| Əvvəlki mövzu :: Sonrakı mövzu |
| Müəllif |
İsmarış |
Humeyra idarəçi
.jpg)
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1221
|
Göndərilib: Ş. Noy. 18, 2006 9:50 pm İsmarış mətni: |
|
|
Rəhmli, Mərhəmətli Allahın adı ilə!
39-cu fəsil. (Azad edilmiş) kölə: “Mən filankəslərdənəm!”- deyə bilərmi?
(74) – Abdurrəhman ibn Həbib rəvayət edir ki, Abdullah ibn Ömər (r.a) məndən: “Kimlərdənsən?”- deyə soruşdu. Mən: “Təmim camaatındanam”- deyə cavab verdim. O soruşdu: “Özlərindənsən ya (azad edilmiş) kölələrindən?” Mən: “(Azad edilmiş) kölələrindənəm”- deyə cavab verdim. O dedi: “Bəs nə üçün demirsən ki: “(Azad edilmiş) kölələrindənəm”.
[İsnadı zəifdir] _________________
İnsanları zikr etməkdənsə, Allahı zikr edin. |
|
| Əvvələ qayıt |
|
 |
Humeyra idarəçi
.jpg)
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1221
|
Göndərilib: B.e. Noy. 20, 2006 11:55 pm İsmarış mətni: |
|
|
Rəhmli, Mərhəmətli Allahın adı ilə!
40-cı fəsil. Qövmün (azad etdiyi) köləsi onların özlərindəndir.
(75) – Rifa ibn Rafi (r.a) rəvayət edir ki, Peyğəmbər (səlləlləhu aleyhi və səlləm) Ömərə (r.a) dedi: “Qövmünü mənim üçün bir yerə yığ!” Ömər (r.a) onları bir yerə yığdı. Onlar Peyğəmbərin qapısının yanına gəldikdə Ömər (r.a) onun yanına daxil olub dedi: “Qövmümü səndən ötrü toplamışam”. Ənsar bunu eşitdikdə: “Qureyş barədə vəhy nazil oldu”- dedilər. Dinləmək və baxmaq istəyənlər oraya gəldilər. Peyğəmbər bayıra çıxdı, onların arasında dayanıb dedi: “Aranızda sizdən başqası varmı?” Onlar dedilər: “Bəli! Müttəfiqlərimiz, bacımız uşaqları və (azad edilmiş) kölələrimiz aramızdadırlar”. Peyğəmbər dedi: “Müttəfiqlərimiz də bizdəndir, bacımız uşaqları da bizdəndir, (azad edilmiş) kölələrimiz də bizdəndir. Eşidin! Şübhəsiz ki, mənim dostlarım aranızdakı müttəqilərdir. Siz onlardansınızsa, çox yaxşı. Əks təqdirdə isə baxın. Qiyamət günü insanlar öz etdikləri əməllərlə gələcəklər. Siz daha ağır əməllərlə gələcəksiniz, lakin sizdən üz döndəriləcəkdir”. Sonra o, uca səslə çağırıb dedi: “Ey insanlar!” Əllərini qureyşlilərin başı üzərinə qaldırıb (üç dəfə) dedi: “Ey insanlar! Həqiqətən, Qureyşlilər e'tibarlı adamlardır. Kim onlara qarşı azğınlıq etsə, Allah onu hər iki üzü üstə (Cəhənnəmə) sürükləyər”.
[Həsəndir] _________________
İnsanları zikr etməkdənsə, Allahı zikr edin. |
|
| Əvvələ qayıt |
|
 |
Humeyra idarəçi
.jpg)
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1221
|
Göndərilib: C.a. Noy. 23, 2006 11:30 pm İsmarış mətni: |
|
|
Rəhmli, Mərhəmətli Allahın adı ilə!
41-ci fəsil. İki, yaxud bir qız uşağına baxan kimsə.
(76) – Uqbə ibn Amir (r.a) rəvayət edir ki, mən Peyğəmbərin (səlləlləhu aleyhi və səlləm)belə dediyini eşitdim: “Kimin üç qızı olsa, səbir edib onları böyütsə və malından onlara xərcləsə, o qızlar onu Oddan qoruyan bir sipər olar”.
[Səhihdir]
(77) – İbn Abbas (r.a) rəvayət edir ki, Peyğəmbər (səlləlləhu aleyhi və səlləm) dedi: “Elə bir müsəlman yoxdur ki, onun iki qızı olsun, onlara yaxşı baxsın və qızlar da onu Cənnətə salmasın”.
