| Əvvəlki mövzu :: Sonrakı mövzu |
| Müəllif |
İsmarış |
Humeyra idarəçi
.jpg)
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1221
|
Göndərilib: Ç.a. Mar. 27, 2007 4:27 pm İsmarış mətni: Dəvətçinin vəsfi – Salih ibn Muhəmməd əl-Əsməri |
|
|
İslam dininə dəvətdə uğur qazananaların vəsfləri
Salih ibn Muhəmməd əl-Əsməri
Müqəddimə.
Sonsuz tərif yalnız Allaha məxsusdur. Biz Ona həmd edir və yalnız Ondan yardım diləyirik. Etdiyimiz pis əməllərə yönəlməsindən v pis əməllərmizdən meydana gələn təhlükələrdən Ona sığınırıq. Allah doğru yolu kimə göstrirsə, artıq onu bu yoldan heç kim azdıra bilməz və kimi də azdırarsa, heç kim ona doğru yolu göstərə bilməz. Allahdan başqa heç bir haqq məbudun olmadığına, Onun Bir və Tək olduğuna, heç bir bənzəri və şəriki olmadığına və Muhəmmədin Onun qulu və elçisi olduğuna da şahidlik edirəm. Salamların ən gözəli Peyğəmbərin, onun əhli-beytinin və səhabələrin üzərinə olsun!
Allah Qurani Kərimdə belə buyurur:
“Ey iman gətirənlər! Allahdan layiqincə qorxun. Yalnız müsəlman olduğunuz halda (müsəlman kimi) ölün! “
(Quran, Ali İmran, 102)
“Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun! (Adı ilə) bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən həzər edin! Şübhəsiz ki, Allah sizin üzərinizdə gözətçidir! “
(Quran, Nisa, 1)
"Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin!
(Əgər belə etsəniz, Allah) əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə (Cənnətə) nail olar. "
(Quran, Əzhab, 70-71)
Əlinizdə olan bu kitab, Allaha dəvət mövzusunu əhatə edən qısa bir tədqiqatın məhsuludur. Bu kitabla mən dəvət edən qardaşlarımın arasına qatılmaq və dəvət yoluna kömək etmək istədim. Kitabı qələmə almağımın məqsədi, dəvət vəzifəsini yerinə yetirən dəvətçilərə yardım edərəcək, onları Allahın iznilə bu dəvətlərində uğur qazandıracaq bəzi əsas xüsusiyyətləri hərtərəfli şəkildə onların istifadəsinə verməkdir. Çünki dəvət Allahın, Muhəmmədin (səllallahu aleyhi və səlləm) ümmətinə əmr etdiyi böyük və məsuliyyəti ağır olan bir vəzifədir.
Allahdan bu kitabın məqsədinə çatmasını, dəvətçilərin ondan istənilən ölçüdə faydalanmasını və yalnız Onun rizasına uyğun bir tədqiqat məhsulu etməsini diləyirəm. O bizim tək Vəkilimizdir, o nə gözəl Vəkildir.
Salih ibn Muhəmməd əl-Əsməri
_________________
İnsanları zikr etməkdənsə, Allahı zikr edin. |
|
| Əvvələ qayıt |
|
 |
Humeyra idarəçi
.jpg)
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1221
|
Göndərilib: C. Mar. 30, 2007 4:55 pm İsmarış mətni: |
|
|
İSLAMI TƏBLİG ETMƏYİN ƏHƏMİYYƏTİ.
İslam dinini başqalarına çatdırmaq iki yöndən əhəmiyətlidir:
1. Dəvət edilənlər.
İnsanların mənfəət və islahı üçün dəvət vəzifəsini yerinə yetirmək və bunu davam etdirmək labüddür. Allahdan gələn bəyanət və dəvəti qəbul etmək insanların fitrətindəndir. Buna görə Allah bizə əmr və qadağalarla insan oğluna məsuliyyət vermişdir. Bu məsuliyyəti qəbul edənlərə də, onu başqa insanlara təblig və onları Allahın dininə dəvət etmək vəzifəsini vermişdir. Allah rəhmətinin bir əsəri olaraq insanları, əxlaqi və vərdişləri dəyişdirmək qabiliyyəti ilə yaratmışdır. Bunun əm bariz nümunəsi Allahın dini əmr və qadağalar qoyması, Peyğəmbərlər gndərməsi və bəzi insanların peyğəmbərlərin dəvətini qəbul etməsidir. İnsanların Allahın dinindən uzaq düşməmələri, qəflət içində olmamaları, sərhədsiz arzu və istəklərinə bağlanmamaları, insanları düz yoldan azdırmaq üçün fürsət axtaran şeytana və batil düşüncələrə çağıran şəxslərə uymamaları üçün İslama dəvət və təbliğin davam etməsi vacibdir.
Şeyx Muhəmməd əl Xıdır Hüseyn, dəvətin əhmiyyətinə diqqət çəkərək, bunları deyir:" Yaşadığımız bu əsrdə bir çox batil düşüncə sahibi insanların, digər cəmiyyətlərdə bənzəri olmayan bir çox təbliğat üsullarına sahib olduqlarını unutmaq! Bir çox yerdə açılan klublar, nəşr olunan qəzet və jurnallar, quruln dərnək və vəqflər (xeyriyyə cəmiyyətləri), xərclənən pullar və istifadə olunan mövqe və məqamlar bu təbliğat vasitələrindın yalnız bəzisidir. Cəmiyyətdə rastlanan inkar və azğınlıqların deyil, cəhalət və qabağı görməməkdən qaynaqlanan bəzi batil düşüncəli qruplar da vardır. Bu qruplar dini həqiqətlərin yanına dilə heç bir zaman bir araya gəlməyən bəzi düşüncələr ortaya qoyurlar". (Muhəmməd əl-Xıdır Huseyn, "əd-Davətul ilə`l-İslah", səh. 9, Dr. Əhməd Ğalluş "əd-Dəvətul İslamiyyə" səh. 231) Bu vəziyyət İslama dəvət vəzifəsinin necə mühüm olduğunu ortaya çıxararaq, bu mövzuda ediləcək tədqiqatların ən üstün və ən fəzilətli işlər olduğunu göstərir.
