir. Dogru elmi rəyə görə 40 dan az adamın iştirakı zaman Cümə namazının yerinə Zöhr namazı qılmaq caiz deyildir. Və Allah qüdrət sahibidir. Allah Peyğəmbərimiz Muhammədə, onun ailəsi və səhabələrinə xeyir dua və salam yetirsin!

Fətava əl-Ləcnə əd-Daima, 8/178

Alimlər (Cümə namazına tələb olunan) sayda ixtilaf etmişlər. Bu rəylərin arasında müqimlər üçün 3 adam olarsa caizdir rəyi vardır. Bu Əhməddən rəvayət olunmuşdur, eləcə də əl-Əvzai və Şeyx Taqiyuddin ibn Teymiyyənin tərceh etdikləri də budur, çünki Allah deyir: "Allahın zikrinə gəlin! (əl-Cümə, 9)- felin forması cəmdədir və bu ən az 3 adamı tələb edir.

Fətava əl-Ləcnə əd-Daima, 8/210, Şeyx Saleh əl-Münəccid

Komitəyə eləcə də Neft ayırma zavodunda çalışan və Cümə namazlarını iş yerində qılan 13, 15 nəfərlik işçi qrupunun işləri səbəbi ilə Cüməyə gedə bilməmələri haqqında soruşuldu.

Onlar bu şəkildə cavab verdilər:
"Əgər vəziyyət qeyd olunduğu kimidirsə, öz iş yerinizdə Cüməni qıla bilərsiniz, çünki Allah deyir:
"Allahdan bacardığınız qədər qorxun..."
(əl-Təğabun, 16)

Fətava əl-Ləcnə əd-Daima, 8/194

Ümumiyyətlə alimlər bu məsələdə qardaşın vəziyyətində olan şəxslər üçün Cümə namazını qılmağın vacib olmadığını söyləyirlər. Çünki müsafir üçün cümə vacib deyildir, əvəzində namazlarını qısaldaraq qıla bilər...
Bax: Fətava İbn Baz, 12/377, Şeyx İbn Useymin, Liqa əl-Bəb il-Məftuh, 1/413,
Fətava əl-Ləcnə əd-Daima, 7/302
_________________
Doğrusunu Allah bilir!
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 1205

İsmarışGöndərilib: Ş. Fev. 04, 2006 4:26 am    İsmarış mətni: Sitatla cavab ver

Rəhmli, Mərhəmətli Allahın adı ilə!
AsSalamu alaikum.
ENGINEER qardaş, alhamdAllah, lazım olan fətvanı tapdım. Orda sizin sualınıza Səudiyyə Ərəbistanı fətvalar üzrə daimi Kommiteti dəlillərlə cavab verir. Qırmızı ilə qeyd edilən hissə inşaAllah sizə kömək edəcək:


Sual # 36530: O, fabrikdə işləyir və Cümə namazına gedə bilmir.

SUAL:
Mən fabrikdə sifarişlə cağırılan elektrik vəzifəsində çalışıram. İki istirahət günüm var. Lakin bəzən mən Cümə günləri işləməyə məcbur oluram və işimin mahiyyətindən asılı olaraq, Cümyə gedə bilmirəm. Belə halda nə etməliyəm?

CAVAB:

Allaha həmd olsun!

