"Xatırla ki, (insanın sağında və solunda onun bütün əməllərini) yazan iki mələk oturmuşdur! Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!" (Qaf, 17-18)
Göndərilib: Çər. Dek. 01, 2004 2:04 pm İsmarış mətni: İslamda DOST və DÜŞMƏN anlayışları.
-b-
Həmd, şübhəsiz ki, Aləmlərin Rəbbi Allaha məxsusdur!
Peyğəmbərin, Ailəsinin, Səhabələrinin və Qiyamət gününə qədər onları özlərinə dost tutanlara Allahın Salamı olsun!
İslamda "dost" və " düşmən" anlayışları olduqca mühüm məsələlərdən biridir. Gününmüzdə bir çox müsəlmanların bu məsələyə səhlənkar yanaşmasının şahidi oluruq. Belə ki, onlardan bir çoxu istər İslama, istərsə də ayrı-ayrı müsəlman ümmətlərinə ziyan verən kafirlərə bacardıqları qədər şəfqətli, mehriiban davranaraq, öz din qardaş və bacilarını birbaşa olmasa da, dolayı yolla incidir, ən az həmin kafirlər kimi onlara əziyyət verirlər.
Ümid olunur ki, bu kiçik məqalə müsəlmanlar arasında sevgi və həmrəyliyin yaranması baxımından faydalı olacaqdır (inşaAllah).
DOSTLUQ VƏ DÜŞMƏNÇİLİK DEYƏNDƏ NƏ BAŞA DÜŞÜRÜK?
Dostluq- sevgidir, birinə qəlbən bağlanmaqdır. Heç bir əvəz gözləmədən, tərrəfini tutduğun insan "vəli" (vəla) adlanır. Başqa sözlə, dostluq birini özünə yaxın hiss etmək deməkdir. Dostluq və düşmənçilik bir-birnin əksi olan anlayışlardır.
Daha geniş mənada dosluğa belə bir tərif vermək olar. " Birini sevərək, ona uymaq əməllərdə tabe olmaq".
Qurani Kərimdə Uca Allah belə buyuru.
"Şeytanın hökmü yalnız ona itaət edib Allaha şərik qoşanlar üzərindədir! (İnsanların Allaha şərik qoşmalarının əsas səbəbi onların Şeytana itaət etmələri, Şeytanı özlərinə dost, havadar seçmələridir!) " (Quran, ən-Nəhl, 100)
Dostluq eyni zamanda " kömək etmək" mənasına da gəlir. Belə ki
"Allah sizə ancaq sizinlə din yolunda vuruşan, sizi yurdunuzdan çıxardan və çıxartmağa kömək edən kimsələrlə dostluq etmənizi qadağan edər. Onlarla dostluq edənlər əsl zalımlardır! " (Quran, Mumtəhinə, 9)
Düşmənçilik- birisini sevməmək, ona qarşı olmaq deməkdir. İntiqam almaq, zərər vermək üçün qəlbdə yerləşmiş bir hissdir, dostluq etmək anlayışının əksidir.
Redaktə edən: Humeyra, son redaktə tarixi: C. Dek. 03, 2004 9:32 am, cəmi 1 dəfə
Göndərilib: C. Dek. 03, 2004 3:04 pm İsmarış mətni:
-b-
İslamda Dost və Düşmən.
Dostluğun bünövrəsində sevgi, düşmənçiliyin bünövrəsində isə nifrət durur. Beləliklə, demək olar ki, yaxşılıq, yardım etmək, cihad,, hicrət və s. istər bədənə, istər qəlbə aid olan bütün əməllər dost və düşmən qavramını özündə əks etdirir.
Elə isə bilməliyik ki, Allah bizlərdən yalnız Onun rizası üçün müsəlmanları sevməyimizi, kafirlərə nifrət etməyimizi istəyir, bu Onun əmridir.
Dost və Düşmən anlayışının əhəmiyyəti.