ARDI VAR İNŞAALLAH... _________________
İnsanları zikr etməkdənsə, Allahı zikr edin. |
|
| Əvvələ qayıt |
|
 |
Humeyra idarəçi
.jpg)
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1221
|
Göndərilib: B.e. Apr. 02, 2007 5:34 pm İsmarış mətni: |
|
|
2. Dəvət və insanların ona olan ehtiyacı.
Dəvət, niyyətli bir hərəkətdir. Buna görə də dünyanın hər trəfinə çatdırılması labüddür. Dəvət insanların Allah qatında yeganə din olan İslamı eşitmələrini və qəbul etmələrini asanlaşdırmaq üçün edilir. Allah, Qurani Kərimin bir çox yerində müsəlmanlara, İslama dəvət etməyi və bu dinin dünyanın dörd bir tərəfinə yayılması üçün çalışmaqlarını əmr etmişdir. Biz burda dəvəti əmr edən ayələrdən yalnız bəzikərini zikr etməklə kifayətlənəcəyik:
" Həqiqətən, Allaha iman gətirənlər, (Məkkədən Mədinəyə) köçüb gələn və Allah yolunda cihad edən kimsələr Allahın mərhəmətinə ümidvardırlar. Allah bağışlayandır, rəhm edəndir!"
(Quran, Bəqərə, 218)
"Zərər çəkmədən (üzrsüz səbəbə görə evlərində) əyləşən möminlərlə Allah yolunda öz malları və canları ilə cihad edən (vuruşan) kimsələr bir olmazlar. Allah malları və canları ilə vuruşanları (evlərində) əyləşənlərdən (cihada getməyənlərdən) dərəcə etibarilə üstün tutdu. Allah bunların hamısına (hər ikisinə savab) vəd etmişdir. (Lakin) Allah mücahidlərə (evlərində) oturanlardan daha böyük mükafatlarla imtiyaz vermişdir.
(Onları) Allah tərəfindən yüksək dərəcələr, bağışlanma və mərhəmət gözləyir. Allah bağışlayandır, rəhm edəndir. "
(Quran, Nisa, 95-96)
" (Ehtiyac olmadıqda) möminlərin hamısı birdən (cihada, döyüşə) çıxmamalıdır. Barı, hər tayfadan bir dəstə (elm öyrənmək, sonra da onu dindaşlarına öyrətmək üçün) qalsın ki, camaatı (döyüşdən) qayıtdığı zaman onları (Allahın əzabı ilə) qorxutsun. Bəlkə, onlar (əldə etdikləri biliklər sayəsində yaramaz işlərdən, nalayiq hərəkətlərdən) çəkinsinlər!"
(Quran, Tövbə, 122)
Dr. Əhməd Ğalluş deyir ki: "Şeyx Əli Məhfuz belə dedi:"Xəstəliklər bir bədənə daxil olduqda, o bədənin gözəlliyini yox edərlər. Hətta bir çox halda xəstəlik xroniki və ağır bir hal almadan, lazımlı dərmanlar istifadə olunmadığında, bədənlərin ölümünə səbəb olur. Qəlblər də təmamilə eynidir. Mənəvi xəstəliklər qəlbin nurunu söndürür, hətta ölümünə də səbəb olurlar. Bu halda ölü qəlb sahibi, doğru yoldan uzaqlaşır, zəlalət içində boğulur. Nəfsin bəyəndiyi şəhvətlərin, arxasınca gedir, Allahın əmr və qadağalarına baxmadan, heç bir pis əməli etməkdən çəkinməz" Qəlblərin xəstələnməsinə və ölümünə səbəb olan da, sərhəd tanımayan bu cür davranış və hərəkətlərdir. Bu xəstəliklərin, təmiz İslamın qaydalarından başqa dərmanı və çarəsi yoxdur. Ancaq elmli xütbə və moizələrdə əldə edilən bu dərmanlar mənəvi xəstəlikləri yox edə bilər" (Əli Məhfuz, "Hidayətul Murşidin", səh. 69-70, Dr. Əhməd Ğalluş, "əd-Davətu-l-İslamiyyə", səh. 232)İslama dəvət vəzifəsini yerinə etirməyin əhəmiyyəti burda bariz bir şəkildə ortaya çıxmaqdadır. Bua görə də fitnə və fəsadla dolu bu dünyada yaşaya insanların, məsuliyyətlərinin fərqində olan və vəzifələtinin vacibliyini başa düşmüş səmimi dəvətçilərə ehtiyacları vardır.
ARDI VAR İNŞAALLAH... _________________
İnsanları zikr etməkdənsə, Allahı zikr edin. |
|
| Əvvələ qayıt |
|
 |
Humeyra idarəçi
.jpg)
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1221
|
Göndərilib: Ç.a. Apr. 10, 2007 5:05 pm İsmarış mətni: |
|
|
DƏVƏTÇİLƏRİ DƏVƏT VƏZİFƏSİNİ YERİNƏ YETİRMƏYƏ YÖNƏLDƏN SƏBƏBLƏR.