Cümə çağırışını eşidib, Cümə namazına getmək, hər bir müsəlman kişi üçün fərzdir. Uca Allah Quranda buyurur:
"Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!"
(Quran, Cümə, 9)
Və İbn Ömər və Əbu Hureyrədən (Allah onlardan razı olsun!) rəvayət olunur ki, Peyğəmbər(səlləlləhu əleyhi və səlləm) demişdir: "İnsanlar Cümə namazlarına etinasız yanaşmaqdan əl çəkməlidirlər. əgər belə etməsələr, Allah onların qəlblərini möhürləyəcək və onlar (əbədi) laqeyd(başısoyuq) vəziyyətdə qalacaqlar."
Muslim, 865.
Quran və Sünnədən gətirilən yuxarıdakı dəlillərə əsaslanaraq, ilk əvvəl siz çalışmalısınız ki, öz rəisinizdən Cümə üçün icazə alasınız, icazə aldığınız vaxtın əvəzini çıxmaq üçün isə başqa əlavə gün yaxud əlavə iş götürəsiniz. Bu addımı atmamışdan əvvəl Allah Subhanahu va Taaləyə işinizi yüngüləşdirməsi üçün dua etməyi də unutmayın. Axı Allah Qurani Kərimdə buyurur:
"Kim Allahdan qorxsa, Allah ona bir çıxış yolu əta edər"
(Quran, Talaq, 2)
Şeyx Useymindən (rəhimullah) fermanı qorumaq lazım olduğundan sahibkarın Cümə namazına getməyə icazə vermədiyi işçilərin nə etməli olduqları haqqında soruşduqda, o belə cavab verdi:
Əgər işçilər məsciddən elə uzaqlıqda yerləşirlər ki, Cümə azanını eşidə bilmirlər, yaxud şəhərdən kənarda işləyirlər (harda ki, məscid yoxdur), bu halda onların Cümə namazı qılmağı lazım deyil. Və işçilər tam əminliklə bilsinlər ki, günah etmirlər. Və adi günlərdə olduğu kimi fermada Zöhr namazlarını qılsınlar. Lakin biz yenə də həmin sahibkara işçilərinə Cümə namazına getməyə icazə verməsini nəsihət edirik: əgər o (sahibkar) belə eləyərsə, işçilərinin qəlbini özünə qarşı yumşaldar və onlar öz işlərinə daha məsuliyyətli şəkildə yanaşarlar.
Ümumiyyətlə isə burda qayda aşağıdakı kimidir:
Əgər müsəlman şəhər daxilindədirsə və Cümə namazına çağırışı eşidirsə, onda hökmən Cüməyə getməlidir;
Əgər müsəlman şəhər xaricindədirsə və Cüməyə çağırışı eşitmirsə və cüməyə getməyə hec cür imkan yoxdursa, onda adi Zöhr namazını qılmalıdır.

Fataawa al-Lajnah al-Daaimah, 7/302; Liqa al-baab il-Maftooh, 1/413.
Yox, əgər sizin Cüməyə getməyiniz fabrikin işinə təhlükəli təsir göstərəcəksə(məsələn, maşınlarn partlamasına, yanmasına və s.) gətirib çıxaracaqsa və iş yerində də sizdən başqa da namaz qılan müsəlmanlar varsa, və iş yeriniz şəhər daxilində yerləşirsə və siz Cümə azanını mikrafonsuz (səs güclədiriciləri olmadan) da eşidirsinizsə, onda fabrikdə(daxilində yaxud xaricində) Cümə qıla bilərsiniz.
Əgər iş yeriniz şəhərdən kənardadırsa və azan səs gücləndiricilərinin köməyi olmadan eşidilmirsə, siz isə işdən icazə alacağınız təqdirdə, bu fabrikə xətər yetirəcəksə (və bundan müsəlmanlar ziyan çəkəcəksə), onda bu üzr hesab olunur. Və bu halda camaat halında Zöhr namazını qılmaq kifayətdir.Əgər müsəlman daha çox pul, gəlir əldə etmək üçün, yaxud karyera pillələrində daha yuxarı qalxmaq üçün, yaxud maaşı çox olduğundan öz işini itirməmək üçün , yaxud hansısa başqa dünyəvi maraqlar üçün Cümə namazına getmirsə, belə müsəlman üçün Şəriət tərəfindən heç bir üzr yoxdur.
Və Allah ən doğrusunu bilir!

Islam Q&A (www.islam-qa.com)


Redaktə edən: Humeyra, son redaktə tarixi: B.e. Fev. 06, 2006 7:58 pm, cəmi 1 dəfə
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
ENGINEER



Daxil ol: Ş. Sen. 10, 2005 08:42
İsmarışlar: 139
Şəhər/ölkə: Baku, Azerbaijan

İsmarışGöndərilib: Ş. Fev. 04, 2006 2:14 pm    İsmarış mətni: Cume Namazi Sitatla cavab ver

Euzi Billehi Minesh Sheytanir Recim, Bismillahir Rehmanir Rehim.
ALLAHIN SALAMI butun Muselman/Momin Baci-Gardashlarima olsun.

