"Xatırla ki, (insanın sağında və solunda onun bütün əməllərini) yazan iki mələk oturmuşdur! Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!" (Qaf, 17-18)
Göndərilib: C.a. Dek. 30, 2004 3:19 pm İsmarış mətni: Yeni il bizə lazımdırmı?
İsa bin Məryəmin Mövludu.
Bu yazını qələmə almağımın səbəbi cəmiyyətimizdə, eləcə də bütün dünyada miladi təqvimlə təzə ilin gəlişinin Allahın peyğəmbərlərindən biri olan Məryəm oğlu İsanın mövludu olaraq, qeyd edilməsidir. Hər şeydən əvvəl onu deyək ki, Hz. İsanın doğulduğu tarix dəqiq olaraq, bilinmir. Xristian dininin kitabı olan İncildə bu barədə heç bir məlumat yoxdur. Elə isə, necə olub ki, dekabr ayının 25-i İsanın (a.s.) anadan olduğu gün kimi tarixə düşüb?
Bildiyimiz kimi İsanın(a.s.) risalətindən 3 əsr sonra, yəni 313-cü ildə Roma imperiyasının bütpərəst kralı Konstantin xristianlığı qəbul etmiş və bundan sonra xristianlıq Avropada sürətlə yayılmağa başlamışdı.
Yaxın Şərq və Anadoludan Romaya gedən missioner keşişlər burda xristianlığın təbliği ilə məşğul olurdular. Onlar əks-reaksiya verməsin deyə buranın bütpərəst xalqının xristianlığı qəbul etmələrinə baxmayaraq, bəzi bütpərəst adətlərinin saxlanmasına göz yumurdular. Bu adətlərdən biri də romalıların qeyd etdikləri “Satrunaliya” bayramı idi. 25 dekabr hindlilərdə İşıq tanrısının, qədim misirlilərdə Horos və İsis adlı bütlərin doğulduğu gün kimi qeyd olunurdu. Çünki 25 dekabrdan başlayaraq, gündüzlər uzanmağa başlayırdı, günəş göydə daha çox qalırdı. Bütpərəst sabiilər (İbrahim(a.s.) qövmü) bunu uğurlu sayırdılar. Çünki onlar gündüzlərin qısalmasını Günəşin onlardan küsüb üz döndərməsi kimi qəbul edirdilər. Günlərin uzanmasını isə barışıq hesab edirdilər. Sabiilər günəş, ay, ulduz və s. Göy cisimlərinə sitayiş edirdilər.
Beləcə gündüzlərin uzanmağa başladığı 25 dekabr bütpərəst qövmlərdə bayram kimi qəbul edilmişdi. Və gördüyümüz kimi bu günün xristianlıq və İsanın(a.s) anadan olması ilə heç bir əlaqəsi yoxdur. Əgər 25 dekabr həqiqətən İsanın(a.s.) doğum günü olsaydı, xristian məzhəbləri bunun üstündə ittifaq edərdilər. Halbuki katoliklər İsanın(a.s) 25 dekabr, provoslavalar 15yanvar, erməni qriqoryanlar 6 yanvar tarixini qeyd edirlər.
Şaxta baba kimdir?
Cəmiyyətimizdə rus dilindən tərcümə edilən “Şaxta baba” kimi tanınan məlum olmayan şəxsin dünyanın müxtəlif ölkələrində fərqli adları var. Sant Nikolas, Nikolas of Mariya, Santa Klaus, Pere Noel, müqəddəs ata Kristmas bunlardan bəziləridir. Bugünkü Türkiyə Cümhuriyyətinin Muğla vilayətinin Patara şəhərində Santa Klaus kilsəsi mövcuddur. Patara antik dövrdə mövcüd olmuş Hiziya dövlətinin şəhərlərindən biridir. Nikolas adlı bu keşiş 3-cü əsrin axırlarında Patara şəhərində varlı tacir ailəsində anadan olmuşdur. Orta yaşlarında rahib Nikolas Patara şəhərinin baş keşişi seçilmişdi. Əfsanəyə görə həmin şəhərdə kasıb bir kişinin 3 qızı vardı. Bu qızlar cehiz üçün pul tapa bilmirdilər. Keşiş Nikolas bundan xəbər tutub bir gecə gizlincə bu qızların evinə gəlir. Pəncərədən və bacadan evə qızlar üçün pul kisəsi atır. Qızların cehiz pulu düzəlir. O gündən xristianlar maddi problemi olanlara “müqəddəs” Nikolasın kömək edəcəyinə inanırlar.