Dəvətin əhəmiyyətini bildirən və insanların dəvətə ehtiyac duyduqlarını açıqlayan bu qısa girişin ardından indi də dəvətçini, dəvət vəzifəsini yerinə yetirməyə və Allahın dinini insanlara təbliğ etməyə həvəsləndirən səbəbləri açıqlamağa çalışacağam. Bu səbəblərdən bəziləri bunlardır:
1- Yaxşılığı əmr edib, pis əməllərdən çəkindirmək vəzifəsini yerinə yetirmək.
Allah İslam ümmətinin üstünlüyünü, yaxşılığı əmr edib, pis əməllərdən çəkindirmə xüsusiyyətinə bağışlamış və belə buyurmuşdur:
"(Ey müsəlmanlar!" Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz (onlara) yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha inanırsınız..."
(Quran, Ali İmran, 110)
Allah digər bir ayədə gizli söhbətlərdə yaxşılığı əmr etməyin günah olmadığını bizə bildirir və belə buyurur:
"Onların gizli söhbətlərinin çoxunda xeyir yoxdur. Xeyri ancaq sədəqə verməyi, yaxud yaxşılıq etməyi və ya insanlar arasında sülh yaratmağı əmr edən kimsənin söhbətindədir. Allahın razılığını qazanmaq üçün belə işlər görən kimsəyə (Axirətdə) böyük mükafat verəcəyik!"
(Quran, Nisa, 114)
Bir başqa ayədə isə Allaha dəvət edəndən daha gözəl söz sahibi olmadığını bizə xəbər verir:
"(Xalqı) Allaha tərəf çağıran, yaxşı iş görən və "Mən müsəlmanlardanam!" deyən kəsdən daha gözəl danışan kim ola bilər?!"
(Quran, Fusillət, 33)
ARDI VAR İNŞAALLAH... _________________
İnsanları zikr etməkdənsə, Allahı zikr edin. |
|
| Əvvələ qayıt |
|
 |
Humeyra idarəçi
.jpg)
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1221
|
Göndərilib: Çər. Apr. 11, 2007 3:39 pm İsmarış mətni: |
|
|
. . .
Qurani Kərimdə dəvətin əhəmiyyətini bildirən, buna bənzər bir çox ayə vardır. Peyğəmbərin (səllallahu aleyhi və səlləm) hədislərində də bu mövzuya tez-tez rast gəlirik. Bu hədislərdən yalnız bir neçəsini misal olaraq, zikr etməklə kifayətlənəcəyik.
Abdullah ibn Məsuddan (Allah ondan razı olsun) rəvayət edilən bir hədisdə Peyğəmbər (səllallahu aleyhi və səlləm) belə buyurur:
"Allah məndən bir söz eşidib onu əzbərləyən və yaxı qavrayıb başqasına çatdıran qulun üzünü ağ etsin. Bir çox söz çatdıran insanlar vardır ki, çatdırdığı sözün tam mənasını bilməz. Bir çox söz çatdıran isə sözü özündən daha dərin elmli bir kimsəyə nəql edər."
Yenə də Abdullah ibn Məsuddan (Allah ondan razı olsun) rəvayət edilən başqa bir hədisdə Peyğəmbər (səllallahu aleyhi və səlləm) belə buyurmuşdur:
"Bizdən bir şey eşidib onu eşitdiyi kimi başqasına çatdıran insanın Allah üzünü ağ etsin. Sözün çatdığı bir çox insan vardır ki, o sözü eşidəndən daha yaxşı anlayır."
Tirmizi, Əbu Davud, İbn Macə, İbn Hibban, əl-Hakim
Əbu Hureyrədən (Allah ondan razı olsun) rəvayət edilən bir hədisdə Peyğəmbər (səllallahu aleyhi və səlləm) buyurur:
"Hidayətə dəvət edən, ona tabe olanların savabı qədər savab alır və onların savabından heç bir şey əskilməz. Zəlalətə dəvət edən isə ona tabe olanların günahı qədər günah qazanır və onların günahlarından heç bir şey əskilməz."
Müslim, Tirmizi, İbn Macə
İslama dəvətin əhəmiyyətini bildirən, yaxşılığı əmr edib və pis əməllərdən çəkindirn bir çox ayə və hədis vardır. Buna görə günah işləyən bir insanlar qarşılaşıb ona mane olmamaq və onu günahı ilə baş-başa tək etmək, ertəsi gün də onunla birlikdə yemək, içmək və dostluq etmək caiz deyildir. Əgər müsəlmanlar belə etsələr Allah İsrail oğullarına etdiyi kimi onların da qəlblərini bir-birinə oxşadar.
Peyğəmbər (səllallahu aleyhi və səlləm) də möminləri belə bir haldan çəkindirərək, belə buyurur:
"...Xeyr! Allaha and olsun ki, ya yaxşılığı əmr edib pis əməlləri qadağan edəcəksiniz, zalımın əlindən tutub ona mane olacaq və onu haqqa döndərəcəksiniz, ya da siz də haqsızlıqda onlara yardım etmiş oalcaqsınız"
Əbu Davud, Beyhəqi
Allah Taala belə buyurur:
"Mömin kişilərlə mömin qadınlar bir-birinə dostdurlar. Onar (insanlara) yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edər, namaz qılıb zəkat verər, Allaha və Peyğəmbərinə itaət edərlər. Allah, əlbəttə ki, onlara rəhm edəcəkdir. Allah həqiqətən yenilməz qüvvət sahibi, hikmət sahibidir!"