Allah haminizdan razi olsun.

HUMEYRA BACI, biz ishlediyimiz yerde hech bir Azan Sesi eshitmirik. Ishden icaze almag yeni Cume gunu ile bashga gunleriden birini deyishmek chox chetindir, chunki Cume gunu bizim kompaniyada PROGRESS gunudur. Bashga gunlere belke de icaze vererler amma bu gune hec vermezler. Verseler bele hamiya vermezler. Onda INSHALLAH ishde biz Sadece Zohr Namazini gilarig. Allah razi olsun.
_________________
Estegfiru-llahel aziymel-lezi la ilahe illa huvel-heyyul-gayyum ve etubu ileyhi.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 1205

İsmarışGöndərilib: Ş. Fev. 04, 2006 9:18 pm    İsmarış mətni: Sitatla cavab ver

Rəhmli, Mərhəmətli Allahın ad ilə!
AsSalamu alaikum.

Humeyra yazıb:
Rəhmli, Mərhəmətli Allahın adı ilə!
AsSalamu alaikum.

ENGINEER, qardaş, səhv etmirəmsə, Əhli-Sünnə və-l Cəmaa alimlərinin əgər imkan varsa , ilk əvvəl düzgün əqidəlimərkəzi məscidə getmək haqqında fətvaları var. İnşaAllah tərcümə edib yerləşdirərəm. Şəhidlər məscidinin rəsmi əqidəsi matrudi-nəqşibandi(sufiliyin bir qolu) olduğundan başqa məscidə getmək imkanı ola-ola ora getmək, xüsusən də Cümə, Bayram namazlarına getmək düzgün deyil. Ləzgi məscidinə gəldikdə isə əqidəsi düzgün olmasına baxmayaraq, olduqca darısqaldır, xüsusən də qadınlar dəstəmaz almaqda, onlara ayrılan bölməyə keçməkdə əziyyət çəkirlər. Bu da məscidin "mərkəzi məscid" kriteriyasında omadığını göstərir.
VasSalamu alaikum.

Dediyim fətvalar:
Eyni şəhərdə(məsciddə) birdən çox yerdə Bayram namazı qılmaq:

Ümumiyyətlə əgər mümkündürsə, daha yaxşı olardı ki,ilk növbədə, imkan varsa, Bayram namazını ərazisi geniş olan yerdə (bu məscid, park yaxud stadion ola bilər), bütün müsəlmanlar bir yerə yığışaraq, qılsınlar. Bu mümkün olmadığı halda (əgər həqiqətən də üzr varsa), eyni məsciddə kiçik hissələrlə ayrı vaxtda namaz qılmamaq üçün digər məscidlərdə də Bayram namazı qılına bilər.

Sheikh Muhammed Salih Al-Munajjid və Standing Committee for Academic Research and Issuing Fatwas, 8/292 (www.islam-qa.com)

Bu isə bidət əhlinin arxasında namaz qılmaq barədə olan fətva:
Əgər sözügedən bidət əhli şirk eləmirsə (məs. Allahdan başqasına and içmək, kiminsə Allaha məxsus olan sifətlərə malik olmasına inanmaq və s.), və onların bidəti zikrlərdə, namazın bəzi rüknlərində özünü göstərirsə, bu halda onlarn arxasında başqa yol yoxdursa, namaz qılmaq olar. Lakin müsəlman şeytanın şərindən uzaq olmaq üçün, mümkündürsə, Quran və Sünnəyə zidd getməyən camaatla birlikdə olmağa çalşmalıdır.

Fataawa al-Lajnah al-Daaimah, 7/353
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 1205

İsmarışGöndərilib: Ş. Fev. 04, 2006 9:55 pm    İsmarış mətni: Sitatla cavab ver

Rəhmlİ, Mərhəmətli Allahın adı ilə!
AsSalamu alaikum.