[Həsən li-ğeyrihi]
(78) – Cabir ibn Abdullah (r.a) rəvayət edir ki, Peyğəmbər (səlləlləhu aleyhi və səlləm) dedi: “Kimin üç qızı olsa, onlara qayğı göstərsə, onlara yaxşı baxsa və onlara rəhm etsə, Cənnətə daxil olmaq mütləq ona vacib olar”. Başqa tayfadan olan bir kişi dedi: “Ey Allahın elçisi! İki qızı olana da?” O dedi: “İki qızı olana da!”
[Həsəndir] _________________
İnsanları zikr etməkdənsə, Allahı zikr edin. |
|
| Əvvələ qayıt |
|
 |
Humeyra idarəçi
.jpg)
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1221
|
Göndərilib: C.a. Noy. 30, 2006 12:59 am İsmarış mətni: |
|
|
Rəhmli, Mərhəmətli Allahın adı ilə!
42-ci fəsil. Üç bacıya baxan kimsə
(79) – Əbu Səid əl-Xudri (r.a) rəvayət edir ki, Peyğəmbər (səllalahu aleyhi və səlləm) dedi: “Elə bir kimsə yoxdur ki, onun üç qızı və ya üç bacısı olsun, onlara yaxşı baxsın və Cənnətə daxil olmasın”.
[Həsəndir] _________________
İnsanları zikr etməkdənsə, Allahı zikr edin.
Redaktə edən: Humeyra, son redaktə tarixi: C.a. Dek. 28, 2006 6:15 pm, cəmi 1 dəfə |
|
| Əvvələ qayıt |
|
 |
Humeyra idarəçi
.jpg)
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1221
|
Göndərilib: B. Dek. 03, 2006 9:16 pm İsmarış mətni: |
|
|
Rəhmli, Mərhəmətli Allahın adı ilə!
43-cü fəsil. Himayəsində olan qızına baxan kimsənin fəziləti
(80) – Uley ibn Rifah (r.a) rəvayət edir ki, Peyğəmbər (səlləlləhu aleyhi və səlləm) Suraqa ibn Cu'şuma (r.a) dedi: “Ən böyük sədəqəni sənə göstərimmi?” O dedi: “Bəli, ya Rəsulullah!” Peyğəmbər (səlləlləhu aleyhi və səlləm) dedi: “Qızın sənin himayəndədir. Və səndən başqa da onun qayğısını çəkən yoxdur”.
[Zəifdir]
(81) – Uley (r.a) rəvayət edir ki, Peyğəmbər (səlləlləhu aleyhi və səlləm) Suraqa ibn Cu'şuma (r.a) dedi: “Ey Suraqa!...” (Əvvəlki hədis kimi).
[Zəifdir]
(82) – Miqdam ibn Mə'di (r.a) rəvayət edir ki, mən Peyğəmbərin (səlləlləhu aleyhi və səlləm) belə dediyini eşitdim: “Özün nə yesən sənin üçün sədəqədir. Övladına nə yedirtsən o da sənin üçün sədəqədir. Zövcənə nə yedirtsən o da sənin üçün sədəqədir. Xidmətçinə nə yedirtsən o da sənin üçün sədəqədir”.
[Səhihdir] _________________
İnsanları zikr etməkdənsə, Allahı zikr edin. |
|
| Əvvələ qayıt |
|
 |
Humeyra idarəçi
.jpg)
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1221
|
Göndərilib: B.e. Dek. 11, 2006 2:53 am İsmarış mətni: |
|
|
Rəhmli, Mərhəmətli Allahın adı ilə!
44-cü fəsil. Qız uşaqlarının ölümünü arzulamağa pis baxmaq
(83) – Əbu Rəvva rəvayət edir ki, bir kişi ibn Ömərin (r.a) yanında öz qızlarına ölüm arzuladı. İbn Ömər (r.a) qəzəblənib dedi: “Onlara ruzini sənmi verirsən?!”
[İsnadı zəifdir]
_________________
İnsanları zikr etməkdənsə, Allahı zikr edin. |
|
| Əvvələ qayıt |
|
 |
Humeyra idarəçi
.jpg)
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1221
|
Göndərilib: Ş. Dek. 16, 2006 11:33 pm İsmarış mətni: |
|
|
45-ci fəsil. Övlad xəsislik və qorxaqlıq üçün bir bəhanədir
(84) – Aişə (r.a) rəvayət edir ki, bir gün Əbu Bəkr (r.a) belə dedi: “Allaha and olsun ki, yer üzündə mənə Ömərdən daha sevimli bir kimsə yoxdur”. O çıxıb getdikdə qayıdıb mənə dedi: “Hə qızım, necə and içdim?”