Keşiş Nikolas öləndən sonra onun qəbri milyonlar ümid yeri olmuşdur. Nikolas 343-cü ildə 65 yaşında vəfat etmişdir.
1087-ci ildə müsəlman türklər Patara və Mura şəhərlərini fəth etmişdilər. Bundan sonra xristian tacirlər bir gecə gizlicə keşiş Nikolasın qəbrini açmış , sümüklərini oğurlayaraq, Barı adasına aparmışdılar.
Niyə Şam ağacı bəzəyirlər?
Bütpərəst romalılar qış gələndə həmişəyaşıl dəfnə ağaclarını kəsib evlərinə gətirir, beləcə baharın evlərinə gəldiyinə inanırdılar. Qədim almanlar da həmişə şam ağacını kəsib evlərinə qoyurdular. Bu adət 15-16-cı əsrlərdə Almaniyada çox yayılmışdı. Şam ağacına şirin çörəklər və şirniyyat asırdılar. 17-ci əsrdə Amerikaya köçən almanlar bu adəti ora apardılar və yaydılar. 19-cu əsrdə ingilis Kraliçası Viktoriya alman şahzadəsi Albertlə evləndi. Albert şam ağacı adətini İngiltərədə də yaymağa başladı. Gördüyünüz kimi nə 25 dekabrın, nə də şaxta babanın İsa(a.s)nın doğumu ilə heç bir əlaqəsi yoxdur. Bunlar tamamilə xristianlıqdan əvvəlki bütpərəstlərin adətləridir. Bunu hətta xristian alimləri də etiraf edirlər. Məsələn, 1911-ci ildə şap olunmuş “Katolik Ensklopediyası” adlı kitabda katolik din alimi Orugen belə yazır” Bu şənliklərin mənbəyi Firon və Nəmrud kimi zalım kralların öz anadan olduqları günü qeyd etmələri və xalqı da buna məcbur edirdilər.”
Yeni il azərbaycanlıların bayramı deyil.
Kommunizmin bizə zorla qəbul etdirdiyi 28 Aprel, 1 May, 7 Noyabr, 31 dekabr Milad bayramı da azərbaycanlılara yad bir şeydir. Hər şeydən əvvəl ona görə ki, əcdadımız bunu qeyd etmirdi. Milli mentalitetimizə uyğun deyildir. Məsələn, 1920-ci ilə qədər çox nadir azərbaycanlı tapılardı ki, bu günü qeyd etsin. Biz, azərbaycanlılar Allaha şükürlər olsun ki, müsəlman olduğumuz üçün İsa(a.s)nin harda və necə anadan olduğunu Qurani Kərimdən öyrənməliyik. Bu haqda Uca Allah Məryəm surəsi 22-26 ayələrdə məlumat verir. Maraqlananlar oxuya bilərlər.
Sonra Allah və Rəsulu (s.ə.s) biz müsəlmanlara özümüzü yəhudi və xristianlara oxşatmağı, onları sevməyi, onları dost etməyi qəti olaraq, qadağan edir. Maidə surəsi 51-ci ayədə Uca Allah belə buyurur: ”Ey iman edənlər! Yəhudiləri də, nəsraniləri də özünüzə dost tutmayın. Onlar bir-birlərinin dostlarıdır. Sizdən kim onlarla dostluq etsə, heç şübhəsiz o da onlardandır. Allah zalımları doğru yola yönəltməz”
Səhih Buxaridə Sünnəyə bağlılıq fəslində isə belə bir hədis vardır.