ENGINEER, qardaş, Allah sizdən də razı olsun...Ameen!
Ümumiyyətlə, müsəlman kişi üçün Cümə namazları fərzdir. Odur ki, İslamın fərzlərini rahat şəkildə yerinə yetirə biləcəyiniz başqa bir iş yeri axtarmağı nəsihət edirəm. Allahın köməyi ilə əgər tapsanız heç fikriləşmədən tezliklə iş yerinizi dəyişin. Allah Subhanahu va Taala köməyiniz olsun...Ameen!
AsSalamu alaikum
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
AbdulVahid



Daxil ol: C.a. Dek. 08, 2005 23:01
İsmarışlar: 19
Şəhər/ölkə: Azerbaycan , Sheki

İsmarışGöndərilib: B.e. Fev. 06, 2006 6:24 am    İsmarış mətni: Sitatla cavab ver

As-Salamu aleykum va rahmatullahi va barakatuh.

Qılınan Cüm'ə namazının keçərli olması üçün aşağıdaki şərtlərın olması lazımdır:

A) Cüm'ə Qılınacaq yerin şəhər və ya şəhər hökmündə olması
Bu şərt, bəzi deyimlərə və səhabələrin elədiklərinə dayanır. Hz. Əli'dən belə dediyi söylənilir: "Cüm'ə namazı, təşrik təkbirləri, Ramazan və Qurban Bayramı namazları, yalnız çoxluq təşkil edən şəhər, kənd vəya qəsəbələrdə qılınır. İbn Hazm ( 456/1063) bu söhbətin sağlam olduğunu yazmışdır, Abdurrəzzak eyni hədisi Əbu Abdürrəhman əs-Sülemi tərəfindən Hz. Əli'dən rəvayət etmişdir. Hz. Əli'nin sözü İslam hüquqşunaslarınin fikrincə bu mövzuda yetərli bir dəlil sayılmışdır. (Abdurrəzzaq, əl-Müsənnəf, III,167-168, H. Nö: 5175, 5177; İbn Əbi Şeybə bunu Abbad b. əl-Avvam'dan, bənzərini Həsən əl-Basri, İbn Sirin və İbrahim ən-Nəhai'dən söylənmişdir; İbnu'l-Hümam, a.g.e., I, 409).


Bu mövzuda rəvayət edilen deyimlərdə keçən "çoxluq şəhər" sözü İslam hüquqşunaslarınin fikrincə belə tərif edilmişdir:

Əbu Hənifə (150/767)'yə görə rəhbəri (yəni mer, icra hakimi), hakimi, küçə, meydan (bazarda ola bilər) və məhəllələri olan yerləşim mərkəzləri "çoxluq şəhər" mənasındadır. Əbu Yusif (182/798), əhalisi ən böyük məscidə sığmayacaq qədər çoxluq olan yerləri şəhər sayarkən İmam Muhamməd (189/805), idarə edənlərin şəhər olaraq qəbul etdikləri yerləri şəhər qəbul edər.

İmam Şafi (204/819) və Əhməd İbn Hanbəl (241/855) bu mövzuda nüfuz sayı əsas olduğunu gətirir. Onlara görə, 40 nəfər ağıllı, həddibuluğa çatmış kişinin (oğlan), yaz qış başqa bölgəyə köç etmədən oturduqları yerləşim mərkəzləri şəhər sayılır və onlara Cüm'ə namazı fərzdir (əs-Sərahsi, a.g.e. II, 24, 25; əl-Kəsani, I, 259; əl-Cəzəri, Kitabü'l-Fıqh alə'l-Məzahibi'l-Ərbaa, Misir (t.y.) I, 378, 379; Abdurrəhman əl-Məvsili, əl-İhtiyar, Qahirə (t.y.) I, 81).