Əbu Bəkr (r.a) dedi: “Mənə çox xoşdur. Amma övlad daha şirindir”.
[İsnadı həsəndir]
(85) – İbn Əbu Nu'm rəvayət edir ki, mən ibn Ömərin (r.a) yanında idim. Bir kişi ondan ağcaqanadın qanı barədə soruşdu. O dedi: “Sən kimlərdənsən?” Kişi dedi: “Mən İraq əhlindənəm”. İbn Ömər (r.a) dedi: “Buna bir baxın! Məndən ağcaqanadın qanı barədə soruşur. Halbuki onlar Peyğəmbərin (səlləlləhu aleyhi və səlləm) nəvəsini öldürdülər. Mən Peyğəmbərin (səlləlləhu aleyhi və səlləm) belə dediyini eşitdim: “Onlar (Həsən və Hüseyn) mənim dünyadakı iki reyhanımdır!”
[Səhihdir]
_________________
İnsanları zikr etməkdənsə, Allahı zikr edin.
Redaktə edən: Humeyra, son redaktə tarixi: C.a. Dek. 28, 2006 6:09 pm, cəmi 1 dəfə |
|
| Əvvələ qayıt |
|
 |
Humeyra idarəçi
.jpg)
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1221
|
Göndərilib: Ç.a. Dek. 26, 2006 11:51 pm İsmarış mətni: |
|
|
46-cı fəsil. Körpəni boynunda danışmaq
(86) – Bəra (r.a) rəvayət edir ki, mən Peyğəmbəri (səlləlləhu aleyhi və səlləm) Həsəni (ona Allahın salavatı olsun) boynunda oturtmuş halda gördüm. O dedi: “Allahım! Mən onu sevirəm, Sən də onu sev!”
[Səhihdir] _________________
İnsanları zikr etməkdənsə, Allahı zikr edin. |
|
| Əvvələ qayıt |
|
 |
Humeyra idarəçi
.jpg)
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1221
|
Göndərilib: C. Yan. 05, 2007 12:00 am İsmarış mətni: |
|
|
47-ci fəsil. Övlad (ata-ananın) göz bəbəyidir
(87) – Cubeyr ibn Nufeyr rəvayət edir ki, bir gün biz Miqdad ibnul Əsvədin yanında oturmuşduq. Bu vaxt bir kişi onun yanına gəlib dedi: “Allahın elçisini (səlləlləhu aleyhi və səlləm) görmüş bu iki gözün xoş halına! Allaha and olsun ki, biz də sən görəni görmək, şahid olduğuna şahid olmaq istərdik”. O (bu sözlərlə) Miqdadı (r.a) qəzəbləndirdi. Mən təəccübləndim. Axı o kişi xeyirdən başqa bir söz söyləmədi! Miqdad (r.a) ona üz tutub dedi: “Adamı Allahın göstərmədiyini görmək arzusunda olmağa vadar edən nədir? Axı o heç bilmir ki, onu görsəydi münasibəti ona qarşı necə olardı? Allaha and olsun ki, bir çoxları Allahın elçisini (səlləlləhu aleyhi və səlləm) görmüş, amma Allah onları üzləri üstə sürükləyib Cəhənnəmə atacaqdır. Onlar nə Peyğəmbərin (səlləlləhu aleyhi və səlləm) dəvətini qəbul etmiş, nə də onun gətirdiyini təsdiqləmişlər. Məgər siz şükür etmirsinizmi ki, qüdrətli və əzəmətli Allah sizi yalnız Rəbbinizi tanıyan və Peyğəmbərinizin (səlləlləhu aleyhi və səlləm) gətirdiyini təsdiqləyən bir ümmət etdi. Yetər ki, bəla sizdən qeyrilərinə gəldi. Allaha and olsun! Peyğəmbər (səlləlləhu aleyhi və səlləm) heç bir peyğəmbərin göndərilmədiyi elə bir cahiliyyət dövründə göndərilmişdir ki, həmin vaxt bütlərə ibadət etməyi dindən üstün tuturdular. O zaman o, haqqı batildən ayırd edən Furqanı (Qur'anı) gətirdi. Onun sayəsində valideyni övladdan ayırdı. Hətta valideynini, övladını və qardaşını kafir sayan da var idi. Allah o kimsənin qəlbindəki qıfılı imanla açdı. O başa düşdü ki, belə halda həlak olsa Cəhənnəm oduna girəcəkdir. Odur ki, o, sevdiyi kimsənin Oda düşəcəyini bilə-bilə sevinə bilməzdi. Bu isə qüdrətli və əzəmətli Allahın dediyi kimsələrdir:
“Onlar deyirlər: "Ey Rəbbimiz! Bizə gözümüzün aydınlığı olan zövcələr və övladlar bəxş et və bizi müttəqilərə örnək et!” (Quran, Furqan, 74)
[Səhihdir] _________________
İnsanları zikr etməkdənsə, Allahı zikr edin. |
|
| Əvvələ qayıt |
|
 |
Humeyra idarəçi
.jpg)
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1221
|
Göndərilib: Çər. Yan. 10, 2007 11:54 pm İsmarış mətni: |
|
|
48-ci fəsil. Yoldaşının mal-dövləti və övladı çoxalsın deyə onun üçün dua etmək
(88) – Ənəs ibn Malik (r.a) rəvayət edir ki, bir gün mən anamla və xalam Ummu Həramla birgə Peyğəmbərin (səlləlləhu aleyhi və səlləm) yanına gəldik. O, bizim yanımıza gəlib dedi: “Sizə namaz qıldırımmı?” O bunu deyəndə namaz vaxtı deyildi. Səhabələrdən biri soruşdu: “O, Ənəsi hansı tərəfində saxladı?” (Ənəs (r.a) ona): “Onu sağ tərəfində saxladı”- deyə cavab verdi. Sonra dedi: “Peyğəmbər (səlləlləhu aleyhi və səlləm) bizə namaz qıldırdı, (Allahdan) bizim üçün – yəni ev əhlindən ötrü –, dünya və Axirətdə olan hər cür xeyirdən dilədi. Anam dedi: “Ey Allahın elçisi! Xidmətçinə diqqət yetir. Onun üçün Allaha dua et!” O da (Allahdan) mənim üçün hər cür xeyirdən dilədi. Duasının sonunda isə belə dedi: “Allahım! Onun varını və övladını çoxalt, ona bərəkət ver!”
[Səhihdir] _________________
İnsanları zikr etməkdənsə, Allahı zikr edin. |
|
| Əvvələ qayıt |
|
 |
Humeyra idarəçi
.jpg)
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1221
|
Göndərilib: Ç.a. Yan. 23, 2007 9:59 pm İsmarış mətni: |
|
|
49-cu fəsil. Analar rəhmlidirlər
(89) – Ənəs ibn Malik (r.a) rəvayət edir ki, bir qadın Aişənin (r.a) yanına gəldi. Aişə (r.a) ona üç dənə xurma verdi. O, körpələrinin hərəsinə bir xurma verdi. Birini də özünə saxladı. Körpələr xurmaları yedikdən sonra analarının üzünə baxdılar. Anaları (saxladığı) bir xurmanı iki yerə bölüb hər birinə xurmanın bir yarısını verdi. Peyğəmbər (səlləlləhu aleyhi və səlləm)gəldikdə Aişə (r.a) ona bu haqda xəbər verdi. O dedi: “Səni təəccübləndirən nədir? O, körpələrinə rəhm etdiyinə görə Allah da ona rəhm etdi”.
[Səhihdir] _________________
İnsanları zikr etməkdənsə, Allahı zikr edin. |
|
| Əvvələ qayıt |
|
 |
Humeyra idarəçi
.jpg)
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1221
|
Göndərilib: Ş. Yan. 27, 2007 10:23 pm İsmarış mətni: |
|
|
50-ci fəsil. Körpələri öpmək
(90) – Aişə (r.a) rəvayət edir ki, bir bədəvi ərəb Peyğəmbərin (səlləlləhu aleyhi və səlləm)yanına gəlib dedi: “Siz uşaqlarınızı öpürsünüz?! Biz onları öpmürük!” Peyğəmbər (səlləlləhu aleyhi və səlləm)dedi: “Əgər Allah sənin qəlbindən mərhəmət hissini götürübsə, ona mən nə edim?!”
[Səhihdir]
(91) – Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (səlləlləhu aleyhi və səlləm)Həsən ibn Əlini (r.a) öpdü. Bu vaxt Əqra ibn Habis (r.a) onun yanında oturmuşdu. Əqra (r.a) dedi: “Mənim on övladım var, onlardan heç birini öpməmişəm”. Peyğəmbər (səlləlləhu aleyhi və səlləm) ona baxıb dedi: “Rəhm etməyən kimsəyə rəhm edilməz”.
[Səhihdir] _________________
İnsanları zikr etməkdənsə, Allahı zikr edin. |
|
| Əvvələ qayıt |
|
 |
ya islam ya olum
Daxil ol: C. Dek. 22, 2006 09:06 İsmarışlar: 395 Şəhər/ölkə: Baku/Azebaijan
|
Göndərilib: C.a. Fev. 01, 2007 11:15 am İsmarış mətni: |
|
|
Humeyra bacim bu guzelim kitabin qiymeti neciyedir? Allah razi olsun! _________________
Men 2009'a qeder burda olmayacam bu muddet erzinde size ''Dini Xeberleri'' muselman qardasim ''Ekrem'' yazacaq. |
|
| Əvvələ qayıt |
|
 |
Humeyra idarəçi
.jpg)
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1221
|
Göndərilib: C.a. Fev. 08, 2007 12:57 am İsmarış mətni: |
|
|
AsSalamu alaikum.
Sözün düzü bilmirəm, məndə elektron verisyası var. İnşaAllah, öyrənib deyərəm.
51-ci fəsil. Valideynin ədəbli olması və övladının qayğısına qalması
(92) – Numeyr ibn Əvs (r.a) rəvayət edir ki, onlar belə deyərdilər: “Xeyirxahlıq Allahdandır, ədəb isə ata-babalardandır”.
[İsnadı zəifdir ]
(93) – Nomən ibn Bəşir (r.a) rəvayət edir ki, atası onu Peyğəmbərin (səlləlləhu aleyhi və səlləm) yanına gətirib dedi: “Ey Allahın elçisi! Mən filan və filan şeyi Nomənə pay verdiyimə səni şahid çağırıram”. Peyğəmbər (səlləlləhu aleyhi və səlləm) soruşdu: “Övladlarının hamısına (bu qədər) pay verdinmi?” O: “Xeyr!”- deyə cavab verdi. Peyğəmbər (səlləlləhu aleyhi və səlləm) dedi: “Elə isə başqasını şahid çağır!” Sonra başa saldı ki: “Məgər onların hamısının sənə eynilə qayğı göstərməsi sənin könlünü şad etməzmi?” O: “Əlbəttə (edər)”. Peyğəmbər (səlləlləhu aleyhi və səlləm)dedi: “Elə isə belə etmə!”
Əbu Abdullah əl-Buxari deyir ki, Peyğəmbərin (səlləlləhu aleyhi və səlləm)şahidliyi heç də rüsxət demək deyil.
[Səhihdir] _________________
İnsanları zikr etməkdənsə, Allahı zikr edin. |
|
| Əvvələ qayıt |
|
 |
ya islam ya olum
Daxil ol: C. Dek. 22, 2006 09:06 İsmarışlar: 395 Şəhər/ölkə: Baku/Azebaijan
|
Göndərilib: C.a. Fev. 08, 2007 1:46 pm İsmarış mətni: |
|
|
Allah razi olsun bacim! _________________
Men 2009'a qeder burda olmayacam bu muddet erzinde size ''Dini Xeberleri'' muselman qardasim ''Ekrem'' yazacaq. |
|
| Əvvələ qayıt |
|
 |
Humeyra idarəçi
.jpg)
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1221
|
Göndərilib: C.a. Fev. 15, 2007 2:03 am İsmarış mətni: |
|
|
52-ci fəsil. Atanın övlada qayğı göstərməsi
(94) – İbn Ömər (r.a) dedi: “Allah onları qayğıkeş adlandırdı. Çünki onlar atalara və övladlara qayğı göstərdilər. Valideynin haqqı sənin üzərinə düşdüyü kimi, övladın da haqqı sənin üzərinə düşür”.
[İsnadı zəifdir] _________________
İnsanları zikr etməkdənsə, Allahı zikr edin. |
|
| Əvvələ qayıt |
|
 |
Humeyra idarəçi
.jpg)
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1221
|
Göndərilib: C.a. Fev. 22, 2007 1:48 am İsmarış mətni: |
|
|
53-cü fəsil. Rəhm etməyən kimsəyə rəhm edilməz
(95) – Əbu Səid əl-Xudri (r.a) rəvayət edir ki, Peyğəmbər (səlləlləhu aleyhi və səlləm)dedi: “Rəhm etməyən kimsəyə rəhm edilməz”.