Əbu Səid əl-Xudri nəql edir ki, peyğəmbər(s.ə.s.) buyurmuşdur: ”Sizdən əvvəlkilərin izlərini şübhəsiz ki, qarış-qarış, arşın-arşın təqib edəcəksiniz. Onlar bir kərtənkələ yuvasına girsələr, siz də onların arxasından o yuvaya girəcəksiniz. “ Orda olanlar soruşdular: ”Ya RəsulAllah, xristian və yəhudilərin izlərimi?” Peyğəmbər(səs)”Başqa kim ola bilər?” dedi.
Yeni il bayramını qeyd edənlərə bir şeyi xatırladaq ki, həmin günü bizim düşmənlərimiz olan ermənilər də sevinclə qeyd edirlər.
Daxil ol: Ş. Yan. 31, 2004 01:55 İsmarışlar: 357 Şəhər/ölkə: Bakı, Azərbaycan
Göndərilib: C. Dek. 31, 2004 12:47 am İsmarış mətni:
-b-
Bü gün mobil nömrəmə maraqlı bir ismarış gəldi. İsmarışı olduğu kimi yazıram.
"31.12.2004 tarixində, gecə saat 12-də əksər adamlar badə qaldıranda sən ailənlə birlikdə təkbir et, namaz qıl və küfrə etirazını namazınla bildir. İmkan olsa başqalarına da de... "
doğrudan da qəribə ismarışdır.
Görəsən 122718 nəfərin ölümü ilə nəticələnən Allahın göndərdiyi "sunami" adlı bəladan insanlar nəticə çıxaracaqlarmı...
Bəla gələndə yaxşıya-pisə baxmır...
Allah müsəlman ümmətini bəlalardan qorusun. Amin!
P.S. İndicə ANS in iç xəbərinə bir nəfər dənizdə işləyən həmyerlimiz ismarış yollayıb ki, dənizdə işləyirik, bura çox soyoqdur, arağımız da yoxdur. Xahiş edirik şaxtababaya deyin ki, bizə araq yollasın..
Aparıcı isə qəribə cavab verir... "Mənim tanıdığım şaxtababaların hamısı namazqılandır. Tak şto araqsız qalacaqsınız..."
Görəsən dənizdə işləyən həmyerlilərimiz SUNAMİ haqıında düşünüblər...
Allah millətimizə hidayət versin. Amin! _________________ İbrət naqis başlanğıcda deyil, kamil sonluqdadır!!!
Daxil ol: Ş. Yan. 31, 2004 01:55 İsmarışlar: 357 Şəhər/ölkə: Bakı, Azərbaycan
Göndərilib: Ş. Yan. 01, 2005 1:37 am İsmarış mətni:
...Şuşa məscidinə lap az qalmışdı.
Yavaş-yavaş gözdən yayınıb məscidə doğru irəlilədim.
Əsas məqsədim məscidin minarəsinə qalxıb əzan vermək idi.
Qoy vursunlar məni, amma əzan verəcəm. Qəti qərara gəlmişdim.
Bunu ötən il edə bilməmişdim.
Jurnalist həmkarlarım həmin il sənədləri məndən əvvəl təqdim etdikləri üçün mənə yer olmadı ki, mən də İravana gedim. Gələndə isə onlardan bir şey soruşdum ki, kim isə sizlərdən getdiyiniz Şuşa məscidinin içərisinə daxil olanda minarəyə qalxıb əzan verdimi? Təbii ki, "yox"dan başqa cavab ala bilmədim. Səbəb isə həmkarlarımın əzan verə bilməmələridir.
Qəlbim ağladı... Eh mən olsaydım mütləq bunu edərdim. Vallah edərdim...deyib qəhərimi içimdə boğdum.
İndi bu şansı əldən verə bilməzdim.
Məscidin güllədən qopub-tökülmüş pilləkənləri ilə sürətlə yuxarı qalxdım. Minarənin lap yuxarısında idim. İndicə Şuşanın buz kimi təmiz havasını ciyərlərimə çəkib uca səslə Allahu Akbar, Allahu Akbar... deyəcəkdim. həm də düşünürdüm ki, düşmənlər bunu eşidən saat məni atacaqlar.
Eh atsınlar da. Allah yolunda ölməkdən böyük şərəf varmı? Qoy mən Azan verim onlar nə edər etsin....