İmam Malik (179/795)'ə görə, məscidi və bazarı olan hər yerləşim mərkəzi şəhər sayılır. Kənd və şəhər kəlmələri bərabərdir. Nüfuz az olsun çox olsun höküm dəyişməz. Cümə namazının kiçik yerləşim mərkəzlərində də qılınabiləcəyini söyləyənlərin dayandığı dəlillər bunlardır:

1) Əbu Hüreyrə (58/677), Bəhreyn'də vəzifəsini yerinə yetirdiyi zaman (başcı, baş imam) Hz. Ömər'ə Cümə namazının qaydasını soruşmuş, Hz. Ömər ona belə cavab vermişdir; "Harada olursunuz olun, Cümə namazını qılın".

2) Ömər b. Əbdüləziz (101/720), “komandiri” (yəni ordusunun başcısı) Adiy b. Adiy'ə yazdığı məktubda, (əhalisi) "çadırda yaşamayan hərhansı bir kəndə gəlincə: oranın xalqına Cümə namazı qıldıracaq bir nəfər (islam biliyi üstün olan) təyin et" demişdir.

3) İmam Malik, əshab-ı kiramın Məkkə ilə Mədinə arasında su başlarında (yəni istirahət üçün dayanılan yerlər) Cümə namazını qıldıqlarını deyər və o tərəflərdə hərhansı bir şəhər olmadığını bildirir (əs-Sərahsi, a.g.e., II, 23, Əhməd Naim, Təcrid-i Sarih tərc. və şərhi, III, 45, 46).

4) İbn Abbas, Mədinə'dəki Peyğəmbər məscidindən sonra ilk Cümə namazının Bəhreyn'də "Cuvasa" deyilən bir kənd də qılındığını söyləmişdir (Buxari, Cümə, II, (I. s. 215); Bəğavi, a.g.e., IV, 218; İbnü'l-Hümam, a.g.e., I, 409)


Cümə namazının böyük yerləşim mərkəzlərində qılınacağı görüşündə olan İslam hüquqşunasları yuxarıdaki dəlilləri bele dəyərləndirmişdilər:

1) Hz. Ömər'in sözü, əshab-ı kiram arasında çöllərdə və səhralarda Cümə namazı qılınmayacağı bilindiyi üçün, "hansı şəhərdə olursunız olun, Cümə namazını qılın" şəkilində anlaşılmışdır.

2) Ömər b. Əbdülaziz'in sözü, şəxsi bir görüş olduğu üçün dəlil sayılmamışdır.

3) "Cüvasa" Bəhreyn'də Abdulkays'a aid bir qaladır. Cüvasa "kənd"(qaryə) olsa da, dövlət tərəfindən təyin edilən rəhbərləri və ordu qüvvələri olduğu üçün şəhər hökmündə sayılır (Əhməd Naim, a.g.e., III, 46). İbn Abbas'ın sözündə, Cüvasa üçün, "kənd" (qaryə) deyilməsi, o dövürlərdə buranın "şəhər" sayılmasına əngəl deyildir. Çünki onların dilində qariyə kəlməsi şəhər anlamında da istifadə olurdu. Qur'an-ı Kərim'də də bu mənada istifadə olunmuşdur. “Məgər bu Quran iki şəhərdən olan böyük bir adama (ya Vəlid bin Müğirəyə, yaxud da Ürvə bin Məsuda) nazil edilməli deyildimi?” (əz-Zuxruf, 43/31). Ayətdəki "iki şəhər (qaryə)" Məkkə ilə Taif'dir. Diğər tərəfdən Məkkə şəhəinə "Ümmü'l-Qura (kəndlərin(şəhərlərin) anası)" adı verilmişdir (əş-Şura, 42/7). Məkkə'nin şəhər olduğuna şübhe yoxdur. Cüvasa da bir qala olduğuna görə: hakimi, rəhbəri(başcısı) və alimi var. Buna görə əs-Sərahsi (490/1097), Cüvasa üçün bərabər olaraq "şəhər (misr)" kəlməsini istifadə edir (əs-Sərahsi, a.g.e, II, 23) Abdurrəzzaq, Hz. Əli'nin Bəsrə, Küfə, Mədinə, Bəhreyn, Misir, Şam, Cəzirə və bəlkə Yəmən'lə Yəmamə'yi şəhər (misr) qəbul ettiyini bildirir (Abdurrəzzaq, a.g.e., III, 167).