[Səhihdir]
(96) – Cərir ibn Abdullah (r.a) rəvayət edir ki, Peyğəmbər (səlləlləhu aleyhi və səlləm) dedi: “İnsanlara rəhm etməyən kimsəyə Allah rəhm etməz”.
[Səhihdir]
(97) – Cərir ibn Abdullah (r.a) rəvayət edir ki, Peyğəmbər (səlləlləhu aleyhi və səlləm)dedi: “Hər kəs insanlara rəhm etməsə, Allah da ona rəhm etməz”.
[Səhihdir]
(98) –Aişə (r.a) rəvayət edir ki, bir dəstə bədəvi Peyğəmbərin (səlləlləhu aleyhi və səlləm) yanına gəldi. Onlardan biri dedi: “Ey Allahın elçisi! Siz uşaqları öpürsünüz?! Allaha and olsun ki, biz onları öpmürük”. Peyğəmbər (səlləlləhu aleyhi və səlləm) dedi: “Əgər Allah sənin qəlbindən mərhəmət hissini götürübsə, ona mən nə edim?!”
[Səhihdir]
(99) – Əbu Osman rəvayət edir ki, Ömər (r.a) bir kişiyə iş tapşırdı. Kişi dedi: “Mənim filan qədər övladım var, amma onlardan heç birini öpməmişəm”. Ömər dedi: “Qüdrətli və əzəmətli Allah qullarından yalnız qayğıkeş olanlara rəhm edir”.
[İsnadı həsəndir] _________________
İnsanları zikr etməkdənsə, Allahı zikr edin. |
|
| Əvvələ qayıt |
|
 |
Humeyra idarəçi
.jpg)
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1221
|
Göndərilib: Çər. Fev. 28, 2007 2:11 am İsmarış mətni: |
|
|
54-cü fəsil. Mərhəmət yüz hissədir
(100) – Əbu Hureyra (r.a) rəvayət edir ki, mən Peyğəmbərin (səlləlləhu aleyhi və səlləm) belə dediyini eşitdim: “Qüdrətli və əzəmətli Allah rəhməti yüz hissə etdi. Doxsan doqquzunu Özündə saxlayıb bir hissəsini yer üzünə endirdi. Məhz bunun sayəsində yaradılanlar bir-birinə rəhm edir. Hətta at öz balasını tapdalamasın deyə ayaqlarını yuxarı qaldırır”.
[Səhihdir] _________________
İnsanları zikr etməkdənsə, Allahı zikr edin. |
|
| Əvvələ qayıt |
|
 |
Humeyra idarəçi
.jpg)
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1221
|
Göndərilib: C.a. Noy. 22, 2007 3:55 pm İsmarış mətni: |
|
|
55-ci fəsil. Qonşuya yaxşılıq etmək barədə tövsiyə
(101) – Aişə (r.a) rəvayət edir ki, Peyğəmbər (səllallahu aleyhi və səlləm) dedi: “Cəbrail (əleyhi salam) qonşu haqqında mənə nə qədər tövsiyə etdi ki, ona da mirasdan pay düşəcəyini güman etdim”.
[Səhihdir]
(102) – Əbu Şureyh əl-Xuzai (r.a) rəvayət edir ki, Peyğəmbər (səllallahu aleyhi və səlləm) dedi: “Kim Allaha və Axirət gününə inanırsa, qonşusuna yaxşılıq et¬sin. Kim Allaha və Axirət gününə inanırsa, qonağına ehtiram göstər¬sin. Kim Allaha və Axirət gününə inanırsa, xeyir söyləsin ya da sus¬sun”.
[Səhihdir] _________________
İnsanları zikr etməkdənsə, Allahı zikr edin. |
|
| Əvvələ qayıt |
|
 |
|
|
Bu forumda yeni mövzu aça bilməzsiniz. Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz. Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz. Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz. Bu forumdakı sorğularda səs verə bilməzsiniz.
|
2001-2007 © Azerislam.com - Müstəqil islam saytı. Bu layihə Gənc Reportyorlar Birliyi tərəfindən həyata keçirilib və 1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir. Dizayn NUR D şirkətinə məxsusdur.
|