(Quran, Tövbə, 71)
Əbu Bəkr (Allah ondan razı olsun) belə buyurmuşdur:"Ey insanlar! Siz "Ey iman gətirənlər! Nəfslərinizi qorumaq sizin borcunuzdur. Siz doğru yolda olsanız, (haqq yoldan) azanlar sizə heç bir zərər yetirə bilməzlər. Hamınızın axır dönüşü Allahadır. Allah etdiyiniz əməllər barəsində sizə xəbər verəcəkdir!"(Quran, Maidə, 105) ayəsini oxuyursunuz. Bilin ki, mən Peyğəmbərin (səllallahu aleyhi və səlləm) belə buyurduğunu eşitdim:"İnsanlar, əgər bir pis əməl gördüklərində onu dəyişdirməsələr, Allahın o cəmiyyətin hamısını cəzalandırması yaxındır"."
İbn Macə
ARDI VAR İNŞAALLAH... _________________
İnsanları zikr etməkdənsə, Allahı zikr edin. |
|
| Əvvələ qayıt |
|
 |
Humeyra idarəçi
.jpg)
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1221
|
Göndərilib: B.e. Apr. 16, 2007 3:43 pm İsmarış mətni: |
|
|
2- Könüllü olaraq, savab qazanmaq istəyi.
Allah belə buyurur:
"(Xalqı( Allaha tərəf çağıran, yaxşı iş görən və "mən müsəlmanlardanam!" deyən kəsdən daha gözəl danışan kim ola bilər?!"
(Quran, Fusillət, 33)
Bu ayə möminlərin əzmini gücləndirərək, inanan bir qəlbi hərəkətə gətirib dəvət işlərinə həvəsləndirir. Həmçinin bu ayə insanı, yalnız Allahın razılığını istəyərək, dəvət işinə ciddi bağlanmağa, Allahın vədini və böyük bir savab əldə etmək arzusu ilə insanlara yaralı olmağa çağırır. _________________
İnsanları zikr etməkdənsə, Allahı zikr edin. |
|
| Əvvələ qayıt |
|
 |
Humeyra idarəçi
.jpg)
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1221
|
Göndərilib: Çər. Apr. 25, 2007 4:21 pm İsmarış mətni: |
|
|
3- Dəvətin yayılmasına nail olmaq üçün uyğun bir mühit hazırlamaq.
Mühitin dəvətçinin işlərinə böyük bir təsir etməsi aşkar bir həqiqətdir. Əgər mühit İslam dəvətini qəbul etməyə, elm, yaxşılıq və fəzilətlərin yayılmasına hazır bir halda isə, dəvətçinin çalışmaları daha səmərəli olacaq və artaraq davam edəcəkdir. Dəvətçi belə müsbət və uyğun mühitdə səyini daha da sürətləndirəcəkdir. Bu, təfəkkürün qəbul etdiyi əsas həqiqətlərdən biridir.
Buna Peyğəmbər (səllallahu aleyhi və səlləm) və səhabələrinin hicrət etdiyi Mədinə cəmiyyətində olan vəziyyəti misal olaraq verə bilərik. Hicrətdən əvvəl Peyğəmbər (səllallahu aleyhi və səlləm) dəvət çalışmalarını davam etmək və uyğun bir mühit hazırlamaq üçün oraya bəzi səhabələrini göndərmişdir. Allahın yardımı ilə, bu səhabələrin işləri bəhrəsini vermiş və İslam üçün uyğun bir mühit hazırlanmışidır. _________________
İnsanları zikr etməkdənsə, Allahı zikr edin. |
|
| Əvvələ qayıt |
|
 |
Humeyra idarəçi
.jpg)
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1221
|
Göndərilib: Ç.a. May 08, 2007 4:37 pm İsmarış mətni: |
|
|
4- İnsanları cəhalət və zəlalətdən qurtarmaq arzusu.
Allahın dininə bağlı hər bir müsəlman, insanları hərc-mərclik, cəhalət və zəlalətlərindən xilas etməyə çalışır. Çünki insanların qurtuluşunun yalnız Allahın haqq hesab etdiyi İslama bağlanmaqla mümkün olacağını bilir.
İnsanlara, heyvanlara və ölkələrə həqiqi xeyir verən dinin, İslam olduğuna inanır. Mömin insanlar İslama bağlı qaldığı müddətdə, bolluq və bərəkətin artacağına, ilahi rəhmətin nazil olacağına və pis işlərin azalacağına bütün qəlbi ilə inanır. Allah bu həqiqəti bizə bu ayələrdə xəbər verir:
“ İnsanların öz əlləri ilə etdikləri (pis əməllər, günahlar) üzündən quruda və suda fəsad (pozuntu) əmələ gələr (bəzi yerlərdə quraqlıq, qıtlıq olar, bəzilərində zərərli yağışlar yağar, zəlzələ baş verər, dənizlərdə gəmilər batar) ki, Allah (bununla) onlara etdiklərinin bir qismini (etdikləri bəzi günahların cəzasını) daddırsın və bəlkə, onlar (tövbə edib pis yoldan) qayıtsınlar”
(Quran, Rum, 41)
“Əgər onlar (Məkkə müşrikləri) o yolda (İslam dinində ) doğru olsaydılar, Biz onlara (yeddi il davam edən quraqlıq və qıtlıq əsnasında) bol yağış verərdik”
(Quran, Cinn, 16)
“Əgər o məmləkətlərin əhalisi iman gətirib (pis əməllərdən) çəkinsəydilər, sözsüz ki, onların başlarına göydən və yerdən bərəkət yağdırardıq (göyün və yerin bərəkət qapılarını onların üzünə açardıq). Lakin onlar (öz peyğəmbərlərini) yalançı hesab etdilər, Biz də onları qazandıqlarına (qazandıqları günahlara) görə məhv etdik”
(Quran, Əraf, 96)
İbn Kəsir (r) “İnsanların öz əlləri ilə etdiklərinə (pis əməllər, günahlar) görə quruda və suda fəsad (pozuntu) əmələ gələr...”(Quran, Rum, 41) ayəsini təfsir edərkən, bunları söyləyir:”Etdikləri günahlar səbəbilə məhsul və meyvələrdə gözlə görünən bir azalma meydana gəldi”
Əbul-Aliyə isə ayəni belə təfsir edir:”Allahın əmr və qadağalarına əməl etməyən şəxs yer üzündə fəsad törətmişdir. Çünki yerlə göyün islahı ancaq Allahın əmr və qadağalarına əməl etməklə mümkündür. Buna görə bir hədisdə Peyğəmbər (səllallahu aleyhi və səlləm) belə buyurmuşdu:
“Yer üzündə tətbiq olunan bir həd(Allahın təyin etdiyi cəza) xalq üçün yağışın qırx gün yağmasından daha xeyirlidir”
Nəsai, İbn Macə, İmam Əhməd, İbn Hibban
Allahın qoyduöu cəzalar tətbiq olunduğu zaman insanlar ilahi qadağaları işləməkdən çəkinərlər. Qadağaların işlənməməsi isə yerdəki və göydəki bolluq və bərəkətin ortaya çıxmasına səbəb olar.
Buna görə axır zamanda İsa (ə.s.) yer üzünə nazil olduqda torpağa “bərəkətlərini çıxar” deyəcək. Beləliklə insanların əksəriyyəti bu məhsullardan bol-bol yeyər, içər və yarpaqları altında kölgələnərlər. Yaşanacaq bu bolluq ilahi qanunlara əməl etməyin bir nəticəsi olaraq meydana gələcəkdir. İnsanlar arasında ədalət bərpa olduqda, bolluq və bərəkət daha da artacaqdır. Əks təqdirdə bütün varlıqlar, ilahi əmr və qadğalara əməl etməyən kəsdən əziyyət görər. Peyğəmbər (səllallahu aleyhi və səlləm) bir hədisdə bu həqiqəti beə ifadə edir:
“....Günahkar insan öldüyü zaman bütün insanlar, heyvanlar, ağaclar və yerlər ondan xilas olub rahatlanırlar”
Buxari, Müslim
Allah YaSin surəsində bir dəvət hadisəsini bizə bildirir. Bu hadisədə qövmü tərəfindən öldürülən dəvətçinin ölüm anında belə qövmünün yaxşılığını və hidayət olmalarını istədiyi vurğulanır. Öldüyü anda gördüklərini qövmünün bilməsini və doğru yola gəlmələrini arzu etmişdir. Qurani Kərimdə bu hadisə belə bildirilir:
“Şəhərin (Antakiyanın) ən ucqar tərəfindən (abid) bir kişi (Həbib Həccar) çaparaq gəlib dedi: “Ey qövmüm! Elçilərə tabe olun!
Sizdən (haqqa dəvət müqabilində) heç bir muzd (mükafat) istəməyən və özləri də doğru yolda olan kəslərin ardınca gedin!
(Antakiyalılar Həbib Həccardan: – Sən bu elçilərə tabe olmusanmı? – deyə soruşduqda o dedi: ) “Axı mən niyə məni yaradana ibadət etməməliyəm?! Siz də (qiyamət günü) Onun hüzuruna qaytarılacaqsınız!
Mən heç Ondan qeyri tanrılarmı qəbul edərəm?! Əgər Rəhman mənə bir zərər yetirmək istəsə, onların şəfaəti mənə heç bir fayda verməz və onlar məni (Allahın əzabından) xilas edə bilməzlər.
Belə olacağı təqdirdə mən (haqq yoldan) açıq-aşkar azmış olaram.
(Ey Antakiya əhli, yaxud siz ey elçilər!) Həqiqətən, mən sizin Rəbbinizə iman gətirdim. Məni eşitdin! (İman gətirməyimə şahid olun!)”
(Antakiyalılar bu sözü eşidən kimi Həbib Həccarı daşqalaq edib öldürdülər). Ona (şəhid olduğu üçün Allah dərgahından): “Cənnətə daxil ol! – deyildi. (Həbib Həccar Cənnətə daxil olub oradakı nemətləri, hörmət-izzəti gördükdən sonra) dedi: “Kaş qövmüm biləydi ki,
Rəbbim məni niyə bağışladı və nəyə görə hörmət sahiblərindən etdi!”
Ondan (Həbib Həccardan) sonra tayfasının üstünə göydən heç bir qoşun göndərmədik və heç göndərən də deyildik."
(Quran, Yasin, 20-28)
İbn Kəsir (r) bu ayələri təfsir edərkən deyir:”İbn ishaq İbn Abbasdan (r.a.) gələn bir xəbərə dayanaraq deyir ki:”Dəvətçi:”Həqiqətən mən sizin Rəbbinizə iman gətirdim” dedikdə qövmü onun üzərinə gedərək onu öldürdü. Bunun üzərinə:”Ona:”Cənnətə daxil ol” deyildi. O da:”Kaş qövmüm biləydi” dedi”. Qatadə bildirir ki:”Mömin daima insanların yaxşılığını istəyir. Onları xətaya sövq etməkdən çəkinir. O, ölüm anında belə Allahın ona tdiyi hörməti gördüyü zama deyir ki:”Kaş qövmüm biləydi ki, Rəbbim məni niyə bağışladı və nəyə görə hörmət sahiblərindən etdi!”(İmdadud Din Əbul-Fida İsmail ibn Ömər ibn Kəsir əl Querşi əd Diməşqi” “Təfsir quranil Azim” 3-cü cild, səh. 750.)
_________________
İnsanları zikr etməkdənsə, Allahı zikr edin. |
|
| Əvvələ qayıt |
|
 |
Humeyra idarəçi
.jpg)
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1221
|
Göndərilib: C.a. May 10, 2007 3:25 pm İsmarış mətni: |
|
|
5- Dəvətçilərin yardımlaşması.
Dəvət çalışmalarının genişlənməsi üçün dəvətçilər güclərini birləşdirməli və çalışmalarını planlı bir şəkildə həyata keçirməlidirlər. Aralarında güclü bir iş birliyinin olması və dəvət sahəsində qazandıqları təcrübəni bir-birləri ilə bölüşmələri labüddür. Bu iş birliyi və yardımlaşmanın, dəvət hərəkatı üzərindəki təsiri və əhəmiyyəti son dərəcə açıqdır. Dəvətçilərin bir-birlərini elmi və maddi sahələrdə dəstəkləmələri və güclərini birləşdirmələri, onların iradə və əzmlərini daha da artıracaq və onlara mənəvi güc verəcəkdir. Allah bizə bu yardımlaşmanın misalını Qurani Kərimdə verrək və Musaya (ə.s.) xitabən belə buyurur:
"Belə etdik ki, sənə ən böyük möcüzələrimizdən bir neçəsini göstərək.
Fironun yanına get! Çünki o, həddini aşmışdır".
Musa dedi: "Ey Rəbbim! Köksümü açıb genışlət!
İşimi yüngülləşdir!
Dilimdəki düyünü aç ki,
sözümü anlasınlar!
Mənə öz ailəmdən bir köməkçi ver -
Qardaşım Harunu!
Onun sayəsində mənim gücümü artır!
Onu işimə ortaq et (ona da peyğəmbərlik ver) ki,
Sənə çoxlu təriflər deyək
və Səni çox zikr edək."
(Quran, Taha, 23-34)
Başqa bir ayədə isə Allah Musanın (ə.s.) belə dediyini bildirir:
"Musa dedi: "Ey Rəbbim! Mən onlardan birini öldürmüşəm, qorxuram ki, onlar da məni öldürələr.
Qardaşım Harun dildə məndən daha bəlağətlidir. Onu da, dediklərimi təsdiqləyən bir köməkçi kimi mənimlə birlikdə göndər. Mən, həqiqətən də, onların məni yalançı sayacaqlarından qorxuram".
Allah dedi: "Biz səni qardaşınla qüvvətləndirəcək, ikinizə də dəlil verəcəyik. Onlar sizə heç bir pislik toxundura bilməyəcəklər. Möcüzlərimiz sayəsində siz və sizə tabe olanlar mütləq qalib gələcəksiniz"."
(Quran, Qasas, 33-35)
Allah dəvətçilərin yardımlaşmasını YaSin surəsində belə bildirir:
"O zaman onlara iki nəfər elçi göndərdik, amma onlar ikisini də yalançı saydılar. Biz də elçilərimizi üçüncüsü ilə qüvvətləndirdik. Elçilər: "Həqiqətən, biz sizə göndərilmiş elçilərik"- dedilər.
Onlar dedilər: "Siz də bizim kimi sadəcə bir insansınız. Ər-Rəhman sizə heç bir şey nazil etməmişdir. Siz ancaq yalan danışırsınız".
(Quran, Yasin, 14, 15)
Bu ayələrin də işarə etdiyi kimi dəvətçilərin bir biri ilə yardımlaşması və güclərini birləşdirmələri, dəvətin uğurlu olmasında, güclənməsində və məqasədə çatmasında böyük bir təsirə malikdir. _________________
İnsanları zikr etməkdənsə, Allahı zikr edin. |
|
| Əvvələ qayıt |
|
 |
Humeyra idarəçi
.jpg)
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1221
|
Göndərilib: Ç.a. May 22, 2007 3:04 pm İsmarış mətni: |
|
|
6- Peyğəmbərlərin və səmimi dəvətçilərin həyatlarını oxumaq.
Peyğəmbərlərin və Allah yolunda mübarizə edən səmimi dəvətçilərin həyatlarını oxumaq, dəvətçinin əzm və iradəsini daha da qüvvətləndirir; dəvət vəzifəsinə ciddi olaraq bağlanmasına yardım edir.
Dəvət yolunda qarşılaşdıqları çətinliklərə səbr edən, Allahın dinini insanlara çatdırmaq və haqqı dirçəltməkdə əziyyətlərə dözn hər bir dəvətçi üçün peyğəmbərlərin qissələrini oxumaq bir ilham qaynağıdır.
Allahın dinini insanlara açıqlamaq uğrunda bu insanların qarşılaşdıqları çətinlik, əziyyət və acılar dəvətçilərin qarşılaşdıqları çətinliklərə dözmələri üçün bir təsəlli və səbir qaynağı olar. Daha iradəli bir şəkildə və daha çox güc sərf edərək, yorulmadan, heç bir bezginlik və zəiflik göstərmədən yollarına davam etmələrinə yardım edər.
Allah Qurani Kərimdə bizə əzm sahibi peyğəmbərlərin çətinliklər qarşısında necə səbr etdiklərini xəbər verərək, bununla Peyğəmbəri (səllallahu aleyhi və səlləm) təsəlli edərək, ona bu peyğəmbərlərin səbr etdiyi kimi səb etməsini nəsihət edərək belə buyurur:
"(Ya Rəsulum!) Peyğəmbərlərdən əzm (və səbat, şəriət) sahibləri olanların səbr etdiyi kimi, sən də (Allah yolunda çətinliklərə, əziyyətlərə) səbr et. (Müşriklərə) tez (əzab) gəlməsini istəmə. Onlar vəd olunduqlarını (əzabı) görəcəkləri gün gündüzün ancaq bir saatı qədər (dünyada) qaldıqlarını sanacaqlar. (Bu Quran Allah dərgahından sizə olan) bir xəbərdarlıqdır. Fasiq bir qövmdən başqası da heç məhv edilərmi?! (Əzab gəldikdə ancaq Allahın itaətindən çıxmış fasiqlər məhv ediləcəklər!)
(Quran, Əhqaf, 35)
"Səndən əvvəl də peyğəmbərlər təkzibə məruz qalmışdılar. Lakin onlar təkzib olunduqları və əziyyət verildikləri şeylərə dözdülər. Nəhayət, Bizim köməyimiz onlara yetdi. Allahın sözlərini (peyğəmbərlərə verdiyi vədləri) dəyişə biləcək heç bir kimsə yoxdur! Doğrudan da, peyğəmbərlərə aid xəbərlərin bəzisi sənə gəlib çatdı."
(Quran, Ənam, 34)
Səhabələrdən Xabbab ibn əl-Ərət (Allah ondan razı olsun) deyir:"Rəsulullah (səllallahu aleyhi və səlləm) əbasını yastıq edərək Kəbənin kölgəsində oturduğu bir vaxtda, yanına gələrək, ona şikayət etdik və:"Ey Allahın Rəsulu! Bizim üçün günahlarımızın bağışlanmasını diləməyəcəksənmi? Bizim üçün Allaha dua etməyəcəksənmi?"dedik. Bunu eşidən Rəsulullah (səllallahu aleyhi və səlləm) yerindən qalxaraq, belə buyurdu:
"Sizdən əvvəlkilərdən mömin bir adam yaxalanıb gətirlidi və onun üçün qazılmış bir quyuya atıldı. Ardından gətirildi və başından iki hissəyə ayrıldı. Fəqət bu işgəncə belə onu dinindən döndərmədi. Bir başqa mömin dəmir daraqlarla ətləri sümüklərindən ayrıldı, amma o yenə də dinindən dönmədi. And olsun ki, Allah şübhəsiz dinini tamamlayacaqdır. Belə ki, Sanadan minən bir adam Hadraməvtə qədər gedəcək, Allahdan başqa ya da qurda görə qoyunu üçün qorxması istisna heç kimdən qorxmayacaqdır. Ancaq sizlər tələsirsiniz"Buxari, Əbu Davud, İmam Əhməd, İbn Hibban _________________
İnsanları zikr etməkdənsə, Allahı zikr edin. |
|
| Əvvələ qayıt |
|
 |
Humeyra idarəçi
.jpg)
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1221
|
Göndərilib: Ş. İyun 16, 2007 3:54 pm İsmarış mətni: |
|
|
7- Allahın bərabərliyini, yardımını və Allaha dəvətin fəzilətini düşünmək.
Allah, Qurani Kərimin bir çox yerində bizə dəvətin üstün bir iş olduğunu, Onun dəvət edənlərlə birlikdə olduğunu və onlara yardım edəcəyini bildirir. Biz burda bu mövzudakı ayələrdən ancaq bir neçəsini qeyd edəcəyik:
"Həqiqətən də, Allah Ondan qorxanlar və yaxşı işlər görənlərlədir."
(Quran, Nəhl, 128)
"İnsanları Allaha tərəf çağıran, yaxşı iş görən və: "Həqiqətən, mən müsəlmanlardanam!"– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?"
(Quran, Fusillət, 33)
"Onlar dedilər: "Ey Rəbbimiz! Biz, onun bizə şiddətli cəza verməsindən və ya həddini aşmasından qorxuruq".Allah buyurdu: "Qorxmayın, çünki Mən sizinləyəm, eşidirəm və görürəm!"
(Quran, TaHa, 45-46)
"Əgər siz Peyğəmbərə kömək etməsəniz, bilin ki, Allah ona artıq kömək göstərmişdir. O vaxt kafirlər onu iki nəfərdən ikincisi olaraq Məkkədən çıxartdılar. O iki nəfər mağarada olarkən onlardan biri öz yoldaşına (Əbu Bəkrə) dedi: "Qəm yemə, Allah bizimlədir!" Bundan sonra Allah ona arxayınlıq nazil etdi, sizin görmədiyiniz döyüşçülərlə ona yardım göstərdi və kafirlərin sözünü alçaltdı. Ancaq Allahın Sözü ucadır. Allah Qüdrətlidir, Müdrikdir."
(Quran, Tövbə, 40)
"Biz səndən əvvəl də onların qövmünə elçilər göndərmişdik. Elçilər onlara açıq-aydın dəlillər gətirmişdilər. Biz günahkarlardan intiqam aldıq. Möminlərə yardım etmək Bizim borcumuz idi.
(Quran, Rum, 47)
ARDI VAR İNŞAALLAH... _________________
İnsanları zikr etməkdənsə, Allahı zikr edin. |
|
| Əvvələ qayıt |
|
 |
Humeyra idarəçi
.jpg)
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1221
|
Göndərilib: C.a. Noy. 22, 2007 2:48 pm İsmarış mətni: |
|
|
. . .
Allaha dəvətin üstünlütübü bildirən bir çox hədis də vardır. Bu həidslərdən yalnız bəzilərini zikr etməklə kifayətlənəcəyik.
Abdullah ibn Abbas (Allah ondan razı olsun) rəvayət etdiyi bir hədisdə Peyğəmbərin (səllallahu aleyhi və səlləm) pna belə bir nəsihət etdiyini bildirir:
"Allahın sərhədlərini qoru ki, O da səni qorusun. Allahın sərhədlərini mühafizə et, Onu yanında taparsan. Bir şey dilədiyində Allahdan dilə. Bir yardım istədiyində Allahdan istə. Bil ki, bütün insanlar sənə bir xeyir vermək üçün bir araya gəlsələr, Allahın sənə yazdığından başqa heç bir xeyir verə bilməzlər. Və bil ki, bütün insanlar sənə bir zərər vermək üçün bir araya gəlsələr, Allahın yazdığından başqa sənə heç bir zərər verə bilməzlər. Qələmlər qaldırıldı, səhifələr qurudu"
Tirmizi, İmam Əhməd, Hakim
Şübhəsiz ki, kim Allahla birlikdə olsa və Onun yolu ilə getsə Allah da onunla birlikdə olar və onu qoruyar. İbn Rəcəb deyir ki Qatadə belə söylədi:" Allaha qarşı çıxmaqdan qorxan kimsə, Allahla bərabər olar. Allah kiminlə bərabər olarsa, bu məğlub edilməz cəmiyyət yatmayan qoruyucu və yolunu azmayan mürşid o kimsənin yanındadır deməkdir"
İlk vaxtlar möminlərdən bəziləri, din qardaşlarına belə məktub yazardılar:"Əgər Allah səninlə birlikdə isə artıq kimdən qorxursan? Əgər Allah sənə qarşı isə, artıq kimdən yardım diləyə bilərsən?"
Allahın kitabından, Rəsulunun (səllallahu aleyhi və səlləm) hədislərindən və ilk vaxtdakı möminlərin sözlərindən nəql etdiyimiz bu mətnləri oxuyan və düşünən hər dəvətçi səmimi olduğu təqdirdə, Allahın onunla birlikdə olacağına, ona yardım edəcəyinə, insanlardan gələ bilə biləcək pis işlərdən onu qoruyacağına bütün qəlbi ilə inanır.
Heç bir şübhə etmədən bu şəkilıdə əminliklə inanan Allahın dininin vəzifələrini yerinə yetirən, bunları özü il birləşdirən və insanları buna dəvət edən dəvətçi, əlbəttə istəyinə çatacaqdır.
Özündən əvvəl yaşamış səmimi dəvətçilərin və peyğəmbərlərin yaşayış tərzini və hərəkətlərini oxuyan Allah yolunda əmək sərf edən və insanları Ona dəvət edən, Allah dostlarından meydana gələn kəramətləri düşünən dəvətçinin özünə olan güvəbi daha da artar. Səmimi qəlbdən dəvət vəzifəsini daha yaxşı yerinə yetirməyə və bu işdə daha çox əmək sərf etməyə çalışar. Bununla da Allahın yardımını və dəstəyini qazanar, dünya və axirətdə gözəl bir sona qovuşar. _________________
İnsanları zikr etməkdənsə, Allahı zikr edin. |
|
| Əvvələ qayıt |
|
 |
Humeyra idarəçi
.jpg)
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1221
|
Göndərilib: Ç.a. Dek. 04, 2007 4:40 pm İsmarış mətni: |
|
|
8 - Dəvətçinin dvət edəcəyi cəmiyyətin mentalitetini, adətlərini və onlar üzərində nə qədər təsirli ola biləcəyini bilməsi.
Dəvətçinin, uğurlu olması və yoluna davam edəcəyi cəmiyyətin adət və ənənələrini, görüş və düşüncələrini bilməsi vacibdir. Çünki dəvət ediləcək cəmiyyətin mentalitetini və adətlərini bilmək, düşüncələrini və görüşlərini tanımaq, dəvət üçün hansı üslub və üsuldan istifadə etmək lazım olduğu mövzusunda, dəvətçiyə yardım edər. Bununla da dəvətçi, edəcəyi dəvətin uğurlu olması üçün zəmin hazırlamış olar.
Misal üçün, dəvətçi bir qrup insan arasında İslama müxalif pis bir adət və ənənənin olduğunu gördükdə bu adəti dərişdirmək və onları bundan çəkindirmək üçün, bu insanların üzəində təsirli olana qədər səbrli, iradəli və tələskənliyə yol vermədən hikmətli bir üslub izləməlidir.
Dəvətdə izlənəcək belə bir üsul insanların bu pis adəti tərk etmələrinə və ona nifrət tmələrinə səbə olacaqdır. _________________
İnsanları zikr etməkdənsə, Allahı zikr edin. |
|
| Əvvələ qayıt |
|
 |
|
|
Bu forumda yeni mövzu aça bilməzsiniz. Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz. Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz. Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz. Bu forumdakı sorğularda səs verə bilməzsiniz.
|
2001-2007 © Azerislam.com - Müstəqil islam saytı. Bu layihə Gənc Reportyorlar Birliyi tərəfindən həyata keçirilib və 1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir. Dizayn NUR D şirkətinə məxsusdur.
|