Bu tərcümə söz-bə-söz olduğu üçün nəisə anlaşılmaya bilər. Anlaşılmayan cümlələr olsa, buyurun.
İstəsəniz ardı var.

As-Salamu aleykum va rahmatullahi va barakatuh.
_________________
-------------------------------------------
Biz yalnız Allaha ibadət edirik və yalnız Allahdan kömək diləyirik!
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər MSN
ENGINEER



Daxil ol: Ş. Sen. 10, 2005 08:42
İsmarışlar: 139
Şəhər/ölkə: Baku, Azerbaijan

İsmarışGöndərilib: B.e. Fev. 06, 2006 8:07 am    İsmarış mətni: Cume Namazi Sitatla cavab ver

Euzi Billehi Minesh Sheytanir Recim, Bismillahir Rehmanir Rehim.
ALLAHIN SALAMI butun Muselman/Momin Baci-Gardashlarima olsun.

Eziz Baci ve Gardashlar hech bir Sheriki olmayan Allah haminizdan razi olsun. Haminizdan xahish edirem hagginizi halal edin. Sizler menim sualima cavab olarag nece nece kitablara bashvurdunuz, tercumeler etdiniz, kash bunlarin evezini sizlere odeye bileydim. azacig da olsa odeye bileydim. Sizin kimi Baci ve Gardashlarim oldugu uchun chox sevinirem.

AbdulVahid Gardash Allah senden de Razi olsun.

AhliWasat Gardash Allah senden de Razi olsun.

HUmeyra Baci Allah senden de Razi olsun. Allah-dan gizli deyil senden ne gizledim. Aile gurmagim uchun evim yoxdur, men gardashimin evinde galiram. Teze ev almisham, o evin pulunu yalniz bun ishle odeye bilerem. Azerbaijanin oz ishleri ile neinki ev , aylig yashayishi bele chixartmag mumkun deyil. Ish yerinde rehberliyimiz xariciler olsa da Namaz gilmagimiza hech bir problem yaratmirlar. Hetta shexsen men Zohr Namazina en ashagisi 30-40 degige vaxt ayiriram. Oruclug vaxti Rehberlik hamiya emr edir ki Oruc tutanlarla chox mehriban davranin, onlari chox incitmeyin. Ish yerimden chox raziyam. Bir problemim en Vacib olan Cume Namazidir. Heleki Ahli-Wasat Gardashin yazdigindan sonra Ish yerinde gilirig. MASHALLAH 40 dan chox Muselmanla, Cume duasi, xutbesi ile birge. Amma her gun yaxinlarima deyirem ki INSHALLAH bu ev problemimi gurtarim, aile gurum, sonra yalniz coreyim chixan 1 ishle meshgul olub butun gunumu ALLAHA ibadetle kecirecem. (Sozsuzki Allah omur vererse) Bilmirem haggimda ne fikirlesheceksiniz amma, heleki ALLAHIN izni ile bu ishe chox ehtiyacim var. Artig evimin pulunu tam odemishem, bir galib evin yashamag sheritini (remont) yaratmag ve aile gurmag. Birde men ishlediyim zonada 5000(besh min) neferden chox ishci var. Bu 5000 ailenin dolanishigi demekdir. Bu geder aile hamisi sheherde chalisha bilmez. Bu muveggeti bir shansdir, ALLAHIN lutfudurki elimize bele bir ish dushub, onsuzda bu ishlerin omru chox uzun deyil (amma unutmuramki olum-bu dunyadan kochmek her an ola biler). BU shansida mene UCa ve Ezemetli ALLAHIM verib. Mende bundan layigince istifade edib hem valideynlerime komek edirem, hem mene ehtiyaci olanlara hemde ozume. Allah hamiya komek olsun. AMIN.

HUMEYRA BACI, MUMINA BACI, MUSLIMA BACI, AHLI WASAT GARDASH, ABDUL VAHID GARDASH ve butun BACI ve GARDASHLARIM:

SIZLERI CHOX SEVIREM.