İslamda dost və düşmən anlayışı xüsusi əhəmiyyət kəsb edir. Belə ki,
1. Bu "La ilaha illAlla" (Allahdan başqa ibadət ediləcək məbud yoxdur!) şəhadətinin bir hissəsidir.
2. Bu, imanın möhkəmliyinə dəlalət edir. Peyğməbər(s.ə.s.)"İmanın ən sağlam qulpu Allah rizası üçün sevib, Allah rizası üçün nifrət etməkdir." demişdir.(Əssilsilət`us Sahiha) 3.Bu, imanı tam mənasıyla hiss etməyə imkan verir. Peyğəmbər(s.ə.s)"Bu 3 xüsusiyyət kimdə olarsa, o imanln dadını alanlardandır. Allahı və sonra Rəsulunu hamıdan daha çox sevmək, başqasını Allah rizası üçün sevmək, Allah küfrdən qurtardıqdan sonra yenidən küfrə qayıtmaqdan oddan qorxan kmi qorxmaq." (Buxari, Müslim) 4. [/color]Dost-düşmən anlayşının tam mənasıyla müsəlmanda hiss olunası kamil imanın kamil nöqtəyə çatmasından xəbər verir. RəsuluLlah(s.ə.s.)"Kim Allah üçün sevib, Allah üçün nifrət edərsə, Allah üçün verib, Allah üçün qadağan qoyarsa, bu onun imanının kamilləşməyi deməkdir". (Buxari, Muslim) 5. Kim ki, Allahdan başqasını sevər, Onun dinindən başqa biir yol seçərsə, aləmlərin Rəbbi Allahı inkar etmiş, kafir olmuşdur. Çünki Allah belə buyurur:
"...Sizdən kim onlarla dostluq edərsə, o da onlardandır..." (Quran, Maidə, 51)
Daxil ol: C. Dek. 03, 2004 20:06 İsmarışlar: 75 Şəhər/ölkə: Azer
Göndərilib: B.e. Dek. 06, 2004 12:06 am İsmarış mətni:
Salam!
- Movuzdan yainma hali bas verdiyi ucun silinmisdir.. Bizim dinimizde bele bir termin ver "Tevella ve teberre" . Yeni Allahi sevenlerle dost Allah dushmenleri iel dushmen olmaq. Mene le qelir ki biz dost ve dushmene bu noqteyi nezerden baxmaliyiq. Bizim vezifemiz en azi odur ki Allahdan uzaq dushen dostlarimizi ve qohumlarimiz dine imana devet edek.
Quran bu barede buyurur:
(Mumteheme)
6. (Ey mö’minlər!) And olsun ki, onlar sizin üçün, Allaha və axirət gününə ümid bəsləyənlər üçün gözəl örnəkdir. Kim (kafirlərlə dostluq edib Allahın buyurduğundan) üz döndərsə (bunun zərəri ancaq onun özünə olar). Allah (heç nəyə) möhtac deyildir; O, tə’rifə (şükrə) layiqdir!
Allah hetta qeyri musalmanla dostluqa da ijaze veriri. Bu shertle ki o bizi dinimizden cixarmasin.
(mumtehehe)
8. Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etməz. Allah ədalətli olanları sevər!
Bes dushmenlerimiz kimdi: Bulardi:
(Mumtehene)
9. Allah sizə ancaq sizinlə din yolunda vuruşan, sizi yurdunuzdan çıxardan və çıxartmağa kömək edən kimsələrlə dostluq etmənizi qadağan edər. Onlarla dostluq edənlər əsl zalımlardır!
Ardi var!
- Movzudan yainma hali bas verdiyi ucun silinmisdir. _________________ De ki: Sizlerden butun bu risaletimin muqabilinde Ehli-beytime mehebbetden bashqa bir shey istemirem. (Shura-23)
Göndərilib: B.e. Dek. 06, 2004 10:30 am İsmarış mətni:
-b-
İnancda dost və düşmən.
Dostunun və düşməninin kim olmasını bilmək İslamda mühüm məsələlərdəndir, Kəlimeyi-Şəhadətin şərtlərindən biridir. Quranda bu barədə bildirilir.
"İnsanların içərisində Allahdan qeyrilərini (Allaha) şərik qoşub, onları Allahı sevən kimi sevənlər də vardır. Halbuki iman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir." (Quran, əl_Bəqəqrə, 165)
Rəsul(s)" Sizlərdən biri məni övladından, ata-anasından və bütün insanlardan daha çox sevmədikcə, iman gətirmiş olmaz." (Buxari, Muslim)
Həmçinin Rəsul(s)" Özünə mömindən başqasını dost tutma! Yeməyini dı hətta müttəqilərlə ye!" (Səhihul Cami)
Daxil ol: C. Dek. 03, 2004 20:06 İsmarışlar: 75 Şəhər/ölkə: Azer
Göndərilib: B.e. Dek. 06, 2004 10:41 am İsmarış mətni:
Salam!
Cox qozel sozlerdir! _________________ De ki: Sizlerden butun bu risaletimin muqabilinde Ehli-beytime mehebbetden bashqa bir shey istemirem. (Shura-23)
1. DostlarBunlar Allahın Kitabına və Rəsulullahın Sünnəsinə riaət edərək yaşayan müsəlmanlardır.
2. Bir yandan dost olan, digər yandan İslam əxlaqına uğun olmayan əməllərilə antipatiya hissi oyadan müsəlmanlar- Bunlar küfr etməsələr də, dinin vacib olan rüknlərini tərk edən, günah edən müsəlmanlardır. Belə müsəlmanların özlərinə yox, əməllərinə nifrət etmək gərəkdir. Özlərindən yox, əməllərindən uzaq olmaq, həmçinin onları düz yola gətirmək lazındır.
AbduLlah b. Hımar adında birisi içkili şəkildə gələrkən, səhabələrdən bəziləri ona lənət eləmişdilər. Amma bunu görən Rəsul(s)"Onu lənətləməyinş Çünki o, Allah və Rəsulunu sevir" deyərək, xəbərdarlıq etmişdi. (Buxari) 3. - DüşmənlərYəhudi, xrsitian yaxud məcusi (atəşpərəst) olan bütün müşrik və kafirlər bu qəbildəndirlər. Eyni zamanda bilə-bilə Allahdan başqasına dua edən, yalvaran, Allahdan başqasını özlərinə dost tutanlar da Allahın kamil dininə, İslama dil uzadanlar kimidirlər.
Salam! Mominlara! Ey kash bu yazi yerinde qalaydi!
Beli men de sizden teshekkur edirem ki en azu dost ve dushmenlerimizi tanimaqdan otru disskussiyaya yer ayirmisiniz.
Men dost ve dushmenlerimi Quran esasinda taniyiram.
Allah Ozu dost ve dushmenlerini Quanda aciq qeyd edib. Hetta tekidle dostlarini sevmeyi emr de edib.
O barade Maide suresinin 55-jin ayesinde buyurur:
1. "Sizin haminiz (dostlariniz) ancaq Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, (Allaha) namaz qılır və rükuda olduqları halda zəkat verirlər." (Bu qismeti Ali (a) haqqindas xususi isharedur)
2. Meninm ashaqidaki shuarim dostlarimi teyin etmeye kifayet eder. Man Allahim emrine itaet etmeliyem. Siz neje? _________________ De ki: Sizlerden butun bu risaletimin muqabilinde Ehli-beytime mehebbetden bashqa bir shey istemirem. (Shura-23)
Göndərilib: C. Dek. 10, 2004 2:18 pm İsmarış mətni:
-b-
Dostluğun şərtləri.
1. Hicrət- Küfr cəmiyyətindən İslam cəmiyyətinə yol almaq.
2. Canı, malı, nəfsi və diliylə müsəlmanlara kömək etmək, onların ümid və sevinclərinə, kədərlərinə şərik olmaq.
3. Özü üçün istədiyi xeyri yaxud uzaqlaşmaq istədiyi bəlaları din qardaş və bacıları üçün də istəmək, onlara lağ etməmək, əksinə onlarla sıx dostluq və qardaşlıq əlaqələri quraraq, tam mənası ilə İslam camaatı yaratmaq.
4. Xəstələrə ziyarət, cənazələrinin qaldırılması, mehriban davranmaq və bağışlanmalarını Allahdan istəmək və s. bu kimi haqları əda etmək.
5. Müsəlmanlar barədə xəbərçilik etməmək, onların sirr və günahlarını, xəbərlərini camaat arasında yaymamaq, yaxud düşmənlərə çatdırmamaq.
6. Müsəlman camaatında olmaq, ayrıseçkiliyə yol verməmək, təqva və xeyir ustundə bir-birinə kömək etmək, yaxşılığa dəvət edib, pislikdən çəkindirmək.
"Hər kəs özünə doğru yol aşkar olandan sonra Peyğəmbərdən üz döndərib mö’minlərdən qeyrisinin yoluna uyarsa, onun istədiyi (özünün yönəldiyi) yola yönəldər və Cəhənnəmə varid edərik. Ora necə də pis yerdir."
Daxil ol: C. Dek. 03, 2004 20:06 İsmarışlar: 75 Şəhər/ölkə: Azer
Göndərilib: B.e. Dek. 13, 2004 1:12 am İsmarış mətni:
Salam! Mominlere!
Quran buyurur:
Yaxşı əməl sahibi olun ozünü Allaha təslim edən, İbrahimin hənif millətinə (dininə) tabe olan şəxsdən din e’tibarilə daha gözəl kim ola bilər? Həqiqətən, Allah İbrahimi (Özünə) dost tutmuşdur! (Nisa-128)
Allah bizi pis dostlardan qorusun:
" O gün zalım (küfrə düşməklə özünə zülm edən peşmançılıqdan) əllərini çeynəyib deyəcəkdir: "Kaş ki, mən Peyğəmbər vasitəsilə (özümə) doğru bir yol turardım;
Vay halıma! Kaş filankəsi özümə dost etməyəydim; " (Furqan-28)
Teshekur! _________________ De ki: Sizlerden butun bu risaletimin muqabilinde Ehli-beytime mehebbetden bashqa bir shey istemirem. (Shura-23)
1. Şirk və kufr əhlinə, onların əməllərinə Allah rizası üçün nifrət etmək. İbrahim (ə.s.)in hər növ küfrə əsrlər əvvəlki hayqırışı da buna bənzəyir
"Mən sizin ibadət etdiklərinizdən (bütlərdən) tamamilə uzağam;
Yalnız məni yoxdan yaradan (Allahdan) başqa! Şübhəsiz ki, O məni doğru yola müvəffəq edəcəkdir!" (Quran, Zuxruf, 26-27)
2. Kafirləri sevməmək, onlarla dostluq etməmək. Uca Allah Quranda buyurur
".Ey iman gətirənlər! Nə mənim düşmənimi, nə də özünüzün düşmənini dost (vəli) tutun! ..." (Quran, Mumtəhinə, 1)
3.Hər hansı bir zərurət yaxud İslami qaydaları yerinə yetirmək imkanı yoxdursa, küfr camaatının məskənində yaşamamaq.
Rəsul(s) demişdir "Muşriər arasımda yaşayan müsəlmanlardan uzağam" (Səhihul cami, 146)
4. Muüsəlmanlara ziyan yetirən kafirlər nə əməllə, nə sözlə, nə qəlblə kömək etməmək, tərifləməmək.
5. Onların ölulərinə rəhmət diləməmək bağışlanmaqları üçün dua etməmək. Belə ki
"Müşriklərin cəhənnəmlik olduqları (müsəlmanlara) bəlli olduqdan sonra onlarla qohum olsalar belə, Peyğəmbərə və iman gətirənlərə onlar üçün bağışlanma diləmək yaraşmaz! " (Quran, Tövbə, 113)
6. Din adına, onlara xoş gəlmək üçün şirin söz söyləyib, yumşaq davranmamaq.
"(Müşriklər) istərdilər ki, sən onlara yumşaqlıq göstərəsən, onlar da sənə yumşaqlıq göstərsinlər! (Sən onların bütləri barəsində pis söz deməyəsən, onlar da sənə əziyyət verməsinlər və ya sən onların bütlərinə tapınasan, onlar da sənin Allahına ibadət etsinlər!) " (Quran, Qələm, 9)
Onların söhbət və məclislərini tərk etmək
"Zülm edənlərə (rəğbət bəsləməklə, kömək göstərməklə) meyl etməyin, yoxsa sizə atəş toxunar (cəhənnəmlik olarsınız). " (Quran, Hud 113)
7. Onların qanunlarıyla mühakimə edilməmək, Allah və Rəsulunu tərk edərək onların qanunlarına tabe olmaq
"...Allahın nazil etdiyi (kitab və şəriət) ilə hökm etməyənlər, əlbəttə, kafirdirlər!" (Quran, Maidə, 44)
Həmçinin
"(Ya Rəsulum!) Sənə nazil edilənə (Qur’ana) və səndən əvvəl nazil edilənlərə (Tövrata, İncilə) iman gətirdiklərini iddia edənləri (münafiqləri) görmürsənmi? Onlar Tağutun (Şeytanın) hüzurunda mühakimə olunmaq (Şeytanın məhkəməsinə müraciət etmək) istəyirlər. Halbuki onlara (Şeytana) inanmamaları əmr olunmuşdur. Şeytan isə onları (doğru yoldan) çox uzaq olan zəlalətə sürükləmək istər" (Quran, Nisa, 60)
8. Kafirlərin əmrlərinə itaət etməmək.
"Ey iman gətirənlər! Əgər kafirlərə itaət edəcək olsanız, onlar sizi geri (öz dinlərinə) döndərər və siz də zərər çəkmiş halda geri dönərsiniz. " (Quran, aliİmran, 149)
9. Salam verərkən ilk başlayan olmamaq
Peyğəmbər(s) buyurmuşdur" Yəhudi və xristyanlara ilk salam verən siz olmayın. İçlərindən biriylə yolda qarşılaşsanız, yolun dar tərəfindən qoyun, o keçsin." Muslim.
10. Dini və dünyəvi məsələlərdə ( nə dini simvollarda, nə yeməkdə, nə geyməkdə, içməkdə, adətlərdə və s.) onlara uymamaq, onlara bənzəməmək.
Rəsul (s)" Kim hansı qövmə özünü bənzədərsə, onlardandır" (abuDavud, səhihdir)
11. Onların toy və bayramlarında iştirak etməmək, bayramlarını təbrik etməmək
Bəzi alimlər aşağıdakı ayədəki "yalan yerə" sözündə məqsədin kafirlərin bayramlarına qatılmaq olduğunu vurğulayırlar.
"O kəslər ki, yalan yerə şahidlik etməz, faydasız bir şeylə rastlaşdıqları (lağlağı bir söhbət eşitdikləri) zaman onlardan üz çevirib vüqarla keçər (özünü ləyaqətlə aparıb onlara əhəmiyyət verməz); " (Quran, Furqan, 72)
Daxil ol: Ş. Yan. 31, 2004 01:55 İsmarışlar: 357 Şəhər/ölkə: Bakı, Azərbaycan
Göndərilib: C.a. Dek. 16, 2004 11:50 am İsmarış mətni:
-b-
Çox gözəl və aktual bir mövzudur.
Rəşidi xəlifə Əli bin əbu Talib (Allah ondan razı olsun) deyib ki;
"Dost olanda elə dost ol ki, bir gün düşmən ola bilərsən, düşmən olanda elə düşmən ol ki, bir gün dost ola bilrəsən".
Bir sözlə heç vaxt bu mövzuda körpüləri yandırmamaq lazımdır.
Allah xatirinə biri ilə dost olmalı, Allah xatirinə də birisi ilə düşmən olmaq lazımdır.
Şəxsi mənafelər üçün qurulan dostluqlar və ya bu minvalla düşmən olanların axırı haqqında çoxları yaxşı bilir.
Çalışaq belələrindən olmayaq. _________________ İbrət naqis başlanğıcda deyil, kamil sonluqdadır!!!
1. Həm zahirən, həm də daxilən (açıq və gizli şəkildə) kafirlərə bənzəmək. Bu hal icmanın rəyinə görə insanı İslamdan çıxarır, başqa sözlə küfrdür.
2. Yalnız batində (gizli şəkildə) kafirlərə bənzəmək. Bu da küfrdür, belələri münafiqlərdəndir. Lakin onu da qeyd etmək gərəkdir ki, Allahdan başqa heç kəs insanlarının qəlbindəkini bilmir. Odur ki, kimisə əməliylə, sözüylə bunu göstərməyuncəyə qədər münafiq, kafir elan etmək olmaz
3. Yalnız zahirdə kafirlərə bənzəmək. Bu 2 halda ola bilər:
a) Mücərrəd bir təhdid olmamaq şərtilə. Məsələn, döyülmək, işgəncə verilmək və s. Belələrini təkfir etmək (kafir elan etmək) olmaz. Belə ki Uca Allah Quranda buyurur:
"Qəlbi imanla sabit olduğu halda (küfr sözünü deməyə) məcbur edilən (dil ilə deyib ürəyində onu təsdiq etməyən) şəxs istisna olmaqla, hər kəs iman gətirdikdən sonra küfr etsə (onu ağır təhlükə gözləyir)..." (Quran, Nəhl, 106)
b) Mal, mülk, vəzifəyə olan sevgiylə əlaqədar kafirlərə uymaq. Belələri haqqında 2 rəy vardır:
1) Aşağıdakı ayəyə əsasən belə insanları kafir elan etmək:
"Bu (əzab) ona görədir ki, onlar dünyanı (fani dünya malını) axirətdən (axirət ne’mətlərindən) üstün tutarlar. Allah kafirləri doğru yola salmaz! " (Quran, Nəhl, 107)
2) Kafir deyil, sadəcə böyük günahkar olduğunu elan etmək.
İkinci rəy daha üstündür. Belə ki:
a)Batini (içi) İslamdır
b)Dünya malına tamahkarlıq və hərislik fasqlərin xüsusiyyətidir
c)Göstərilən ayə müsəlamanlar haqqında deyil, kafirlər haqqındadır.
Göndərilib: B.e. Dek. 20, 2004 2:41 pm İsmarış mətni:
-b-
AsSalamu alaikum.
Yeri gəlmişkən.
Kafirlərə olan düşmənçiliyimiz onlarla pis rəftar edəcəyimiz, pis sözlər söyləycəyimiz mənasına gəlmir. Belə ki:
"Əgər (ata-anan) bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, (bu işdə) onlara itaət etmə. (Qalan) dünya işlərində onlarla gözəl keçin (onlara itaət et)..." (Quran, Loğman, 15)
Bu ayəyə əsasən müsəlman kafir yaxud müşrik olmasından asılı olmayraq, ata-anası, qohum-əqrəbası ilə gözəl rəftar etməlidir. Müsəlman nəinki yaxınlarıyla, hətta müharibə olmadığı təqdirdə hamı ilə gözəl münasibətdə olmalıdır. Bu Şəriət baxımından müsəlmanın vəzifəsidir.
Nəticə olaraq, hər bir müsəlmana istər varlığı, istər şəxsyyəti, istər xarici görünüşü, istərsə də daxilən kafirlərə bənzəməməyi tövsiyyə ediirk. Bilin ki, müsəlman adını daşımaq ən böyük şərəfdir
Belə olduğu halda bütün qardaş və bacılarımızı belə mühüm bir məsələdə Quran və Sünnə ölçülərinə bağlanmağa və Allahın ipinə möhkəmcə sarılmağa dəvət edirik. Kafirlərl dəvət və İslamın təbliği istisna olmaqla dostluq, qardaşlıq bağları qurmaq məsələsində Allahdan qorxmağa cağırır və Allahdan hamımızı buna nail etməyi diləyirik. Şübhəsiz ki, qurtuluş yalnız Allaha qul olmaqdadır. Şeytan və onun yoldaşlarının hiylələri mömin üçün zəifdir. Əziz və Hakim Allahdır
Göndərilib: B. Mar. 20, 2005 12:04 pm İsmarış mətni:
Hidayete tabe olanlara salam aleykum.Oncelikle cox sagol deyirem ki bu cur gozel movzuya toxunmusunuz.Movzunu bashdan oxudugum zaman men de bu haqda bezi sheyler yzmaq istedim.Amma sona qeder baxdiqda gordum ki kifayet qeder aciqlama getirmisiz..Heqiqetende gunumuzde LE ILHE ILLELLAHIN pozulan shertlerinden de biri budur.Teessuflenerek onu da qeyd etmek isteyirem ki bezi bu movzudan tamamiyla uzaqdirlar.bir de ki bashqa bir problemde var ki bu sheyleri bilenlerin coxu da bu heyatlarinda tetbiq etmirler.Misal olaraq:bu menim Atamdir ve ya Anamdir ve ya dostumdur Men onlara nece dushmen cilik ede bilerem.O insanlara Allahin bu ayelerini xatirladim. “Ey iman gətirənlər! Əgər atalarınız və qardaşlarınız küfrü imandan üstün tuturlarsa, onları özünüzə dost bilməyin.Sizdən onları dost tutanlar özlərinə zülm etmiş olarlar.De: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, övrətləriniz, qəbiləniz, qazandığınız mallar, kasad olmasından qorxduğunuz ticarət, xoşunuza gələn məskənlər sizə Allahdan, Onun Peyğəmbərindən və Allah yolunda cihaddan daha əzizdirsə, Allahın əmri gəlincəyə qədər gözləyin.Allah fasiqləri doğru yola yönəltməz!” Tovbə:9/23-24.Yeni demeyin odur ki kimliyinden asili olmayaraq Allahin kafir dediyi insana kafir Muselman deiyi insana da muselman hokmu vermemiz lazimdir.Amma cox teessufler olsun ki bu cur muselmanlar cox azdir.Yeni allahin dinini heqiqi menada yashayanlar cox azdir.Ele Forumdakilarinda bu movzu ile maraqlanmamalari da menim dediklerime de lelil ola biler.Bashqa movzulara girdiyinde gorursen hami cavb yazir.amma eqide ile bagli movzulara baxirsan 1 2 ve ya 3 nefer.Men Admnistratordan da xaish ederdimki bu cur eqide ile bagli movzular olduqda forum ishtirakcilarini movzuya teshviq etsin.
Bu cur hallara butun ISLAMi forumlarda rast gelinir.Baxirsan fikhi meselelere maraq gosterirler amma TOVHID-den danishdin uzaqlashirlar.Bu da sheytanin metodlarindan biridir."elhemdulillah muselmanam namaz qiliram oruc tuturam bashqa ne edim." Bu cur sozlerle ozlerini aldadirlar.guman edirem ki bu cur movzulara cox yer ayiracagiq.Allah tovhid ehline komek olsun.Allah tovhid ehlinin ibadetlerini qebul etsin.Allah islama qarshi savashanlari zelil etsin AMIN
Göndərilib: B. Mar. 20, 2005 12:23 pm İsmarış mətni:
Hidayete tabe olanlara salam aleykum. Bir de ki shef 2004 bu ayeni getirib."Sizin haminiz (dostlariniz) ancaq Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, (Allaha) namaz qılır və rükuda olduqları halda zəkat verirlər." (Bu qismeti Ali (a) haqqindas xususi isharedur) ve ozunde sherh verib.
Qardashlar bu cur hallara da fikir verin.
Men ondan sorushuram o hansi ayedir.nomresini ayzsin bizde bilek.
Men bildiyime gore Ali ile bagli hec bir aye nazil olmayib.O ayedeki
"ruku ederler" sozunu tehrif edirler.Deyirler "ruku halinda zekat vererler" yalandir.Quranda o ayeye diqqetle bax ayede o cur kecmir.
Qardashlar sizdende xaish edirem bu cur hallara fikir verin mudaxile edin.Biz susuruq onlarda ele bilirler haqlidirlar.Onlarin sapitmasina biz de sebeb ola biloerik.Haqqi gizletmek lazim deyil.Salam aleykum[/list][/list][/code][/quote][/u][/i]
Göndərilib: B. Mar. 20, 2005 12:41 pm İsmarış mətni:
Yahudi va xristian dusman deyil! Onlar kitab ahlidirlar! Siz dinlararasi dusmancilik yayirsiniz. Musalaman onlarla dost olanda onlar musalmani oz dinlarina cakirlar? Hamin musalmanin dini o qadar zaifdir ki, onlar onu cakirlar? Axi musalman da onlarla dostdur, calissin onlari islama caksin, yoxsa bu ona catinlik toradir? Bas niya yahudi va xristian dostlara bu catinlik toratmir?! Amma musalman dusmanlik va dis qicitmaq ila deyil, dostluqla onlari calb etsa, inanin ki, islamda sevgi va dostlugun na qadar cox oldugunu gorub tadrican islami qabul edacaklar. Daha musalmanlari aqressiv bir obraz kimi tanimayacaqlar. Balka sinayasiniz? _________________ Dinindan va millatindan asili olmayaraq haminin arxadasliq va barisiq icinda yasamasini istayan ilkin Husein. Allaha inam hamida daha da saflassin va shirklardan uzaq olsun! Allahin salami uzariniza olsun! Amin.
Göndərilib: B. Mar. 20, 2005 7:08 pm İsmarış mətni:
Hidayete tabe olanlara salam aleykum/Ilkin bu yazdiqlarin sadece senin shexsi fikirlerindir.Islam dini de shexsi
fikirlerle bahsa dushulmur.Sen deyirsen ki onlari devet etmek ucun yumshaq davranmaq lazimdir.Beli bu beledir.Amma onlai dost tutmaq onlara veli huququ vermek kufrdur.bunu eden adam kafir olur .Indi men sene qurandan ve sunnetden deliller yazacam.Kafir ve Müşriklere Benzemekten Meneden Deliller
“Ey iman gətirənlər!Möminləri qoyub kafirləri dost tutmayın!...” Nisa:4/144
“Onların bir çoxunun kafirlərlə dostluq etdiyini görürsən.Gör nəfslərinin əvvəlcədən onlar üçünhazırladığı şey necə pisdir ki, Allahın onlara qəzəbi tutmuşdur.Onlar əbədi əzaba düçar olanlardır.Əgər onlar Allaha, Peyğəmbərə və ona nazil olana inansaydılar onları özlərinə dost tutmazdılar.Lakin onların çoxu itaətdən çıxmış fasiqlərdirlər.” Maidə:5/81-82
Şexulislam İbni Teymiyyə belə deyir:
“ Allah özünə, Rəsuluna və ona endirilənə imanı; kafirləri vəli və dost tutmamağa bağlayır.Onların vəli tutulması halında isə insanın imandan çıxacağını xəbər verir.İmanın varlığı biləvasitə şərtlərin varlığına bağlıdır.Şərtlər yerinə yetirilmədiyində isə iman yoxdur.Bir kimsə kafirlərə dostluq göstərirsə, onun imanı yoxdur. Əgər imanı olsaydı kafirləri dost tutmazdı.”
“Ey iman gətirənlər!Yəhudə və xaçpərəstləri dost tutmayın!Onlar bir-birinin dostudurlar.Sizdən kim onlarla dostluq edərsə, o da onlardandır.Allah zalım tayfanı düz yola yönəltməz! Ona görə də qəlblərində mərəz olanları onların içində vurnuxan və: “Bizə bir fəlakət üz verməsindən qorxuruq”, -deyən görərsən.Amma, ola bilsin ki, Allah bir zəfər gətirsin və Öz tərəfindən elə bir iş qursun ki, onlar ürəklərində gizlətdiklərindən peşman olsunlar.”Maidə:5/51-52
Allah möminləri, Yəhudi və xaçpərəstləri dost tutmaqdan çəkindirir.Kim onları vəli tutarsa, o da onlardandır, yəni Yəhudi və xaçpərəstdir.
İbni Sirindən belə rəvayət edilmişdir.
“Abdullah b. Utbə belə dedi:
“Hər biriniz bilmədən belə Yəhudi və xaçpərəst olamqdan çəkinsin.” Biz onun Maidə surəsi 51-ci ayəni qəsd etdiyini anladıq.İbni Əbu Hatim
Dolayısıyla müşrikləri vəli tutan müşrik, kafirləri vəli tutan da kafirdir.İstər Əhli kitabdan olsun istər olmasın.
Kafirlerin de isteyini Allah bele xeber verir.
" Sen Yehudi ve Xacperestlerin dinine tabe olmayinca onlar senden qetiyyen razi qalamayacaqdir" Beqere 2/120
İbni Abbas Al-i İmran Suresinin 118 ve 119. ayetlerini bu şekilde aciqlamıştır:
"Bir qrup müslümanlar, aralarındaki cahiliye dönemine aid münasebet ve anlaşmalar sebebiyle yahudilere qonaq gidip gelir, onlarla gorushurduler. Ve Allah (c.c.) bu ayeleri indirerek, müslümanların arasına fitne soxabileceklerinden, onlarla dostluq kurmagı qadagan etdi. Bundan sonra onlarla sadece münafıklar dostluklarına devam ettiler." (İbni Ebu Hatim)
Ebu Hureyre (r.a.)'den Rasulullah (s.a.v.) bele buyurdu:
"Kişi, dostunun dini üzredir. Kiminle dostluk ettiğinize dikket edin." (Ebu Davud Edeb: 4883, Tirmizi: 45. Ahmed: 2/303 - 334. Hakim 4/171.)
Rasulullah (s.a.v.) bele buyuruyor:
"İmanın en sağlam qulpu, Allah uçin sevmek ve Allah uçin buğzetmektir." (Ahmed: 4/286, Taberani, Beğavi Şerhü's-sünne,Ebu Davud et-Tayalisi, İbni Ebu Şeybe, Elbani Ahadisu's-sahiha Mecmau'z-zevaid 1689-90
Ilkin sene de tovsiye ederdimki bu deliller uzerinde dushunesen.
cun ki Yehudi ve Xristiyanlarla dostlugu biz insanlar yox Allah ve Resulu qadagan edir.Ve bunu edenin shiddetli ezab goreceyini bidirirler.
Bu movzu ile bagli bashqa sualin olsa memnuniyyetle cavab vermeye haziram
hidayete tabe olanlara salam aleykum.
Göndərilib: B. Mar. 20, 2005 7:29 pm İsmarış mətni:
ilkin mən bu formda ilk dəfədir ki, iştirak edirəm.Senin missionerlikle bağlı cavabına da baxdım. ve cox təəssüf etdim.Senin orda yazdığın bunlardır.
Agar xristian deyirsa ki, islam tahluka yaradir, o axmaqdir va basi bos qazana banzayir ki, danqiltisi var, ici bosdur. Agar musalman deyirsa ki, xristianliq tahluka yaradir, o da hamin o axmaq xrist ...
Görğrəm ki sen hele esl İSLAM nedir hele başa dğşməmisən.Əgər başa dğşsəydin bu cür danışmazdın.
Xristiyanlara nifret etmek onlara buğz etmək onlardan uzaq durmaq insanın imanının kamilliyindendir.
Sene gedib tövbə etməyini məsləhət görürəm.cox təhlükəli danışırsan.Allahdan qorx ve tövbə et.Ve bir de calış coxlu quran oxu Əqidə kitabları oxu.Görunur Dini kitablar az oxuyursan.cğnki yazdiqlarıvın hamisi delilsizdir.Şexsi fikirlərindir.
Bil ki Allahın düşməni sənin də düşmənindir
Göndərilib: Ç.a. Mar. 22, 2005 3:35 pm İsmarış mətni:
FIkimca siz islami duzgun anlamamisiniz, cunki man tam demokratik dini muhitda boyumusam, Quran, Bibliya va etika qaydalari ila tarbiya almisam. Agar siz dusunursunuz ki, o xristian duz edir ki, islami tahluka sayir, ozunuz bilin. islam yeni din olan zaman digar kitab ahli tabii ki, islamda subhalanirdi. Mahammad peygambar onlari dina davat etdikca onlar imtina edirdilar va naticada Qurandan gostardiyiniz ayeler nazil oldular. Cunki, onlar peygambari bezdirmisdilar. Buna benzer hadise isa peygambarin basina da gelmisdir, yahudiler onu qabul etmirdilar. Agar siz onlari dusman sayirsinizsa, buyurun, dusun kucalara, kilsalara, sinaqoqlara va tapdiginiz har qeyri musalmani oldurun! "Muqaddas" muhariba aparin! Amma onca Quranin Baqara suresinin 62ci ayesini oxuyun. isteyirsiniz size bir neca aye de yazim, inda Quran kitabi yanimda olmadigimdan aglimdan yazsam, qorxuram ki, tam daqiqliyi ila yazmayim, amma bir neca guna soz veriram. _________________ Dinindan va millatindan asili olmayaraq haminin arxadasliq va barisiq icinda yasamasini istayan ilkin Husein. Allaha inam hamida daha da saflassin va shirklardan uzaq olsun! Allahin salami uzariniza olsun! Amin.
Göndərilib: Ç.a. Mar. 22, 2005 3:39 pm İsmarış mətni:
FIkimca siz islami duzgun anlamamisiniz, cunki man tam demokratik dini muhitda boyumusam, Quran, Bibliya va etika qaydalari ila tarbiya almisam. Agar siz dusunursunuz ki, o xristian duz edir ki, islami tahluka sayir, ozunuz bilin. islam yeni din olan zaman digar kitab ahli tabii ki, islamda subhalanirdi. Mahammad peygambar onlari dina davat etdikca onlar imtina edirdilar va naticada Qurandan gostardiyiniz ayeler nazil oldular. Cunki, onlar peygambari bezdirmisdilar. Buna benzer hadise isa peygambarin basina da gelmisdir, yahudiler onu qabul etmirdilar. Agar siz onlari dusman sayirsinizsa, buyurun, dusun kucalara, kilsalara, sinaqoqlara va tapdiginiz har qeyri musalmani oldurun! "Muqaddas" muhariba aparin! Amma onca Quranin Baqara suresinin 62ci ayesini oxuyun. isteyirsiniz size bir neca aye de yazim, inda Quran kitabi yanimda olmadigimdan aglimdan yazsam, qorxuram ki, tam daqiqliyi ila yazmayim, amma bir neca guna soz veriram. _________________ Dinindan va millatindan asili olmayaraq haminin arxadasliq va barisiq icinda yasamasini istayan ilkin Husein. Allaha inam hamida daha da saflassin va shirklardan uzaq olsun! Allahin salami uzariniza olsun! Amin.
Bu forumda yeni mövzu aça bilməzsiniz. Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz. Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz. Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz. Bu forumdakı sorğularda səs verə bilməzsiniz.