Bismillah deyib, dərindən nəfəs alıb elə ilk Allahu Akbar kəlməsini uca səslə illərdən bəri bu səsə həsrət qalmış bütün Qarabağ çöllərinə yaymaq istəyirdim ki, üzümə düşən fişəng işıqlarından və partıltıdan yuxudan oyandım.
Ətrafa yayılmış güclü atəş səslərindən və insanların gülərək şənlənməsindən ilk ağlıma gələn DEYƏSƏN QARABAĞI ALMIŞIQ ifadəsi oldu... Yoxsa bu millət nəyə bu qədər sevinə bilər?
Yuxunun təsirindən hələ də oyanmaq bilmirdim... Azan vermək istəyirdim... Missiyamı axıra çatdırmaq istəyirdim...
Amma...
Hə başa düşdüm ki, 2005-ci il də Qarabağsız başladı.
Amma bir neçə sual məni hələ də rahat buraxmır.
Bu millət niyə belə sevinir???
Kafirlər bizim nə Ramazan, nə də Qurban bayramını keçirmirlər. Bu millət niyə onların bu bayramını qeyd etməlidir, özü də gecə saat 12 ni əllərində haramlarla dolu qədəhlər gözləyərək???
Niyə axı, niyə???
Allahım, Qarabağımızı öz əllərimizlə geri ala bilməkdə bizə yardım et.
Allahım, mənə Şuşa məscidindən Azan verməyi qismət et.
Allahım, millətimizə faydalı elm və hidayət ver. AMİN !!! _________________ İbrət naqis başlanğıcda deyil, kamil sonluqdadır!!!
Göndərilib: B.e. Yan. 03, 2005 3:16 pm İsmarış mətni:
Salam.
Sitat:
Allahım, Qarabağımızı öz əllərimizlə geri ala bilməkdə bizə yardım et.
Allahım, mənə Şuşa məscidindən Azan verməyi qismət et.
Allahım, millətimizə faydalı elm və hidayət ver. AMİN !!!
Göndərilib: Ç.a. Yan. 04, 2005 12:06 am İsmarış mətni:
Administrator yazıb:
Kafirlər bizim nə Ramazan, nə də Qurban bayramını keçirmirlər. Bu millət niyə onların bu bayramını qeyd etməlidir, özü də gecə saat 12 ni əllərində haramlarla dolu qədəhlər gözləyərək???Niyə axı, niyə???
Heee.... Bax bu yerinde verilmis sualdir. Niye??? Yaxshi, a kishiler, tutalim evveller Sovetin vaxtinda qanmirdiq ve ya qanmaqa qoymurdular, yeni mecbur idik. Indi nolub bes??? Bu qeder bayramsever milletikse sebr edek deee.... Az sonra sevimli Qurban bayramimiz yaxinlashir. Ele bu tentene ile oz bayramimizi qeyd edeyin dee... Amma haramsiz-zadsiz...
INshallaH!!! _________________ Etdim nə yaman əsrə təsadüf, aman ey vah!
La hövlə və la qüvvətə illa və Billah!
(M.Ə.Sabir)
Daxil ol: Ş. Yan. 31, 2004 01:55 İsmarışlar: 357 Şəhər/ölkə: Bakı, Azərbaycan
Göndərilib: Ç.a. Yan. 04, 2005 12:52 am İsmarış mətni:
Mirzə əmi yazıb:
Administrator yazıb:
Kafirlər bizim nə Ramazan, nə də Qurban bayramını keçirmirlər. Bu millət niyə onların bu bayramını qeyd etməlidir, özü də gecə saat 12 ni əllərində haramlarla dolu qədəhlər gözləyərək???Niyə axı, niyə???
Heee.... Bax bu yerinde verilmis sualdir. Niye??? Yaxshi, a kishiler, tutalim evveller Sovetin vaxtinda qanmirdiq ve ya qanmaqa qoymurdular, yeni mecbur idik. Indi nolub bes??? Bu qeder bayramsever milletikse sebr edek deee.... Az sonra sevimli Qurban bayramimiz yaxinlashir. Ele bu tentene ile oz bayramimizi qeyd edeyin dee... Amma haramsiz-zadsiz...
INshAllah!!!
Əssalamualeykum ey ağsaqqal.
İndi sən bax gör qarşıdan gələn Qurban bayramında bu kafir bayramında sevinən kimi sevinəcək bu millətin bəzi nümayəndələri?
Ay sevindi ha....
Sevinməz da...
Axı bizə haram lazımdır sevinməyə. Haram olmayanda boğazlarından birşeylər keçmir. Boğaz yaşlamağa bir şey axtarırlar... eh....
Necə demişdi Sabir babamız?
Kim nə deyər bizdə olan qeyrətə,
Qeyrətimiz bəllidir hər millətə. _________________ İbrət naqis başlanğıcda deyil, kamil sonluqdadır!!!
Salam.
Bir şey məni narahat eləyir. Bəzi müsəlmanlar Yeni ili keçirməmək üçün həmin günü başqa günlərdən fərqləndirərək daha çox və daha xüsusi ibadətlər etməyə çalışırlar. Məncə elə bunun özü də həmin günü hamı kimi olmasa da qeyd etməkdir və axırda bidətə gətirib çıxarda bilər.
Salam.
Bir şey məni narahat eləyir. Bəzi müsəlmanlar Yeni ili keçirməmək üçün həmin günü başqa günlərdən fərqləndirərək daha çox və daha xüsusi ibadətlər etməyə çalışırlar. Məncə elə bunun özü də həmin günü hamı kimi olmasa da qeyd etməkdir və axırda bidətə gətirib çıxarda bilər.
-b-
Çox dəyərli bir müşahidədir və bu haqda düşünməyə dəyər. Əhsən! _________________ Allaha tərəf çağıran, saleh iş görən və: "Mən müsəlmanlardanam!" - deyən kəsdən daha gözəl danışan kim ola bilər?!
(Fussilət-33)
Bu yeni il deyilen nesneden lap usaq vaxtindan zehlem gedib.
Bilirsiniz niye???
Vaxtinda yatmagi xoslayirdim. Ele ki, bu gun gelde saat 12-ye 5-6 deqiqe qalmish meni yuxudan oyadirdilar ki, dur yatib qalacaqsan ustunden kohne il kjececek.
Indi tesevvur edin siz sirin yuxuda iken sizi bosh bir seye gore yuxudfan oyadirlar.
Men de durub yalniz bir soz deyirdim. Tebii ki, qezblenmish veziyyetde.
Imakn verin yatq da...
Bax bu usaqliq xatiresi mende yeni il deyen bir gune nifret asiladi.
Boyudukden sonra ise orta mektebde olarken milli herekatlar vaxti da ruslarin bayramini biz niye kecirmeliyik deyerdik...
Amma indi o vaxtki teessubkeshlik de hec qalmayib...
Allah milletimize hidayet versin. Amin! _________________ İbrət naqis başlanğıcda deyil, kamil sonluqdadır!!!
Göndərilib: B.e. Yan. 10, 2005 2:13 pm İsmarış mətni: Re: Yeni il bizə lazımdırmı?
بسم الله الرحمن الرحيم
Ilk once bu yazilarin muelliflerine oz minnetdarliqimi bildirirem.
Sozugeden movzu barede ise qeyd etmek isteyirem ki:
1-Eger bu bayramin kechirilmesinin icazesi, ecdadimizin buna muvafiq olan emelleridirse, (yeni: ecdadimizin emelleri bu kimi ishlerde bizim uchun delil sayilirsa,) onda ele indiden bir chox ishleri terk etmeyimiz vacibdir. Meselen: Sayt, Forum, Elmler doktoru olmaq, mashin surmek, mobil telefonlarindan istifade etmek ve.....
Chunki ecdadlarimiz bunlarin hech biri ile meshqul olmayiblar!
Demeli buna gore yeni il bayramini redd etmek olmaz.
2-Unutmayaq ki, eziz xalqimiz yeni il bayramini xristianliq ve s. kimi deyil, adeten qish feslinin gelishi kimi qeyd edirler.
3-Men ozum shexsen muselman olduqumuz uchun Fitr, Qurban ve - Isnadsiz ve polemikaya sebeb ola bilejek yazilar silinir- gunlerinin tenteneli bayram kimi kechirilmesinin terefdariyam. Lakin bu kimi movzular evezine esasli meselelerden yazmaq daha munasibdir. Chunki xalqimizin problemi bunlar deyil. Esas meselelere girishmek lazimdir. Diqqetinize gore minnetdaram.
Göndərilib: B.e. Yan. 10, 2005 4:35 pm İsmarış mətni:
-b-
AsSalamu alaikum.
Mövzunun tamamilə aktual və faydalı olduğunu düşünürəm.
Mobil tel.-lardan, kompyüterdən, internetdən vəs. vəi. istifadə-bunların konkret ibadətlərlə heç bir əlaqəsi olmadığından söhbəti bu yönə çəkməyin fikrimcə heç bir mənası yoxdur. Əgər mobil telefonla namaz qılınsaydı, bu başqa məsələ.
O ki, qaldı, bayramların qeyd edilməsinə, burda ilk diqqət etməyimiz lazım olan məsələ, bayramı nə adla keçirmək yox, bayramı nə şəkildə keçirməkdir. Əgər bir bayram ki, içki məclislərinə, səxoş yad qadın və kişilərin "medlennıy" musiqi sədaları altında rəqslərinə şərait yaradırsa, hemin bayramın adı hətta Ramazan da olsabu cür qeyd etmək haramdır və belə edənlərin İslam əxlaqından danışmağa məncə haqqı yoxdur.
"Qış bayramı"nı qeyd etmək istəyən xalqımız isə məncə əvvəlcə öz soy-kökünü xatırladan 2 bayramı-Ramazan və Qurban bayramlarını lazımınca qeyd etməyi öyrənməlidir. Başqa bayramlar isə ikinci dərəcəlidir. Çünki istər istəməz hansısa bayramı yaxud hadisəni qeyd etməyə hazırlaşan zaman onun yaranma tarixi insanı maraqlandırırı. Məhz bu baxımdan sizcə hansı daha faydalı olar Xristian adət ənənəəri, yoxsa İslam ibadətləri Məncə ikincisi.
Daxil ol: Ş. Yan. 31, 2004 01:55 İsmarışlar: 357 Şəhər/ölkə: Bakı, Azərbaycan
Göndərilib: Ç.a. Yan. 11, 2005 1:14 am İsmarış mətni: Re: Yeni il bizə lazımdırmı?
Hikmet yazıb:
بسم الله الرحمن الرحيم
Ilk once bu yazilarin muelliflerine oz minnetdarliqimi bildirirem.
Sozugeden movzu barede ise qeyd etmek isteyirem ki:
1-Eger bu bayramin kechirilmesinin icazesi, ecdadimizin buna muvafiq olan emelleridirse, (yeni: ecdadimizin emelleri bu kimi ishlerde bizim uchun delil sayilirsa,) onda ele indiden bir chox ishleri terk etmeyimiz vacibdir. Meselen: Sayt, Forum, Elmler doktoru olmaq, mashin surmek, mobil telefonlarindan istifade etmek ve.....
Chunki ecdadlarimiz bunlarin hech biri ile meshqul olmayiblar!
Demeli buna gore yeni il bayramini redd etmek olmaz.
2-Unutmayaq ki, eziz xalqimiz yeni il bayramini xristianliq ve s. kimi deyil, adeten qish feslinin gelishi kimi qeyd edirler.
3-Men ozum shexsen muselman olduqumuz uchun Fitr, Qurban ve - Isnadsiz ve polemikaya sebeb ola bilejek yazilar silinir- gunlerinin tenteneli bayram kimi kechirilmesinin terefdariyam. Lakin bu kimi movzular evezine esasli meselelerden yazmaq daha munasibdir. Chunki xalqimizin problemi bunlar deyil. Esas meselelere girishmek lazimdir. Diqqetinize gore minnetdaram.
1. Heç dəxli var..........
2. Bu da kafirlərin adət-ənənələrini dirçəltməyin yeni üsullarından biridir deyəsən.
3. Nədir əsaslı mövzu? Xalqımızın problemi Qarabağdır. Sən bu bayramı qeyd etməklə isə Qarabağda bu "bayramı" qeyd edən düşmənlərimizlə həmfikir olmuş sayılmazanmı???
Nədir o sas məsələ ki, heç kim ora girişə bilməyib və sizin bundan xəbəriniz var _________________ İbrət naqis başlanğıcda deyil, kamil sonluqdadır!!!
Göndərilib: B. Fev. 13, 2005 10:27 pm İsmarış mətni:
Allahın salamı olsun Onun müxlis bəndələrinə
Yenə Allahın salamı olsun əziz islam Peyğəmbərinə və onun pak olan Əhli-Beytinə
Hicrətin başlanğıcı - Yeni il
Ayın yer ətrafında dövretmə müddətinə əsaslanan və öz başlanğıcını əziz Islam Peyğəmbərinin (s) Məkkədən Mədinəyə köçdüyü zamandan götürən hicri-qəməri (hicrət - köç, qəmər - ay deməkdir) tarixinin şəri zaman ölçüsü kimi istifadəsi hamıya məlumdur.
Ilk ay təqvimi eramızdan əvvəl 3-cü minilliyin ortalarında qədim Babilistanda tərtib edilib. Yeddi günlük həftə də həmin dövrdə yaranıb.
Hicrətin 17-ci ilinədək müsəlmanlar tarixin başlanğıcını Əbrəhənin öz qoşunu ilə quşlar tərəfindən məhv edildiyi və həmçinin Həzrəti Peyğəmbərin (s) dünyaya gəldiyi “Amül-fil” - yəni “Fil ili”ndən hesablayırdılar. Imam Əli (ə)-ın təklifi ilə tarixin başlanğıcı əvvəldə qeyd etdiyimiz kimi Rəsuli-Əkrəmin (s) hicrətindən, daha dəqiq desək miladi 622-ci ilin 16 iyulundan (məhərrəm ayının 1-i) hesablanmağa başlandı. Həzrəti Peyğəmbərin (s) rəbiül-əvvəl ayında hicrət etməsinə baxmayaraq, ilin əvvəli köhnə qayda ilə həmin ilin məhərrəm ayından hesablandı.
Hicrətin ilk illərinə qədər, ərəblər 12 aylıq qəməri təqvimə hər 3-cü ilə bir ay əlavə edərək onu şəmsi ilinə uyğunlaşdırırdılar. Belə uyğunlaşdırma qəməri ilində ayların qarışmasına səbəb olduğundan “Tövbə” surəsinin 36 və 37-ci ayələri nazil oldu. Surənin 36-cı ayəsində buyurulur: “Şübhəsiz ki, Allah yanında ayların sayı, göyləri və yeri yaratdığı gündən bəri Allahın kitabında on ikidir. Onların dördü haram aylardır. Bu sabit qanundur.”
Hicri-qəməri təqvim 354,4 günə bərabərdir. Ərəblər dəqiqliyə nail olmaq üçün hər 30 ildən 11 - ni uzun (355 gün) il, 19-nu (354 gün) adi il kimi qəbul etmişlər. Bu hesabla 3000 ildə 1 gün xəta yaranır.
Ayın yer ətrafında tam bir dövrü 29 gün 12 saat 44 dəqiqədir. Buna görə də ay gah 29, gah da 30 gün olur. Ardıcıl olaraq bir neçə ayın 29 və 30 gün olması mümkündür. Ayın başlanğıcı ilə sonunun hesablanması iki yola ayrılır.
1.Hesablama
2.Ayın görünməsinin nəzərə alınması
Birinci üsulla müntəzəm olaraq bir ay - 30 gün, sonrakı ay 29 gün hesablanır. Bu üsul şəriət tərəfindən qəbul olunmur. Şəriət yalnız hilali ayın görünməsi ilə bir ayın başladığını, digərinin bitdiyini bildirən ikinci üsulun doğru olduğunu bildirərək, onu bir qanun olaraq qəbul edir. Xatırladırıq ki, məhərrəm ayının başlaması ilə artıq 1426-cı hicri ilinə qədəm qoyuruq. Yeni ilimiz mübarək olsun. Amin! _________________ İslamdan yüksək şərəf yoxdur!!! (Hz. Əli (əleyhissalam))
Göndərilib: B.e. Fev. 14, 2005 11:25 am İsmarış mətni:
Sitat:
Yeni ilimiz mübarək olsun. Amin!
Amin!
Mənim fikrimcə, qeyri-müsəlmanlardan fərqli olaraq, müsəlmanlar Məhərrəm ayından başlayan yeni ili içki, qadın və kişilərin İslama yad olan rəqslərilə, boş, mənasız zarafat və gülüşlərlə deyil, ötən ildə bir insan kimi, bir müsəlman kimi qazandıqlarını və itirdiklərini düşünməklə keçirməlidir və nəticə çıxarmalıdır.
Göndərilib: Çər. Mar. 16, 2005 4:26 pm İsmarış mətni:
Duzdur, islamda yalniz 2 bayram var. Amma islamda olmayan bir seyin hec da islama zidd olmasi demak deyil, agar yeni ilda spirtli ickilar icirlarsa, siz icmayin, musiqi xoslamirsiniz, dinlamayin (umumiyyatla yeni il bayraminda adeten musiqi olmur, man evlari nazarda tuturam). Bazi bayramlar isa folklor xarakterini dasiyir, masalan novruz artiq coxdandir ki, atesperest dini bayramindan folklor bayrama kecmisdir va hec da o demak deyil ki, novruzu qeyd edan (onu ki, butunh olka qeyd edir) atesperestdir (indi ela din qalmayib), bu sadece simvolik xarakter dasiyir va xalqin tarixindan, adet ananadan, galanaklardan irali galir. Yaxud 8 mart bayrami, analari tabrik etmayin nayi pisdir ki? Agar sohbat bu bayramin sizin kafir adlandirdiginiz, lakin, aslinda isa ahli kitab olan xristianlar tarafindan kasf olundugunu asas gatirirsinizsa, onda islatdiyimiz elektrik apparatlarinin, o cumladan kompyuterin da qeyri musalman olkalarinda kasf olundugu faktdir. islam dininda kompyuter yoxdur, bu o demak deyil ki, kompyuter islama ziddir, bu elmin inkisafi sonucunda yaranmisdir. _________________ Dinindan va millatindan asili olmayaraq haminin arxadasliq va barisiq icinda yasamasini istayan ilkin Husein. Allaha inam hamida daha da saflassin va shirklardan uzaq olsun! Allahin salami uzariniza olsun! Amin.
Göndərilib: Çər. Mar. 16, 2005 4:51 pm İsmarış mətni:
-b-
AsSalamu alaikum. Butun bu bauramlari basqa dinin numaendeleri ilde 1 defe qeyd edirlerse, muselman her gun qeyd edir. Bu Islamin ustunluyunu eks etdiri. O ki, qaldi bu bayramlarin qebahet sayilmamasina- bununla razi deilem. Cunki Allah Quranda buyurur ki, yehudilere, nesranilere(xristianlara), mejusilere (atestperestlere) benzemein.
"(Ya Rəsulum!) Sənə nazil edilənə (Qur’ana) və səndən əvvəl nazil edilənlərə (Tövrata, İncilə) iman gətirdiklərini iddia edənləri (münafiqləri) görmürsənmi? Onlar Tağutun (Şeytanın) hüzurunda mühakimə olunmaq (Şeytanın məhkəməsinə müraciət etmək) istəyirlər. Halbuki onlara (Şeytana) inanmamaları əmr olunmuşdur. Şeytan isə onları (doğru yoldan) çox uzaq olan zəlalətə sürükləmək istər" (Quran, Nisa, 60)
"Ey iman gətirənlər! Əgər kafirlərə itaət edəcək olsanız, onlar sizi geri (öz dinlərinə) döndərər və siz də zərər çəkmiş halda geri dönərsiniz. " (Quran, aliİmran, 149)
Elave melumat ucun "Islamda dost ve dusmen anlayislari" movzusuna nezer sala bilersiniz:
https://www.azerislam.com/forum/viewtopic.php?t=151
Bu forumda yeni mövzu aça bilməzsiniz. Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz. Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz. Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz. Bu forumdakı sorğularda səs verə bilməzsiniz.