INSHALLAH Allah BIZLERI HEM BU DUNYADA HEM CENNETDE GORUSHDURER. AMIN!
_________________
Estegfiru-llahel aziymel-lezi la ilahe illa huvel-heyyul-gayyum ve etubu ileyhi.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
ENGINEER



Daxil ol: Ş. Sen. 10, 2005 08:42
İsmarışlar: 139
Şəhər/ölkə: Baku, Azerbaijan

İsmarışGöndərilib: B.e. Fev. 06, 2006 8:12 am    İsmarış mətni: CUME NAMAZI Sitatla cavab ver

UZr isteyirem orda geyd etdim ki Ev problemimi gurtarim, Aile gurum sonra gundelik choreyimi chixardacag ishle meshgul olub butun gunumu yalniz ALLAHA ibadet etmekle kecirecem. BUrda sehv basha dushmeyin, ele indi de ibadetlerimi hech eskik etmirem. Elhemdulillah vaxtli vaxtinda Ferz, Sunnet, Vitr ve s NAMAZLARIMI hech axsatmiram. Men nezerde Cume Namazlarini ve butun Namazlarin yalniz ve yalniz Mescidde (xususen Ebubekr, Lezgi Mescidi) gilmagimi nezerde tutdum. :)
_________________
Estegfiru-llahel aziymel-lezi la ilahe illa huvel-heyyul-gayyum ve etubu ileyhi.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Abu Turab



Daxil ol: C.a. Okt. 06, 2005 13:58
İsmarışlar: 72
Şəhər/ölkə: Sumqayit

İsmarışGöndərilib: B.e. Fev. 06, 2006 1:16 pm    İsmarış mətni: Sitatla cavab ver

Bismilleh...
Assalamu Aleykum va Rahmatullahi va Barakatuhu...
Huneyra baci, Allah Seni Qiyamet gunu uzu ag olanlar sirasinda etsin !!!!! Amin!!!!

Wassalam...
_________________
ALLAHU AKBAR
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 1205

İsmarışGöndərilib: Çər. Fev. 08, 2006 8:57 pm    İsmarış mətni: Sitatla cavab ver

Rəhmli, Mərhəmətli Allahın adı ilə!
AsSalamu alaikum.


Sitat:
HUMEYRA BACI, MUMINA BACI, MUSLIMA BACI, AHLI WASAT GARDASH, ABDUL VAHID GARDASH ve butun BACI ve GARDASHLARIM:

SIZLERI CHOX SEVIREM.


Qoy bizi Kimin xatirinə sevirsinizsə, O da sizi sevsin, qardaş...Ameen! Allah işlərinizdə kömək olsun.

Sitat:
Huneyra baci, Allah Seni Qiyamet gunu uzu ag olanlar sirasinda etsin !!!!! Amin!!!!

Va iyyak, ya axi...Ameen!
Barak Allahu fiki.
MasSalama
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
mumina



Daxil ol: Çər. İyun 29, 2005 16:52
İsmarışlar: 52

İsmarışGöndərilib: C.a. Fev. 09, 2006 4:53 pm    İsmarış mətni: Sitatla cavab ver

Assalamu aleykum(cumle formdakilar)
Sitat:
HUMEYRA BACI, MUMINA BACI, MUSLIMA BACI, AHLI WASAT GARDASH, ABDUL VAHID GARDASH ve butun BACI ve GARDASHLARIM:

SIZLERI CHOX SEVIREM.

Humeyra bacinin sozune quvvet "Bizi xatirine sevdyin de (Allah) seni sevsin"
Allah (s.w.t.) ishlerine asanliq ve xeyir-bereket versin.Amin!
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
İsmarışları göstər:   
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> NAMAZ Bütün saatlar GMT + 4 Saat
Səhifə Əvvəlki  1, 2
2 səhifə (Cəmi 2 səhifə)

 
Keç:  
Bu forumda yeni mövzu aça bilməzsiniz.
Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz.
Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz.
Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz.
Bu forumdakı sorğularda səs verə bilməzsiniz.


© Azerislam.com - Müstəqil İslam saytı.
Sayt 1422-ci (2001) hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir.